Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-656/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat pul vəsaitinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması. İddia tələbinin dəlilləri xx.xx.2021-ci il tarixdə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, Cavabdeh1 məxsus və sürücülük hüququ olmadan Cavabdeh2 tərəfindən idarə olunan “Kia Clarus” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Corolla” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin hesablanmasına dair akta əsasən, “Toyota Corolla” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə 7405 (yeddi min beş yüz) manat zərər dəyməsi müəyyən edilmiş və şirkət tərəfindən “Toyota Corolla” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP5070184 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 332.2-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə), Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP5070185 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən isə Əliyev X4 Xətalar Məcəlləsinin 335.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdirlər. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Tərəflərin izahatları İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Hüquq Departamentiinin direktoru F.Mustafazadə xx.xx.2024-cü il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlamış, iddia tələbini müdafiə edərək, təqdim edilmiş və iş materiallarında olan sübutlar əsasında işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları TP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Əliyev X4 Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 23086/2022 saylı sığorta ödənişi ilə bağlı aktdan görünür ki, «Azərsığorta» QSKŞ tərəfindən Cavabdeh1 “Kia Clarus” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Corolla” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat məbləğində zərər dəymiş və həmin məbləğ köçürmə yolu ilə X6 ödənilmişdir. 42286 saylı ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X5 X9 Azərbaycan QSC-dəkı hesabına 5000 manat məbləğində onlayn ödəniş etmişdir. Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Toyota Corolla” minik markalı, ** OK *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş və avtomaşının ehtiyat hissələrinə 5305 manat və işçilik qiyməti 2100 manat olmaqla, ümumilikdə 7405 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 pretenziya ilə müraciət olunaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18:27-də Bakı şəhəri, Suraxanı rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, Cavabdeh1 məxsus və sürücülük hüququ olmadan Cavabdeh2 tərəfindən idarə olunan “Kia Clarus” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Corolla” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP5070184 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 332.2-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə), Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP5070185 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən isə Cavabdeh1 Məcəllənin 335.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdirlər. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və AR Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən yaranmış subroqasiya hüququnu təmin edərək 5000 (beş min) manat vəsaitin məktub rəsmi qaydada təqdim olunduqdan 7 (yeddi) gün ərzində bank hesabına köçürməsi xahiş olunmuşdur. Əks təqdirdə borcun tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət edidməsi bildirilmişdir. Cavabdeh2 Suraxanı rayon Polis İdarəsində verdiyi izahatından görünür ki, «Mən yuxarıda göstərilən ünvanda valideyinlərimlə birlikdə yaşayıram, 97 saylı tam orta məktəbin 1O-cu sinif şagirdiyəm. Atam Cavabdeh1 məxsus MKia Klarus" markalı, 1Q-FF- 944 qeydiyyat nişanlı minik avtomobil vardır. Həmin avtomobili mən, dəfələrlə atamın icazəsi ilə həyətimizdə və avtomobil hərəkəti az olan yerlədə idarə etmişəm. Yəni sürücülük məktəbində oxumasam da və sürücülük vəsiqəm olmasada avtomobili idarə edə bilinəm, 21 noyabr 2021-ci il tarixdə, saat təxminən 19 radəlerində mən evdə olanda atam, toya gedəcəyini və avtomobilin üzəri tozlu olduğunu bildirərərək, məndən həmin avtomobili İdarə edərək, Əmircan qəsəbəsində, evimizin yaxınlığında yerləşən avtoyuma məntəqəsinə aparıb, avtomobili yudurtmamı xahiş etdi. Məndə həmin avtomobilildarə edərək, avtoyuma məntəqəsi yerləşən istiqamətə hərəkət etməyə başladım. Yolda gedərkən sinif yoldaşım X3 görüb, avtomobili saxladım. Nəriman Nərimanov avtomobili yumağa apardığımı bildıkfən sonra, mənimlə birlikdə getmək istədiyini bildirdi. Məndə razı olduğumdan o, idarə etdiyim avtomobildə qabaq sağ sərnişin oturacağında oturdu. Hərəkətimə davam edib, Əmircan qəsəbəsi istiqamətində saatda 60-70 km sürətlə hərəkat edib, nizamlanmayan dörd yol ayrıcına daxil olarkən yol ayrıcının məndən sağ tərəfindən gələn “Toyota Corolla” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdum. Daha doğrusu mənim idarə etdiyim avtomobilin qabaq hissəsi İlə həmin avtomobilin sürücü tərəfi toqquşdu. Toqquşmadan sonra idarə etdiyim avtomobil hərəkət edib, beton maneəyə qırpılaraq dayandı. Yol-nəqliyyat hadİsəsi nəticəsində mən hər hansı bir xəsarət almamışam. Ancaq idarə etdiyim avtomobildə qabaq sərnişin oturacağında oturmuş sinif yoldaşım X1 əlinin mil sümüyü sınmışdır. Toqquşduğum “Toyota Corolla" markalı avtomobildə sürücüdən başqa bir nəfər qadın sərnişin vardı. Ancaq onlar xəsarət almamışdılar. İdarə etdiyim avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisədən qabaq spirtli içki və ya narkotik vasitə, psixotrop maddə qəbul etməmişdim. Hadisənin baş yerdiyi yer asfalt örtüklü, hamar və quru olmuşdur. Ancaq avtomobili idarə etmək üçün sürücülük hüququm yoxdur və olmamışdır. Hadisənin baş verdiyi yer nizamlanan yol ayrıcı idi. Mən idarə etdiyim avtomobillə hadisənin baş verdiyi yol kəsişməsinə daxil olarkən toqquşduğum avtomobillə aramızdakı məsafə təxminən 10 metr olardı. Yol nəqiiyyat hadisəsi törətdiyim dörd yol ayrıcı nizamlanmayan yol ayrıcı olduğundan hər hansı bir nizamlayıcı nişan yox idi. Bəli, hava işiqlı olduğundan və buna görə də yolu işıqlandırmaya ehtiyac olmadığından mən avtomobilin işıqlarını (faralarımı) yandırmamışdım.» Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“İcbari sığortalar haqqında” Qanun 25.1. və 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Mülki Prosessual Məcəllə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “Kia Clarus” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən 1 il müddətinə “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Cavabdeh1 mülkiyyətində olan və sürücülük hüququ olmadan Cavabdeh2 tərəfindən idarə olunan “Kia Clarus” minik markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə “Toyota Corolla” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP5070184 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə, Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP5070185 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən isə Cavabdeh1 nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdirlər. “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən hadisə nəticəsində zərər dəymiş “Toyota Corolla” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X6 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 5000 (beş min) manat həcmində subroqasiya hüququ yaranmışdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş sığorta ödənişi müqabilində 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nin xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş sığorta ödənişi müqabilində 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumuna görə 70,40 (yetmiş manat qırx qəpik) manat olmaqla, ümumilikdə 5070,40 (beş min yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova