Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5147/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “payın naturada ayrılması” tələbinə dair iddiaları üzrə mülki işlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi və ona məxsus payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi 03.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(010)- 5147/2021 nömrə ilə qeydiyyata alınaraq hakim Təranə Mahmudovanın icraatına verilmişdir. İddiaçı X1 cavabdeh İddiaçı, Cavabdeh1 və X2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Bül-bülə qəsəbəsi 2-ci Bülbülə küçəsində yerləşən 8 otaqdan, 137,7 kv.m yaşayış sahəsindən, 292,8 kv.m ümumi sahədən ibarət olan 9 saylı fərdi yaşayış evində ona məxsus payın naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi 19.10.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuş və e-2(010)-461/2021 nömrə ilə qeydiyyata alınaraq hakim Tural Məmmədovun icraatına verilmişdir. Həmin iş üzrə məhkəmə baxış iclası 24 noyabr 2021-ci il tarixə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki iddiaya tam və obyektiv baxılması üçün hər iki mülki iş e-2(010)-461/2021 iş nömrəsi ilə bir icraatda birləşdirilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3 və 263-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “payın naturada ayrılması” tələbinə və iddiaçı X1 cavabdeh İddiaçı, Cavabdeh1 və X2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiaları üzrə hər iki mülki iş e-2(010)-461/2021 iş nömrəsi ilə bir icraatda birləşdirilsin.
Məhkəmə qərarları › İş №2(010)-5147/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5147/2021
05.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver