Məhkəmə qərarları › İş №2(010)-579/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-579/2021

02.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-579/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Cavabdeh X1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi 13 A saylı evin, onun yerləşdiyi Suraxanı rayonu, Əmircan qəsəbəsi 136 saylı uşaq bağçasının yanında 0,02 ha torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və dəyərin aralarında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı məhkəmə bildirişinin kötüyü imzalanmaqla məhkəmə bildirişi verilmiş, digər cavabdehlərə isə poçt vasitəsi ilə rəsmi bildiriş göndərilsə də, onlar göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdeh X3 məhkəmə prosesində iş üzrə iddiaçı məhkəmə prosesinə gəlmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə prosesində iş üzrə iddiaçı məhkəmə prosesinə gəlmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar