Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-68/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş maddi zərərin (real zərər) əvəzi kimi 3560 manat, əldən çıxmış fayda olaraq - 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,6 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində ona məxsus “Lada” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ailəsi ilə birlikdə Türkan istiqamətindən Qala dairəsinə daxil olmuş və şəhər istiqamətində hərəkətə başladığı zaman avtomobilin sağ hissəsinə nəyinsə möhkəm dəydiyini hiss etmiş və bu zaman avtomobil fırlanaraq dirəyə dəyərək dayanmışdır. Həmin vaxt avtomobildə oğlu və həyat yoldaşı olmuş və avtomobilə dəymiş zərbədən oğlu xəsarət almışdır. O, dərhal avtomobildən enərək oğlunu xəstəxanaya çatdırmaq üçün yoldan keçən avtomobilləri saxlamağa çalışmış, lakin, heç bir avtomobil saxlamamışdır. Hadisə yerinə gələn PPX əməkdaşlarının köməkliyi ilə onlar Xəzər tibb mərkəzinə getmışlər. Mobil telefonu qırıldığı üçün polisə məlumat verə bilməmişdir. Sonradan bilmışdir ki, hadisə zamanı avtomobilinə “Mercedes Benz ML270” minik markalı 90ZE597 qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Həmin avtomobil onun həyat yoldaşına məxsusdur. Keçirilmiş ekspertiza nəticəsində avtomobilinə 8560 manat ziyan vurulduğu müəyyən edilmişdir. Cavabdeh barəsində Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması təhqiqatçı tərəfindən rədd edilmişdir. Bundan sonra cavabdeh barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. O, dəfələrlə cavabdehə onun avtomobilinə vurmuş olduqu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ziyanı ödəməmişdir. Bundan sonra o, məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini həmin avtomobil ilə dolandırır. Cavabdeh yüksək sürətlə avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törədərkən avtomobilə ziyan vurmaqla yanaşı törətdiyi qəza nəticəsində avtomobil yararsız hala düşmüş və iki aydan çoxdur ki, avtomobildən istifadə edə bilməməklə onun maddi vəziyyəti pisləşmiş, qazancından məhrum olunmuşdur. Əldən çıxmış fayda olaraq cavabdeh ona 2 ay ərzində orta aylıq hesabla 600 manat olmaqla, ümumilikdə 1200 manat ziyan vurmuşdur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh təqsirinə görə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomobilinə zərər vurmuşdur. Hadisədən sonra onlar öz aralarında zərərin dəyəri olaraq cavabdehin ona 2000 manat məbləğində pul verməsi barədə razılığa gəlmişlər. Lakin sonradan məlum oldu ki, həmin məbləğ hazırda dəymiş ziyanı ödəmir. Belə ki, avtomobilə dəymiş zərərə görə cavabdeh məsuliyyət daşıyır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə zərər dəymiş, müvafiq hesablamalar və qarşılıqlı razılaşmaya görə zərər məbləğinin ümumi dəyəri 5000 manatdək müəyyən edilmişdir. Həmin vəsaitlə iddiaçının avtomobilinin təmir edilməsini cavabdeh öhdəsinə götürmüş, lakin iddiaçı avtomobilini özü təmir etdirəcəyini bildirmişdir. Avtomobilin tam bərpası üçün hesablanılmış məbləğ iddiaçıya ödənilmişdir. Lakin iddiaçı sonradan təmir xərclərini şişirdərək cavabdehdən təmirə görə əlavə 3560 manat zərərin və əldən çıxmış faydanın əvəzi olaraq 1200 manat tələb etmişdir. Mütəxəssiz rəyinə əsasən nəqliyyat hadisəsi üzrə iddiaçının idarə etdiyi avtomobilə vurulmuş maddi zərər məbləğinin cəmi 6325 manat təşkil edir. Bu isə zərər məbləğinin qəsdən iddiaçı tərəfindən şişirdilməsini təsdiq edir. Bundan başqa iddiaçı həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmasını, ayda 600 manat gəlir əldə etməklə ailəsini bu fəaliyyəti ilə dolandırdığını və 2 ay fəaliyyət göstərə bilmədiyini qeyd etməklə gəlirlərinin əldən çıxdığını göstərsə də, həmin halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Belə ki, İddiaçı iddiasına etiraz edir və iddia tələbi məhkəmə tərəfindən əsassız hesab edilməklə rədd olunmasını xahiş etmişdir.
İş materialları.
5. xx.xx.2023-cü il tarixli Müstəqil Ekspert rəyindən görünür ki, yol nəqliyyat qəzasına uğramış LADA minik markalı, ** FX *** dövlət nömrə nişanlı, ban №XTARS0350H0991635,2017-ci il buraxılışdan, Qara Metallik rəngdə, İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sərf olunan işlərin dəyəri ümumi 8560 manat müəyyən olunmuşdur.
6. Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışdan məlum olmuşdur ki, Xəzər rayon DYPŞ bildirdiyinə görə Nümayəndə məxsus, X2 idarə etdiyi “Mercedes Benz ML270 CDİ” minik markalı 90ZE597 qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 20:00 dəqiqələrdə X4 yol-nəqliyyat hadisəsi baş vermişdir.
7. Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X3, yol nəqliyyat hadisəsi faktına dair qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Mercedes Benz ML” markalı **-FX-*** qeydiyyat nişanlı avtomobilinin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikas İnzibati-Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü Cavabdeh barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
8. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X1 xx.xx.1996-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2089 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir.
9. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Müstəqil Ekspert rəyindən görünür ki, Avto yol nəqliyyat qəzasına uğramış LADA minik markalı, ** FX *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, qara metalik rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri də daxil olmaqla 6175 manat olunmuşdur.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5468-8/2085 nömrəli ekspert rəyindən görünür ki, Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaştırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri eksperizaları tədqiqat aparmış və Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7184,0 manat müəyyən edilmşdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9722 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6597,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5559,0 manat müəyyən edilmişdir.
İşin faktiki halları.
12. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Türkan istiqamətindən Qala dairəsi ərazisində idarə etdiyi “Mercedes Benz” markalı **-GS-*** dövlət nömrə nişanlı avtomobillə İddiaçı məxsus “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Beləliklə, baş vermiş hadisə nəticəsində “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.
13. Hadisə ilə bağlı aparılmış təhqiqat araşdırmasının yekununda yol nəqliyyat hadisəsinin Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsə də, Cavabdeh əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir.
14. Hazırda hadisə nəticəsində zərərçəkmiş avtomobilin sahibi olan iddiaçı hadisənin baş verməsində birbaşa təqsiri müəyyən edilən Cavabdeh avtomobilə dəymiş zərərin ödənilməsini tələb etmişlər.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından göründüyü kimi İddiaçı idarə etdiyi avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir.
20. Yuxarıda (§ 19) istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 23.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 23.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 23.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 23.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
21. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
22. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, o, səlahiyyəti olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının avtomobilinə zərər vurmuşdur.
23. Məhkəmə cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçılaya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9722 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6597,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lada” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5559,0 manat müəyyən edilmişdir.
24. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək avtomobilə dəymiş zərərə görə isə 3560 manat məbləğində təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, birinci dəfə aparılmış ekspertiza tədqiqatı nəticəsində ekspert iddiaçının özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsaslanaraq qüsur aktındakı eyni məbləği müəyyən etməklə avtoehtiyyat hissələrinə yalnız köhnəlmə faizi tətbiq etmişdir.
26. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, ikinci dəfə aparılmış ekspertiza tədqiqatı nəticəsində iddiaçının özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktı nəticəsində verilmiş ekspert rəyi əsaslıdır və məhkəmənin rəydə qeyd edilən məbləğlərlə razılaşmaması üçün heç bir əsas yoxdur.
27. Beləliklə, məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslı olduğunu hesab edir və Cavabdehnun törətdiyi mülki hüquq pozuntusu nəticəsində İddiaçı idarə etdiyi avtomobilə isə 6597 manat məbləğində zərər dəydiyi, bu zərərin icbari sığorta tərəfindən ödənilmiş 5000 manat məbləği çıxılmaqla Cavabdeh tutularaq iddiaçıya ödənilməli olduğu nəticəsinə gəlir.
28. Məhkəmə iddia tələbinin 1200 manat əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən onun əldə etdiyi gəlir barədə mötəbər sübutlar təqdim olunmadığından həmin hissədə iddia tələbi rədd olunmalıdır.
Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur.
30. Bundan başqa, iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyləri mövcuddur. Rəylərə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, bu rəyin verilməsi üçün ekspertiza xərci 100 və 50 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1597 manat məbləğində pul və 35,97 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 150 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 1597 (bir min beş yüz doxsan yeddi) manat məbləğində pul və 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci - 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova