Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-536/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçılar X1 qızının və İddiaçı1 iştirakı ilə, İddiaçı X1 qızının və İddiaçı1 Cavabdeh İB-yə qarşı “fərdi yaşayış evinin qaz təchizatı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçılar X1 qızının və İddiaçı1 yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması öhdəliyi Cavabdehnə həvalə edil İddia tələbinin dəlilləri İddiaçılar 2021-ci ildə Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,4 sot sənədsiz torpaq alıb, üstündə iki otaqlı ev tikdirmişlər. Elə həmin il də Suraxanı İH Hövsan qəsəbəsi üzrə nümayəndəsindən Azərsuya, Azərerjiyə təqdim etmək üçün arayış və əlavə olaraq, Azərenerjiyə təqdim etmək üçün tikilinin peyk görüntüsünü almışlar. Sənədləri ASAN Kommunala təqdim etmişlər, işıq çəkilmişdir. Ev yaşayış üçün hazır olmadığından və qaz sayğacı təxminən 266 manat olduğu üçün qaz çəkilməsini sonraya saxlamışlar. (Elektrik sayğacı üçün 175 manat ödəmişlər). Əgər pul olsa idi, əlbəttə ki, qaz çəkdirmək üçün də müraciət edəcəkdilər. xx.xx.2023 tarixində, təmirsiz də olsa, evə yığışmışlar və evə qaz çəkdirmək üçün arayış almaq məqsədi ilə Hövsan qəsəbəsi üzrə İcra Nümayəndəliyinə müraciət etmişlər. Lakin onlar arayış verməkdən imtina etmişlər. Evin kupçası yoxdur. Soyuqdan dona-dona, orta əsrlərdəki kimi vedrədə su qoyaraq (dəmir vedrədə suyu qızdırıcı (kipyatilnik) ilə qızdıraraq təmizlik işlərini görürlər. Yemək bişirmək üçün maye qazdan istifadə edirlər. Bunlar da çox narahat və təhlükəlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı X1 qızı iddanı müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı1 iddanı müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2021-ci il tarixli "xxxx" ASC və "xxxx" ASC-yə təqdim edilməsi üçün verilmiş yaşayış yeri barədə №3444 saylı arayışdan görünür ki, X5 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi iki nəfərdən ibarətdir, ev hal-hazırda vətəndaşın istifadəsindədir. xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş protokoldan görünür ki, X3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz evə işıq sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli Cavabdeh ASC tərəfindən Nərgiz Kazımovaya ünvanmış müraciətə baxılması nəticəsi haqqında məktubdan görünür ki, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən tikilinin qazlaşdırılmasından imtina edilmişdir. Bildirilmişdir ki, “Qaz təchizatı haqqında” AR Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə əsasən 2023-cü ilin oktyabr 1-dən etibarən AR Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazəsi tələb olunan lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikindi obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır. xx.xx.2025-ci il tarixdə mübahisəli mənzilə yerində müayinə keçirilməsi zamanı qeydə alınan video yazıdan məlum olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz evə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin evdə yaşayış üçün şərait var və hazırda həmin ünvana işıq xətti çəkilmiş və **********20031 nömrəli abonent kodu verilmiş işıq sayğacı mövcuddur. Hətta evin darvazasının üstündən qaz borusunun keçdiyi görünür. İddiaçı Nərgiz Kazımova qonşu evlərə qaz xəttinin çəkilməsini bildirmişdir. İşin faktiki halları. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə obyekti olan ev sənədsiz tikilidir. Hazırki iddia tələbində iddiaçılar X1 qızı və İddiaçı1 2021ci ildə tikdirmiş olduqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,4 sot torpaq üzərində yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə qaz xəttinin çəkilməsini tələb edirlər. Cavabdeh İB ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən tikilinin qazlaşdırılmasından imtina edilmişdir. Həmçinin cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun məsələyə münasibəti öyrənilməmişdir. Məhkəmə iddiaçıların yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz evə yerli baxış keçirən zaman iddiaçıların həmin mənzildə yaşadığını, mənzilin yaşayış üçün şəraitin olmasını və evdə işıq xəttinin mövcud olduğunu, fərdi yaşayış evinin darvazasının üzərindən qaz borusunun keçdiyini müəyyən etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Maddə 3.1. Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. Maddə 4.2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Maddə 13. Qazın paylanması, satılması və qazın verilməsinin dayandırılması Maddə 13.3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, iddiaçılar X1 qızı və İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin, layihə smeta sənədlərinin hazırlanması, qazın verilməsi və sayğacın quraşdırılması öhdəliyinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmişlər. ünvan 1 ünvanında yerləşən tikili özbaşına tikilidir. Cavabdeh İB ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən tikilinin qazla təchiz edilməsindən imtina edilmişdir. Cavabdeh tərəf imtinasını belə əsaslandırmışdır ki, “Qaz təchizatı haqqında” AR Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə əsasən 2023-cü ilin oktyabr 1-dən etibarən Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazəsi tələb olunan lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikindi obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə sözügedən özbaşına tikiliyə yerli baxış keçirən zaman iddiaçıların həmin mənzildə yaşadığını, mənzilin yaşayış üçün uyğun olmasını və evdə işıq xəttinin mövcud olduğunu, fərdi yaşayış evinin darvazasının üzərindən qaz borusunun keçdiyini və yaxınlıqdakı qonşuların evinə qaz xəttinin çəkildiyini müəyyən etmişdir. Beləliklə məhkəmə müəyyən edir ki, iddiaçılar tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı deyilən ərazidə tikilmiş tikili məhz fərdi yaşayış evidir. Cavabdeh tərəfindən bu hal mübahisələndirilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərişıq ASC tərəfindən xx.xx.2021-ci il tarixli akta əsasən məhkəmə müəyyən edir ki, iddiaçıların yaşadığı fərdi yaşayış evi elektrik enerjisi ilə təmin etmişdir. Belə olan halda məhkəmə hesab edir ki,iddiaçıların yaşadığı tikili onların yaşayışını təmin edən yeganə fərdi yaşayış evi olduğundan və iddiaçılar bu evdə uzun müddətdir yaşadığından həmin ev iddiaçıların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından “evi” hesab olunur. Məhkəmə bir daha vurğulayır ki, cavabdeh “Qaz təchizatı haqqında” AR Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə əsasən 2023-cü ilin oktyabr 1-dən etibarən Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazəsi tələb olunan lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikindi obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağan olunduğunu əsas gətirərək iddiaçıların yaşadığı fərdi yaşayış evini təbii qazla təmin etməkdən imtina etmişdir. Lakin, məhkəmə iş materillarına əsasən müəyyən edir ki, iddiaçıların sözügedən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün müvafiq orqana 2023-cü ildə müraciət etmələrinə baxmayaraq, həmin yaşayış evi 2021-ci ildən mövcuddur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Həmin Qanunun 13-cü maddəsinə əsasən 1-ci və 3-cü bəndlərinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” : 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və EN-in səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən, qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçılar qazla təmin olunmağını istədikləri fərdi yaşayış evində 2021-ci ildən məskunlaşmışlar. Cavabdeh tərəf də bunu mübahisələndirməmiş və iddia etməmişdir ki, iddiaçıların bu özbaşına tikilidən başqa bir mənzili (evi) var və o, mübahisəli tikilidən öz yaşayışını təmin etmək üçün istifadə etmir. İş üzrə məhkəmə araşdırması gedişində də belə bir hal aşkar edilməmiş, iddiaçıların özbaşına tikdiyi bu evə yaşayışını təmin etmək baxımından ehtiyacı olmadığı müəyyən edilməmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və Nərgiz Hacıyevanın həmin tikili ilə yaşayışını təmin edən ev kimi yetərli və davamlı bir bağı var və ölçüsündən asılı olmayaraq həmin ev Konvensiyanın 8-ci maddəsinin mənası baxımından iddiaçıların “evi”dir. Məhz bu səbəbdən həmin mənzilə hazırki zamanda insanın normal yaşayışı üçün vacib ehtiyaclardan sayılan işıq xətti "xxxx" ASC tərəfindən çəkilmişdir. İşıq qədər qaz da bu günkü gündə yaşayış üçün vacib ehtiyaclardan biridir. Məhkəmə həmçinin vurğulayır ki, tikiliyə yaxın qonşuların evlərinə qaz xəttinin çəkilməsi, iddiaçılara məxsus tikilinin darvazasının üzərindən qaz borusunun keçməsi onu sübut edir ki, həmin əraziyə qaz xəttinin çəkilməsi üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdır. Cavabdeh də bununla bağlı məhkəməyə hər hansı bir etirazını bildirməmişdir. Bütün bu qeyd edilənlərin fonunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıların tələbini həyata keçirməmək marağı iddiaçıların yaşayışını təmin edəcək yeganə evin qazla təmin olunmamasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, qüvvədə olan məhkəmə aktına əsasən özbaşına tikiliyə köçürülmüş şəxsin həmin tikilidə yaşaması üçün mövcud kommunal xidmətlərdən istifadə hüququ var və həmin imkan təmin olunmalıdır.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azərqaz” İB-nin üzərinə iddiaçılar X1 qızının və İddiaçı1 yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması öhdəliyi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçılar X1 qızının və İddiaçı1 yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı nömrəsiz fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova