Məhkəmə qərarları › İş №2(010)-695/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-695/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-695/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı5, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı1 xeyrinə 1700 manat maddi zərər, 510 manat faizlər, eləcə də əldən çıxmış fayda və gəlir, 1000 manat mənəvi zərərin əvəzi kimi kompensasiya, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3240 manat; İddiaçı5 xeyrinə 1100 manat maddi zərər, 330 manat faizlər, eləcə də əldən çıxmış fayda və gəlir, 1000 manat mənəvi zərərin əvəzi kimi kompensasiya olmaqla, ümumilikdə 2430 manat; İddiaçı3 xeyrinə 1500 manat maddi zərər, 450 manat faizlər, eləcə də əldən çıxmış fayda və gəlir, 1000 manat mənəvi zərərin əvəzi kimi konpensasiya olmaqla, ümumilikdə 2950 manat; İddiaçı4 xeyrinə 1400 manat maddi zərər, 420 manat faizlər, eləcə də əldən çıxmış fayda və gəlir, 1000 manat mənəvi zərərin əvəzi kimi kompensasiya olmaqla, ümumilikdə 2820 manat; İddiaçı2 xeyrinə 1250 manat maddi zərər, 375 manat faizlər, eləcə də əldən çıxmış fayda və gəlir, 1000 manat mənəvi zərərin əvəzi kimi kompensasiya olmaqla, ümumilikdə 2625 manat məbləğində pulun tutulub ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıların etibarından suiistifadə edərək onların pul vəsaitini ələ keçirərək mənimsəmişdir. Belə ki, Azərbaycan Respublikası Lənkəran Rayon Məhkəməsinin 1 (049) - 53/2019 saylı, xx xxxxxx 2019 saylı tarixli hökmü ilə Cavabdeh iddiaçıların və onlarla digər şəxslərin pullarının dələduzluq yolu ilə ələ keçirilməsində və digər cinayətlərin törədilməsində təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. Məhkəmənin sözügedən hökmünə görə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Cavabdeh hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir. Cavadbehin cinayət təqibi zamanı iddiaçılar mülki iddiaçı kimi çıxış etmədiklərindən hazırki iddia tələbləri ilə iddiaçı kimi çıxış edirlər. Azərbaycan Respublikası Lənkəran Rayon Məhkəməsinin 1 (049) - 53/2019 saylı, xx xxxxxx 2019 saylı tarixli hökmü ilə aşağıdakı faktlar müəyyən edilmişdir. Cavadbeh Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxslə, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamış, eləcə də, təkrarən, qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, habelə yandırmaqla, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Belə ki, O, qulluq mövqeyindən istifade etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə İddiaçı1 həmin vaxt özünün matros işlədiyi “xxxx" QSC-nə işə düzəltdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Maqnit Ticarət Mərkəzinin” qarşısında ondan 600 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə İddiaçı5 həmin vaxt özünün matros işlədiyi "xxxx" QSC-nə işə düzəltdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq xx.xx.2017ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşen “X-LEDİ" mağazasının qarşısında sonuncu ilə görüşüb İddiaçı5 1.100 (bir min yüz) manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə İddiaçı4 həmin vaxt özünün matros “xxxx” QSC-nə işə düzəltdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Maqnit Ticarət Mərkəzi»-nin qarşısında sonuncu ilə görüşüb 1.400 (bir min dörd yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçimək qərarına gəlib bu məqsədlə X2 həmin vaxt özünün matros işlədiyi "xxxx” QSC-nə işə düzəltdirəcəyi adı ilə yalandan vəd edib aldadaraq xx.xx.2017- ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşen “Maqnit Ticarət Mərkəzi»-nin qarşısında İddiaçı3la görüşüb sonuncunun 1.500 (bir min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Muradov X5 Firdovsinin ona çox inandığını görüb ona bildirmişdir ki, əgər başqa tanış-qohumu işə düzəlmək istəyirsə həmin şəxsləri onunla tanış etsin. Bu səbəbdən də, O, Firdovsi vasitəsi ilə Elgün, Yusif, Semral və Fəqan adlı şəxslərlə tanış olub onları işə düzəltmək adı altında onlara qarşı dələduzluq edib pullarını ələ keçirmişdir. Belə ki, 2017-ci ilin iyul ayında əslən Dəvəçi rayonundan olan İddiaçı5 ilə tanış olmudur. Həmin vaxt o, Bakı şəhəri Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyasının yaxınlığındakı çayxanada işləmişdir. 2017-ci ilin iyul ayının ortalarında Firdovsi onunla söhbət edərkən Fəqan adlı dostunun da işə düzəlmək istədiyini demişdir. Ona görə də o, Firdovsiyə təklif etmişdir kı, onu Fəqanla görüşdürsün. Firdovsi onunla razılaşıb onu Fəqanın işlədiyi çayxanaya aparmışdır. Onlar çayxanada Fəqanla görüşüb danışmışlar. Onlar danışarkən o, Fəqana təklif etmişdir ki, onu 1100 manata Gəmiqayırma zavoduna işə düzəltsin. Fəqan bır az fikirləşib onlarla razılaşmışdır. Ona görə də, xx.xx.2017-ci ildə günorta saatlarında əvvəlcə razışlaşdıqları kimi metronun Neftçilər stansiyasının yanında yerləşən “X-Ledi” mağazasının qarşısına getmişdir. X8 görmüşdür. Həmin vaxt yaxınlıqda başqa heç kim olmamışdır. Fəqan Firdovsinin yanında ona öz diplomunu, sertifikatı və 1100 manat pul- vermişdir. Həmin vaxt o, Fəqana demişdir ki, 1 aya sonuncunu Gəmiqayırma zavoduna işə düzəldəcəkdir. Bundan sonra onlar ayrılmışlar. O, Fəqandan aldığı həmin 1100 manat pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, İddiaçı1 tanışı İddiaçı4 da qarşı dələduzluq cinayətini törətmişdir. Belə ki, 2018-ci ilin avqust ayının əvvəllərində Firdovsi onunla görüşən zaman demişdir ki, dostu Elgün ilə danışıb və imkan varsa sonuncunu da işə düzəltsin. O, bunu eşidib Elgünə qarşı dələduzluq edib pulunu ələ keçirmək qərarına gəlmişdir. Belə ki, O, Firdovsiyə demişdir ki, onu Elgünlə görüşdürsün. Ona görə də, O, Firdovsi və Elgün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 saylı ünvanda yerləşən “Maqnit Ticarət" mağazasının qarşısındakı adsız çayxanada görüşmülər. O, Elgünə demişdir ki, “xxxx” QSC-də işləmişdir və gəmi kapitanının 3-cü köməkçisidir, əgər Elgün öz şəxsiyyət vəsiqəsinin, hərbi biletinin kserosurətlərini, 3x4- ə 3 ədəd foto şəklini və 1400 manat pul versə sonuncunu “xxxx” QSC- nə aylıq məvacibi yüksək olan işə düzəldəcəkdir. Elgün onunla razılaşmışdır və onlar üçü xx.xx.2017- ci il tarixdə təkrar həmin çayxanada görüşmüşlər və orada Elgün ona öz şəxsiyyət vəsiqəsinin, hərbi biletinin kserosurətini, 3x4-ə 3 ədəd foto şəklini və 1400 manat' pul vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onlann kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3, 177.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 186.2.1 və 186.2.2-d maddələri ilə, X3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3, 177.2.4. 178.2.1, 178.2.2, 186.2.1 və 186.2.2-d maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Cavabdeh və X3 həmin maddələrdə nəzərdə tutulan əməli törətməsi özlərinin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Beləlikə cinavət təqibi üzrə qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunmuşdur ki, cavadbeh iddaçılardan aşağıdakı məbləğlərdə pul almış və geri qaytarmamışdır: İddiaçı1 600 (altı yüz) manat İddiaçı5 1100 (bir min yüz) manat İddiaçı3 1500 (bir min beş yüz) manat İddiaçı4 1400 (bir min dörd yüz) manat İddiaçı2 1250 (bir min iki yüz əlli) manat. Odur ki, cavabdeh iddiçılarm pul vəsaitlərini onlara geri qaytarmalı, eləcə də onlara dəymiş maddi və mənəvi zərəri tam olaraq ödəməlidir. Cavabdeh törətdiyi cinayət əməllərini etiraf etmiş və əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. İddiaçı1 əlavə olaraq cavabdehin xahişi ilə ona 2017-ci ildə 1100 manat dəyərində televizor almış, yəni kreditlə, hissə-hissə ödəniş şərtlərilə öz adına “Kontakt Home” mağazalar şəbəkəsindən götürərək cavabdehə təhvil vermişdir. Cavabdeh aylıq ödənişləri edəcəyinə söz versə də ödəniş etməmiş, üzərində borc qalmasın deyə İddiaçı1 həmin pulu tamamilə ödəmişdir. Cavadbeh isə televizoru aparıb satmış və vəsaiti öz şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə, cavabdeh əlavə olaraq F. Vəliyevə ayrıca 1100 (bir min yüz) manat məbləğində zərər vurmuşdur. Beləliklə cavabdeh İddiaçı1 ümumilikdə 1700 (bir min yeddi yüz manat, 600+ 1100+ 1700) manat alaraq geri verməmişdir. Yekun olaraq cavabdeh iddiaçıların aşağıdakı məbləğdəki pul vəsaitlərini onlara geri qaytarmalıdır: İddiaçı1 1700 (bir min yeddi yüz) manat İddiaçı5 1100 (bir min yüz) manat İddiaçı3 1500 (bir min beş yüz) manat İddiaçı4 1400 (bir min dörd yüz) manat İddiaçı2 1250 (bir min iki yüz əlli) manat Qanunvericiliyə görə iddiaçılar cavabdehdən qaytarılmayan pul vəsaitinə görə faizlər, əldən çıxmış fayda, bundan başqa mənəvi zərərin də ödənilməsini tələb etməkdə haqlılar. Mənəvi zərəri iddiaçılar hər biri üçün 1000 (bir min) manat olaraq müəyyən edirlər. İddiaçılara mənəvi zərər vurulduğu şübhəsizdir. Onlar bütün bu müddətdə narahatçılıq və stress keçilmişlər. Faizlərlə bağlı keçən müddətlərdə bank fazinin uçot dərəcəsi 10-15 faiz dərəcəsində olmuşdur. Odur ki, iddiaçılar 2017-ci ildən hesablanmaqla illik minimum 10 faiz həcmində faizlər, həmçinin əldən çıxmış fayda və gəlir kimi onlara ödəniş olunmasını tələb etməkdə tamamilə haqlılar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1. maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə geçikdiıməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bank faizinin uçot dərəcəsi 2017, 2018 və 2019-cu illlərdə 10 %-dən yuxarı (2017-ci ildə hətda 15 % olmuşdur) olmuşdur. Pul vəsaitinin qaytarılmadığı (gecikdirildiyi) hər bir il üçün minimum faiz - 10% olmaqla ödəniləcək faizlər müəyyən edilməlidir. 2017-ci ildən 3 illik müdətdə faizlər hesablanmalıdır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən etap edilmiş cavabdeh məhkum Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçılara dəymiş maddi zərəri tam qəbul edir və bu barədə məhkəmənin hökmündə də etirafı var. Hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün iddiaçılara dəymiş müvafiq zərəri ödəyə bilmir. Lakin əsas zərərdən başqa əldən çıxmış fayda və faizlərlə, eləcə də məənəvi zərərlə razı deyil. Odur ki, iddianın yalnız dəymiş maddi zərərlə bağlı hissədə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(049)-53/2019 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2-ci maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu xx.xx.2018-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh qulluq mövqeyindən sui-istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı1 həmin vaxt özünün matros işlədiyi “xxxx” QSC-yə işə düzəltdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq ondan 600 manat pul alıb dələduzluq etmişdir. O, bundan sonra, təkrarən eyni əməli törədərək İddiaçı5 1100 manat, İddiaçı4 1400 manat, İddiaçı3 1500 manat, İddiaçı2 1250 manat məbləğində pul almaqla dələduzluq etmişdir. Muradov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(049)-53/2019 saylı hökmü ilə göstərilən əməllərin, eləcə də hökmdə göstərilmiş digər cinayət əməllərinin törədilməsində törədilməsində təqsirli bilinmiş və 4 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı Cavabdeh əməllərini etiraf etmişdir. Beləliklə, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıların hesabına əsassız varlanmaqla pul əldə etməsi və iddiaçıların hər birinə yuxarıda göstərilmiş məbləğlərdə maddi ziyan vurmuş olması hökmlə sübut edildiyindən mübahisəsizdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni zamanda, Cavabdeh İddiaçı1 əlavə 1100 olaraq manat məbləğində maddi ziyan vurmuş, iddiaçının adına hissə-hissə ödəmək şərtilən 1100 manat məbləğində televizor götürmüş, lakin pulunu ödəməmişdir. Bu hal da mübahisəsizdir, çünki Cavabdeh iddiaçıya vurduğu ümumi 1700 manat məbləğində maddi zərəri etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, cavabdeh X6 heç bir hüquqi əsas olmadan iddiaçıların hesabına pul əldə edib əsassız varlanmaqla İddiaçı1 ümumilikdə 1700 manat, İddiaçı5 1100 manat, İddiaçı4 1400 manat, İddiaçı3 1500 manat, İddiaçı2 1250 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçılardan müxtəlif məbləğlərdə pul əldə etmiş, əsassız varlanmışdır. Bu hal məhkəmə hökmü ilə müəyyən edildiyindən mübahisəsizdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçıların hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh əməli iddia ərizəsində göstərildiyi kimi Mülki Məcəllənin 1097-ci maddəsində nəzərdə tutulan mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirilmiş olsa idi belə, cavabdeh hüquqazidd əməli nəticəsində iddiaçılara dəymiş zərəri ödəməli idi. Odur ki, bu hissədə iddia hər bir halda əsaslıdır. Lakin məhkəmə faiz və əldən çıxmış fayda formasında tələb edilən məbləğlərlə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, qanunla əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Yəni, bunun üçün iddiaçı sübut etməlidir ki, cavabdeh tərəfindən ona müvafiq məbləğdə maddi zərər vurulmasa idi o, adi mülki dövriyyə şəraitində hansısa məbləğdə gəlir əldə edəcəkdi. Hazırkı işdə isə bu hal müəyyən edilməmiş, iddiaçılar yalnız formal olaraq iddianın tələb hissəsində əldən çıxmış faydanı tələb etməklə kifayətlənmişdir. Digər tərəfdən, iddiaçıların cavabdehdən onlara dəymiş maddi zərərə əsasən faiz tələb etməsi də əsassızdır. Belə ki, iddiaçılar bu tələblərini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Lakin məhkəmə iddiaçıların nəzərinə çatdırır ki, həmin maddədə nəzərdə tutulan faiz ödənilməsi barədə norma pul öhdəliyinin icra edilməməsinə görə yaranan məsuliyyətdən yaranmaqla öhdəliklərin icrası ilə bağlıdır və ümumiyyətlə öhdəlik hüquq münasibətləri ilə əlaqədardır. Hazırkı işdə isə tərəflər arasında heç bir öhdəlik münasibəti olmamışdır. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə son olaraq, mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Ramazanov və digərlərinin” işi üzrə xx xxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəalarının olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. Adı çəkilən qərarın mənası məhkəmələrin Konvensiyanın zərərçəkən tərəfə ədalətli təzminatın kəsilməsi haqqında 41-ci maddəsinə birbaşa müraciətidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsində qeyd edilir ki, əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir” Göründüyü kimi, mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə müraciət etmək məhkəmələrə tövsiyə edilmişdir. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X11 Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, pozuntunun xarakteri nəzərə alınaraq Cavabdeh hüquqi heç bir hüquqi əsas olmadan iddiaçılar hesabına əsassız varlanmaqla əldə etdiyi pulun iddiaçılara qaytarılmasının təmin edilməsi onlara dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçılar tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 1700 manat məbləğində pul alınaraq İddiaçı1, 1100 manat məbləğində pul tutularaq İddiaçı5, 1500 manat məbləğində pul tutularaq İddiaçı3, 1400 manat məbləğində pul tutularaq İddiaçı4, 1250 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılara müştərək qaydada ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1700 manat məbləğində pul alınaraq İddiaçı1, 1100 manat məbləğində pul tutularaq İddiaçı5, 1500 manat məbləğində pul tutularaq İddiaçı3, 1400 manat məbləğində pul tutularaq İddiaçı4, 1250 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılara müştərək qaydada ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar