Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-209/2020 06.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Əliyeva (İbrahimova) Rəna Yafis qızının nümayəndəsi-vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdeh iştirakları ilə, iddiaçı Əliyeva (İbrahimova) Rəna Yafis qızının Cavabdeh qarşı “4000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (İbrahimova) Rəna Yafis qızı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh uşaqları və ona aid olan əşyaları ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax rayonu Tanrıqulular kəndində 0,2364 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 112.35 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evindən 4000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə, cavabdehin dərhal mənzildən çıxarılmasına və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı evin qapısını bağlamaqla mülkiyyət hüququnu məhdudlaşdırmağa cəhd etdiyi qanuna zidd hərəkətinə son qoyulmasına, qapıların dərhal açılmasına, həmçinin əmlakına vurulan maddi ziyana görə 7000 manat məbləğin cavabdehdən tutlaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Yevlax rayonu Tanrıqıılular kəndində 0,2364 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və qeyd edilən torpaq sahəsi onun mülküdür. Həmin mülkiyyət tam olaraq onundur, həmin əmlakı o, idarə edir. Qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi əvvəl atasının anası, yəni nənəsi X3 məxsus olmuş və həmin ev ona bağışlanmışdır. Onun əmisi X8 xx xxxxxx 1990-cı ildə hazırkı cavabdehlə ailə qurub evlənmiş, hazırkı cavabdeh ona məxsus olan evə gəlin köçmuş və bu evdə 3 gün yaşadıqdan sonra cavabdehin istəyi ilə Mingəçevir şəhərinə köçmüşlər. Onların hər iki uşağı da orada doğulmuşdur. Bu şəxslər onun evində yaşamasalar da Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il qətnaməsi ilə cavabdehin həmin evdə yaşamaq hüququ təmin edilmişdir. Cavabdeh özbaşınalıq edərək evin otaqları onundur deyərək otaqları bağlaması, həmçinin digər hüquqa zidd hərəkət etməsi onun bir mülkiyyətçi kimi hiddətləndirir. Əmisinin həyat yoldaşının reallıqda onun mülkiyyətində nə işi ola bilərdi. Digər tərəfdən onun mülkiyyət hüquqları kifayət qədər pozularaq evin qapıları bağlıdır. Bu şəxsə istifadə hüququnun verilməsi heç də ona dəlalət etmir ki, onun mülkiyyətində olan evdə qanuna zidd hərəkətlər etsin. Onun mülkiyyət üzərində hüquqları kobud şəkildə pozulur. 15 ildir ki, bağlanmış evinə daxil ola bilmir. Evinin döşəməsi artıq çürümüşdür. Bütün evin ətrafı, tavanı, divar xətləri tamamilə havasızlıq şəraitində qalaraq tam çərçivədə çürüntülərlə müşahidə olunur. Onun mülkiyyətinə xeyli miqdarda ziyan dəymişdir. Cavabdehin yaşayış hüququ əldə etməsi heç də ona dəlalət etmir ki, onun mülkiyyətini məhv etsin. Evinin rütubətliliyi və cavabdehin qanunsuz hərəkəti nəticəsində qapıları bağlaması, orta hesabla ona 7000 manat civarında ziyan vurmuşdur. O, məhkəmə tikinti ekspertizasının keçirilməsini, 15 il ərzində evin qapısını bağlamaqla öz iradəsini həyata keçirən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan ziyanın həcminin müəyyənləşdirilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkil Fərhad Məmmədov iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, kompensasiya məbləği ilə razı olmadığını, eyni zamanda onun istifadəsinə verilmiş əmlakdan qanuna uyğun şəkildə istifadə etdiyini, onun tərəfindən əmlaka heç bir ziyan vurulmadığını bildirərək iddia tələbin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2-231//2004 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2004-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh 2 azyaşlı uşağı ilə birlikdə X2 adında olan Yevlax rayonu Tanrıqullar kəndindəki yaşayış evinə köçürülməsi və həmin evdə ona yaşamaq hüququnun verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* №li çıxarışla müəyyən olunur ki, Yevlax rayonu Tanrıqullar kəndində 0,2364 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,35 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 aid olmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayonu Tanrıqullar kəndində 0,2364 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,35 m2 olan fərdi yaşayış evini X7 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* №li çıxarışla müəyyən olunur ki, Yevlax rayonu Tanrıqullar kəndində 0,2364 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,35 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X7 aiddir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ƏQ-40/2020 saylı xx.xx.2020-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən İbrahimova (Əliyeva) Rəna Hafiz qızına məxsus fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə real bazar qiyməti 15000 manat, aylıq kirayə haqqı 50 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri izahatlardan müəyyən edilir ki, mübahisəli yaşayış evi iddiaçının nənəsi X3 məxsus olmuş və xx.xx.2014-cu il tarixdə bağışlama hüququ əsasında X6 adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçmişdir. Cavabdeh 1990-cı ilin dekabr ayında iddiaçının əmisi Fazil Yusifovla ailə quraraq mübahisəli yaşayış evinə gəlin köçmüşdür. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qətnaməsi ilə cavabdehin mübasilə yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Mənzilin mülkiyyətçisi olan iddiaçı, onun tərəfindən cavabdehə kompensasiya ödənilməklə, tam mülkiyyət hüququ ilə hazırda ona məxsus mübahisəli mənzil üzərində cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı isə Məhkəmə bildirir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddələrindən fərqli olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi və yuxarıda göstərilmiş qərarından göründüyü kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmamışdır. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin yaşayış sahəsindən istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun.Bundan əlavə, istifadə hüququna xitam verilən şəxsin maddi və sosial vəziyyəti ilə yanaşı, həmin şəxsin himayəsində olan yetkinlik yaşına çatmayan uşağın yaşını və sağlamlıq durumunu, onun özünü və himayəsində olan uşağı ayrıca mənzillə təmin etmək üçün maddi imkanının olub-olmamasını, iş yerindən və ya sosial kirayə müqaviləsi üzrə mənzillə təmin olunub-olunmayacağını, işləyib-işləməməsini, aldığı əmək haqqının məbləğini, o cümlədən hər bir işə münasibətdə sair xarakterik hallar da nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı, cavabdehə qarşı irəli sürdüyü tələbin əsası kimi istinad etdiyi halı, yəni təklif olunan kompensasiyanın cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, lakin, əvvəlki yaşayış sahəsinin şəraitinə oxşar (uyğun) şəraitdə yaşaya bilməsi üçün kifayət etməsi, eyni zamanda cavabdehin qanuna zidd hərəkətləri nəticəsində iddiaçının əmlakına ziyan vurulması halını sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Əliyeva (İbrahimova) Rəna Yafiz qızının iddiası əsassız olduğu üçün təmin olunmamalıdır. İddia ərizəsi təmin edilmədiyindən dövlət rüsumı, Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinin tələbinə görə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əliyeva (İbrahimova) Rəna Yafis qızının Cavabdeh qarşı “4000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-209/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-209/2020
06.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver