Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-53/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oölunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X4, cavabdeh X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi ” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən orta məktəbdə rəsm, rəsmxətt və əmək müəlliməsi ixtisasını bitirməsi barədə Atakişiyeva (Sarıyeva) Fəridə Ənvər qızının adına 1988-ci il tarixdə verilmiş PB seriyalı, 017385 nömrəli diplom dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən daxil olmuş 21 may 2019-cu il tarixli, 02/6-135c/266 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu, 108 saylı tam orta məktəbdə müəllimə işləyən Sarıyeva (Atakişiyeva) Fəridə Ənvər qızına məxsus diplomun dövlət nümunəli olmadığı aşkar edilmişdir. Cavabdehin şəxsi işində olan diplomdan görünür ki, Sarıyeva (Atakişiyeva) Fəridə 1983-cü ildə “Stepanakert Dövlət Universitetinə qəbul olmuş, 1985-ci ildə həmin Universitetin rektoru Danielyan adlı şəxsin təklifi ilə köçürmə yolu ilə hazırki Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülmüş və 1988-ci ildə ona “orta məktəbdə rəsm, rəsmxətt və əmək müəlliməsi” ixtisası üzrə ali təhsili təsdiq edən PB seriyalı, 017385 nömrəli diplom verilmişdir. Lakin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı cavabdehin diplomunu qanunsuz yolla əldə etməsinə şübhələr yarandığından, onun ali təhsilli müəllimə kimi fəaliyyət göstərməsi və əmək fəaliyyəti ilə məşğul olması qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh saxta sənəd təqdim etməklə məktəbdə fəaliyyət göstərir. Cavabdehə məxsus diplomun sürəti Təhsil Nazirliyinə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinin hüquqi əsas yoxdur. Təqdim olunmuş diplom blankından görünür ki, diplomun hər iki səhifəsi gerbli möhürlə təsdiq edilmişdir. Bildiririk ki, həmin dövrdə Azərbaycan Respublikasının gerbi olan diplom blankları mövcud olmamışdır. Digər tərəfdən məzunlara verilən diplom blankları Təhsil Nazirliyində qeydiyyata alınaraq təhsil müəssisələrinə verilmişdir. Cavabdehə məxsus diplom blankı isə nazirlikdə qeydiyyata alınmamışdır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, 1983-cü ildə “Stepanakert Dövlət Universitetinə qəbul olmuş, 1985-ci ildə köçürmə yolu ilə hazırki Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülmüş və 1988-ci ildə ona “orta məktəbdə rəsm, rəsmxətt və əmək müəlliməsi” ixtisası üzrə ali təhsili təsdiq edən PB seriyalı, 017385 nömrəli diplom verilmişdir. O, məhkəməyə təqdim etdiyi foto-şəkillərin Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuduğu müddətdə çəkildiyini bildirir. Uzun müddətdir müəllim kimi fəaliyyət göstərdiyini və öz ixtisası üzrə hər zaman öz işini şərəflə yerinə yetirdiyini bildirir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim olunmuş Cavabdeh məxsus PB seriyalı 017385 nömrəli ali təhsil haqqında diplomun saxta olmasına məlumat əsasında toplanmış materiallardan görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsilə əlaqədar cinayət içinin başlanması rədd edilmişdir. İş materiallarında olan 23 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası X3 tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovun 12 dekabr 2020-ci il tarixli 05-26/555 №-li məktubundan görünür ki, X2 adı 1986-1989-cu illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstutunda (hazırki Azərbaycan Respublikası Dövlət Pedoqoji Üniversiteti) təhsil alan və üniversiteti bitirən tələbələrin siyahisinda aşkarlanmamışdır. Həmin məktuba əlavə olunmuş 11 dekabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, qeydiyyat sayı 365 olan PB № 017385 seriyalı dipom universitet tərəfindən (ixtisası-rəsmxət, təsviri incəsənət və əmək) X5 verilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri diplomun etibarsızlığı ilə bağlı yaranan mübahisədir. Deməli, mübahisə diplomun verilməsi tarixi qeyd olunmuş 1988-ci ildə qüvvədə olan Azərbaycan Respublikası təhsil qanunvericiliyi əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının müstəqilliyi elan olunanadək qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 21 mart 1961 –ci il tarixli Əsasnamənin 15-ci bəndinə görə tədris planının bütün tələblərini yerinə yetirmiş tələbə diplim layihəsinin (işinin) müdafiəsinə və yaxud dövlət imtahanlarının verilməsinə buraxılırdı. Diplom layihəsini (işini) müdafiə etmiş və ya dövlət imtahanını vermiş tələbəyə Dövlət imtahan komissiyasının qərarı ilə əldə olunmuş peşə ilə əlaqədar diplom verilməsi nəzərdə tutlmuşdur. Eyni qaydalar SSRİ və ittifaq respublikalarının xalq maarifi əsaslarını müəyyən edən qanununun 49 maddəsi ilə nəzərdə tutulmuşdur. Göründüyü kimi ali təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X2 adı 1986- 1989-cu illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstutunda (hazırki Azərbaycan Respublikası Dövlət Pedoqoji Üniversiteti) təhsil alan və üniversiteti bitirən tələbələrin siyahisinda aşkarlanmadığına görə və qeydiyyat sayı 365 olan PB № 017385 seriyalı dipom universitet tərəfindən (ixtisası-rəsmxət, təsviri incəsənət və əmək) X5 verildiyinə görə, həmçinin X2 adına olan qeydiyyat sayı 365 olan PB № 017385 seriyalı dipomun saxta olması Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış istintaq zamanı da sübut olunduğuna görə iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən orta məktəbdə rəsm, rəsmxətt və əmək müəlliməsi ixtisasını bitirməsi barədə X1 adına 1988-ci il tarixdə verilmiş PB seriyalı, 017385 nömrəli diplom dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız etibarsız hesab edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-53/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-53/2021
15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver