Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5731/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh MMC-yə qarşı “yanğın nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanğın hadisəsi nəticəsində ona dəymiş maddi zərərin cavabdeh "xxxx" MMC şirkəti tərəfindən ona dəyən maddi zərərin avtomobilin bazar dəyərinə uyğun, həmçinin mənəvi zərərin - hadisə zamanı aldığı xəsarət və keçirdiyi mənəvi sarsıntılar nəzərə alınmaqla ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, hazırkı ərizədən müəyyən edildiyi kimi, İddiaçı yanğın hadisəsi nəticəsində ona dəymiş maddi zərərin cavabdeh "xxxx" MMC şirkəti tərəfindən ona dəyən maddi zərərin avtomobilin bazar dəyərinə uyğun, həmçinin mənəvi zərərin - hadisə zamanı aldığı xəsarət və keçirdiyi mənəvi sarsıntılar nəzərə alınmaqla - ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əsasən işə məhkəmədə iddia icraatı qaydasında baxılmasına imkan vermir. İddiaçının diqqətinə çatdırıram ki, hazırkı məqamda iddiaçı qeyri-dəqiq məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Yəni, cavabdehə qarşı yönələn tələb dəqiq göstərilməmiş, bundan əlavə hadisə zamanı aldığı xəsarət ilə bağlı iddia ərizəsinə heç bir sənəd əlavə edilməmiş, ona vurulmuş maddi və mənəvi zərər məbləği göstərilməmiş və ona müvafiq dövlət rüsumu ödənilməmişdir. Hesab edirəm ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadan mülki işin icraata qəbul edilməsi qeyrimümkündür. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.6.-cı maddəsinə görə xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, cavabdehə məxsus olan VÖEN-dən görünür ki, cavabdehin hüquqi ünvanı AZ1018, ünvan 1ı hadisənin Suraxanı rayonu ərazisində baş verməsini əsas gətirərək iddia ərizəsini Suraxanı rayon Məhkəməsinə versə də, sağlamlığının pozulması ilə bağlı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehdən hansı miqdarda mənəvi zərər tələb etməsini göstərməmiş və buna münasibətdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə ərizədən müəyyən edildiyi kimi ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldi: İddiaçı Cavabdeh MMC-yə qarşı “yanğın nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5731/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5731/2025
24.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver