Məhkəmə qərarları › İş №2(010)-623/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-623/2022

01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-623/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aldığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, 6 saylı fərdi yaşayış evi üçün cavabdehlərə ödədiyi 15000 manat pulun, həmin fərdi yaşayış evinin təmirinə xərclədiyi 4000 manatın, ev ümumi payda olduğu üçün onun özəlləşdirilməsinə xərclədiyi 3400 manatın və ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun, cəmi 27400 manat məbləğində pulun müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində qardaşına yaşayış üçün fərdi ev almaq istəmişdir. Sonradan tanış olduğu Cavabdeh3 ev satdığını bilmiş, həmin şəxslə görüşmüş, sonuncunun yaşadığı ünvan 1 ünvanına getmiş, satılmalı olan fərdi yaşayış evi münasib qiymətə olduğuna görə aralarında şifahi razılığa gəlmişlər. O, Cavabdeh3 fərdi yaşayış evinin sənədlərini soruşduqda, Vidadi ona evi Cavabdeh2 satdığını, ancaq həmin evin Süleymanın anası Cavabdeh1 məxsus olduğunu bildirmişdir. Cavabdeh3 söz vermişdir ki, Cavabdeh2 və onun anası Cavabdeh1 ilə onu görüşdürüb sənədləşmə işini həll edəcəklər. Dördü də 06.01.2018-ci il tarixdə vasitəçi X3 iştirakı ilə görüşmüş, aralarında ümumi razılığa gəldikləri üçün cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 15000 manat pul vermişdir. Cavabdehlər də ona fərdi yaşayış evinin giriş-çıxış açarlarını verib, altı ay müddətində evin bütün sənədlərini hazırlayıb, alqı-satqı müqaviləsi əsasında evin onun adına rəsmiləşdirilməsinə söz vermişlər. O, dəfələrlə cavabdehlərə müraciət edərək bildirmişdir ki, onlardan aldığı fərdi yaşayış evinin sənədlərini qaydasına salsınlar. Hər dəfə cavabdehlər onu aldadaraq heç bir sənədləşmə işini aparmaq istəməmişlər. Bu müddət ərzində o, aldığı fərdi yaşayış evini təmir etmiş, təmirə 4000 manata qədər pul xərcləmişdir. Sonuncu dəfə 27.05.2021-ci il tarixdə cavabdehlə görüşmüş, aldığı evə aid sənədlərin hazırlanıb ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh3 bildirmişdir ki, Cavabdeh2 və onun anası Cavabdeh1 onu və Vidadini aldatmışdır və hazırda sənədlərin hazırlanmasından imtina edir. Bu barədə 27.05.2021-ci il tarixli müvafiq qəbzi vermiş, qəbzə şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin gün o, Cavabdeh2 ilə görüşəndə sonuncu ona anası Cavabdeh1 ilə danışıb, evə aid bütün sənədləri hazırlayıb, evi onun adına keçirəcəyinə söz vermişdir. Sonradan Cavabdeh2 onun telefon zənglərinə cavab verməmiş və yayınmışdır. O, cavabdehlərin evinə getmiş, Cavabdeh1 onunla görüşməkdən imtina etmişdir. Həmin vaxt Cavabdeh2 ona bildirmişdir ki, anası Cavabdeh1 satdığı evi alqı-satqı etmək istəmir və heç bir sənədin hazırlanmasına razılıq vermir. O da məcburiyyət qarşısında qalıb məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq o, həmin ev ümumi payda olduğu üçün evin özəlləşdirilməsinə 3400 manat pul xərcləmişdir. Baş vermiş proseslər zamanı onun bütün əsəb-sinir sistemi pozulmuş və ona maddi-mənəvi ziyan vurulmuşdur. Ona vurulmuş mənəvi ziyana görə cavabdehlərdən 5000 manat pul tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, ev almaq üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh3 15000 manat məbləğində pul vermişdir. Digər Cavabdeh1 isə pul verməmişdir. Cavabdeh2 və Cavabdeh3 onu aldatmış, nə pulunu verdiyi evi onun adına rəsmiləşdirmiş, nə də pulunu qaytarmışdır. Ona görə də cavabdehlərdən ya evi onun adına rəsmiləşdirməyi, ya da pulunu ödəməyi tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, o, mübahisəli evdə yaşamışdır və sonradan bu ev iddiaçıya satılmışdır. Hazırda iddiaçının qardaşı mübahisəli evdə yaşayır və bu səbəbdən hesab edir ki, onlardan pul tələb edilməsi əsassızdır. Cavabdeh1 isə ümumiyyətlə, bu məsələlərdən xəbəri olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı daha əvvəl də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hazırkı iddia ilə eyni əsaslar üzrə və eyni predmet barəsində iddia qaldırmış, bu iddia əsassız olduğundan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən rədd edilmişdir. Bu səbəbdən hesab edir ki, iş üzrə icraata həmin cavabdehlərə münasibətdə xitam verilməlidir. Digər Cavabdeh1 isə ümumiyyətlə, bu mübahisəyə aidiyyəti yoxdur. Belə ki, iddiaçı özü də qəbul edir ki, Cavabdeh1 heç vaxt pul verməmişdir. Belə olan halda iddiaçı tərəfindən Cavabdeh1 pul tələb edilməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 27.05.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh3 adından qeyd edilmişdir ki, o, 15000 manata İddiaçı satmışdır. Cavabdeh2 gələcəkdə adı keçən yaşayış yerinin sənədləşdirilməsinə heç bir maneçilik törətməyəcək. Lakin hazırda Cavabdeh2 sözünə əməl etmədiyi üçün o, İddiaçı qəbz verir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2(010)-4367/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ev satmaq adı ilə ondan 15000 manat məbləğində pul aldıqlarını, lakin evi onun adına sənədləşdirməyərək onu aldatdıqlarını, bu müddətdə evin təmirinə 4000 manat, özəlləşdirilməsinə 3400 manat məbləğində pul xərclədiyini bildirərək, cavabdehlərdən bu pulları tələb etmişdir. Əlavə olaraq, iddiaçı özünə dəymiş mənəvi ziyanı 5000 manat məbləğində qiymətləndirərək, cavabdehlərdən bu pulu da tələb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etsə də bildirmişdir ki, o, pulu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vermiş, digər Cavabdeh1 isə heç vaxt pul verməmişdir. Elə bu səbəbdən İddiaçı hazırkı iddia ilə eyni əsaslar üzrə, eyni predmet barəsində bundan əvvəl qaldırdığı iddiada cavabdeh kimi yalnız Cavabdeh2 və Cavabdeh3 göstərmiş, nə iddia tələbində, nə də iddia tələbini əsaslandırarkən Cavabdeh1 adına yer verməmişdir. Bu hissədə qeyd edilməlidir ki, İddiaçı hazırkı iş üzrə də cavabdeh olan Cavabdeh2 və Cavabdeh3 qarşı hazırkı iddia ilə eyni əsaslar üzrə və eyni predmet barədə qaldırdığı yuxarıda qeyd edilmiş iddia Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2(010)-4367/2021 saylı qətnaməsi ilə rədd edilmişdir. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli, 2(010)-623/2022 saylı qəraradadı ilə hazırkı iş üzrə icraata Cavabdeh2 və Cavabdeh3 aid hissədə xitam verilmişdir. Belə olan halda məhkəmə yalnız Cavabdeh1 aid hissədə iddia tələbinə münasibət bildirir. Bu zaman məhkəmə nəzərə alır ki, əgər İddiaçı hansısa evin öz adına sənədləşdirilməsi üçün Cavabdeh1 hansısa məbləğdə pul verdiyini, cavabdehin onu aldatdığını, evi onun adına sənədləşdirmədiyini, buna baxmayaraq, pulunu da qaytarmadığını iddia edirsə, bütün bu qeyd etdiklərini sübut etmək istənilən halda iddiaçının üzərinə düşür. Hansı ki, iddiaçı tərəfindən bu məqsədlə məhkəməyə adi kserosurət şəklində cəmi bir qəbz təqdim edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, bu qəbzin sübut kimi qəbuledilənliyi belə mübahisəlidir. Belə ki, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, mad. 89.1); Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (həmin Məcəllə, mad. 89.3). Digər tərəfdən, bu qəbzin əsli, yaxud notariat qaydasında təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş olsa idi belə bu qəbz əsasında nəinki iddianın əsaslılığı nəticəsinə gəlmək, ümumiyyətlə iş üzrə əhəmiyyət daşıyan hər hansı halı müəyyən etmək mümkün deyil. Belə ki, qəbzdə ümumiyyətlə, Cavabdeh1 adı çəkilməmiş, bu cavabdehlə bağlı dolayı yolla belə olsa (məsələn Cavabdeh2 anası kimi) hər hansı ifadə işlədilməmişdir. Halbuki, əgər İddiaçı Cavabdeh1 hansısa məbləğdə pul verdiyini iddia edirsə və öz iddiasını təsdiq edən sübut kimi məhkəməyə bu qəbzi təqdim edirsə, ən azından qəbzdə Cavabdeh1 aidiyyəti olan hansısa ifadəyə yer verilməli idi. Ümumiyyətlə, bu qəbz özlüyündə də kifayət qədər qeyri-müəyyəndir. Belə ki, qəbzdə qeyd edilir: “Mən, Cavabdeh3 R. oğlu verirəm bu qəbzi ondan ötəri ki, 06.01.2018-ci ildə X1 11000 (on bir min) manata (2016-cı il tarixdə) X3 vasitəsilə (bu hissədə fikir tamamlanmadan birbaşa növbəti hissəyə keçilir) 15000 (on beş min) manata İddiaçı satmışam. Yaşayış yerini (hansı yaşayış yeri olduğu bilinmir) İddiaçı satanda Cavabdeh2 razılığı ilə və gələcəkdə adı keçən (adı heç bir yerdə keçməyib) yaşayış yerinin sənədləşdirilməsinə heç bir maneçilik törətməyəcəyinə söz vermişdir...” Göründüyü kimi, bu qəbz əsasında nəinki qəbzdə adı çəkilməyən Cavabdeh1 münasibətdə hansısa halı müəyyən etmək mümkündür, hətta qəbzdə adları çəkilən şəxslərin (Cavabdeh3, İddiaçı, Rüfət Soltanov, Cavabdeh2) belə öz aralarında hansı münasibətdə olduqlarını, bu qəbzin nə məqsədlə yazıldığını, hansı halı təsdiq etdiyini, söhbətin hansı yaşayiş yerindən getdiyini müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə bu qəbzi iş üzrə mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Bu cür nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, İddiaçı özü də məhkəmə iclasında faktiki olaraq qəbul etmişdir ki, hazırkı iddianın Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Belə ki, o, verdiyi izahatda Cavabdeh1 heç vaxt pul vermədiyini bildirmişdir. Təsadüfi deyil ki, İddiaçı digər cavabdehlərə qarşı qaldırdığı və artıq məhkəmə qətnaməsi ilə rədd edilmiş iddiasında Cavabdeh1 bəhs etməmişdir. Halbuki, həmin iddia da bu iddia ilə eyni əsaslar üzrə və eyni predmet barəsində qaldırılmışdı. Hətta iddia ərizəsinin təsviri hissəsi belə bir neçə dəyişiklik istisna olmaqla, hazırkı iddia ərizəsinin təsviri hissəsi ilə eynilik təşkil etmişdir. İddia ərizələrinin təsviri hissələri arasındakı fərq hər nə qədər cüzi fərq kimi görünsə də bu ərizələrdə hadisələrin təsviri arasındakı əhəmiyyətli fərq diqqətə çarpır. Məsələn, əvvəlki iddia ərizəsində İddiaçı almaq istədiyi fərdi yaşayış evinin Cavabdeh2 məxsus olduğunu öyrəndiyini bildirsə də hazırkı iddia ərizəsində evin Cavabdeh2 anası Cavabdeh1 məxsus olduğunu öyrəndiyini bildirmişdir. Bundan başqa, əvvəlki ərizədə “hər üçümüz 06.01.2018-ci il tarixdə vasitəçi X3 iştirakı ilə görüşüb...” yazılsa da hazırkı ərizədə “hər dördümüz 06.01.2018-ci il tarixdə vasitəçi X3 iştirakı ilə görüşüb...” yazılmışdır. Əvvəlki ərizədə iddiaçı yalnız Cavabdeh3 və Cavabdeh2 15000 manat məbləğində pul verdiyinə istinad etsə də hazırkı ərizədə 15000 manat məbləğində pulu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 verdiyindən bəhs etmişdir. Əvvəlki ərizədə iddiaçı qeyd etmişdir: “Həmin gün mən Cavabdeh2 ilə görüşəndə o, mənə evə aid bütün sənədləri hazırlayıb evi mənim adıma keçirəcəyinə söz vermişdir”. Hazırkı ərizədə isə qeyd edilir: “Həmin gün mən Cavabdeh2 ilə görüşəndə o, mənə anası Cavabdeh1 ilə danışıb evə aid bütün sənədləri hazırlayıb evi mənim adıma keçirəcəyinə söz vermişdir”. Bütün bunlardan görünür ki, iddiaçının özünün də məhkəmə iclasında qəbul etdiyi kimi iddia ərizəsində cavabdeh kimi göstərilməsinə baxmayaraq, Cavabdeh1 hazırkı mübahisəyə heç bir aidiyyəti olmamışdır. Sadəcə olaraq, iddiaçı digər cavabdehlərə qarşı qaldırdığı iddiası rədd edildikdən sonra Cavabdeh1 da cavabdeh kimi ərizəyə əlavə etməklə, iddia ərizəsinin təsviri hissəsinə Cavabdeh1 mübahisəyə aidiyyətini “göstərən” süni əlavə və dəyişikliklər etməklə iddiaya məhkəmədə yenidən baxılmasına nail olmağa çalışmışdır. Bu iddianın əsassızlığı və heç bir sübuta əsaslanmadığı isə artıq yuxarıda qeyd edilənlər əsasında müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiаçı İddiaçı Cavabdeh1 qarşı qaldırdığı iddianın əsaslılığını təsdiq edəcək heç bir halı sübut edə bilməmişdir. Əksinə, iddiaçının izahatı və işin halları əsasında sübut edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh1 qarşı qaldırdığı bu iddia tam əsassızdır. Odur ki, iddia təmin edilməməlidir. Son olaraq, məhkəmə mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçının evin alınmasına, təmirinə, eləcə də özəlləşdirilməsinə çəkilmiş xərcin cavabdehdən tutulması ilə bağlı əsas tələbi təmin edilmədiyindən ondan törəmə tələb olan mənəvi ziyan tələbi də təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütəasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Balkı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar