Məhkəmə qərarları › İş №2(010)-5328/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5328/2025

08.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5328/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Maraqlı şəxsnun iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayonu X6 tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5089.98 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyəcisi olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon X2 Dövlət Sosial Müdafiə Fonduna 5089.98 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixli, **********642500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

Tərəflərin izahatları.

3. Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılması və ərizənin təmin edilməsi bardə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etməyərək bildirdi ki, Dövlət Sosial Müdafiə Fonduna olan müvafiq vergi borcu ödənilmişdir və bu barədə sənədlər məhkəməyə təqdim edilir. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayonu X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-8/2-24998/2025 nömrəli bildirişdən görünür ki, Bələdiyyəyə vergi borcunun məbləği (7263.81 manat) barədə məlumat verilmiş, həmin borcun 15 (on beş) gün müddətində ödənilməsi tələb edilmişdir.

6. xx.xx.2025-ci il tarixli, **********4 nömrəli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu X4 xx.xx.2025-ci il tarixinə mövcud vergi borcunun məbləği (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4106.43 manat, maliyyə sanksiyaları üzrə 100 manat və faizlər üzrə 5116.10 manat olmaqla, ümumilikdə 9322.53 manat) barədə məlumat verilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmişdir.

7. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu X6 tərəfindən “Büdcəyə olan qalıq və faiz” təyinatı üzrə DSMF İri Sığortaedənlərlə İş üzrə İdarənin bank hesabına 4011.96 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

İşin faktiki halları.

8. Bakı şəhəri Suraxanı rayonu X2 Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2025-ci il tarixə mövcud 5089.98 manat məbləğində vergi borcu tam şəkildə icra edilmiş və ödənilmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri. İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 355-5. Ərizənin verilməsi. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Maddə 355-6. Ərizənin məzmunu. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi. 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə vergi ödəyicisi olan hüquqi şəxs – Bakı şəhəri Suraxanı rayonu X2 icra orqanının rəhbəri – Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xüsusi icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır və bu kateqoriyadan olan ərizələrin təmin edilməsi imkanı bir sıra şərtlərin eyni anda mövcudluğu ilə şərtlənir. Belə ki, həmin məcəllənin 355- 5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, bu qəbildən ərizələrin təmin edilməsi üçün ilkin zəruri şərt vergi ödəyicisinin məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirməməsidir. Digər tərəfdən, qeyd edilən öhdəliklərin icrasını təmin etmək üçün vergi ödəyəcisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunda birbaşa nəzərdə tutulmuş hüquqi zərurətdən irəli gəlir.

12. Lakin, hazırda baxılan iş üzrə vergi ödəyicisi olan hüquqi şəxs – Bakı şəhəri Suraxanı rayonu X6 tərəfindən Dövlət Sosial Müdafiə Fonduna yaranmış vergi borcu tam həcmdə ödənilmiş və öhdəliklər yerinə yetirilmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayonu X6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 9-173 nömrəli məktubdan görünür ki, X2 Dövlət Sosial Müdafiə Fonduna olan məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləği tam ödənilmişdir. İşin bu halı iş materiallarına əlavə edilmiş elektron çıxarış məlumatları ilə də tam təsdiq olunur. Belə ki, Bakı şəhəri Suraxanı rayonu X6 tərəfindən “2025-ci il iyul-avqust-sentyabr ayları məcburi dövlət sosial sığorta haqqı” təyinatı üzrə 3331.55 manat, “2025-ci il iyul-avqust-sentyabr ayları məcburi dövlət sosial sığorta haqqı” təyinatı üzrə 1449.54 manat, “2025-ci ilin sentyabr ayı üçün işsizlikdən sığorta haqqı” təyinatı üzrə 29.04 manat, “2025-ci ilin sentyabr ayı üçün işsizlikdən sığorta haqqı” təyinatı üzrə 29.04 manat, “2025-ci ilin sentyabr ayı üçün icbari tibbi sığorta haqqı” təyinatı üzrə 116.13 manat və “2025-ci ilin sentyabr ayı üçün icbari tibbi sığorta haqqı” təyinatı üzrə 116.13 manat məbləğində vergi ödənişi maraqlı şəxs tərəfindən icra edilmişdir. Odur ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı qanundan irəli gələn zərurət hazırkı işin faktiki halları baxımından yaranmadığı üçün ərizə təmin edilməməlidir.

Məhkəmə xərcləri.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Bu baxımdan iddiaçı orqan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuşdur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda ərizə təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilməmiş rüsum maraqlı şəxsdən tutula bilməz.

Məhkəmənin gəldiyi nəticə.

15. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

16. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar