Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-660/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məmmədli Əbülfəz namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Etibarlı» Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və qeyrilərinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Etibarlı» Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və qeyrilərinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin sökülməsi əvəzinə 68.6 m2 sahəsi olan mənzilin hər m2 üçün 1100 manat olmaqla cəmi 75,460 manat məbləğində pulun 2/3 hissəsi olan 50.306.66 manat məbləğində pul vəsaiti kompensasiya qismində Cavabdeh1 və 75,460 manat məbləğində pulun 1/3 hissəsi olan 25,153,33 manat məbləğində pul vəsaiti kompensasiya qismində Cavabdeh2 qızma ödənilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2/3 hissədə mülkiyyətçi Cavabdeh1 və 1/3 hissədə mülkiyyətçi Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilərək adlarına verilmiş çıxarışların ləğv edilməsi, həmçinin bildirişin verildiyi 2019-cu il tarixindən qətnamə qanuni qüvvəsini alanadək cavabdehlərin mənzildən çıxarıldığı günədək yubanma nəticəsində iddiaçı tərəfindən köçürülmüş 13 mənzilə görə ödənilən aylıq 4100 manat məbləğində pulun hesablanılaraq cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə, saat 11:00-yə təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdehlə aralarında razılıq olduğunu və bu səbəbdən işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «Etibarlı» Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və qeyrilərinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-660/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-660/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver