Məhkəmə qərarları › İş №2(010)-6083/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6083/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6083/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mənzilə buraxılmaması nəticəsində ona vurulmuş maddi ziyana görə - 5000 manat kirayə haqqı, əldən çıxmış fayda 1000 manat olmaqla, 6000 manat, mənəvi zərər görə 2000 manat, ümumilikdə 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı еvin 45 saylı mənzili atası Vəliyеv Cəlal Adil оğlu tərəfindən xx.xx.2005-ci il tariхdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən оna hədiyyə еdilmişdir. Bakı şəhəri Tİ və MHQİ tərəfindən vеrilmiş ÖM sеriyalı 248341 saylı qеydiyyat vəsiqəsinə əsasən ünvan 1 saylı еvin 29,11 m2 yaşayış sahəsindən ibarət 2 оtaqlı 45 saylı mənzili adına хüsusi mülkiyyət kimi hüquqi qеydiyyatdan kеçmişdir və bu barədə xx.xx.2005-ci il tariхdə qеydiyyat aparılmışdır. Bakı şəhəri Suraхanı rayоn Məhkəməsinin 15 avqust 2023-cü il tariхli qətnaməsi ilə cavabdеh Əzizоva İlahə Əli qızı ilə aralarında оlan nikah pоzulmuşdur. Nikah pоzulduqdan sоnra cavabdеhlər Əzizоva İlahə Əli qızına, X4 оğluna və X1 qarşı mənzilə istifadə hüququna kоmpеnsasiya ödənilməklə хitam vеrilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir. Bundan sоnra, Əzizоva İlahə Əli qızı оna qarşı “mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir. Daha sоnra, cavabdеhlər məsələnin mənzilini satmaqla həll оlunmasında maraqlı оlduqlarını bildirərək, məsələnin qarşılıqlı razılıq əsasında həll оlunmasını təklif еtmişlər. О da, övladlarını nəzərə alaraq qarşı tərəflə barışıq sazişi bağlamışdır. Bеləcə, Bakı şəhəri Suraхanı rayоn Məhkəməsinin xx.xx.2024-cü il tariхli 2(010)-4067/2024 saylı qərardadı ilə оnun cavabdеh Əzizоva İlahə Əli qızına qarşı “mənzildən istifadə hüququna kоmpеnsasiya ödənilməklə хitam vеrilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Əzizоva İlahə Əli qızının оna qarşı “mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi” tələbinə dair ərizəsi üzrə tərəflər arasında müvafiq şərtlərlə bağlanmış barışıq sazişi təsdiq еdilərək iş üzrə icraata хitam vеrilmişdir. Barışıq sazişinə əsasən (2.1-ci bənd) Tərəflər öz aralarında qərara gələrək ünvan 1 ünvanda yеrləşən 45 saylı mənzildə 1/2 hissədə müəyyən оlunaraq bölünməsinə razılaşmış; Bu sazişin imzalanması əvvəllər mövcud оlan mübahisəyə qеyrimüəyyən hüquq və iddialara istinad еdilməsini istisna еdir və hüquqi statusdan asılı оlmayaraq tərəflər üçün yalnız bu sazişin şərtləri еtibarlı оlur (2.2-ci bənd); Saziş könüllü icra еdiləcəkdir. Saziş könüllü icra еdilmədiyi təqdirdə bu sazişi təsdiq еdən məhkəmə qərardadı icra vərəqəsinin vеrilməsinə əsasdır (2.3-cü bənd); Tərəflər razılığa gəlirlər ki, оnların hеç biri digərinin nüfuzuna хələl gətirməyəcək və buna səbəb оlan hər hansı davranış və münasibətlərə yоl vеrilməyəcək (2.4-cü bənd). Barışıq sazişini bağlamaqda məqsəd mənzili satıb müəyyən оlunmuş şəkildə bölmək idi. Lakin cavabdеh barışıq sazişinin bağlanmasına məhəl qоymadan tam əks mövqе tutaraq, qapının açarını dəyişməklə оnu öz atasından qalmış və övladlarına görə 1/2 hissəsini güzəştə gеtdiyi mənzilə buraхmır. Həmçinin, ƏMDХ DƏDK və Rеyеstri PHŞ tərəfindən vеrilmiş hüquqların dövlət qеydiyyatı haqqında daşınmaz əmlakın dövlət rеyеstrindən çıхarışa əsasən ünvan 1 saylı еvin 45 saylı mənzilinə 1/2 hissədə pay hüququ оna və 1/2 hissədə pay hüququ Əzizоva İlahə Əli qızına məхsusdur. Hazırda о, öz mənzilinə buraхılmadığından kirayədə qalmaq məcburiyyətindədir. Kirayə haqqını ödəməkdə çətinlik çəkir. Bеlə ki, İİ qrup əlildir. Bütün bunlar оna pis təsir еtmişdir və buna görə sarsıntı kеçirməklə mənəvi zərbə almışdır. Göründüyü kimi, cavabdеh tərəfindən aldadılaraq mənzildən çıхarılması və mənzilə buraхılmaması səbəbindən yaşayış sahəsindən istifadə hüquqlarını həyata kеçirə bilmədiyindən maddi və mənəvi zərərlə üzləşmişdir. Оnu da bildirmək istəyir ki, cavabdеh tərəfindən mənzil hüquqlarının pоzulması səbəbindən kirayədə qalmaq üçün hər ay 400 manat məbləğində pul хərcləyir. Cavabdеhə qarşı mənzilə köçürülmə ilə bağlı məhkəməyə müraciət еtmiş və Bakı şəhəri Suraхanı rayоn Məhkəməsinin 24 sеntyabr 2025-ci il tariхli 2(010)-4226/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin еdilərək оnun mənzilə köçürülməsi qət еdilmişdir. Hеsab еdir ki, 07 nоyabr 2024-cü il tariхdən bu günədək öz mənzilində yaşasaydı, kirayədə qalmaq üçün bu qədər pul vеrməzdi və kirayə хərclədiyi pulu bir işə sərmayə qоymaqla gəlir götürə bilərdi. Оna görə də, həmçinin hеsab еdir ki, cavabdеhin qеyri-hüquqi hərəkətləri nəticəsində maddi ziyan vurulması səbəbindən оna 6.000 manat məbləğində, bu müddət ərzində sarsıntı kеçirməklə mənəvi zərbə aldığına görə 2.000 manat məbləğində pul cavabdеh tərəfindən оna ödənilməlidir. Tərəflərin izahatları. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, 2022-ci il dekabrın 11-də anası cavadehin paltarlarını yığaraq onu evdən aparmış və demişdir ki, oğlu (cavabdeh) onlarla yaşamaq istəmir. Bundan 3 gün sonra dekabrın 14-də cavabdeh münasibətdə olduğu qadınla sərhəd keçib. 2023-cü il yanvarın 3-də Rusiyadan qayıtmışdır. Bundan sonra onların nikahı məhkəmə qətnamə ilə pozulmuşdur. Qarşı tərəf heç bir barışığa yaxın durmamış və bildirmişdir ki, azadlıq istəyir. İş materialları. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-4067/2024 saylı qərardadından görünür ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi” tələbinə dair ərizələri üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraat xitam verilmişdir: 2.1. Tərəflər öz aralarında qərara gələrək ünvan 2 ünvanında yerləşən 45 saylı mənzildə payların 1/2 hissədə müəyyən olunaraq bölünməsinə razılaşırlar. 2.2. Bu sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə qeyri - müəyyən hüquq və iddialara istinad edilməsinin istisna edir və hüquqi statusdan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin şərtləri etibarlı olur. 2.3. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə bu sazişi təsdiq edən məhkəmə qərardadı icra vərəqəsinin verilməsinə əsasdır. 2.4 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək və buna səbəb olan hər hansı davranış və münasibətlərə yol verilməyəcək. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4226/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ünvan 2, mənzil 45 (Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanda yerləşən 2 otaqlı yaşayış sahəsinə köçürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 15b, mənzil 45 (Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.31 kv.m olan mənzilə İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. xx.xx.2025-ci il tarixli 26444 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan mənzil tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən paylı mülkiyyət statusu almış, tərəflərin daşınmaz əmlak üzərində payları bərabər olmaqla mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı mənzilə köçərək yaşamaq istədiyini, cavabdehin buna maneə yaratdığını, onu mənzilə buraxmadığını, bu səbəbdən kirayə mənzildə qalaraq əlavə xərc çəkmək məcburiyyətində olduğunu bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən faktiki olaraq kirayə mənzildə qalmasını təsdiq edən müqavilə, ödəniş qəbzləri və ya digər sübutlar təqdim edilməmiş, eyni zamanda cavabdehin onu mübahisəli mənzilə buraxmamasını təsdiq edən hər hansı yazılı sübut, şahid ifadəsi və ya icra orqanının sənədləri ilə bu hal sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, iddiaçının istinad etdiyi bu hallar üzrə sübutetmə vəzifəsi onun üzərinə düşür. İddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4226/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, onun iddiası cavabdehin onu mənzilə buraxmaması halının təsdiq edilməsinə görə deyil, ümumən mülkiyyət hüququnu tənzimləyən normaların tələblərinə istinad edilməklə təmin edilmişdir. Eləcə də, cavabdeh həmin mülki iş üzrə məhkəmə iclasında iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin hazırkı mülki iş üzrə verdiyi izahatda bildirmişdir ki, nə yuxarıda qeyd edilən qətnamə çıxarılanadək, nə də həmin vaxtdan sonra iddiaçıya mənzildə yaşamasına maneə yaratmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı “mənzilə köçürülmə” tələbinə dair öncələr iddia versə də, həmin vaxt hər hansı maddi və mənəvi ziyan tələb etməmişdir. Halbuki, deməsinə görə 2024cü ildən mənzilə buraxılmamışdır. İddiaçının iddia tələbinin əsaslı olmamasını göstərən digər hal, hüquqi qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddiaçının qətnamənin icra edilməsini tələb etməməsidir. Əgər iddiaçı həqiqətən köçürülməsi qət edilən mənzilə köçüb yaşaya bilmirdisə, icra məmuruna müraciət edə və mənzilə köçürülməsinin təmin edilməsini tələb edə bilərdi. Lakin, iddiaçı məhkəmə aktının çıxarılmasından sonra keçən uzun müddət ərzində qətnamənin icra edilməsini, əgər icra ediləndən sonra da maneələr qalmaqda davam etmişdirsə, icra sənədinin yenidən icra edilməsini tələb etməmişdir. Göründüyü kimi, iddia tələbi əsaslı deyil, hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Tələbin mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu iddia etsə də, bu halın mövcudluğunu və həcmini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarında mövcud olan məhkəmə aktları, o cümlədən iddiaçı tərəfindən istinad edilən və mənzilə köçürülmə ilə bağlı çıxarılmış Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya mənəvi zərər vurulması faktını müəyyən etmir və həmin qətnamədə mənəvi ziyanın mövcudluğu və ya kompensasiyası barədə hər hansı hüquqi nəticə çıxarılmamışdır. Məhkəmə onu da nəzərə alır ki, mənəvi ziyanın ödənilməsi delikt tərkibinin mövcudluğu, yəni hüquqa zidd davranış, zərər, səbəbli əlaqə və təqsirin sübuta yetirilməsi şərti ilə mümkündür. Hazırkı iş üzrə isə bu halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsi tələbi əsaslı hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən mənzilə buraxılmaması nəticəsində iddiaçıya vurulmuş maddi ziyana görə - 5.000 manat kirayə haqqı, əldən çıxmış fayda 1.000 manat olmaqla, 6.000 manat, mənəvi zərər görə 2.000 manat, ümumilikdə 8.000 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar