Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-725/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “HYUNDAİ ELANTRA” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3700 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 3730,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki,Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Hyundaı Elantra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Suraxanı rayon DYPŞ-nin X11 haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2018-ci il tarixli “xxxxxxxxx” MMC-nin yekun defekt aktına uyğun olaraq, “Hyundaı Elantra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3700 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 052105 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 3700 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 3700 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Şirkəti ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək, ona uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi baş versə də, avtomobilə 3700 manat məbləğində ziyan dəyməmişdir. Belə ki, həmin avtomobilin yalnız təkər hissəsi sınmış və sol arxa qapısı əzilmişdir. Qeyd olunanlara əsasən iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin həm ekspertiza rəyində, həm də təqdim olunmuş sənədlərdə rəqəmlər şişirdilmişdir. Avtomobil sol tərəfdən vurulsa da, onun sağ diski dəyişdirilmişdir. 120 manat bir qapıdırsa, iki qapı 210 manat dəyərləndirilmişdir. Yenidən ekspertiza təyin olunmalı, belə ki, yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobilin yalnız təkər hissəsi sınmış və sol arxa qapısı əzilmişdir. Qeyd olunanlara əsasən iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 onun etibarnamə üzrə nümayəndəsi X2 cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin, onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 052105 saylı sığorta aktından görünür ki, Cavabdeh2 “Mercedes Benz 190” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətə 55000.00 manata sığortalamışdır. xx.xx.2018-ci il tarixdə “Mercedes Benz 190” markalı, ** CS ***dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil “Hyundai Elantra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə zərər aktına uyğun olaraq 3700 manat məbləğində müəyyən edilmişdir. Zərər məbləğindən sığorta müqaviləsindən nəzərdə tutulmuş 0.00 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişi 3700 manat bərabərdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxxxx” ASC İddiaçı Sığorta Şirkəti ASC-nə 17470 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş X10 görünür ki, “Hyundai Elantra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsinin və servis xidmət haqqının ümumi dəyəri 3700 manat məbləğindədir. İş materiallarına əlavə edilmiş AC seriyalı 947120 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-HN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtəmobilin sahibi X5r. İş materiallarına əlavə edilmiş AC seriyalı 700885 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-CS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” minik markalı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, Cavabdeh2 “Mercedes Benz 190” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixə qədər etibarlıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, X9 “Hyundai Elantra” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X6 etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixə qədər etibarlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində X4 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh2 Ehtibar oğlunun idarə etdiyi “Mercedes Benz 190” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İş materiallarına əlavə edilmiş X11 Haqqında Qərarın kserosurətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Pretenziyadan görünür ki, İddiaçı Şirkəti ASCtərəfindən Cavabdeh1 3700 manat sığorta ödənişinin 7 gün müddətində İddiaçı Şirkəti ASC-nə ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ekspert rəyindən görünür ki, “xxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il tarixli “Hyundai Elantra” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3108 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 362-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeydində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Mercedes Benz 190” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yol nişanının tələbini pozaraq “Hyundai Elantra”markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etmişdir.İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği Cavabdeh1 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Suraxanı rayon DYPŞ-nin X11 haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2018-ci il tarixli “xxxxxxxxx” MMC-nin yekun defekt aktına uyğun olaraq, “Hyundaı Elantra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3700 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 052105 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 3700 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində sığortalıya vurulmuş zərər3700 manat həcmində pul məbləği İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənildiyindən İddiaçı Sığorta Şirkəti ASC “Mercedes Benz 190” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 və bilavasitə hadisəni törətmiş sürücü Cavabdeh1 həmin məbləğdə pulu geriyə qaytarılmasına dair məhkəmədə iddia irəli sürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, avtomobilin mülkiyyətçisi tərəfindən etibarnamə verildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən vurulmuş zərərə görə avtomobilin mülkiyyətçisi Cavabdeh2 məsuliyyət daşımamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 təqsiri üzündən baş verdiyindən və onun həmin avtomobili müvafiq kateqoriyalı sürücülük hüququ olmadan idarə etdiyindən 3108 manat vurulmuş zərərin əvəzi və 30.40 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Sığorta ŞirkətiASC-nin xeyrinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri-100 (yüz) manat Cavabdeh1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 3108 (üç min yüz səkkiz) manat məbləğində pul vəsaiti və 30.40(otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xərci İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri -100 (yüz) manat Cavabdeh1 alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-725/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-725/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver