Məhkəmə qərarları › İş №2(010)-5912/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5912/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5912/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Rafayel ogluna, Cavabdeh2, Cavabdeh3 İzayaddin oğluna, Zeynalli Qabil, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Əsgarov Valehə, Xurşudov Sayyara, Cavabdeh10, Yuzbəyov Ruslana, Nadirov Ravana, Cavabdeh13, Cavabdeh14, Alişanova Südabəyə, Məmmadzadə Sərdar, Abdurahmanov Sirvana, Planov Mamedali oglu Fərmana, X4 ogluna, X1, Orucov Faxrəddin, Pirqurban Sahinə, X3, X2, Cavabdeh25, Tahmazli Mulazimə, Dadaşİı Sarvan, Əlakbarov Xayala, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh6, Cavabdeh34 qarşı maddi və mənəvi ziyan tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Rafayel ogluna, Cavabdeh2, Cavabdeh3 İzayaddin oğluna, Zeynalli Qabil, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Əsgarov Valehə, Xurşudov Sayyara, Cavabdeh10, Yuzbəyov Ruslana, Nadirov Ravana, Cavabdeh13, Cavabdeh14, Alişanova Südabəyə, Məmmadzadə Sərdar, Abdurahmanov Sirvana, Planov Mamedali oglu Fərmana, X4 ogluna, X1, Orucov Faxrəddin, Pirqurban Sahinə, X3, X2, Cavabdeh25, Tahmazli Mulazimə, Dadaşİı Sarvan, Əlakbarov Xayala, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh6, Cavabdeh34 qarşı maddi və mənəvi ziyan tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi sənədlərə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Digər tərəfdən iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilməmiş və cavabdehlər kimi göstərilmiş bir neşə şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməmişdir. Həmin Məcəllənin 152.1.1 və 152.5-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdəiddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı izah olunur ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Rafayel ogluna, Cavabdeh2, Cavabdeh3 İzayaddin oğluna, Zeynalli Qabil, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Əsgarov Valehə, Xurşudov Sayyara, Cavabdeh10, Yuzbəyov Ruslana, Nadirov Ravana, Cavabdeh13, Cavabdeh14, Alişanova Südabəyə, Məmmadzadə Sərdar, Abdurahmanov Sirvana, Planov Mamedali oglu Fərmana, X4 ogluna, X1, Orucov Faxrəddin, Pirqurban Sahinə, X3, X2, Cavabdeh25, Tahmazli Mulazimə, Dadaşİı Sarvan, Əlakbarov Xayala, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh6, Cavabdeh34 qarşı maddi və mənəvi ziyan tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar