Məhkəmə qərarları › İş №2(010)-5161/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5161/2020

05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5161/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, İddiaçı-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə CHEVROLET CRUZE markalı, Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 5818 (beş min səkkiz yüz on səkkiz) manat ziyan, 30 manat dövlət rüsumu, həmçinin hüquqi xidmətə görə 160 (yüz altmış) manat olmaqla ümumilikdə iddiaçıya dəymiş 6008 (altı min səkkiz) manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmaqla verilib-verilməməsi məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, aidiyyət qaydalarına əməl edilməmiş, iddiaçı cavabdehin iddia ərizəsində göstərildiyi ünvanda hal-hazırda rəsmi qeydiyyatda olduğu barədə sübut (MAPS arayışını) iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.1, 152.1.5. -ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hesab edirəm ki, ərizədə göstərilən nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərl əbirlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar