Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-668/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastri Və Reyestri X5 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3, 65 saylı mənzilə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məktuba əlavə olunmuş: 1.1. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş 1376 №-li Sərəncamın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3, 65 saylı mənzil əvəzsiz olaraq X2 mülkiyyətinə verilmişdir. 1.2. X1 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.1995-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X3 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3, 65 saylı mənzili İddiaçı satmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3, 65 saylı mənzil İddiaçı mülkiyyətindədir.
3. ASAN 4 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.
4. 68 saylı MKİS sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 193 №-li arayışdan görünür ki, Cavabdeh Yeni Günəşli, "AB" yaşayış sahəsi, ev 38, mənzil 65-də qeydiyyatdadır, lakin bu ünvanda yaşamır.
5. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş məktubdan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2000-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh 1999- 2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Bununla yanaşı, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh 2002- 2023-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2005 – Giriş, xx.xx.2005 – Çıxış, xx.xx.2005 – Giriş, xx.xx.2005 – Çıxış, xx.xx.2009 – Giriş, xx.xx.2009 – Çıxış, xx.xx.2009 – Giriş, xx.xx.2009 – Çıxış, xx.xx.2010 – Giriş, xx.xx.2010 – Çıxış, xx.xx.2012 - Giriş, xx.xx.2012 – Çıxış, xx.xx.2012 – Giriş, xx.xx.2012 – Çıxış, xx.xx.2015 – Giriş, xx.xx.2015 – Çıxış, xx.xx.2017 - Giriş, xx.xx.2017 – Çıxış.
İşin faktiki halları
6. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ünvan 3, 65 saylı mənzili xx.xx.1995-ci il tarixdə almış və qeyd olunan mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir.
İddia tələbi
7. İddiaçı Cavabdeh qarşı “mənzilinə istifadə hüquqlarına xitam və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “AB” y/s, ev 38, 65 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 2 ünvanı tam pay hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh onun qızıdır, lakin 15 il bundan qabaq ailə qurmaq məqsədilə Rusiya Fedrasiyasına köçmüş, hal-hazıradək Azərbaycan Respublikasında yaşamadığı üçün məsələni həll etmək mümkün deyildir. İddiaçı həmin evi aldıqda belə qızı Azərbaycanda yaşamırdı. İddiaçının dediyinə görə hərdən Azərbaycana gəldikdə müvəqqəti qeydiyyat yerinin olması məqsədilə onu sonradan həmin mənzilə pasport qeydiyyatına salmışdır. Lakin qızı bir gün belə həmin mənzildə yaşamamışdır, hətta pandemiya dövründən sonra heç qonaq kimi belə Azərbaycana gəlməyib. Cavabdehin pasport qeydiyyatından çıxa bilməməsi iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarır, iddiaçı isə həmin evi satmaq niyyətindədir. Bu səbəbdən də məsələni məhkəmə qaydasında həll etməyə məcburdur. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq olunan hüquq
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)
Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
13. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Məhkəmənin mövqeyi
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
15. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yaranması vaxtı nəzərə alınaraq hazırki mübahisəyə 1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
16. Məhkəmə tərəfindən müəyyən olunan işin hallarına görə ünvan 3, 65 saylı mənzil Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş 1376 №-li Sərəncam əsasında əvəzsiz olaraq X2 mülkiyyətinə verilmiş və X3 xx.xx.1995-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında həmin mənzili İddiaçı satmışdır. Qeyd olunan mənzil Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyətinə keçirilmişdir. İş materiallarında olan digər sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Qeyd olunan hal Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş sənəddə də öz əksini tapmışdır. Belə ki, Cavabdeh 2002-2023-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından görünür ki, Cavabdeh son olaraq xx.xx.2017-ci il tarixdə ölkədən çıxmış və həmin vaxtdan bəri ölkə ərazisinə giriş etməmişdir.
17. Göründüyü kimi cavabdeh mübahisəli mənzildən çıxmışdır ki, onun həmin mənzildən ailə qurduqdan sonra çıxması və özünə aid olan yaşayış evinə köçməsi həmin mənzildən daimi olaraq getməsi kimi qiymətləndirilməlidir. Cavabdeh mübahisəli mənzildən daimi olaraq getdiyindən onun mənzilə olan istifadə hüququ da itirilmişdir. İddiaçının vəkili özü də izahatında həmin mənzildə ailə qurduqdan sonra cavabdehin yaşamadığını bildirir. Bu səbəbdən məhkəmə cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildən ailə quraraq köçüb getməsini daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir və bununla da Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən cavabdeh mənzildən istifadə hüququnu itirmişdir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 65 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 65 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.