Məhkəmə qərarları › İş №2(010)-609/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-609/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-609/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonrakı mətndə Cavabdeh ASC) qarşı “zəruri sənədlərin surətlərinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərdə keçirilmiş ümumi yığıncaqların protokolların sürətləri, Cavabdeh ASC-nin nizamnaməsinin sürəti, Cavabdeh ASC-nin 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərin reyestrinin surəti, Cavabdeh ASC-nin ümumi yığıncağında iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısı 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illər, Cavabdeh ASC-nin EMİSSİYA prospektinin surəti, Cavabdeh ASC-nin 2014, 2015, 2016, 2017, 2018, 2019-cu illərə dair maliyyə nəticələri haqqında hesabatının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin surəti, Cavabdeh ASC-nin 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərə dair fiziki və diqər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətləri, Cavabdeh ASC-nin icarəsində olan torpaq sahəsinin özləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surəti, Cavabdeh ASC-nin özələşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakının Dövlət Reyesterindən çıxarışı və sahənin texniki pasportunun surəti, Cavabdeh ASC-nin 2014, 2015, 2016, 2017, 2018, 2019 -cu illərdə görülmüş işlər barəsində hesabatları, Cavabdeh ASC-nin səhmdarlara göndərilən 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərin iclaslarının keçirilməsinə dair məktubların çatdırılmasına və alınmasına dair qəbzlərin əsli və surətinin ona təqdim edilməsinin Cavabdeh ASC-yə həvalə edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxışı iclasının xx.xx.2021-ci il tarixə təyin edilməsi barədə məhkəmə bildirişi, iddiaçıya isə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi SMS bildiriş göndərilsə də, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar