Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5335/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, özünün 12.02.1990-cı ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 12.02.1990-cı ildən ünvan 1 ünvanında faktiki yaşayır. Azərbaycan Respublikası vətəndaşlığı almaq üçün 04.07.2018ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müracit etmiş, lakin ona 23.07.2018-ci il tarixli R/İ- 2535 saylı məktubla ölkədə daimi yaşaması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məhkəmə hazırlıq iclası barədə rəsmi məktub göndərilmiş, həmin məktubu 17.09.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə almalarına baxmayaraq, nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişdir. 18.10.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclası barədə maraqlı şəxsə rəsmi məktub göndərilmiş, həmin məktubu 29.09.2021ci il tarixdə xəbərnaməyə imza etməklə almalarına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə həmin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş üzrə dindirilmiş şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qonşudur. Özü 2002-ci ildən ünvan 2 ünvanda yaşayır. O, həmin ünvanda yaşamağa başlayanda, ərizəçi artıq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 10-cu döngə, ev 49-da yaşayırdı. Ərizəçi Arif evlidir və iki uşağı var. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qonşudur, bir məhəllədə yaşayırlar. Özü 2001-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 10-cu döngə, ev 18 ünvanda yaşayır. O, həmin ünvanda yaşamağa başlayanda, ərizəçi artıq onun qonşuluğunda yaşayırdı. Ərizəçi həyat yoldaşı Arif müəllimdir. Məlahət xanımın bir qız, bir oğlan övladı var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 01.06.2018-ci il tarixli arayışından görünür ki, 30 may 1966-cı il təvəllüdlü Ərizəçi 10136/m nömrəli 30 may 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 23.07.2018-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 04.07.2018-ci il tarixdə daxil olmuş və İ- 3145/1 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı yenidən araşdırma aparılmış və təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İş materiallarına əlavə edilmiş X3, X4 və X2 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, qonşuluqlarında olan X20 və X9 həqiqətən də Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, Şərq y/s döngə 10-da qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə edilmiş SSSRİ pasportundan görünür ki, X10 30.05.1966-cı ildə Ermənistan Respublikasının Ararat rayonunun Vanaşen kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ararat rayonunun Avşar kənd nümayəndəliyi tərəfindən 13.09.1984-cü ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X21 ilə X5 arasında nikah 13.09.1984-cü ildə bağlanmışdır. İş materiallarına əlavə edilmiş əsas təhsil haqqında şəhadətnamədən müəyyən olunur ki, 1984-cü il təvəllüdlü X15 (ərizəçinin qızı) Bakı şəhəri, Sabunçu rayonu 271 saylı orta məktəbində oxumuş və 1999-cu ildə həmin məktəbi bitirmişdir. İş materiallarına əlavə edilmiş əsas təhsil haqqında şəhadətnamədən müəyyən olunur ki, 1985-ci il təvəllüdlü X22 (ərizəçinin oğlu) Bakı şəhəri Sabunçu rayonu 271 saylı orta məktəbində oxumuş və 2001-ci ildə həmin məktəbi bitirmişdir. İş materiallarına əlavə edilmiş X16 məxsus əmək kitabçasından müəyyən olunur ki, o, 14.01.1987-ci ildə traktorçu kursunu oxumaq üçün göndərilmiş, 28.05.1987-ci ildə birinci dəstəyə traktorçu göndərilmişdir. 26.06.1987-ci ildə avtoqaraja sürücü göndərilmişdir. 08.06.1990-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 14.01.1987-ci ildə “Za Mir” adlı kolxozuna üzvlüyə qəbul olunmuş və 08.02.1990-cı ildə yaşayış yerinin dəyişməsi ilə əlaqədar həmin kolxozun üzvlüyündən çıxmışdır. 10.05.1990-cı ildə “Otdelstroy” Trestinə 1 dərəcəli sürücü vəziyəsinə işə qəbul oluşmuş, 01.09.1993-cü ildə Xarrat sexinə 2-ci dərəcəli fəhlə keçirilmişdir. 09.Xİİ.1993-cü ildə 1-ci dərəcəli sürücü keçirilmişdir. 01.Xİ.1994-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur (Bakı şəhər İcra Hakimiyyəti Bakımaştikinti “Tamamlamatikinti” İcarə Tresti). 16.05.2002-ci il tarixdə birinci dərəcəli süürcü vəzifəsinə qəbul edilmiş, 24.07.2006-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 01.01.2012-ci ildə “Şidli-Al” şirkətinə sürücü qəbul edilmişdir. 01.03.2013-cü ildə işdən azad olunmuşdur. 01.02.2013-cü ildə “Kənan-2000” şirkətinə sürücü qəbul edilmişdir. 01.10.2014-cü ldə “Şidli-Al” şirkətinə sürücü qəbul edilmiş, 23.01.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi 1990-cı ildə Ermənistan Respublikasının Ararat rayonunun Vanaşen kəndində anadan olmuşdur. O, 1990-ci ildən Azərbaycan Respublikasına köçmüş və həmin vaxtdan daimi olaraq ölkə ərazisində yaşamışdır və hazırda qeyd edilən ünvanda yaşayır. O, heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 30.05.1966-cı il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun Vanaşen kəndində anadan olmuş Ərizəçi 13.09.1984-cü ildə X21 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. 1990-cı ildə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərizəçi 1990-cı ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 10-cu döngə, ev 49-da faktiki olaraq yaşamağa başlamışdır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığı olmaq üçün 2018-ci ildə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir, lakin ərizəçiyə məsələnin həlli ilə bağlı rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda Ərizəçi nə Azərbaycan Respublikasının, nə də Ermənistan Respublikası vətəndaşı deyil. Ərizəçi yalnız SSSR pasportu vardır və o, həmin dövrdə SSSR pasportu ilə Azərbaycana gəlmişdir. Ərizəçi Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün ümumvətəndaş pasportu da yoxdur. Ərizəçinin uşaqlarından 1984-cü ildə anadan olmuş X22 Bakı şəhəri Sabunçu rayonu 271 saylı orta məktəbində oxumuş və oranı 1999-cu ildə bitirmiş, 1985-ci ildə anadan olmuş X22 isə Bakı şəhəri Sabunçu rayonu 271 saylı orta məktəbində oxumuş və oranı 2001-ci ildə bitirmişdir. Ərizəçinin həyat yoldaşı sözügedən illərdə fasiləsiz olaraq Azərbaycan Respublikasında müxtəlif idarələrdə işləmişdir. Hazırda ərizəçinin vətəndaşlıqla bağlı müraciət etməsi üçün onun Azərbaycan Respublikası ərazisində 1990-ci ildən bu günədək daimi yaşama faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Hal-hazırda ərizəçinin yeganə məqsədi Azərbaycan Respublikası vətəndaşlığını əldə etməkdir. Ərizəçi milliyyətcə azərbaycanlıdır və azərbaycan dilində səlis danışır. Ərizəçinin valideynləri X11 və X1 da milliyyətcə azərbaycanlıdır. Ərizəçinin ümumvətəndaş pasportu olmadığına görə ölkə ərazisini 1990cı ildən bəri tərk etməmişdir. Beləliklə də məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi faktiki olaraq 1990-ci ildən hazırki vaxta kimi fasiləsiz olaraq 31 ildir ki, ailəsi ilə birgə Azərbaycan Respublikasında Bakı şəhərində yaşayır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi 1990-ci il tarixdən bu günədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 12.02.1990-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5335/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5335/2021
18.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver