Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5921/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Ərizəçi İddiaçı, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi İddiaçı itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 09 dekabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi İddiaçı itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin icraatında olmuş iddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı cavabdehin Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək qeydiyyatdan çıxarılmasına dair 2(208)/2007 saylı mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon məhkəməsinin icraatında iddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı cavabdehin Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək qeydiyyatdan çıxarılmasına dair 2(208)/2007 saylı mülki iş olmuşdur. İddiaçı iş üzrə iddiaçı X3 qızı olmaqla onun hüquqi varisidir. Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayır, evin qaz, işıq, telefon sənədləri də onun adınadır, bələdiyyə vergilərini o, ödəyir. Evin abadlaşdırılması, təmir işləri də onun tərəfindən aparılmışdır. Həmin iş üzrə iddia tələbinin təmin edilməsi haqqında 12 mart 2007-ci il tarixli qətnamə qəbul edilmişdir. Lakin qətnamənin nəticə hissəsində texniki səhvə yol verilərək cavabdehin adının “X2” kimi, evin ünvanının isə “ünvan 1r, bu səhvə görə isə qətnamə icra edilməmişdir. Belə ki, qətnamə icra edilmədiyindən Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə qeydiyyatda istifadə hüququ olan şəxs kimi qalmışdır.Halbuki qanuni qüvvəyə minmiş qətnaməyə əsasən onun qeyd edilən evdən istifadə hüququ itirilmiş hesab edilmiş və qeydiyyatdan çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)- 433/2021 nömrəli, 24.08.2021-ci il tarixli qərardadı ilə də müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsi ilə onun mərhum atası X3 Maraqlı şəxs qarşı iddia tələbi təmin olunmuş, Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evə istifadə hüququnun itirilmiş hesab olunmaqla onun qeydiyyatdan çıxarılması nəticəsinə gəlinmiş, lakin qətnamənin nəticə hissəsində işə aidiyyəti olmayan şəxsin adı, habelə aidiyyəti olmayan ünvan göstərilmişdir. Sözügedən mülki iş məhv edilmişdir və onun qətnamədə yanlışlığın aradan qaldırılması barədə ərizəsinə qiymət verilməsi üçün itirilmiş iş üzrə icraatın bərpa olunmasına zərurət vardır. Belə ki, Suraxanı rayon məhkəməsinin iddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı cavabdehin Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən stifadə hüququnun itirilmiş hesab edilərək qeydiyyatdan çıxarılmasına dair 2(208)/2007 saylı mülki iş üzrə qəbul edilmiş 12 mart 2007-ci il tarixli qətnamədə yanlışlığa yol verilməsinə baxmayaraq həmin məhkəmə işi itdiyinə görə yanlışlığın aradan qaldırılması barədə ərizəyə baxılması mümkün deyildir. Qeyd edilən yanlışlıq aradan qaldırılmadığı təqdirdə çıxarılmış qətnamə icra olunmur, qətnamə icra olunmadığı təqdirdə isə həmin evdə yaşamaq və istifadə hüququ olmayan iş üzrə cavabdeh evdə onun yaşamağına imkan vermir, onun istifadə etdiyi işığın, qazın, telefonun pulunu o, ödəməli olur. Halbuki, yenə də qeyd edir ki, onun həmin evdən istifadə etmək hüququ yoxdur. Odur ki, Suraxanı rayon məhkəməsinin icraatında iddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı cavabdehin Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək qeydiyyatdan çıxarılmasına dair 2(208)/2007 saylı mülki iş üzrə icraat və həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ərizəçinin onun evinə girdiyini, əşyalarını oğurladığını, evinin zəbt etdiyini, atasını həmin evə qeydiyyata özünün saldığını, həmin mənzilin ev kitabçası olduğunu və onda olduğunu, həmin evin babasının evi olduğunu, çıxarılmış qətnamədən apelyasiya şikayəti vermədiyini bildirmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X21 məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun məhkəmə qaydasında itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Suraxanı rayon Məhkəməsi tərəfindən 12 mart 2007-ci il tarixində qətnamə qəbul edilmişdir. Həmin qətnamədə iddiaçı X6 Maraqlı şəxs qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılmasına dair iddia təmin edilmiş, cavabdeh X5 Bakı şəhəri, Hövsan qəsəbəsi, 15 v saylı evin 94 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması qət edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərə obyektiv hüquqi qiymət verib aşağıdakılara görə ərizəni əsaslı hesab edir. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.10.2020-ci il tarixli 3337 saylı arayışa əsasən, Kərimova X9 rayonu, Hövsan qəsəbəsi Gəray Əsədov küçəsi ev 20 saylı qeydiyyatsız yaşayır. Ailə tərkibi dörd nəfərdən ibarətdir. Ev hal-hazırda vətəndaşa məxsusdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)- 2701/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməyə əsasən, iddiaçı Maraqlı şəxs cavabdehlər X7, X12, X17 və İddiaçı qarşı mənzilə köçürülmə və mənzildən çıxarma tələbinə dair iddia rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)- 2645/2021 saylı 05.04.2021-ci il tarixli qətnaməyə əsasən, Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-2701/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və hazırkı iş üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-2701/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 2(102)-4479/2021 saylı 31.08.2021-ci il tarixli qərara əsasən, iddiaçı Maraqlı şəxs cavabdehlər X7, X12, X17 və İddiaçı qarşı mənzilə köçürülmə və mənzildən çıxarma tələbinə dair kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2645/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 24.08.2021-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-237/2021 saylı iş üzrə 17 iyun 2021-ci tarixli qərardadının ləğv olunması və İddiaçı ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsi ilə ərizəçinin mərhum atası X3 Maraqlı şəxs qraşı iddia tələbi təmin olunmuş, Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evə istifadə hüququnun itirilmiş hesab olunmaqla onun qeydiyyatdan çıxarıması nəticəsinə gəlinmiş lakin qətnamə nəticə hissəsində işə aidiyyəti olmayan şəxsin adı, habelə aidiyyat olmayan ünvan göstərilmişdir. İşin hallarında həmçinin aydın olur ki, qeyd olunan mülki iş məhv edilmişdir və ərizəçinin ərizəsinə qiymət verilməsi üçün müvafiq icraatın bərpa olunmasına zərurət vardır. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 306625 nömrəli, 26.08.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X13 10.08.2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 avqust 2008-ci il tarixdə 737 sayla qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2- 227/2007 saylı 12 may 2007-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı X6 cavabdeh X8 oğluna qarşı yaşayış sahəsinin istifadə hüququ itirilməsi tələbinə dair iddia təmin edilməsi, X4 Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.10.2020-ci il tarixli 3328 saylı arayışa əsasən, X11 Suraxanı rayonu, Hövsan qəsəbəsi Maqazin küçəsi nömrəsiz evdə hal hazırda ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbə üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Suraxanı rayonu 9 saylı Hüquq Məsləhətxanasına verilmiş 843 saylı 06 oktyabr 2006-cı il tarixli arayışa əsasən, vətəndaş Maraqlı şəxs hal-hazırda atasına məxsus Hövsan qəsəbəsi, Kooperativ küçəsi 20 saylı evdə pasport qeydiyyatındadır. Lakin qeydiyyatsız babasına məxsus Hövsan qəsəbəsi, Maqazin küçəsində ailəsi ilə birlikdə yaşayır. Azəbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə” dair 1 saylı əlavəsinin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 3-cü bəndinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Həmin Əlavənin 10-cü bəndinə əsasən itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən 5-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı qeyd olunan mülki iş üzrə itirilmiş icraatın bərpa edilməsinə dar ərizəsi ilə müraciət etmişdir. Müraciətin səbəbi Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşadığını, həmin evə görə atasının vərəsəsi kimi və həmin evdə yaşadığına görə gözlənti mülkiyyət hüquqları olduğunu, evin bütün kommunal və vergi ödənişlərin etdiyini, cavabdehin evin qeydiyyatında qalmkaqa əlaqədar əlavə bdənişlərin edilməsini və bununla da onun sahiblik hüquqdarını pozulmasını qeyd edir. Qətnamənin icra edilməməsi və cavabdehin qeydiyyatda qalması səbəbini qətnamənin nəticəvi hissəsində texniki səhvə yol verilərək cavabdehin adının “X2” kimi, evin ünvanının isə “ünvan 1r. Belə ki, qətnamə icra edilmədiyindən Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə qeydiyyatda istifadə hüququ olan şəxs kimi qalmışdır. Həmçinin də Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 24.08.2021-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-237/2021 saylı iş üzrə 17 iyun 2021-ci tarixli qərardadının ləğv olunması və İddiaçı ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsi ilə ərizəçinin mərhum atası X3 Maraqlı şəxs qraşı iddia tələbi təmin olunmuş, Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evə istifadə hüququnun itirilmiş hesab olunmaqla onun qeydiyyatdan çıxarıması nəticəsinə gəlinmiş lakin qətnamə nəticə hissəsində işə aidiyyəti olmayan şəxsin adı, habelə aidiyyat olmayan ünvan göstərilmişdir. İşin hallarında həmçinin aydın olur ki, qeyd olunan mülki iş məhv edilmişdir və ərizəçinin ərizəsinə qiymət verilməsi üçün müvafiq icraatın bərpa olunmasına zərurət vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Suraxanı rayon məhkəməsinin icraatında iddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı cavabdehin Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək qeydiyyatdan çıxarılmasına dair 2(208)/2007 saylı mülki iş olmuşdur. Qeyd olunan mülki iş üzrə icraat itirilmiş, həmin mülki işdən yalnız qəbul edilmiş Suraxanı rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsindən çıxarış mövcuddur. Hazırda aparılmış məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X21 məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun məhkəmə qaydasında itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Suraxanı rayon Məhkəməsi tərəfindən 12 mart 2007-ci il tarixində Miriyev Rafiq Əlimurad oğlunun sədrliyi ilə, iddiaçı X6 iştirakı ilə qətnamə qəbul edilmişdir. Həmin qətnamədə iddiaçı X6 Maraqlı şəxs qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılmasına dair iddia təmin edilmiş, cavabdeh X5 Bakı şəhəri, Hövsan qəsəbəsi, 15 v saylı evin 94 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X21 məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun məhkəmə qaydasında itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclası 12 mart 2007-ci il tarixə təyin edilmişdir. Qeyd olunan qətnaməyə əsasən məhkəmə baxış iclasında iddiaçı X13 iştirak etmiş, cavabdeh X14 məhkəmənin təkrar çağırışına gəlməmişdir. “İddaçı B.C.Söhbətov öz tələbini müdafiə edərək, məhkəmə iclasında göstərmişdir ki, oğlu Maraqlı şəxs 1995-ci ildə ailə qurduqdan sonra bir müddət sonra Hövsan qəsəbəsindəki Magazin küçəsində yerləşən evə köçmüş və hal-hazıra kimi də ailə üzvləri ilə birlikdə orada yaşayır. Lakin hələ də ona məxsus olan evdən qeydiyyatdan çıxmamışdır. Buna görə də cavabdeh üçün də əlavə kommunal xidmətə görə haqq ödəməli olur. Bu da onun üçün maddi cəhətdən çətindir. Odur ki, oğlu Maraqlı şəxs ona məxsus evdə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması barədə məhkəmə qaydasında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, İşin materiallarını tədqiq edərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 06 sentyabr 2006-cı il tarixli 843 saylı arayışdan görünür ki, cavabdeh Maraqlı şəxs ailə üzvləri ilə birlikdə Hövsan qəsəbəsi, Mağzin küçəsindəki evdə yaşayır. Azərbaycan Respublikasının 60 və 123-cü maddələrinə əsasən məhkəmə belə hesab edir ki, cavabdeh X15şu daimi yaşamaq üçün başqa yerə köçdüyü vaxtdan etibarən lə mübahisəli evdə yaşayış sahəsindən istifadə hüququnun itirmişdir və buna görə də qeydiyyatdan çıxarılmalıdır.” Həmin qətnamə ilə iddiaçı X6 Maraqlı şəxs qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılmasına dair iddia təmin edilmiş, cavabdeh X5 Bakı şəhəri, Hövsan qəsəbəsi, 15 v saylı evin 94 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması qət edilmişdir. Araşdırılma zamanı müəyyən edilmişdir ki, iddiaçı Maraqlı şəxs cavabdehlər X7, X12, X17 və İddiaçı qarşı mənzilə köçürülmə və mənzildən çıxarma tələbinə dair iddia rədd edilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 2(010)-2701/2020 saylı mülki işin materiallarına Suraxanı rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsinin surəti, həmin qətnamə üzrə qəbul edilmiş icra vərəqəsi, Maraqlı şəxs qətnamədə qeyd olunan dövr üzrə yaşayış yer üzrə arayış əlavə edilmişdir. Məhkəmə tərəfindən həmin mülki iş tələb edilmiş və sadalanmış sənədlər hazırki mülki işə əlavə edilmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbə üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Suraxanı rayonu 9 saylı Hüquq Məsləhətxanasına verilmiş 843 saylı 06 oktyabr 2006-cı il tarixli arayışa əsasən, vətəndaş Maraqlı şəxs hal-hazırda atasına məxsus Hövsan qəsəbəsi, Kooperativ küçəsi 20 saylı evdə pasport qeydiyyatında olmuş, lakin qeydiyyatsız babasına məxsus Hövsan qəsəbəsi, Maqazin küçəsində ailəsi ilə birlikdə yaşamışdır. Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2-227/2007 saylı 12 may 2007-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2-208/2007 saylı 12 mart 2007-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 cavabdeh X8 oğluna qarşı yaşayış sahəsinin istifadə hüququ itirilməsi tələbinə dair iddia təmin edilməsi, Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan qanun normalarını və tərəflərin təqdim etdiyi, həmçinin məhkəmə araşdıılması zamanı toplanmış materialları nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan mülki iş üzrə itirilmiş icraatın bərpa edilməsinə dair ərizə təmin edilməli, itirilmiş icraat bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. İtirilmiş icraat bərpa edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-5921/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5921/2021
09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver