Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-7/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 hüquq varisi X47, onların nümayəndəsi (vəkili) Vəkil, İlk iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehın ("xxxx" MMC) firmasının direktoru Nümayəndə və Üçüncü şəxs X15 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X47) və İddiaçı6 Cavabdehna ("xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ("xxxx" MMC) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X47) və İddiaçı6 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Cavabdehna qarşı “pul” tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdehndan İddiaçı1 xeyrinə 15000 ABŞ dolları, 66000 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, İddiaçı2 xeyrinə 3300 ABŞ dolları və 25000 ABŞ dolları məbləğində maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin, İddiaçı3 xeyrinə 9800 ABŞ dolları, 10000 ABŞ dolları məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, İddiaçı4 xeyrinə 4000 ABŞ dolları və 75000 manat məbləğində maddi zərərin, İddiaçı5 xeyrinə 5000 ABŞ dolları, 15000 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, İddiaçı6 xeyrinə 3800 ABŞ dolları, 120000 manat maddi zərərin və 20000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh bizə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı həmin firmaya məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasından çıxarılmağımız barədə iddiası qismən təmin edilmiş, sonuncu iki şəxs – İddiaçı5 və İddiaçı6 istisna olmaqla, qalan şəxslərin mübahisəli binadan çıxarılmaları barədə qətnamə qəbul edilmişdir. Hesab edirik ki, iddiaçı Cavabdeh direktoru Nümayəndə mübahisələndirilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdikdən sonra bizi oradan çıxarmaq barədə qərara gəlməmişdən əvvəl satınalmada ona ödədiyimiz pulları, həmçinin təmir-tikinti işlərinə çəkdiyimiz külli miqdarda vəsaiti qaytarmaq barədə fikirləşməli və bundan sonra bizim yaşadığımıız evlərdən çıxarılmağımız barədə iddia qaldırmalı idi. Görünür, firmanın direktoru Nümayəndə ötən illər ərzində dələduzluq kimi formalaşmış xarakterinə yenə də sadiq qalmağa üstünlük vermişdir. Belə ki, Cavabdeh direktoru Nümayəndə hal-hazırda mübahisələndirdiyi qeyriyaşayış sahəsini vaxtilə hissə-hissə müxtəlif şəxslərə sataraq həmin vaxtlarda da dələduzluq əməllərinə yol vermiş və buna görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə məhkum edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə vaxtilə xx.xx.2004-cü il tarixdə yenə də iddiaçı Nümayəndə biz cavabdehlərdən İddiaçı1 və qeyrilərinə qarşı hal-hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsindən çıxarılmağımız barədə iddia tələbinin rədd edilməsini və qətnamənin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmasını qeyd etsə də, bu gün də qüvvədə olan həmin qətnaməyə heç bir münasibət bildirilməmiş, iddianı təmin etmişdir. Baxmayaraq ki, biz ailə üzvlərimizlə birlikdə həmin firmaya məxsus qeyri-yaşayış sahəsində vaxtilə - təxminən on beş ildən yuxarı olar ki, heç də özbaşına yerləşməmişik. Hal-hazırda rəsmi surətdə qeyriyaşayış sahəsi hesab edilən, lakin uzun müddətdir ki, faktiki olaraq yaşayış sahəsinə çevrilmiş mübahisəli binanın ayrı-ayrı otaqları məhz firmanın direktoru, hansı ki, bizim çıxarılmağımız barədə məhkəmədə hüquqi şəxs kimi iddia qaldırmış Nümayəndə tərəfindən bizə satılmışdır. Bizim hər birimiz ötən müddət ərzində satın aldığımız qeyriyaşayış sahəsini yaşayış sahəsinə çevirməklə müəyyən artırmalar edib, təmir-tikinti işləri aparmışıq və bütün bunlara külli miqdarda vəsait sərf etmişik. Buna görə də hesab edirik ki, firmanın direktoru satmış olduğu qeyri-yaşayış binasının hər birimizin yaşadığımız ayrıayrı hissələrinə çəkmiş olduğumuz xərci, həm satınalma vaxtı ona ödədiyimiz pulu bizə tam surətdə ödəməli, həmçinin onun hərəkətləri nəticəsində çəkdiyimiz mənəvi iztirabların qarşılığını ödəməlidir. Yalnız bundan sonra bizim Cavabdehna məxsus binadan çıxarılmağımız mümkün hesab edilə bilər. Həmin xərclər aşağıdakılardan ibarətdir: 1. İddiaçı1 2002-ci ildən mübahisəli qeyri-yaşayış sahəsində yerləşmiş və buna görə Cavabdeh direktoru Nümayəndə satınalma vaxtı 15000 (on beş min) ABŞ dolları məbləğində nağd şəkildə bir dəfəyə pul ödəmişdir. Ötən müddət ərzində qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirərək evin qabaq hissəsinə 12 metr ölçüdə artırma əlavə edib, koridor, mətbəx, hamam, tualetin tikintisinə 22000 (iyirmi iki min) manat məbləğində, evin arxa tərəfindəki 12 metr ölçüdə artırmaya 11000 (on bir min) manat, dam örtüyünün dəyişdirilməsinə 18000 (on səkkiz min) manat, kanalizasiya xətti, su, işıq və qazın çəkilişinə 15000 (on beş min) manat, beləliklə, aparmış olduğu təmir-tikinti işlərinə ümumilikdə 66000 manat məbləğində xərc çəkmişdir. Bundan əlavə İddiaçı1 ona yetirilən mənəvi zərəri 20000 manat məbləğində dəyərləndirir; 2. İddiaçı2 2004-cü ilin fevral ayından etibarən mübahisəli qeyri-yaşayış sahəsinin iki otaqdan ibarət bir hissəsində ailə üzvləri ilə birlikdə yaşayır və həmin otaqları öz vəsaiti hesabına yaşayış sahəsinə çevirmişdir. Həmin otaqlara görə müvafiq qəbz və aktla 3300 ABŞ dolları məbləğində pul ödənilmiş və orada aparılmış təmir-tikinti işlərinə isə 25000 (iyirmi beş min) ABŞ dolları pul xərclənmişdir. Qeyri-yaşayış sahəsindəki otaqlara görə Cavabdeh direktoru Nümayəndə ona etibarnamə vermişdir. İddiaçı2 da ona yetirilən mənəvi zərəri 20000 (iyirmi min) manat məbləğində dəyərləndirir; 3. İddiaçı3 2004-cü ilin fevral ayından etibarən Cavabdehna məxsus qeyri-yaşayış sahəsində yaşadığı otaqları 9800 (doqquz min səkkiz yüz) ABŞ dollarına satın almış, həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsinə və orada aparılan təmir-tikinti işlərinə 10000 (on min) manat məbləğində pul xərcləmişdir. İddiaçı3 da ona yetirilən mənəvi zərəri 20000 (iyirmi min) manat məbləğində dəyərləndirir;
4. İddiaçı4 Cavabdehna məxsus yaşadığı sahəni 4000 (dörd min) ABŞ dollarına Cavabdeh direktoru Nümayəndə müvəkkil etdiyi başqa şəxsdən almış, qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirərək orada təmir-tikinti işləri aparmaqla, həmin işlərə ümumilikdə 60000 (altmış min) manat məbləğində pul xərcləmişdir; 5. İddiaçı5 Cavabdehna məxsus yaşadığı sahəni 2004-cü ildə 5000 (beş min) ABŞ dollarına satın almış və orada yaşadığı müddətdə həmin sahəni yaşayış sahəsinə çevirmək üçün təmirtikinti işlərinə 80000 (səksən min) manat məbləğində vəsait xərcləmiş, yetirilən mənəvi zərəri 20000 (iyirmi min) manat məbləğində dəyərləndirir; 6. İddiaçı6 2000-ci ildə Cavabdeh direktoru Nümayəndə 3800 (üç min səkkiz yüz) ABŞ dollarına 450 m2 torpaq sahəsi alıb, 120 m2 yaşayış sahəsi tikərək həmin evin hər m2-nə 1000 (min) manat hesabı ilə 120000 (yüz iyirmi min) manat pul xərcləmiş, yetirilən mənəvi zərəri 20000 (iyirmi min) manat dəyərləndirir. Buna görə də hesab edirik ki, bizə vurulan maddi və mənəvi zərər Cavabdeh hesabına ödənilməlidir”.
Qarşılıqlı iddia tələbi.
3. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ilk iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, Cavabdeh mülkiyyətində olmaqla, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.
4. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki: “İlkin iddia üzrə iddiaçıların öz iddia ərizələrində göstərdikləri halların heç biri həqiqətə uyğun deyildir. Əksinə, cavabdehlər Cavabdehna məxsus qeyri-yaşayış sahəsini zəbt edərək orada məskunlaşmaqla və qeyri-yaşayış sahəsinin ətrafında özbaşına tikililər inşa etməklə firmaya külli miqdarda ziyan vurmuş, uzun illər boyu firmanı öz mülkiyyətindən məhrum etmişlər. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Texniki Pasport və 25 iyul 2012-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışa əsasən Cavabdehna məxsusdur. Qeyd olunan qeyri-yaşayış sahəsi - ünvan 20 ünvanında yerləşən daşınmaz əmlak “Bakı Geofizika Cihazları Təcrübə-Eksperimental" zavodu ilə bağlanmış xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənildikdən sonra Cavabdeh mülkiyyətinə keçmişdir. Cavabdeh mülkiyyətini təsdiq etmək üçün Bakı şəhər Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdehna zavoddan alınan mülkiyyətə 1992-ci ilin oktyabr ayında 15826 nömrəli, 30/651 saylı texniki pasport verilmişdir. 2004-cü ildə bir neçə şəxs şirkətin öz hüquqlarını tam həyata keçirə bilməməsindən istifadə edərək, şirkətə məxsus qeyri-yaşayış sahəsini zəbt etmiş, orada yaşamağa başlamış və sonradan qanunsuz olaraq qeydiyyat sənədləri düzəltmişlər. Biz həmin şəxslərdən dəfələrlə qeyri-yaşayış sahəsini boşaltmalarını tələb etsək də, onlar bundan imtina etmiş və qeyd edilən ünvanda pasport qeydiyyatında olduqlarını bildirmişlər. Hazırkı iş üzrə cavabdehlərin Cavabdehna məxsus qeyri-yaşayış sahəsində yaşamaları və oraya pasport qeydiyyatına düşmələri qanunsuz olduğundan Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra tərəfimizdən qeyd edilən şəxslərin pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2149/2015 saylı, 28 dekabr 2015-ci tarixli qərarı ilə 1926-cı il təvəllüdlü İddiaçı5 ünvan 6 ünvanı üzrə, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı3 ünvan 7 ünvanı üzrə, X5 və X7 ünvan 8 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-447/2017 saylı, 28 fevral 2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarının xx.xx.1973-cü il təvəllüdlü İddiaçı3 ünvan 7 ünvanı üzrə, X5 və X7 ünvan 10 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı4, İddiaçı1 və İddiaçı2 isə ümumiyyətlə qeyri-yaşayış sahəsində qeydiyyatsız yaşayırlar. İddiaçı Cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1, Məmmədov Sədaqət oğluna və İddiaçı6 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-423/2019 saylı, 11 yanvar 2019-cu il qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı6 “Lalə" firmasına məxsus ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçılar öz iddia ərizələrində Suraxanı Rayon Məhkəməsinin 1- 004 saylı, 02 iyun 2004cü il tarixli hökmünə istinad etməklə, Cavabdeh təsisçisi olan Nümayəndə qeyd edilən mübahisəli tikililəri müxtəlif şəxslərə satmaqla dələduzluq etdiyini, bununla əlaqədar məhkum olunduğunu bildirir və bununla da guya Nümayəndə onlara da otaqlar satdığını sübuta yetirmək istəyirlər. Məhkəmənin nəzərinə çatdırırıq ki, ilkin iddia üzrə iddiaçıların öz iddia ərizələrində göstərdikləri bu halların da heç bir əsası yoxdur. Belə ki, həqiqətən də Nümayəndə Suraxanı Rayon Məhkəməsinin 1-109/2004 saylı, 02 iyun 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmuşdur. Lakin hazırkı iş üzrə ilkin iddiaçılardan heç biri həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmamış, onların Nümayəndə barəsində hər hansı şikayətləri olmamışdır. Bu hal bir daha sübut edir ki, ilkin iddia üzrə iddiaçıların öz iddia ərizələrində guya Nümayəndə onlara hər hansı otaq, tikili və ya yaşayış sahəsi satması barədə göstərdiklərinin heç bir əsası yoxdur. Çünki əgər Nümayəndə həmin vaxt həqiqətən də onlara hər hansı tikili satmış olsaydı, bu zaman bu şəxslər də Nümayəndə barəsində müvafiq qaydada şikayət edərdilər. Məhkəmənin nəzərinə çatdırırıq ki, tərəflər arasında artıq kifayət qədər qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur və həmin məhkəmə qərarları ilə ilkin iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlərin Cavabdehna məxsus qeyri-yaşayış sahəsində qanunsuz olaraq yaşadıqları, orada qanunsuz tikinti işləri aparmaları müəyyən edilmişdir. Bu səbəbdən də hesab edirik ki, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən aparılmış özbaşına tikinti işləri, iddiaçı Cavabdeh mülkiyyət hüquqlarını pozduğundan, onun kiyyətində olan istehsalat sahəsinin təyinatının dəyişdirilməsinə səbəb olduğundan və həmin qeyri-yaşayış sahəsinin təyinatı üzrə istifadə edilməsini mümkünsüz etdiyindən qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən inşa edilmiş bu özbaşına tikililər onların hesabına sökülməli və qeyri-yaşayış sahəsi əvvəlki vəziyyətinə gətirilməlidir.
Qarşılıqlı iddia tələbinin həcminin artırılması.
5. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh mülkiyyətində olmaqla, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, Cavabdehna məxsus əmlakların məhv edilməsi nəticəsində vurulmuş zərərin dəyərini təşkil edən 127700 (yüz iyirmi yeddi min yeddi yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdehna ödənilməsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istehsalat sahəsi kimi fəaliyyət göstərməyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan 100000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada Cavabdehna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki: “Cavabdehlər tərəfindən Cavabdehna məxsus qeyri-yaşayış sahəsi qanunsuz olaraq zəbt edilən zaman həmin qeyri-yaşayış sahəsi istehsalat sahəsi kimi fəaliyyət göstərmişdir və orada aşağıda sadalanan xeyli avadanlıqlar, inventarlar və mal-maddi qiymətlilər olmuşdur. Sonuncu dəfə 2019-cu ilin may ayında məhkəmənin iştirakı ilə qeyri-yaşayış sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən olundu ki, aşağıda sadalanan əmlaklar qeyri-yaşayış sahəsində yoxdur, ehtimal edirəm ki, onlar mənimsənilmiş və satılmışdır: 1. Almaniya istehsalı soyuducu kompressoru - 12000 manat; 2. 2 gözlü yeməkxana sobası, duxovka ilə - 5000 manat; 3. Xəmir yoğuran maşın (1 dəfəyə 75 kq) - 1000 manat; 4. 25 şamlı xrustal çilçıraq - 5000 manat; 5. Xalça - 1500 manat; 6. Katelni istilik - 3000 manat; 7. Katelni buxar üçün - 1000 manat; 8. 4 gözlü məişət sobası duxovka ilə - 200 manat; 9.5 tonluq tərəzi - 1500 manat;
10. Həyət darvazası - 1000 manat; 11. Qənnadı listləri və qəlibləri - 2000 manat; 12. Şirniyyat stolları - 3000 manat; 13. Şirniyyat rəfləri - 1000 manat; 14. Şirniyyat dəzgahları üçün ehtiyat hissələri - 20000 manat; 15. 2 mərtəbəli daxili bişirmə sahəsi - 35000 manat;
16. 12 m2 şirniyyat və çörək sobası - 35000 manat; 17. Pərdələr - 500 manat. Cavabdehlər həmin qeyri-yaşayış sahəsini zəbt etdikdən sonra orada olan bütün avadanlıqları, inventarları və mal-maddi qiymətliləri yoxa çıxarmaqla şirkətə külli miqdarda maddi ziyan vurmuşlar. Onlar, həmçinin istehsalat sahəsini istehsalat fəaliyyəti göstərmək üçün yararsız vəziyyətə gətirmişlər ki, bununla da şirkətə xeyli maddi ziyan vurmuşlar. Belə ki, hal-hazırda qeyri-yaşayış sahəsinin yenidən istehsalat fəaliyyəti üçün yararlı hala gətirilməsi üçün 100000 (yüz min) manat məbləğində maddi vəsait tələb olunur. Cavabdehlər tərəfindən məhv edilmiş avadanlıqların, inventarların və mal-maddi qiymətlilərin isə dəyəri ümumilikdə 127700 (yüz iyirmi yeddi min yeddi yüz) manat təşkil edir.
Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs iddiası.
7. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X31 Cavabdehna qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndan 30000 manat vəsaitin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Üçüncü şəxsin tələbinin əsaslandırıldığı hallar.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki: “Mən də aldanaraq cavabdehə əvvəlcə 5000 manat “alqı-satqı üçün pul vermişəm. Sonra isə 25000 manata kimi xərc çəkərək özümə bir otaqlı şərait yaratmışam”.
Tərəflərin izahatları.
9. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı4 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, hazırda yaşadıqları qeyri-yaşayış sahəsini Cavabdeh direktoru Nümayəndə özü İddiaçı1 satmışdır. Belə ki, o, çörək sexinin İddiaçı1 satılmasına razı olması ilə bağlı ərizə də vermiş, bu sənədi könüllü imzalamışdır. Hazırda isə həmin sənədi guya hədə-qorxu ilə imzaladığını deyir. Halbuki əgər belə olsa idi, o, polisə bu barədə məlumat verərdi. Nümayəndə çörək sexini bir illiyinə İddiaçı1 icarəyə verməsi barədə başqa bir məhkəmə mübahisəsi üzrə məhkəmə qərarında da qeyd edilmişdir. İddiaçı1 icarə haqqını ödəmiş, lakin bir müddət sonra sexin heç bir gəlir gətirmədiyini görərək, pulunu Nümayəndə geri tələb etmişdir. Nümayəndə pulu qaytara bilmədiyindən sexi İddiaçı1 vermişdir. O da həmin ərazidə yerləşən evi 2004-cü ildə İddiaçı1 almışdır. Belə ki, o, ailəsi ilə birlikdə yaşamaq üçün ev axtardığı vaxt həmin evi tapmış, evi aldığı zaman qonşuların iştirakı ilə İddiaçı1lə akt bağlamışdır. Həm onun, həm də digərlərinin əraziyə köçməsinə Nümayəndə razılığı olmuşdur. Əks təqdirdə, bu qədər insanın oraya köçüb bu qədər uzun müddət orada yaşaması mümkün olmazdı. Hazırda isə Nümayəndə onların uzun illərdir tikib-artırdıqları evlərini sökmək istəyir. Onlar bu tələblə yalnız o halda razılaşa bilərdilər ki, cavabdeh tərəfindən onların həmin evlərə çəkdikləri xərclər ödənilsin. Bütün xərcləri tam ödənilmədən evlərin sökülməsinə etiraz edirlər. Belə ki, o evlərdəki bütün şəraitləri Nümayəndə yox, onlar qurmuşdur. Mübahisənin həlli üçün onlar Nümayəndə təklif etmişlər ki, həmin ərazidəki evlərə görə çəkilmiş xərclər hesablansın, Nümayəndə tərəfindən onlara ödənilsin, onlar da çıxıb getsinlər. Yaxud onu da təklif etmişlər ki, onlar Nümayəndə əlavə pul versinlər, o da çıxarışı onların adına keçirtsin. Lakin o, bu təkliflərlə razılaşmamışdır. Bu vəziyyətdə onlar evlərinə çəkdikləri xərclər ödənilmədən evlərin sökülməsinə etiraz edirlər. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, heç kim həmin əraziyə özbaşına, Nərimanın razılığı olmadan girə bilməzdi. Belə ki, 2001-2002-ci illərdə Nəriman ondan xaricdən dondurma aparatı alıb yaxşı pul qazanmaq adı ilə 15000 ABŞ dolları pul almış, qarşılığında da çörək sexini ona vermişdir. Lakin o, geri qayıtdıqdan sonra onu və həmin əraziyə sonradan köçmüş digər şəxsləri polisə vermiş, sonradan qanunsuz əməllərinə görə Nümayəndə özü tutulmuşdur. Həbsdən çıxdıqdan sonra onların ərazidən çıxarılması üçün iddia ilə məhkəməyə müraciət etsə də, iddiası təmin edilməmişdir. Hazırda isə həmin ərazidə özlərinin tikdikləri evlərin sökülməsini istəyir. Halbuki əgər Nəriman evləri sökmək istəyirsə, əvvəlcə o evlərə görə çəkilmiş xərcləri, onlara dəymiş zərəri ödəməlidir. Bu zərər ödənilmədən həmin evlər sökülə bilməz. Belə ki, orada hər biri ailəsi ilə birlikdə yaşayır və hər ailənin 8-11 nəfər üzvü var. Əgər cavabdeh evlərə çəkdikləri xərci ödəsə evdən çıxıb gedər, evlərin sökülməsinə də etiraz etməzlər. Lakin pulları ödənilmədən evlərin sökülməsinə etiraz edirlər. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 ilk iddianı müdafiə edib qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, onun hazırda yaşadığı evi Nümayəndə Telli adlı bir qadına satmış, həmin Telli adlı qadın Ramiz adlı bir nəfərə satmış, o da 2005-ci ildə Ramizdən 9800 ABŞ dollarına almışdır. Sonradan evin təmiri üçün kifayət qədər xərci çıxmışdır. Bu səbəbdən digərləri kimi o da çəkdiyi xərclər qarşılanmadan evlərin sökülməsinə razı deyil. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı6 ilk iddianı müdafiə edib qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Nümayəndə hələ 2000-ci ildə sexin ərazisində 450 m2 hissədə ev tikmək üçün ona rəsmi razılıq vermiş, o da evini tikmişdir. Bir müddət sonra görmüşdür ki, həmin ərazidə Sabir adlı başqa bir şəxs də ev tikir. Daha sonra isə Şahvələd adlı şəxs ev tikməyə başlamış, tikdiyi evi hazırkı iş üzrə də iddiaçı olmuş mərhum İddiaçı5 satmışdır. Sabir isə tikdiyi evi İddiaçı2 satmışdır. Hazırda İddiaçı3 yaşadığı evi isə Nəriman özü Telli adlı bir qadına satmış, Telli Ramiz adlı şəxsə, Ramiz isə Vüqara satmışdır. Yəni orada ev tikmiş hər bir şəxsə razılığı Nümayəndə özü vermiş, qarşılığında pul almış, tikilən evlər sonradan digər şəxslərə satılmışdır. Lakin həmin evlərin sənədləri yoxdur. Onun öz yaşadığı evin isə çıxarışı var və öz adınadır. Hətta o, öz çıxarışını Nümayəndə çıxarışından da əvvəl almışdır. Belə ki, o, hələ 2005-ci ildə iqtisad məhkəməsinə müraciət etmiş, orada onun mülkiyyət hüququ tanınmış, o da çıxarış almışdır. Yəni onun evi özbaşına tikili deyil, xüsusi mülkiyyətindədir. Belə olan halda qarşılıqlı iddiaçı onun da evinin sökülməsini tələb edə bilməz. Həmçinin hesab edir ki, Nümayəndə ona da zərər vurmuşdur və dəymiş zərəri ödəməlidir. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı5 hüquq varisi X47 ilk iddianı müdafiə edib qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, hazırda yaşadıqları ev Cavabdeh direktoru Nümayəndə razılığı ilə Şahvələd adlı şəxs tərəfindən tikilmişdir. Onun atası İddiaçı5 təxminən 2003-2004-cü illərdə evi Şahvələd adlı həmin şəxsdən almışdır. Nümayəndə həmin ərazini ev tikmək üçün Şahvələd pulla satmış, onlar da evi Şahvələddən pulunu verərək almışlar. Ümumiyyətlə, həmin ərazidə yaşayan hər kəs Nümayəndə ya birbaşa, ya da dolayı yolla torpaq alaraq ev tikmişlər. Hesab edir ki, onların bu evləri tikməyə, almağa, təmir edib hazırkı vəziyyətə çəkdikləri bütün xərclər Nümayəndə tərəfindən ödənilmədən həmin evlər sökülə bilməz. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.
14. Məhkəmənin əvvəlki iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilk iddianı müdafiə edib qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, o, hazırda yaşadığı evi Sabir adlı şəxsdən almışdır. Belə ki, Nümayəndə evin yerləşdiyi ərazini ona satmış, həmin şəxs də orada ev tikmiş, sonra da onlara satmışdır. Bu hadisə 2004-cü ildə olmuşdur. Həmin vaxt Nəriman Məmmədovun çıxarışı olmamış, ev texniki pasport əsasında satılmışdır. Belə ki, Sabir adlı həmin şəxs Nümayəndə borcu olduğunu bildirmiş, evə görə onların verdiyi pulla da borcunu ödəmişdir. Həmin vaxt Nümayəndəla görüşmüşlər və o özü ilə texniki pasport gətirmiş, texniki pasport əsasında ev onlara satılmışdır. O da digər iddiaçılar kimi evə görə çəkilmiş xərcin ödənilməsini tələb edir. Bu xərc ödənilmədiyi təqdirdə isə evin sökülməsini qəbul etmir. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil ilk iddianı müdafiə edib qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, qarşılıqlı iddiaçı Cavabdeh direktoru Nümayəndə sökülməsini tələb etdiyi tikililər onun mülkiyyətində olan ərazidə yerləşmir. Belə ki, Cavabdeh mülkiyyətində yalnız çörək sexi var. İlk iddiaçıların hazırda yaşadıqları evləri isə onlar özləri öz vəsaitləri hesabına tikmiş, yaxud almış, uzun illər ərzində əhəmiyyətli artırmalar etmişlər. Həmin tikililərin yerləşdiyi torpaq Cavabdeh yox, dövlətin mülkiyyətindədir. Bu səbəbdən Cavabdeh yalnız çörək sexi ərazi ilə bağlı iddia qaldıra bilərdi, belə ki, onun ətraf ərazidəki tikilələrlə bağlı iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ olmamışdır. Dövlət mülkiyyətində olan həmin torpaqlardakı tikililərin sökülməsi ilə bağlı iddianı dövlət adından yalnız Əmlak Komitəsi qaldıra bilər. Əgər Əmlak Komitəsi belə bir iddianın qaldırılmasına zərurət görərsə, iddia qaldırar. Cavabdeh isə belə bir hüququ yoxdur. Ümumiyyətlə, həmin ərazidə hazırda yaşayan hər bir şəxs yaşadıqları evləri Nümayəndə pul qarşılığında verdiyi razılığı əsasında tikmiş, yaxud tikənlərdən almışdır. Əks təqdirdə, bu qədər insanın həmin ərazidə özbaşına evlər tikib illərlə yaşaması mümkün olmazdı. Nümayəndə hələ çıxarışı olmadığı vaxtlarda qanunsuz olaraq həmin əraziləri satmış, bu əməllərinə görə barəsində cinayət işi açılmış, cəza almışdır. Hazırda isə qanunsuz olaraq ilk iddiaçıların yaşadıqları bütün bu evlərin sökülməsini tələb edir. Hansı ki, həmin ərazidə yaşayan şəxslərin sayı artıq 40-50 nəfərdir. Bu şəxslərin yaşamağa başqa yerləri yoxdur. Bu qədər insanın evlərindən məhrum olması onların küçədə qoyulması deməkdir. Hesab edir ki, belə bir qərarın icrası mümkün deyil. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X31 iddia tələbini müdafiə edərək bildirdi ki, o, hazırda beş ailə üzvü ilə birlikdə yaşadıqları evi 2004-cü ildə İddiaçı1 4300 ABŞ dollarına almışdır. Onun maddi imkanı yaxşı olmadığından həmin evi almışdır. Bu zaman İddiaçı1 Nümayəndə tərəfindən verilmiş razılıq sənədi olduğunu görmüş, o da həmin sənədə əsasən evi Yusifdən almışdır. Sonradan əlavə iki otaq artırma etmiş, sanitar qovşaq tikmişdir. O da digərləri kimi evə çəkdiyi xərcin tam ödənilməsini tələb edir. Odur ki, məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında ilk iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehın ("xxxx" MMC) firmasının direktoru Nümayəndə ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, indiki adı "xxxx" MMC olan Cavabdeh ilk iddia üzrə iddiaçıların qanunsuz olaraq məskunlaşdıqları ərazidəki çörək sexinin mülkiyyətçisidir. Digər ərazilərə isə istifadə hüququ var. Belə ki, hələ 1972-ci ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında Bakı neft-mədən cihazları zavoduna həmin ərazidə 1.65 ha torpaq sahəsi verilmiş, həmin torpağın da bir hissəsi zavod tərəfindən Cavabdehna ayrılmışdır. 1992-ci ilin oktyabr ayında isə həmin ərazi üçün Cavabdehna texniki pasport verilmişdir. Lakin o, yalnız çörək sexinə münasibətdə çıxarış ala bilmiş, qalan ərazilərə isə ala bilməmişdir. Belə ki, bunun üçün Əmlak Komitəsinə müraciət etdikdə ona bildirilmişdir ki, həmin ərazidə yeddi ailə yaşadığından çıxarış verilə bilməz. Torpağın mülkiyyətçisi dövlət olduğundan hesab edir ki, bu məsələlərin həll edilməsi üçün DƏDRX hazırkı işə cəlb edilməli və həmin orqanın nümayəndəsi məhkəmə iclasında dinlənilməlidir. Bununla bağlı vəsatətlə də məhkəməyə müraciət etmişdir. İş materiallarında olan çıxarış, texniki pasport, məhkəmə qətnamələrindən görünür ki, ilk iddiaçıların qanunsuz olaraq ev tikdikləri ərazi Cavabdehna məxsusdur. Bu ərazidə tikilmiş bütün evlər qanunsuzdur və onun razılığı olmadan tikilmişdir. Onun adından İddiaçı2 verilmiş etibarnaməni ona müxtəlif hədə və təzyiqlər göstərərək almışlar. O özü bir müddət həbsdə olduğundan ilk iddiaçılar bu ərazidə qanunsuz evlər tikərək məskunlaşa bilmişdir. O, heç kimə nə ev, nə də torpaq satmamışdır. Ümumiyyətlə, həmin ərazi qeyri-yaşayış sahəsidir və ilk iddiaçılar oranı qanunsuz zəbt etməzdən əvvəl çörək sexi kimi fəaliyyət göstərmişdir. Hazırkı qarşılıqlı iddianı qaldırmaqda da məqsədi də elə bu sexin fəaliyyətini bərpa etməkdir. Bundan əlavə, həmin ərazidə limonad istehsalı ilə də məşğul olmaq niyyətindədir. Yəni həmin ərazi cavabdehlərin qanunsuz zəbtindən azad olduqdan sonra orada kommersiya fəaliyyəti ilə məşğul olacaq. Lakin ilk iddiaçılar hazırda həmin əraziləri zəbt etdiyindən o, bütün bu fəaliyyətlərdən məhrum olmuş, bununla da firmaya əhəmiyyətli zərər dəymişdir. Bu səbəbdən qanunsuz tikililərin sökülməsi ilə birlikdə, həm də firmaya dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Cavabdehna məxsus ərazidə qanunsuz tikililər tikmiş və ərazini qanunsuz şəkildə zəbt etmiş ilk iddiaçıların isə firmadan dəymiş zərər tələb etməsi əsassızdır. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi.
İş materialları.
18. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 026595 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı6 xüsusi mülkiyyəti kimi xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır.
19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 423/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı6 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyriyaşayış sahəsinin qanuni sahibliyə qaytarılması” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı1 Əbdül oğlu və İddiaçı2 Cavabdehna məxsus ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 4732/2021 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh, cavabdeh İddiaçı4 tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər İddiaçı5 hüquqi varisi olan X47, İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-106/2021 nömrəli qətnaməsi (hansı ki, bu qətnamə ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-423/2018 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin cavabdeh İddiaçı5 münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, İddiaçı5 Cavabdehna məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə məhkəmə tikintitexniki ekspertizalarının keçirilməsinə səərf olunmuş 100 manat pulun cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir) dəyişdirilmədən saxlanılmışdır.
21. Bakı şəhəri 10 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, ƏN-İ № 001877 nömrəli etibarnamədən görünür ki, Nümayəndə ünvan 20-da yerləşən Cavabdeh şirkətində olan, sahəsi 14.6 (19) və 15.6 (21) m2 olan iki otağa dair İddiaçı2 üç il müddətinə etibarnamə vermiş, etibarnamənin xx.xx.2007-ci ilədək qüvvədə olması göstərilmişdir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6563 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qeyd olunan ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binasının tərkibində (həyətyanı tikililər və qurğular) daxil olan 636.1 m2 ərazinin koordinatları müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) sorğu verilməklə müəyyən oluna bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qarşılıqlı iddiaçı Cavabdehın mülkiyyətində olan, ümumi sahəsi 518.3 m3 olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2011-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunan ərazinin (0.1654 ha) hüdudları daxilində yerləşən (İddiaçı4, Arzu Kərimovanın, İddiaçı1, Oruc Şirinovun, İddiaçı2 və İddiaçı6 faktiki istifadəsində olan) bütün tikililərin sxemi tərtib olunmuşdur. Sxem rəyin tədqiqat hissəsində göstərilmişdir.
23. Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 625 nömrəli arayışdan görünür ki, Qubadlı rayonundan məcburi köçkün İddiaçı1 Əbdül oğlu ünvan 14 ünvanında xx.xx.2009-cu il tarixdən müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi oğlu X6 ibarətdir.
24. Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 626 nömrəli arayışdan görünür ki, Füzuli rayonundan məcburi köçkün İddiaçı4 ünvan 14 ünvanında xx.xx.2005-ci il tarixdən müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi X25, X26, X16 və X8 ibarətdir.
25. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 372 nömrəli arayışdan görünür ki, İddiaçı6 ünvan 15 ünvanında qeydiyyatdadır. Ailə tərkibi arvadı X3, qızı X10 və oğlu X1 ibarətdir.
26. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X27 öz övladları ilə birlikdə əri X32 qeydiyyatda olduğu ünvan 15 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi özündən əlavə oğlu X39 və qızı X17 ibarətdir. X31 əri X18 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatsız yaşayır.
27. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatsız yaşayır. Ailə üzvləri arvadı X33, oğulları X2 Tariyel Həbil oğlundan ibarətdir. İddiaçı3 arvadı X12, qızı X19, qızı X20 və X35 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatsız yaşayır.
İşin faktiki halları.
28. ünvan 18 ünvanında dövlət mülkiyyətində olan 0.06331 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 518.3 m2 olan birmərtəbəli qeyri-yaşayış sahəsi (çörək sexi) Cavabdeh mülkiyyətindədir və bu hüquq xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
29. Cavabdeh adına olan xx.xx.2011-ci il tarixdə tərtib olunmuş texniki pasport ilə qeyri-yaşayış binasının mövcud vəziyyəti fərqlidir. Belə ki, qeyri-yaşayış sahəsinin qarşısında və ona bitişik vəziyyətdə müxtəlif təyinatlı əlavə tikililər inşa olunmuş, eləcə də qeyri-yaşayış sahəsində konstruktiv dəyişikliklər edilmişdir.
30. Həm texniki pasportda nəzərdə tutulan, lakin konstruktiv dəyişiklik edilmiş tikililərdə, həm də texniki pasportda nəzərdə tutulmayan əlavə tikililərdə ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 hüquq varisi X47 və müstəqil tələb irəli sürən üçüncü şəxs X31 yaşayırlar.
31. İlk iddiaçılardan İddiaçı6 da həmin ərazidə yaşasa da, o, ünvan 19 ünvanında yerləşən, ümumi sahəsi 100 m2 olan fərdi yaşayış evinin mülkiyyətçisidir və bu hüquq xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.
32. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı3, İddiaçı4, İddiaçı1 Əbdül oğlu, İddiaçı2 və İddiaçı5 Cavabdehna məxsus ünvan 11 ünvanında yerləşən qeyriyaşayış binasından çıxarılmaları qət edilmişdir.
33. Cavabdeh direktoru Nümayəndə hazırda Cavabdeh mülkiyyətində olan qeyriyaşayış binası üzərində firmanın mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi dövrdə binada cüzi təmir işləri etdikdən sonra binada olan iki otağı almaq istəyən X13 etibarından suiistifadə edərək, həmin otaqları yaşayış sahəsinə çevirib alqı-satqının rəsmiləşdirilməsini yalandan vəd etməklə 2000-ci ilin dekabr ayının axırlarında Samir Abbasovun 1550 ABŞ dolları məbləğində pulunu mənimsəyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra Nümayəndə təkrarən Cavabdeh mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi binalarda cüzi təmir işləri etdikdən sonra binada olan üç otağı almaq istəyən X9 etibarından sui-istifadə edərək, həmin otaqları yaşayış sahəsinə çevirib alqı-satqının rəsmiləşdirilməsini yalandan vəd etməklə 2001-ci ilin mart ayında Şahvələd Məmmədovun 3300 ABŞ dolları məbləğində pulunu mənimsəyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Nümayəndə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və üç il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmış, amnistiya qərarına əsasən cəzadan azad edilmişdir.
34. Cavabdeh direktoru Nümayəndə ünvan 20 ünvanında yerləşən, Cavabdeh şirkətinə məxsus olan, sahəsi 14.6 (19) və 15.6 (21) m2 olan iki otağa dair İddiaçı2 üç il müddətinə etibarnamə vermiş, etibarnamənin xx.xx.2007-ci ilədək qüvvədə olması göstərilmişdir.
Tətbiq edilən hüquq.
35. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya.
Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
38. İşin faktiki hallarından göründüyü kimi hazırda Cavabdeh mülkiyyətində olan ünvan 18 ünvanında yerləşən, ümumi sahəsi 518.3 m2 olan birmərtəbəli qeyri-yaşayış sahəsində (çörək sexi) konstruktiv dəyişikliklər edilmiş, eləcə də qeyri-yaşayış sahəsinin qarşısında və ona bitişik vəziyyətdə müxtəlif təyinatlı əlavə tikililər inşa edilmişdir. Hazırda həmin tikililərdən ilk iddiaçılar və üçüncü şəxs yaşayış yeri kimi istifadə edir, lakin onların həmin ərazidən (yalnız firmanın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən) çıxarılmalarına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.
39. İlk iddiaçılar iddia edir ki, hazırda istifadələrində olan və konstruktiv dəyişikliklər edilmiş qeyri-yaşayış sahəsini, eləcə də ona bitişik inşa edilmiş tikililəri Cavabdeh direktoru Nümayəndə onlara birbaşa və ya dolaylı yolla (üçüncü şəxslər vasitəsilə) satmış, yaxud pul qarşılığında həmin tikililərin tikilməsinə icazə vermişdir. Onlar da bu səbəbdən 2000- 2005-ci illər aralığından buraya köçmüşlər və həmin vaxtdan da orada yaşayırlar. İlk iddiaçılar tələb edirlər ki, onların həmin tikililərə çəkmiş olduqları bütün xərclər Cavabdeh tərəfindən onlara ödənilsin. Ancaq bu halda yeganə yaşayış yerlərindən çıxa və həmin tikililərin sökülməsinə razılıq verə bilərlər.
40. Qarşılıqlı iddiaçı Cavabdeh direktoru Nümayəndə iddia edir ki, ilk iddiaçılar Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsində tamamilə qanunsuz şəkildə, firmanın direktoru kimi onun heç bir razılığı olmadan yerləşmişlər və uzun illərdir ki, ərazidən çıxmırlar. Nümayəndə iddia edir ki, ilk iddiaçılardan heç vaxt pul almamış, onların həmin ərazidə hansısa tikili tikməsinə, həmin tikililərə köçməsinə heç vaxt heç bir razılıq verməmiş, buna baxmayaraq ilk iddiaçılar qanunsuz şəkildə firmaya məxsus qeyri-yaşayış sahəsini zəbt edərək oradan yaşayış sahəsi kimi istifadə etməyə başlamışlar. O, bildirmişdir ki, ilk iddiaçılar tərəfindən özbaşına tikilmiş tikililərin sökülməsini ona görə tələb edir ki, firmanın keçmiş kommersiya fəaliyyətini bərpa etsin, hətta fəaliyyəti bir qədər də genişləndirib yeni məhsullar istehsal edərək gəlir əldə etsin. Bu səbəbdən o, qarşılıqlı iddia ərizəsinə sonradan verdiyi əlavədə özbaşına tikililərin sökülməsindən əlavə həm də firmanın istehsalat sahəsi kimi fəaliyyətini bərpa etmək üçün cavabdehlərdən pul tələb etmişdir.
41. Məhkəmə ümumən qəbul edir ki, İddiaçı6 istisna olmaqla ilk iddiaçılar və üçüncü şəxs tərəfindən Cavabdeh qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə edilmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə konstruktiv dəyişikliklər edilmişdir və hazırda ilk iddiaçılar və üçüncü şəxs tərəfindən ərazidən yaşayış sahəsi kimi istifadə edilir. Lakin mülkiyyət hüququna müdaxilənin müəyyən edilməsi hələ iddianın əsaslı olduğu mənasına gəlmir. Belə ki, müdaxilə müəyyən edildikdən sonra müdaxilənin əsasının olub-olmaması, başqa sözlə, müdaxiləyə haqq qazandırmağın mümkünlüyü məsələsi həll edilməlidir.
42. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, qarşılıqlı iddiaçı Cavabdeh qeyriyaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə heç də Cavabdeh direktoru Nümayəndə təsvir etdiyi kimi onun heç bir məlumatı, icazəsi olmadan, tamamilə iradəsindən kənar şəkildə “əmlakı zəbetmə” şəklində baş tutmamışdır. Əksinə, qeyriyaşayış sahəsindəki bu günkü vəziyyətin yaranmasına gətirib çıxaran əsas amil elə firmanın direktoru Nümayəndə cinayət əməlləri olmuşdur. Belə ki, o, hələ firmanın qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmadığı dövrdə qeyri-yaşayış sahəsinin otaqlarını yaşayış sahəsinə çevirib satmaq vədi ilə Samir Abbasov və Şahvələd Məmmədov adlı şəxslərə qarşı dələduzluq cinayəti törətmiş, bu əməllərin törədilməsində təqsirli bilinməsinə dair məhkəmə hökmü çıxmışdır. Hazırkı iş üzrə ilk iddiaçıların bəziləri də yaşadıqları “ev”ləri həmin şəxslərdən “al”mışlar. Hətta iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə iddia ərizəsini əsaslandırarkən Şahvələd Məmmədovun ona “yaşamaq üçün müvəqqəti verdiyi” otaqları (hansı ki, hökmlə bu otaqların heç də müvəqqəti verilmədiyi, əksinə dələduzluq yolu ilə “satıldığı” müəyyən olunur) İddiaçı5 “satdığı”nı, 200 ABŞ dolları qarşılığında müvəqqəti otaqlarda yaşamasına icazə verdiyi Şəmsi Ağayev adlı şəxsin faktiki nikahda olduğu Telli Abdullayevanın isə otaqları Ramiz Vahidov adlı şəxsə satdığını bildirmişdir. Hazırkı iş üzrə ilk iddiaçılardan İddiaçı3 da öz yaşadığı “ev”i elə həmin Ramiz Vahidovdan “al”mışdır.
43. İlk iddiaçıların bəzilərinin qeyri-yaşayış sahəsində yerləşməsi isə elə birbaşa Nümayəndəla bağlı olmuşdur. Belə ki, o, ilk iddiaçılardan İddiaçı2 qeyri-yaşayış sahəsinin iki otağına dair etibarnamə vermiş, İddiaçı6 həmin ünvanda yerləşən torpaq sahəsindən 450 m2 ayrılmasına razılıq vermiş, İddiaçı1 isə qeyri-yaşayış sahəsini icarəyə vermişdir.
44. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə ilk iddiaçıların qeyri-yaşayış sahəsini Cavabdeh direktoru Nümayəndə məlumatı olmadan, özbaşına şəkildə zəbt etməsi barədə qarşılıqlı iddiaçının mövqeyi ilə razılaşmır və hesab edir ki, Cavabdeh qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxiləyə əsasən firmanın direktorunun qeyri-qanuni hərəkətləri səbəb olmuşdur. Məhkəmə hesab edir ki, mülkiyyət hüququna müdaxilənin mütənasibliyi qiymətləndirilərkən bu hal mütləq nəzərə alınmalıdır.
45. Həmçinin o da nəzərə alınmalıdır ki, məhkəmə iclasında iştirak edən firmanın direktoru Nümayəndə tikililərin sökülməsinə dair qarşılıqlı iddianı firmanın istehsalat fəaliyyətini bərpa etmək üçün qaldırdığını bildirmiş, hətta firmanın fəaliyyətinin bərpası üçün cavabdehlərdən dəymiş zərər kimi pul tələb etmişdir.
46. Qarşılıqlı iddiaçının əksinə, ilk iddiaçılar isə həmin qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə edir. İş materiallarından görünür ki, həmin ərazidə yeddi ailə məskunlaşmışdır. Bu vəziyyətdə məhkəmə hesab edir ki, yeganə yaşayış yerləri olan tikililərin sökülməsi ilə ilk iddiaçıların hədsiz məhrumiyyətlə üzləşəcəyi labüddür, üstəlik bu məhrumiyyət Cavabdeh istehsalat maraqlarına mütənasib olmayacaq ölçüdə böyük bir məhrumiyyətdir.
47. Məhkəmə qeyd edir ki, ilk iddiaçıların həmin ünvandan çıxarılmalarına dair qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da, onların ailə üzvlərinin çıxarılmaları ilə bağlı heç bir qərar yoxdur. Belə olan halda həmin ünvanda yerləşən tikililərin sökülməsi ilə həm də ilk iddiaçıların ailə üzvləri yaşayış yerlərindən məhrum olacaq. Bu baxımdan məhkəmə hesab edir ki, bu tikililərin sökülməsi sözsüz ki, ilk iddiaçı və ailə üzvlərininin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış mənzilinə hörmət hüququna müdaxilə təşkil edəcəkdir. Həmin maddəyə əsasən: 1. Hər kəs ... mənzilinə ... hörmət hüququna malikdir; 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
48. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 8-ci maddənin mənası baxımından “mənzil” anlayışı təkcə hüquqa uyğun əldə edilmiş, yaxud tikilmiş əmlakla məhdudlaşmır. Bu milli qanunvericilikdəki təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı əmlakların 8-ci maddə ilə təminat altına alınan “ev” anlayışını təşkil edib-etməməsi faktiki şəraitdən, yəni xüsusi bir yerlə yetərli və davamlı bağın mövcudluğundan asılı olacaqdır. (Yevgeniy Zakharov v. Russia, no. 66610/10, § 30, 14 Mart 2017).
49. Məhkəmə qeyd edir ki, ilk iddiaçılar 2000-2005-ci illərdən etibarən ailələri ilə birlikdə həmin ünvanda yaşamışdır. Odur ki, məhkəmə mübahisəli ərazidəki tikililəri Konvensiyanın 8-ci maddəsinin mənası baxımından ev kimi qəbul edir və bu tikililərin sökülməsinin qət edilməsi ilə ilk iddiaçı və ailə üzvlərinin evinə hörmət hüququna müdaxilə edilməsinin labüd olduğu nəticəsinə gəlir.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin bu mübahisələrlə bağlı formalaşmış presedent hüququna əsasən şəxsin evini itirməsi evə hörmət hüququna ən kəskin müdaxilə olduğuna görə bu risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa daxil olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsi ilə müəyyən edilmiş prinsiplər fonunda müstəqil məhkəmə tərəfindən görülən tədbirlərin mütənasibliyinin araşdırılmasına nail olmalıdır.
51. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhz Azərbaycanla bağlı son dövrlərdə baxılmış xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” iş üzrə qərarında bu kateqoriya işlər üzrə mütənasiblik məsələsi araşdırılmadan, bir-birinə zidd maraqlar ölçülmədən qərar qəbul edilməsini yerli məhkəmələrin yol verdiyi kobud nöqsan kimi qiymətləndirmiş, yekunda bu cür araşdırma aparılmadan evdən çıxarma qərarının məcburi icra edilməsinin Konvensiyanın 8-ci maddəsinin pozuntusu olması nəticəsinə gəlmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir.
52. Hazırkı iş üzrə pozulması labüd maraqları qarşılıqlı şəkildə müqayisə edən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının kommersiya maraqları bu tikililərə ailələri ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan ilk iddiaçıların evlərinin sökülməsi ilə üzləşəcəyi məhrumiyyətə qətiyyən mütənasib deyil.
53. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tikililərin sökülməsi hissəsində qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir.
54. Cavabdehna məxsus əmlakların məhv edilməsi nəticəsində vurulmuş zərər və firmanın istehsalat fəaliyyətinin bərpası üçün tələb edilən pulla bağlı hissələrdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinə əlavədə cavabdehlər tərəfindən məhv edilib yararsız hala gətirilən çoxsaylı əşya adı çəksə də, bu əşyalardan heç biri ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Firmanın istehsalat fəaliyyətini bərpa etmək üçün zəruri olan pulla bağlı hissədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, qarşılıqlı iddia bu hissələrdə də təmin edilə bilməz.
55. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı6 münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxsin yaşadığı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olduğundan ona münasibətdə qarşılıqlı iddianın təmin edilməsi ən başdan istisna edilmişdir.
56. Eyni zamanda məhkəmə ilk iddia tələbini də əsassız hesab edir. Belə ki, ilk iddiaçılar nə tikdikləri (təmir etdikləri) vaxt, nə də hazırda heç bir mülkiyyət hüquqlarının olmadığı otaqlara görə çəkdiklərini iddia etdikləri pulları ilk iddia üzrə Cavabdehndan tələb etməkdə haqlı olmamışlar. Belə ki, ilk iddiaçıların qeyri-yaşayış sahəsi daxilində, yaxud kənarda hansısa tikiliyə pul xərcləmiş olması sübut edilsə belə, nəzərə alınmalıdır ki, ilk iddiaçılar həmin pulları xərcləyərkən rəsmən özlərinə məxsus olmadığını bildikləri əmlaka pul qoymuşlar. Cavabdeh İddiaçı6 isə əksinə, hazırda öz mülkiyyətində olan fərdi yaşayış evinə görə çəkdiyi xərci başqasından tələb edə bilməz. Odur ki, ilk iddiaçıların Cavabdehndan özlərinə dəymiş zərər kimi pul tələb etmələri əsassız olmuşdur. Eyni səbəbdən müstəqil tələb irəli sürən üçüncü şəxsin də iddiasının təmin edilməsi mümkün deyil.
57. İlk iddiaçılara dəymiş mənəvi zərərlə bağlı tələb maddi zərərdən törəmə tələb olduğundan və hər hansı maddi zərər müəyyən edilmədiyindən mənəvi zərərlə bağlı hissədə də ilk iddia əsassızdır.
58. Beləliklə, məhkəmə həm ilk, həm də qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlmiş, bu cür nəticəyə gələrkən nəzərə almışdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı, “X48rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
Məhkəmə xərcləri.
59. İş materiallarından görünür ki, ilk iddiaçılar tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Öz növbəsində qarşılıqlı iddiaçı da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmişdir.
60. Dövlət rüsumu tərəflərdən iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə tutulduğundan və həm ilk, həm də qarşılıqlı iddia rədd edildiyindən məhkəmə hesab edir ki, hər iki tərəfin ödədiyi rüsum özlərinə aid edilməlidir.
61. İş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, müvafiq ekspertiza qarşılıqlı iddia ilə əlaqədar keçirildiyindən və qarşılıqlı iddia təmin edilmədiyindən ekspertiza xərci də qarşılıqlı iddiaçıdan tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
62. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həm ilk, həm qarşılıqlı iddia, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəflərə aid edilməli, 50 manat məbləğində ekspertiza xərci qarşılıqlı iddiaçıdan tutulmalıdır.
63. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X47) və İddiaçı6 Cavabdehna ("xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Cavabdehna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh ("xxxx" MMC) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X47) və İddiaçı6 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəflərə aid edilsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci qarşılıqlı iddiаçı Cavabdehndan ("xxxx" MMC) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva