Məhkəmə qərarları › İş №2(010)-601/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-601/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-601/2025 28.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Məmı̇ yeva Günay Fı̇ zuli qızı və Abbasov Şı̇ rvan Əlı̇ sa oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC cavabdehlər Məmı̇ yeva Günay Fı̇ zuli qızı və Abbasov Şı̇ rvan Əlı̇ sa oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1080,00 (bir min səksən) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2023-cü il tarixində, saat 09:52 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti ərazisində Cavabdeh2 məxsus X2 (Cavabdeh1) idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz B200” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota RAV 4” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP 565612 №-li inzibati tənbeh vermə haqqında qərara əsasən, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.4 və 327.6-cı maddəsində (nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edilməsinə görə, hadisə yerindən yayınmaya görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktlarında göstərilmişdir ki, “Toyota RAV 4” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 3610,00 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA136061 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə icbari sığorta həddində proposional bölgü əsasında ümumilikdə 1080,00 (bir min səksən) manat məbləğində sığorta ödənişi ödənilmişdir.

Tərəflərin izahatları

3. Cavabdehlər Məmı̇ yeva Günay Fı̇ zuli qızı və Abbasov Şı̇ rvan Əlı̇ sa oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.

İş materialları

5. İş materiallarında olan çıxarışdan görünür ki, “Mercedes Benz B200” markalı, **- MR-*** dövlət qeydiyyat nişanlı avtomobil Abbasov Şı̇ rvan Əlı̇ sa oğlunun mülkiyyətindədir.

6. xx.xx.2022-ci il tarixli, PXA********** nömrəli İcbari Sığorta Müqaviləsindən görünür ki, “Mercedes Benz B200” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 12 ay müddətinə "xxxx" ASC-də sığortalanmışdır.

7. xx.xx.2022-ci il tarixli, PXA********** nömrəli İcbari Sığorta Müqaviləsindən görünür ki, “Toyota RAV 4” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 12 ay müddətinə "xxxx" ASC-də sığortalanmışdır.

8. xx.xx.2023-cü il tarixli İnzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, ““Mercedes Benz B200” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 (hazırki iş üzrə cavabdeh Məmı̇ yeva Günay Fı̇ zuli qızı) AR İXM-nin 327.1, 332.4, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyindən 400 manat məbləğində cərimə edilmişdir.

9. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Toyota RAV 4” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 3610,00 manat təşkil edir.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş “Sığorta Aktı”ndan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota RAV 4” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 1080 manat məbləğində sığorta ödənişi edilmişdir.

11. xx.xx.2023-cü il tarixli “Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı”ndan görünür ki, "xxxx" ASC tərəfindən plastik kart X1 təhvil verilmişdir.

12. xx.xx.2023-cü il tarixli, 05/01-894 nömrəli pretenziyadan görünür ki, "xxxx" ASC tərəfindən “Toyota RAV 4” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı verilmiş 1080 manat sığorta ödənişinin 7 iş günü ərzində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə X3 (hazırki iş üzrə cavabdeh Məmı̇ yeva Günay Fı̇ zuli qızı) xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

13. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iş üzrə cavabdeh Məmı̇ yeva Günay Fı̇ zuli qızının idarə etdiyi “Mercedes Benz B200” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota RAV 4” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3610 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti zərərin aradan qaldırılması üçün 1080 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırkı iddia tələbində iddiaçı “Toyota RAV 4” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilən 1080 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Tələbini onunla əsaslandırır ki, qəzanın baş verməsində cavabdeh Məmı̇ yeva Günay Fı̇ zuli qızı təqsirkar olmuşdur və o, digər cavabdehin mülkiyyətində olan “Mercedes Benz B200” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili “nəqliyyat vasitəsini idarə etmək” hüququ olmadan idarə etmiş və eyni zamanda qəza baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

15. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qiyabi təmin edilməlidir.

18. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh Məmı̇ yeva Günay Fı̇ zuli qızının digər Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz B200” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etməsi və yol nəqliyyat hadisəsi törətməklə “Toyota RAV 4” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hallar işə əlavə edilən sənədlərlə müəyyən edilir. İddiaçının cavabdehlərə qarşı subroqasiya hüququnu yaradan hal isə cavabdeh Məmı̇ yeva Günay Fı̇ zuli qızının digər Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz B200” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etməsi və qəza törətdikdən sonra hadisə yerindən yayınmasıdır. Bu hallar cavabdeh Məmı̇ yeva Günay Fı̇ zuli qızının barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehlərdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə işə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən “Toyota RAV 4” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1080 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən qeyd olunan məbləğ müştərək qaydada tutulmalıdır.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə qeyd edir ki, iddia tələbi qiyabi təmin edildiyindən, iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qiyabi təmin edilməli, cavabdehlər Məmı̇ yeva Günay Fı̇ zuli qızı və Abbasov Şı̇ rvan Əlı̇ sa oğlundan müştərək qaydada 1080 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinəödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdehlər Məmı̇ yeva Günay Fı̇ zuli qızı və Abbasov Şı̇ rvan Əlı̇ sa oğlundan müştərək qaydada 1080 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar