Məhkəmə qərarları › İş №2(010)-6/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6/2023

31.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı Ələkbər oğlunun və X1 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Ələkbər oğlu və X2 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-72/2020 saylı qərardadı ilə (sədrlik edən hakim A.Qasımov) iddiaçılar İddiaçı və X1 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüquqlarının tanınması, qanun üzrə vərsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(010)-72/2020 saylı mülki iş İddiaçı hüquqi varisi işə cəlb olunana qədər dayandırılması qərara alınmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-9/2022 saylı qərardadı (sədrlik edən hakim A.Qasımov) ilə iddiaçılar İddiaçı və X1 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüquqlarının tanınması, qanun üzrə vərsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnərək işin məhkəmə baxış iclasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclası tərəflər gəlmədiyinə görə xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdə, saat 12:20-yə keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı Ələkbər oğlunun və X1 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X1 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüquqlarının tanınması, qanun üzrə vərsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar