Məhkəmə qərarları › İş №2(010)-5699/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5699/2023

07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5699/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdeh «X1» MMC-yə qarşı “mobil cihazın qeydiyyata alınması və ağ səhifəyə daxil edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh «X1» MMC-yə qarşı “mobil cihazın qeydiyyata alınması və ağ səhifəyə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarından və vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan müəyyən olunur ki, «X1» MMC vergi ödəyicisi kimi qeydiyyata alınmış və hüquqi ünvanı Şahbuz rayonu, Badamlı ünvanıdır. Qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi aidiyyətinin müəyyən edilməsi, həmin şəxsin məhkəmə iclasına çağrılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı özü Nərimanov rayonu ərazisində qeydiyyatdadır, cavabdeh təşkilat isə Şahbuz rayonu, Badamlı ünvanında qeydiyyatda olduğundan İddiaçı cavabdeh «X1» MMC-yə qarşı “mobil cihazın qeydiyyata alınması və ağ səhifəyə daxil edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, hazırda məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən cavabdehin rəsmi olaraq Bakı şəhəri Suraxanı rayonunun ərazisində qeydiyyatda olmasına (yerləşməsinə) dair heç bir hal müəyyən edilməmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh «X1» MMC-yə qarşı “mobil cihazın qeydiyyata alınması və ağ səhifəyə daxil edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehə qarşı iddia ərizəsində göstərdiyi tələblə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar