Məhkəmə qərarları › İş №2(010)-5872/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5872/2021

03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5872/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Xəlı̇ lova Türkan İlqar qızının Cavabdeh qarşı “çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xəlı̇ lova Türkan İlqar qızı Cavabdeh qarşı “çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Xəlı̇ lova Türkan İlqar qızı 18.10.2021-ci il tarixdə məhkəməyə rəsmi ərizə ünvanlayaraq, iddia tələbindən imtina etdiyindən işin icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, artıq cavabdehlə aralarında məhkəmədən kənar razılıq əldə olunmuş və heç bir mübahisə qalmamışdır. Odur ki, həmin iddiadan imtina etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiasından imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli, iddiaçı iddiasından imtina etdiyiindən işin icraatına xitam verilməlidir. Tərəflərə izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Xəlı̇ lova Türkan İlqar qızının Cavabdeh qarşı “çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair mülki iş üzrə iddiaçı Xəlı̇ lova Türkan İlqar qızının iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, hazırki iddiadan imtina edildiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar