Məhkəmə qərarları › İş №2(102)-7113/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7113/2019

25.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7113/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə, Cavabdeh2 və onun vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9400/2019 nömrəli iş üzrə 09 iyul 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhk əməsinin (hakim Anar Qasımov) 29 yanvar 2019-cu il tarixli 2(010)-1248/2019 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3na qarşı qanun üzrə vərəsəlik hüquqlarının tanınması, Vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 09 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı1 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1ci maddəsinə əsasən iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3na qarşı qanun üzrə vərəsəlik hüquqlarının tanınması, Vərəsəlik hüquq haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 iddia qaldırılmamışdan əvvəl, yəni 22 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qərardadının l əğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini, MPM-nin 5.1-ci maddəsinə istinad edərək iddiaçıların hüquqlarını pozmuşdur. Cavabdeh1 Ələkbər oğlunun ölməsi faktı rəsmi təsdiqləndikdən sonra onun hazırkı mülki iş üzrə cavabdeh qismində iştirakı qeyri-mümkündür. Məhz bu halda MPM-nin 53-cü və 167.1.4-cü maddələrinə əsasən cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz, edilməsi məsələsini həll edir" tələbini tətbiq etməli idi. İddiaçılar cavabdeh qismində fərz etdikləri şəxslər, yəni Cavabdeh1 Ələkbər oğlunun vərəsələri-X3, X6 və X1 bütün hallarda hazırki mülki mübahisə üzrə işə cəlb edilməlidir. Mülki mübahi sə üzrə iddia tələbinə qarşı cavabdeh kimi məhkəmə baxışında iştirak etməyi arzu etdikləri halda məhkəmə onları cavabdeh qismində tanıyır, əks halda həmin şəxslərin cavabdeh tərəfdən 3-cü şəxs qismində işə cəlb edilməsi mütləqdir. Çünki bütün hallarda hazırkı mülki mübahisə üzrə qəbul ediləcək məhkəmə aktı göstərilən şəxslərin maraqlarına toxunur. Tərəflərin izahatları: İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh3 məhkəməyə məktub göndərərək mülki işə notariat kon torunun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər üçüncü şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan a pellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, hazırkı iş üzrə İddiaçı1 mərhum Cavabdeh1 qardaşı, digər İddiaçı2 isə qardaşı oğludur. İddiaçılar tələblərini cavabdeh qismində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3na yönəltmişlər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, yəni 22 noyabr 2017-ci il tarixdə cavabdehlərdən Cavabdeh1 ölmüşdür. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 267.0.7-ci maddəsinə istinad edərək iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam vermişdir. Həmin normaya görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi şəxs cavabdeh ola bilər. “Tərəf” statusunu şəxs ona qarşı məhkəmədə iş başlandıqdan sonra alır. Birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi iş üzrə icraata xitam vermə müddəası məhz şəxs “tərəf” statusunu aldıqdan sonra baş verən ölüm halında mümkündür, məhz həmin bu halda hüquq varisliyinə yol verdiyi məqama görə icraata xitam verilməməlidir. İddiaçılar mərhum Cavabdeh1 qarşı tələb irəli sürdükdə bilirdilər ki, o, vəfat etmişdir, onun hüquq varisləri var. Yəni şəxs tərəf olmadan əvvəl ölməsi halında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən yox, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata ölmüş şəxsə aid hissədə xitam verilməlidir. Başqa sözlə işə Cavabdeh1 aid hissədə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə icraata xitam verən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçılar kassasiya şikayətində Mülki Prosessual Məcəllə 167.1.4-cü maddəsinə istinad etmişlər. Halbuki həmin normanın hazırki halda ölmüş şəxsə qarşı işin icraatın a xitam verilməsi ilə əlaqəsi yoxdur. Belə ki, həmin normaya görə hakim işin baxılmağa hazırlanması mərhələsində birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. 3-cü şəxs qismində hazırkı mülki mübahisə üzrə işə cəlb edilməsinin mütləq olması, mülki mübahisə üzrə qəbul ediləcək məhkəmə aktının onların maraqlarına toxunması məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar da ölmüş şəxsə qarşı işin icraatına xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticənin qanuniliyinə təsir etmir. İş üzrə üçüncü şəxslərin işə cəlb edilməsi iddiaçının müraciətinə əsasən, yaxud məhkəmənin öz təşəbbüsü ilə məhkəmə tərəfindən həll edilən məsələdir. İddiaçılar işin mahiyyəti üzrə baxılması zamanı bu hüquqlarından istifadə edə bilərlər. Hazırkı mübahisə iş üzrə tərəflərdən birinin iddia qaldırılanadək sıradan çıxması müəyyən edildikdə prosessual hüquq varisliyinə yol verilib verilməməsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bunun yolverilməz olması qənaətinə gəlmiş, düzgün olaraq qeyd etmişdir ki prosessual hüquq varisliyinə məhkəmədə iş başlanandan sonra ölən tərəfə münasibətdə yol verilir. Məhkəmədə iddia qaldırılanadək tərəfin ölməsi müəyyən edildikdə həmin şəxsə aid hissədə məhkəmədə işə baxıla bilməz, həmin tələb digər şəxslərin maraqlarına toxunduğu hallarda isə bu şəxslər əlavə cavabdeh və ya cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb oluna bilərlər. Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən mü bahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9400/2019 nömrəli iş üzrə 09 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar