Məhkəmə qərarları › İş №2(010)-687/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-687/2021

19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-687/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona (iddiaçıya) qaytarılmamış 18650 manat məbləğində əsas borcun, 2,000 manat mənəvi zərərin və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 20,680 manat məbləğində pul tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək ona 1800 manat pul ödənildiyini və buna görə də cavabdehə qarşı heç bir iddia və tələbinin olmadığını bildirərək cavabdehə qarşı iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, iş üzrə İddiaçı ilə aralarında olan razılığa əsasən İddiaçı 1800 manat məbləğində ödəniş etmişdir. İddiaçı ona qarşı heç bir tələbi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də həmin iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada qəbul edilməlidir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 261.0.4.-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilə bilər. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işlə bağlı xx.xx.2021-ci il tarixli iddiadan imtinası qəbul olunsun. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar