Məhkəmə qərarları › İş №2(010)-709/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-709/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-709/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə və üçüncü şəxs «xxxx» BOKT MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Suraxanı rayon İcra Şöbəsinə və qeyrisinə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 18.05.2018-ci il tarixli 2(103)-3210/2018 nömrəli qətnaməsi üzrə verilmiş 30 yanvar 2019-cu il tarixli icra vərəqəsi əsasında Suraxanı rayon icra şöbəsinin sifarişi üzrə "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilinin satışının təşkili ilə bağlı keçirilmiş hərracın, o cümlədən hərracın nəticələri barədə protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə və üçüncü şəxs «xxxx» BOKT MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakları olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etmədiklərinə görə baxılmamış saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə və üçüncü şəxs «xxxx» BOKT MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar