Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5949/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 153 manat olmaqla, ümumilikdə 20153 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il tarixində məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixlərində məhkəməyə yazılı ərizə ilə müraciət edərək, mülki işin adiyyatı üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixində məhkəməyə etiraz ərizəsini göndərərək, iddia ərizəsinin geri qaytarılması haqda ərizənin təmin edilməsinə etiraz etmədiklərini, dəqiqləşmə ərizəsinin icraata qəbul edilməsinə və işin aidiyyatı üzrə göndərilməsinə etiraz etdiklərini bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli və ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən müvafiq olaraq 50 və 103 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Məhkəmə vurğulayır edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il tarixli ərizəsi əsas götürülərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, Zöhrabova X1 İbrahim Zöhrab oğluna qarşı maddi və mənəvi ziyanın ödənməsi barədə məhkəməyə iddia ərizəsi vermiş, lakin məhkəmə gedişi zamanı müəyyən olmuşdur ki, cavabdehin əsl adı İbrahimxəlil olmaqla Bakı şəhəri Qaradağ rayonuna qeydiyyatdadır. Belə olan halda, yəni cavabdeh tam başqa şəxs və onun qeydiyyatı Bakı şəhəri Qaradağ rayonunda olduqdan, işə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxılması üçün heç bir əsas yoxdur. Təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, əlavə olunmuş sənədlərlə və ödənilmiş dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödəniş sistemində ********** nömrəli xx.xx.2025-ci il tarixli və ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzləri ilə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş müvafiq olaraq 50 və 103 manat məbləğində dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən İddiaçı büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-5949/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5949/2025
19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver