Məhkəmə qərarları › İş №2(010)-6312/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6312/2021

13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6312/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus ** OF *** döviət nömrə nişanlı avtomobilin təmiri ücün mütəxəssis arayışına əsasən 3105 rnanat, əlavə maddi ziyan kimi 500 manat, mənəvi ziyan kimi 1000 manat, cəmi 4605 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respubiikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi tərəfindən veriimiş texniki pasporta əsasən NİSSAN PRİMERA markalı, ** OF *** dövlət nömrə nişanlı avtomobili X11 29 aprel 2021-ci il tarixdə verilmiş etibarnamə əsasında Bakı şəhəri 31 saylı notariat ofisində ona satmışdır. O Cavabdeh ilə əvvəlcədən tanımışdır. O avtomobil almaq fikrində olduğunu ona bildirmişdir. O Cavabdeh ilə avtomobilin 4500 manata satılması barədə 28.07.2021-ci il tarixdə razılığa gəlmişdir. O, avtomobili idarə etmiş və bəyəndikdən sonra alması və pulunu hissə-hissə ödəməsi barədə razılığa gəlmişdir. Səhərisi gün onlar notariat ofisinə getmişlər və Turqay ona avtomobilə görə 400 manat pul vermiş, 100 manat pulu isə növbəti gün ona ödəyəcəyini bildirmişdir. Avtomobilə dair qalan pulu isə hər ay 300-400 manat ödəməklə tam ödəyəcəyinə soz vermişdir. Bundan sonra o, avtomobili götürüb çıxıb getmişdir. O 100 manat pulun ona verilməsi ilə bağlı Turqaya zəng vurmuş, o isə Gəncə şəhərində toyda olduğunu, iki gün sonra Bakı şəhərinə qayıdacağını bildirmişdir. O, Bakıya qayıtdıqdan sonra ona zəng vuraraq bildirmişdir ki, avtomobil xarab olmuş, mühərriki dağılmış və buna görə də ondan avtomobili geri götürməsini xahiş etmişdir. O avtomobilə baxmaq üçün Turqayla görüşmüş və Turqay avtomobilin texniki pasportunu ona verməmiş və verdiyi 400 manat pulun geri qaytarılmasını ondan tələb etmişdir. Bundan sonra o polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və polis bölməsində avtomobilin sənədlərini alaraq ona geri qaytarmışlar. Hazırda avtomobil meydançada dayanmış vəziyyətdədir və həmin avtomobilin təmiri üçün 3105 manat pul tələb olunur. Bundan başqa o 4 aydır ki, həmin avtomobildən istifadə edə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o İddiaçı əvvəldən tanıyır, belə ki, o avtomobillərin alqı-satqısı ilə məşğuldur. O iddiaçıya məxsus bir neçə avtomobillərin şəkillərini Turbo-az saytına yükləmişdir. Növbəti dəfə o avtomobil almaq fikrində olduğundan İddiaçı ilə razılaşmış və həmin avtomobilin 4500 manata alması ilə bağlı razılığa gəlmişdir. O iddiaçını tanıdığından həmin avtomobili ustaya göstərməmiş və ilkin olaraq 400 manat İddiaçı vermiş və qalan 100 manatı bir-iki günə verəcəyi barədə razılığa gəlmişdir. Avtomobilin qalan dəyərini isə 20 ay ərzində verəcəyı barədə razılığa gəlmişdir. Buna görə də İddiaçı ona 3 aylıq avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Səhərisi gün o ailəsi ilə birlikdə Gəncə şəhərinə toya getmiş və qayıdarkən yolda avtomobildən səs gəlmişdir. Avtomobili saxlamış və məlum olmuşdur ki, avtomobildə nasazlıq olmuşdur. Bundan sonra o İddiaçı ondan cəmi 500 manat pul istəmişdir ki, həmin avtomobil düzəltdirsin. O razılaşmadığından onu polis şöbəsinə və sonradan məhkəməyə vermişdir. O həmin avtomobili cəmi üç gün ərzində idarə etmişdir. İddia tələbinin əsassız olduğunu bildirərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilən arayışdan müəyyən olunur ki, X7 məxsus NİSSAN-PRİMERA-minik, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə nöqsan aktına əsasən işçilərin zəhmət haqqı üçün 800 manat, ehtiyat hissələri üçün 2305 manat, ümumilikdə 3105 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş X2 Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, NİSSAN-PRİMERA-minik markalı, yaşıl metallik rəngli, Ban JN1BCAP11Z0918123, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 29.04.2021-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, mülkiyyətçi X15 oğlu Nissan Primera markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətini İddiaçı oğluna etibar etmişdir. Etibarnamə bir il müddətinə verilib və 29.04.2022-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə edilmiş 28.07.2021-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, nümayəndə İddiaçı oğlu Nissan Primera markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini Cavabdeh etibar etmişdir. Etibarnamə 3 ay müddətinə verilib və 28.10.2021-ci il tarixədək qüvvədədir. İş üzrə şahid X4 ifadə verərək bildirmişdir ki, İddiaçı kafenin yaxınlığına satmaq üçün avtomobil qoymuşdur. Cavabdeh isə məhəllədən tanıyır. Turqay avtomobil almaq fikrində olmuşdur və sonradan bildirmişdir ki, o İddiaçı avtomobil alıb, lakin həmin avtomobil nasaz olmuşdur. O avtomobillə bağlı danışıqlarda iştirak etməmişdir. İş üzrə şahid X1 ifadə verərək bildirmişdir ki, o Cavabdeh qaynanasıdır. O Səfər adlı şəxsdən avtomobil almış və həmin avtomobillə Gəncə şəhərindən gələrkən yolda avtomobildən möhkəm səs gəlmişdir. Avtomobil yolda xarab olmuş və bununla bağlı Turqay Səfərə zəng vuraraq ona etirazını bildirmişdir. Səfər isə onu təhqir etmişdir. İş üzrə şahid X9 ifadə verərək bildirmişdir ki, Turqay ona zəng vuraraq bildirmişdir ki, avtomobil almaq fikrindədir və bununla bağlı avtomobilə baxaraq fikrini ona bildirsin. O avtomobilə baxmış, lakin onu almasını məsləhət görməmişdir. Lakin Turqay onun fikrinə əhəmiyyət verməyərək avtomili almış və həmin avtomobillə rayona gemiş və qayıdanda avtomobil xarab olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının 1.2.-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X15 oğlu mülkiyyətində olan Nissan Primera markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətini İddiaçı oğluna etibar etmişdir. İddiaçı oğlu Nissan Primera markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq məqsilə etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmişdir. Avtomobil Cavabdeh tərəfindən idarə olunan zaman avtomobildə nasazlıq yaranmış və avtomobilin bəzi hissələrinin dəyişdirilməsi zərurəti yaranmışdır. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı X6 adına qeydiyyata alınmışdır və 29.04.2021-ci il tarixdə X11 tərəfindən İddiaçı verilmiş etibarnamədə həmin avtomobilə dəymiş zərərin tələb olunması ilə bağlı səlahiyyətlər göstərilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli avtomobil X6 mülkiyyətində olduğundan və iddiaçının avtomobilə dəymiş ziyanı başqa şəxsdən tələb etmək hüququ yaranmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar