Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-59/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinin və torpaq sahəsinin naturada paylara ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə 1/4 hissədə yaşayış sahəsi 558.4 kv, torpaq sahəsi 0.124 ha olan Cavabdeh1 məxsus olan, 1/4 hissədə Cavabdeh2 məxsus olan və 2/4 hissədə yaşayış sahəsi 132.30 kv, torpaq sahəsi 0.123990 ha İddiaçı məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı (yeni ünvan: ünvan 1a yerləşən yaşayış evinin və torpaq sahəsinin naturada paylara ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonia iddiaçının nümayəndəsi və vəkili Vəkil «iddia tələbinin dəqiqləşdirilməsi» barədə ərizə ilə müraciət edərək, Bak şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi 36 saylı (yeni qaydada ünvan 3 yaşayiş evinə olan 2/4 payının hal-hazırda faktiki istifadəsində olan hissəsinin ekspert rəylərində və texniki pasportda göstərilən sxemlərə uyğun yeni ünvan verilməklə naturada ayrılaraq iddiaçının xüsusi mülkiyyətinə verilməsi və ünvan 6 qaydada Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramoy küçəsi, ev 155) fərdi yaşayış evində digər mülkiyyətçilərlə birlikdə qalan payının isə 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri ünvan 2 ünvan: ünvan 3 yaşayış evi xüsusi və paylı mülkiyyət hüququ ilə 2/4 hissədə (279,2 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsi) İddiaçı, 1/4 hissədə (55.8 kv yaşayış sahəsi, 0.124 ha torpaq sahəsi) Cavabdeh1, 1/4 hissədə (66.8 kv yaşayış sahəsi,0.0096 ha torpaq sahəsi) Cavabdeh2 məxsusdur. Həmin evə dair DƏDRX tərəfindən Çıxarış verilmişdir. Lakin bu gün cavabdehlərlə mülkiyyətlərində olan evə və torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsində bir sıra problemlər yaranmışdır. Bu anlaşılmazlıqlar isə iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olur. Həmin paylı mülkiyyət naturada ayrılmadığı üçün aralarında xoşagəlməz söz-söhbət yaranır. Hal-hazırda həmin fərdi yaşayış evinin məhkəmə tərəfindən naturada ayrılmasına böyük ehtiyac vardır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, iş üzrə məhkəmə mühəndis-lexniki ekspertizası keçirilmiş və xx.xx.2022-ci l tarixli 10/5814 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin X5 payı 2/4 hissə, Cavabdeh1 payı 1/4 hissə, Cavabdeh2 payı 1/4 hissə olmaqla, paylara uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Bundan sonra iş üzrə əlavə məhkəmə tikinti-texniki ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertıza Mərkəzinin xx.xx.2023-cu l tarixli 10/6S5 saylı ekspert rəyi ilə əsas suallara ətraflı cayab verilməsə də, həmin rəy ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi 36 sayl fərdi yaşayış evinin A tikilisinin texniki pasportda göstərilən 1,2,3,4,5,6,9,10 sayl literdə qeyd olunan tikililəri, eləcədə ümumi sahəyə əlavə edilməyən İİ mətbəx və İİİ kölgəliyin və texniki pasporta əsasən 0,1240 ha torpaq sahəsindən isə 0,0278 ha hissəsinin İddiaçı hal-hazırda fakltiki İstifadəsində olması, həmin mülkiyyətin iddiaçının istifadəsində olan hissəsinin hal-hazırda faktiki vəziyyətdə texniki pasportda göstərildiyi kimi olduğu, yəni paylardan kənar təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmış vəziyyətdə olması göstərilmişdir. Məhkəmə tərəfindən əlavə ekspertizanın xx.xx.2022-cı il tarixdə təyin edilməsinə baxmayaraq, ekspert rəyi gec tərtib edildiyindən iddiaçı fərdi qaydada mustəqil ekspertlə müqavilə bağlayaraq məhkəmənin ekspert qarşısında qoyduğu suallar üzrə ekspertiza keçirmiş və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsinin İddiaçı halhazırda faktiki istifadəsində olan hissəsi həmin mülkiyyətin 55/248 hissəsini təşkii etməsi, İddiaçı faktiki istifadəsində olan 55/248 hissəsinin mövcud vəziyyətinə naturada ayrılmasının hazırki rəyin 2 saylı əlavəsində göstərilmiş sxemə uyğun mümkün olması və İddiaçı faktiki istifadəsində olan 55/248 hissəsinin naturada ayrılaraq ona verildikdən sonra həmin mülkiyyətin İddiaçı məxsus 69/193 hissəsinin digər mülkiyyətçilərlə birlikdə qalması göstərilmişdir. Ekspert rəyləri ilə sübuta yetir ki, tərətlər arasında fərdi yaşayış evi artıq faktiki olaraq natarada bölünmüş, tərəflərin hər birinin həyəti və evi ayrılmışdır. Lakin iddiaçının istifadəsində olan evin və həyətin hissəsi 2/4 hissədən az olmuş, iddiaçı təxminən 1/4 hissə verilmiş, qalan hissəsi isə cavabdehlərin faktiki istifadəsində qalmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 558,4 kv.m, evin yerləşdiyi torpaq sahəsinin isə 0,124 ha olması və həmin mülkiyyətin 2/4 hissəsinin, yəni yarısının iddiaçıya məxsus olması nəzərə alınarsa həmin evin 279,2 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsi iddiaçıya məxsusdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/685 saylı ekspert rəyinə əsasən isə A tikilisinin texniki pasportda göstərilən 1,2,3,4,5,6,9,10 saylı literlərdə qeyd edilən tikililər və torpaq sahəsinin isə 0,0278 ha hissəsi iddiaçının faktiki istifadəsindədir. Evin texniki pasportuna əsasən isə evin A tikilisinin 1,2,3,4,5,6,9,10 saylı literləri ümumilikdə 100,6 kv.m təşkil edir, yəni evin iddiaçıya məxsus 279,2 kv.m hissəsindən cəmi 100,6 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsindən isə cəmi 0,0278 ha hissəsi iddiaçının faktiki istifadəsindədir və bu hissə həmin evin ona rnəxsus 2/4 hissəsinin yarısından azını təşkil edir. (279,2:2=139,6 və 0,062:2=0,031) «S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi” MMC-nin 08 iyun 2023-cu tarixli rəyinə əsasən isə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsinin İddiaçı hal-hazırda faktiki istifadəsində olan hissəsi həmin mülkiyyətin 55/248 hissəsini təşkil edir və İddiaçı faktiki istifadəsində olan 55/248 hissəsi naturada ayrılaraq ona verildikdən sonra həmin mülkiyyətin İddiaçı rnəxsus 69/193 hissəsi digər mülkiyyətçilərlə birlikdə qalır. "xxxx" MMCnin rəyi ilə iddiaçının faktiki istifadəsində olan hissə daha dəqiq hesablanmış və həmin rəydə də iddiaçının istifadəsində olan hissənin iddiaçıya məxsus 2/4 hissənin yarısından da az olrnası müəyyən edilmişdir. Əgər iddiaçının faktiki İstifadəsində olan hissə naturada ayrılaraq iddiaçıya verilərsə bu iddiaçıya məxsus 2/4 hissəni təxminən yarısı, ümumi mülkiyyətin isə təxminən ¼ hissəsi olacaq ki, həmin pay naturada ayrılaraq iddiaçıya verildikdən sonra həmin evə dair paylı mülkiyyətçilərin, yəni iddiaçının, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı qalacaqdır. Belə ki, «S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2023-cü ii tarixli rəyinə əsasən iddiaçının faktiki istifadəsində olan 55/248 hissəsinin naturada ayrılaraq ona verildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkyyətinin aşağıdakı kimi qalması müəyyən edilmişdir; X10- 69/193 hissə; Cavabdeh1 - 62/193 hissə; Cavabdeh2 oğiu- 62/193 hissə. Göründüyü kimi evin faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq iddiaçıya veridikdən sonra qalan hissədə payı 69/193 hissə edir ki, bunu da yuvarlaşdırdıqda 1/3 hissə təşkil edir. Dəqiq hesablamalara görə iddiaçının həmin mülkyyətdə qalan payı 1/3 hissədən də artıq olur, iddiaçı qalan mülkiyyətdə iddiaçının payının 1/3 hissədə müəyyən edilməsinə etiraz etmir. Bu hal isə cavabdehlərin hüquqlarına toxunmur, əksinə onların mülkiyyətində olan paylarını cüzi də olsa çoxaldır. Əgər evin iddiaçının faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq iddiaçının ayrıca mülkiyyətinə verilərsə, iddiaçının digər payçılarla qalan hissəsi demək olar k, onların hissələrinə bərabər olacaq, qalan mülkiyyətdə onların hər birinin 1/3 hissədə payı qalacaqdır. Belə olan halda, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinə olan payının hal-hazırda faktiki istifadəsində olan hissəsinin naturada ayrılaraq, ayrıca ünvan verilməklə iddiaçının xüsusi mülkiyyətinə verilməsi və həmin evdə digər mülkiyyətçilərlə birlikdə qalan payının isə 1/3 hissədə müəyyən edilməsini istəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh1 iddiaya qarşı etirazından görünür ki, o, iddiaçı ilə öz aralarında paylara uyğun olmayan formada torpaq (1952-ci ildə olan tikili paya uyğun olaraq bölünmüşdür, yəni hissə hazırki iddiaçıdadır, 1/4 hissə isə özündədir) 1970-ci ildən bölünərək mişar daşı ilə hasarlamış və payçı özünün ayrı-ayrılıqda giriş çıxışını müəyyən etmiş, əlavə həyətyanı sahələrində yəni fərdi yaşayış evləri tikərək oradan daimi olaraq istifadə edir və yaşayırlar. Bu ev onların ata evi olmuş, atasının sağlığında bölgü aparılmış və hazırki vəziyyətə qədər hazırki bölgüləri qəbul edərək yaşayırlar, tikililər və torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. İddiaçı gəlin gəlmiş və vəfat edən qardaşının arvadıdır. Bu günə kimi belə yaşayırlar. İddiaçı onlara gəlin kimi 1970-ci ildə gəlmiş və əvvəl tikilmiş ev 1/2 hissə olaraq bölünmüş və 1/2 hissə ilə həyətyanı sahə bölünmüş və iddiaçının həyat yoldaşına verilmiş, yerdə qalan hissə isə onunla birgə 11 adam (qardaş, bacı, ata, ana) yaşamışlar. 1970-ci ildən bu günə qədər iddiaçı, digər payçı və o, bu vəziyyətdə bölgüləri qəbul etmiş və bununla əlaqədar olaraq ümumi tikililəri və torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün notarial ərizələrdə vermiş və çıxarış, texniki pasportlar əldə etmişlər. İddiaçı, Cavabdeh2 və o, ayrı-ayrılıqda notarial ərizələr verərək ünvan 4 ünvan: ünvan 5ə həmin evin yerləşdiyi 0.123990 ha olan torpaq sahəsinin layihəyə əsasən inşa edilmiş yeni tikililərin qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmiş və razılığını qeyd etmişlər. Bu ərizələrdən sonra yenidən çıxarış və texniki pasportları almışlar. Hər üç payçı öz iradələrini notarial qaydada paylarını hazırki vəziyyətdə qəbul etmiş və bu barədə ərizələrini notarial təsdiq edərək ƏMDX təqdim etmişlər və yeni çıxarış, texniki pasport almışlar. Bu kimi ərizələr verərək hazırki vəziyyətdə faktiki ölçüləri qəbul etdiyi halda belə iddianın qaldırılması tamamilə əsassız və qanunsuzdur. İddiaçının belə bir iddiası var idisə onda əvvəldən etiraz edərdi və onlarda bu qədər iş görməzdi bu qədər tikinti aparmazdılar, təmir işləri, hasarların təmiri işləri və digər işləri görməzdilər. Hər üçü öz imzası ilə və iradəsi ilə addım ataraq bu vəziyyəti qəbul edərək, razılıqlarını notarial qaydada bildirmişlər. Bu razılıqdan sonra iddia qaldırılması əsassız və qanunsuzdur. İddiaçı özü notarial ərizə verib, bu vəziyyəti qəbul edir, bir müddət sonra bu kimi əsasız iddia qaldırır. Odur ki, iddiaçının tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şifahi vəsatəti ilə məhkəmə iclasında dindirilən ekspert X9 izahatında göstərdi ki, tikililər qeyri-bərabər şəkildə bölünüb. Faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsində 3 sotdur. Paylar qeyri-rəsmi şəkildə bölünmədən sonra, tikililər də rəsmi şəkildə payçıların arasında bölünməlidir və həddindən artıq əlavə tikili var. Tikililərin ümumi sahəsi 558 kv metrdir. Lakin ordakı texniki pasportda bir çox hissəli tikililər yox idi. Belə çıxır ki, iddiaçının istifadəsində və mülkiyyətində olan bu hissələr var, ümumi hissəyə düşüb, amma bunlar yox. Bəhlul müəllimdə qalan hissə ümumi sahəyə salınmamışdır. Sənəd üzrə 13 sotdur, faktiki isə iddiaçının istifadəsində 3 sota yaxındır. Torpaq sahəsini 1/4 hissədə bölmək mümkündür, lakin iddiaçının torpaq sahəsi az olur. Qərardaddakı 5-ci sualın cavabı torpaq sahəsi faktiki istifadədir, artıq ayrılıb. O, verdiyi rəyi təsdiq edir. Torpaq sahəsi faktiki 1/4 hissədən azdır, faktiki istifadədə olan. Bəli, təsdiqləyir ki, literlər faktiki ilə eynidir. İş materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, ünvan 7 (yeni qaydalarla AZ 1049 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi, 155) İddiaçı adına 2/4 hissə, Cavabdeh1 adına 1/4 hissə və Cavabdeh2 adına 1/4 hissə ilə xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Texniki pasportdan görünür ki, ünvan 7-nın texniki pasportu xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına tərtib edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 10/5814 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə əsasən ünvan 6 ünvan: ünvan 3 yaşayış evinin İddiaçı payı 2/4 hissə, Cavabdeh1 payı 1/4 hissə, Cavabdeh2 payı 1/4 hissə olmaqla paylara uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə tikinti-texniki ekspertizasının 10/685 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmadan həmin torpaq sahəsinin İddiaçı Əlibaba qızının 2/4 hissəsinə uyğun olaraq naturada ayrılıb onun mülkiyyətinə verilməsinin mümkün olduğu müəyyən edilir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin C və E tikililəri tam olaraq, eləcə də, ümumi sahəyə əlavə edilməyən İ tikilisi və texniki pasporta əsasən 0.1240 ha torpaq sahəsindən isə 0.0403 ha hissəsi Cavabdeh2 hal-hazırda faktiki istifadəsindədir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin A tikilisinin texniki pasportda göstərilən 11,7,8,14,12,13,15,16 saylı literlərdə qeyd olunan tikililəri (qeyd: 12,13,14,15,16 saylı literlerdə olan tikililər ümumi sahəyə əlavə edilməmişdir), D tikilisi tam olaraq, eləcə də, ümumi sahəyə əlavə edilməyən İV və V literləri və texniki pasporta əsasən 0.1240 ha torpaq sahəsindən isə 0.0558 ha hissəsi Cavabdeh1 hal-hazırda faktiki istifadəsindədir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin A tikilisinin texniki pasportda göstərilən 1,2,3,4,5,6,9,10 saylı literlərdə qeyd olunan tikililəri, eləcə də, ümumi sahəyə əlavə edilməyən İİ mətbəx və İİİ kölgəliyin və texniki pasporta əsasən 0.1240 ha torpaq sahəsindən isə 0.0278 ha hissəsi İddiaçı Əlibaba qızının hal-hazırda faktiki istifadəsindədir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı ünvanda fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı Əlibaba qızının istifadəsində olan hissəsi hal-hazırda faktiki vəziyyətdə texniki pasportda göstərildiyi kimi olduğu, yəni, paylardan kənar təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmış vəziyyətdədir. Qeyd: A tikilisinin 12,13,14,15,16 saylı literlərində olan tikililərinin faktiki vəziyyətdə mövcud olduğu, lakin həmin tikililər ümumi sahəyə əlavə edilmədiyi üçün texniki pasportun “yaşayış evlərinin texniki göstəriciləri” bölməsində qeyd olunmuş “A” tikilisinin 132.3 kv.m ümumi sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən də payçıların hal-hazırda faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən də payçıların hal-hazırda faktiki istifadələrində olan hissələrinin həmin mülkiyyətin neçədə bir hissəsini təşkil etmələrini müəyyən etmək mümkün olmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, paylı mülkiyyət hüququ üzrə ona məxsus ünvan 7 (Yeni qaydalarla AZ 1049 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsində yerləşən 155) saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,123990 ha olan torpaq sahəsinin layihəyə əsasən inşa edilmiş yeni tikililərin qeydiyyata alınmasına etiraz etmir, razıdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, paylı mülkiyyət hüququ üzrə məxsus ünvan 7 (Yeni qaydalarla AZ 1049 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsində yerləşən 155) saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,123990 ha olan torpaq sahəsinin layihəyə əsasən inşa edilmiş yeni tikililərin qeydiyyata alınmasına etiraz etmir, razıdır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, paylı mülkiyyət hüququ üzrə məxsus ünvan 7 (Yeni qaydalarla AZ 1049 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsində yerləşən 155) saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,123990 ha olan torpaq sahəsinin layihəyə əsasən inşa edilmiş yeni tikililərin qeydiyyata alınmasına etiraz etmir, razıdır. AN-İ seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X12, X13 və X14 ünvan 7 ünvanında yerləşən, yaşayış sahəsi 36,2 kv.m., yardımçı sahəsi 30,6 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini Alıcı Cavabdeh2 oğlunun mülkiyyətinə verir. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 Cavabdeh2 adına 3/12 hissədə; Cavabdeh1 adına 1/4 hissədə və İddiaçı adına 3/12 hissədə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 20606 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 7 (Yeni qaydalarla AZ 1049 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsində yerləşən 155) saylı fərdi yaşayış evi Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evlərinin bazar dəyəri üçün əsas olan parametlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən ərizəçinin payına düşən hissəsinin (1/4 hissə) xx.xx.2021-ci il tarixinə bazar dəyər 83.000 manat təşkil edir. «S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi” MMC-nin 08 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmadan həmin torpaq sahəsinin iddiaçı X6 2/4 hissəsinə uyğun olaraq naturada onun mülkiyyətinə verilməsi mümkündür və bu rəyin 1 saylı əlavəsində göstərilmiş sxemə uyğun olmalıdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin və həmin həyətyanı sahəsinin Cavabdeh2 hal-hazırda faktiki istifadəsində olan həmin mülkiyyətin, 80/248 hissəsini təşkil edir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin və həmin həyətyanı sahəsinin Cavabdeh1 hal-hazırda faktiki istifadəsində olan həmin mülkiyyətin 113/248 hissəsini təşkil edir. X6 faktiki istifadəsində olan 55/248 hissəsinin mövcud vəziyyətdə naturada ayrılması hazırki rəyin 2 saylı əlavəsində göstərilmiş sxemə uyğun mümkündür və X6 faktiki istifadəsində olan 55/248 hissəsi naturada ayrılaraq ona verildikdən sonra (həmin mülkiyyətin X6 faktiki istifadəsində olan 55/248 hissəsi, naturada ayrılaraq ona verildikdən sonra) Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyəti aşağıdakı kimi qalır: İddiaçı - 69/193 hissə; Cavabdeh1- 62/193 hissə və Cavabdeh2 -62/193 hissə. xx.xx.2023-cü il tarixli «İddiaçı və digərlərinə məxsus Azərbaycan Respublikası, ünvan 7 yerləşən paylı mülkiyyətin bölünməsi haqqında» rəyə əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin X6 faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq ona verildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyəti hansı qaydada qalır sualına cavab olaraq onların tərəfindən aparılmış hesablamalarla X6 faktiki istifadəsində olan 55/248 hissəsi naturada ayrılaraq ona verildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyətinin aşağıdakı kimi qalması müəyyən edilmişdir. X11- 69/193 hissə; Cavabdeh1 - 62/193 hissə; Cavabdeh2- 62/193 hissə Həmin rəqəmlərə əsasən mülkiyyətin qalan hissəsində X6 payı 1/3-dən çox, Cavabdeh1 payı 1/3-dən az və Cavabdeh2 payı 1/3-dən az müəyyən edilir. X1 faktiki istifadəsində olan hissəsi naturada olaraq ona verildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi qəsəbəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə payı yuvarlaqlaşdırılarsa mülkiyyətçilərin həmin evdə paylı mülkiyyəti aşağıdakı kimi qalır. X11-1/3 hissə; Cavabdeh1 - 1/3 hissə; Cavabdeh2 - 1/3 hissə. İşin faktiki halları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evi paylı mülkiyyətlə 2/4 hissədə X7, ¼ hissədə Cavabdeh1 və 1/4 hissədə Cavabdeh2 məxsusdur. Mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 558,4 kv.m, evin yerləşdiyi torpaq sahəsi isə 0,124 ha-dan ibarətdir. Həmin mülkiyyətin 2/4 hissəsinin, yəni yarısının iddiaçıya məxsus olması nəzərə alınarsa həmin evin 279,2 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsi iddiaçıya məxsusdur. A tikilisinin texniki pasportda göstərilən 1,2,3,4,5,6,9,10 saylı literlərdə qeyd edilən tikililər və torpaq sahəsinin isə 0,0278 ha hissəsi (Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/685 saylı ekspert rəyinə əsasən) iddiaçının faktiki istifadəsindədir. Evin A tikilisi 1,2,3,4,5,6,9,10 saylı literləri (Evin texniki pasportuna əsasən) ümumilikdə 100,6 kv.m təşkil edir. Göründüyü kimi evin iddiaçıya məxsus 279,2 kv.m hissəsindən cəmi 100,6 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsindən isə cəmi 0,0278 ha hissəsi iddiaçının faktiki istifadəsindədir və bu hissə həmin evin iddiaçıya məxsus 2/4 hissəsinin yarısından azını təşkil edir. (279,2:2=139,6 və 0,062:2=0,031). Mübahisəli fərdi yaşayış evində İddiaçı 2/4 hissədə payının naturada ayrılaraq ona verilməsi (10/5814 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən) mümkün deyil. İddiaçı onun payının yarısından az hissəsinin artıq faktiki olaraq bölünüb onun istifadəsinə verilməsini və bu hissənin ümumi paylı mülkiyyətdən ayrılaraq, onun tam mülkiyyətinə verilməsini, qalan hissənin isə cavabdehlərlə onun paylı mülkiyyətdə qalmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırda iddiaçı yuxarıda qeyd olunan mübahisəli daşınmaz əmlakda olan payının naturada ayrılması barədə tələb irəli sürmüşdür. Qanunvericiliyin tələbindən də görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, yalnız bunun naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Məhkəmə ümumiyyətlə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçının həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilməməsi, onun faktiki istifadəsində olan payının mülkiyyətində olan hissəsindən az olması və həmin hissədən istifadə edə bilməməsi mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Belə ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən keçirilmiş ekspertiza rəyi və iddiaçı tərəfindən təqdim edilmiş ekspertiza rəyi ilə müəyyən olunur ki, mübahisəli daşınmaz əmlakın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin A tikilisinin texniki pasportda göstərilən 1,2,3,4,5,6,9,10 saylı literlərdə qeyd olunan tikililəri, eləcə də, ümumi sahəyə əlavə edilməyən İİ mətbəx və İİİ kölgəliyin və texniki pasporta əsasən 0.1240 ha torpaq sahəsindən isə 0.0278 ha hissəsi İddiaçı Əlibaba qızının hal-hazırda faktiki istifadəsindədir və həmin hissənin naturada ayrıldıqdan sonra ümumin əmlakın qalan hissəsindən iddiaçının payı 1/3 hissə təşkil edir. İddiaçı bu qaydada ona məxsus payının naturada ayrılmasına etiraz etmir. Belə ki, onun yaşadığı fərdi yaşayış evinin ayrıca giriş-çıxışı, qapısı vardır. Həmin evin İddiaçı faktiki istifadəsində olan hissəsinin naturada ayrılaraq, onun xüsusi mülkiyyətinə verilməsi, qalan hissəsinin isə digər mülkiyyətçilərlə birlikdə ümumi paylı mülkiyyətdə qalması (Məhkəmə tikinti-texniki ekspertizasının 10/685 saylı xx.xx.2023-cü il tarixli rəyinə və «S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi” MMC-nin 08 iyun 2023-cü il tarixli rəyinə əsasən) mümkündür. Mübahisəli fərdi yaşayış evinin X6 faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq ona verildikdən sonra həmin fərdi yaşayış evində X6 payı 1/3 hissədə, Cavabdeh1 payı 1/3 hissədə və Cavabdeh2 payı 1/3 hissədə qalır. Ekspert rəyi ilə bu payların X8 münasibətdə 69/193 hissə, yəni 1/3 hissədən çox, Cavabdeh1 münasibətdə 62/193 hissə, yəni 1/3 hissədən az, Cavabdeh2 münasibətdə 62/193 hissə, yəni 1/3 hissədən az olması müəyyən edilir. X2 iddia ərizəsində onun faktiki istifadəsində olan hissəsinin naturada ayrılaraq ona verildikdən sonra həmin fərdi yaşayış evində onun payının 1/3 hissədə müəyyən edilməsini xahiş etdiyinə görə, qalan iki mülkiyyətçinin də payının 1/3 hissə olması müəyyən edilməsi mümkündür və bu halda cavabdehlərin mülkiyyəti artdığına görə onların hüquqları pozulmur.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bak şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi 36 saylı (yeni qaydada ünvan 3 yaşayiş evinə olan 2/4 payının hal-hazırda faktiki istifadəsində olan hissəsinin ekspert rəylərində göstərilən sxemlərə uyğun naturada ayrılaraq iddiaçının xüsusi mülkiyyətinə verilməli və ünvan 6 qaydada Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramoy küçəsi, ev 155) fərdi yaşayış evində digər mülkiyyətçilərlə birlikdə qalan payı isə 1/3 hissədə müəyyən edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi 36 saylı (yeni qaydada ünvan 3 yaşayiş evinə olan 2/4 payının hal-hazırda faktiki istifadəsində olan hissəsi ekspert rəylərində (Məhkəmə tikinti-texniki ekspertizasının 10/685 saylı xx.xx.2023cü il tarixli rəyi və «S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi” MMC-nin 08 iyun 2023cü il tarixli rəyi) göstərilən sxemlərə uyğun naturada ayrılaraq iddiaçının xüsusi mülkiyyətinə verilsin və ünvan 6 qaydada Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramoy küçəsi, ev 155) fərdi yaşayış evində digər mülkiyyətçilərlə birlikdə qalan payı isə 1/3 hissədə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova