Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-728/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X*, Veteranları və X8 Birliyinin Suraxanı rayon şöbəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X*, Veteranları və X8 Birliyinin Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birdəfəlik olaraq 5.000 (beş min) manat maddi zərərin, 5.000 (beş min) manat mənəvi zərərin və *20 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, *-ci Qarabağ müharibəsinin İİ-ci qrup əlili olan atası X6 *4 sentyabr 20*0-cu il tarixdə “qırtlağın eroziyası” xəstəliyi səbəbi ilə dünyasını dəyişmişdir. Bundan sonra cavabdeh X*, Veteranları və X8 Birliyi Suraxanı rayon şöbəsi tərəfindən ona yardımçı təsərrüfatın yaradılması üçün verilməsi nəzərdə tutulmuş torpaq sahəsini onun (İddiaçı) adına notarial qaydada rəsmiləşdirilmişdir. Belə ki, 23 yanvar 20**-ci il tarixdə Bakı şəhəri 37 saylı dövlət notariat kontorunda X*, Veteranları və X8 Birliyi Suraxanı rayon şöbəsi İdarə Heyətinin sədri X7 ilə onun arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 23.09.20*0cu il qeydiyyat tarixli, MA seriyalı, 0**9403 saylı çıxarış əsasında yardımçı təsərrüfatın təşkil olunması üçün onun daimi istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsinin şimal-qərbində yerləşən 3.839 ha. torpaq sahəsinin 0.02 ha.-dan ibarət olan hissəsinin ona daimi əvəzsiz istifadəyə verilməsi haqqında AN-İ seriyalı, 0*62775 nömrəli Müqavilə imzalanmışdır. *-ci Qarabağ müharibəsi əlili 52 yaşlı atası X6 *4 sentyabr 20*0-cu il tarixdə vəfat etdikdən sonra ailəvi olaraq uzun müddət sarsıntı keçirmişlər. Belə ki, sağlamlığını vətən yolunda qurban vermiş ailə başçısını itirmişlər. Sonra yardımçı təsərrüfatın yaradılması üçün daimi əvəzsiz istifadəyə verilmiş 0.02 ha.dan ibarət olan torpaq sahəsinə çıxarış almaq üçün yazılı və şifahi olaraq bir neçə dəfə X*, Veteranları və X8 Birliyinin Suraxanı rayon şöbəsinə müraciət etmişdir və hər dəfə də ona problemi həll edəcəklərinə və çıxarış alacaqlarına söz vermişlər. Mübahisəli torpaq sahəsinin daimi əvəzsiz istifadəyə verilməsinə dair AN-İ seriyalı, 0*62775 nömrəli 23 yanvar 20**-ci il tarixli Müqavilədə ona əvəzsiz verilməsi qeyd olunsa da, 2008-ci ildə hələ atası sağ ikən X*, Veteranları və X8 Birliyinin Suraxanı rayon şöbəsi İdarə Heyətinin sədri X7 torpaq verilməsi adı ilə ondan (iddiaçıdan) 500 (beş yüz) ABŞ dolları məbləğində pul almışdır. 23 yanvar 20**-ci il tarixdə notariusda “Torpağın daimi əvəzsiz istifadəyə verilməsi” haqqında AN-İ seriyalı, 0*62775 nömrəli Müqavilə imzalanan gün də X3 tələbinə əsasən ona əlavə olaraq 200 (iki yüz) manat da pul vermişdir. “Torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında” AN-İ seriyalı, 0*62775 nömrəli 23 yanvar 20**-ci il tarixli Müqavilə imzalandan bu günə qədər mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq Çıxarışın ona verilməsi üçün dəfələrlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin hər dəfə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfdən mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmiş və bu barədə ona Bildiriş göndərərək imtinasını şərti sərhədlənmiş torpaq sahəsinin *24.0 kv. metrinin sənəd üzrə sahədən kənarda yerləşməsi, bölgü sxemində perimetrik ölçülərin və istinad nöqtələrinin qeyd olunmaması ilə əsaslandırmışdır. Mübahisəli torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi xahişi ilə DƏDRX-nin * saylı Bakı Ərazi İdarəsinə də ərizə ilə müraciət etmiş, bununla əlaqədar * saylı Bakı Ərazi İdarəsi ona göndərdiyi 28.09.20*8-ci il tarixli, *83020549672 saylı cavab məktubunda həmin torpaq sahəsinin böyük hissəsinin hüquqmüəyyənedici sənəd üzrə olan sahədən kənarda yerləşdiyindən bölgü sxeminin tərtib edilməsinin mümkün olmağını bildirmişdir. İmtina məktubunda qeyd olunmuş iradların aradan qaldırılması və həlli ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş, lakin buna baxmayaraq cavabdeh yuxarıda qeyd olunmuş iradların aradan qaldırılması üçün heç bir tədbir görməmiş və məsuliyyətsizlik nümayiş etdirərək aralarında notarial qaydada bağlanmış “torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında” AN-İ seriyalı, 0*62775 nömrəli 23 yanvar 20**-ci il tarixli Müqavilənin şərtlərini kobudcasına pozmuşdur. Bu məsələ ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2 ildən çox davam edən məhkəmə prosesi zamanı Bakı İnzibati Məhkəməsinin **.02.202*-ci il tarixli Qərardadı ilə inzibati işin həlli üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Lakin ekspert, belə halda (qeyd olunan torpaq sahəsinin *24.0 kv. m.-nin sənəd üzrə sahədən kənarda yerləşməsi) ekspertizanın mümkün olmaması səbəbilə məhkəmə ekpertizasının aparılmasından imtina etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsində yuxarıda qeyd olunan iddianın qeyd olunan torpaq sahəsinin *24.0 kv. m.-nin sənəd üzrə sahədən kənarda yerləşməsi səbəbindən mümkün olmadığını şifahi olaraq ona bildirilmiş və “torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında” AN-İ seriyalı, 0*62775 nömrəli 23 yanvar 20**-ci il tarixli Müqavilənin birinci tərəfinə qarşı mülki qaydada “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilmişdir. Cavabdeh X*, Veteranları və X8 Birliyinin Suraxanı rayon şöbəsi tərəfindən aralarında notarial qaydada bağlanmış Müqavilənin şərtlərinin kobudcasına pozulması nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, yardımçı təsərrüfatın təşkil olunması üçün daimi əvəzsiz olaraq notarial qaydada onun istifadəsinə verilmiş 0.02 ha. (200 kv.m.) torpaq sahəsinin *24 kv. metri sənəd üzrə sahədən kənarda yerləşdiyindən o, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldıra bilməmişdir və təbii ki, həmin torpaq sahəsindən də istifadə edə bilməmişdir. Bütün bunların nəticəsində o, həm fiziki, həm də mənəvi əzab-əziyyət çəkərək sarsıntılar və həyəcanlı anlar yaşamışdır. Keçən müddət ərzində cavabdehin günahı ucbatından belə bir maddi mənfəətdən məhrum olmuş və ona 5.000 (beş min) manat maddi zərər və 5.000 (beş min) manat mənəvi zərər dəymişdir. Beləliklə, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ümumi məbləği *0.000 (on min) manat təşkil edir. Bu səbəbdən də iddia edir ki, cavabdeh *0.000 (on min) manat məbləğində ona dəymiş maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *85.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 23.0*.20**-ci il tarixli Torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında müqavilədən görünür ki, birinci tərəf X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 0060**002922 reyestr və ***0066568 qeydiyyat nömrəsi olan 23.09.20*0-cu il qeydiyyat tarixli, MA seriyalı, 0**9403 saylı çıxarış əsasında yardımçı təsərrüfatın təşkil olunması üçün onun daimi istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsinin şimal-qərbində yerləşən 3.839 ha. torpaq sahəsinin 0.02 ha.-dan ibarət olan hissəsini yardımçı təsərrüfatın təşkil olunması üçün X5 İddiaçı əvəzsiz daimi istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *4.09.20*0-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş 2*.0*.2009-cu il tarixli əlillik barədə vəsiqədən müəyyən olunur ki, X6 ikinci qrup əlildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə tərəfindən İddiaçı verilmiş məktubdan müəyyən olunur ki, göstərilən torpaq sahəsinin böyük hissəsi hüquqmüəyyənedici sənəd üzrə olan sahədən kənarda yerləşdiyindən bölgü sxemi tərtib etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə tərəfindən İddiaçı verilmiş 08.**.20*8-ci il tarixli məktubdan müəyyən olunur ki, Elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, şərti sərhədlənmiş torpaq sahəsinin *24.0 kv.m-i sənəd üzrə sahədən kənarda yerləşir və təqdim edilmiş bölgü sxemində perimetrik ölçülər, istinad nöqtələri qeyd olunmayıb. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə tərəfindən İddiaçı verilmiş 25.*0.20*9-cu il tarixli məktubdan müəyyən olunur ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şimal Qərb hissəsində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08.**.20*8-ci il tarixli, *83022*56566 nomrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.*-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.*-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2* və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 3*.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 2*.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 22.04.20*0-cu il tarixli qərarının *83-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar əsasında müəyyən olunmuşdur ki, 23.0*.20**-ci il tarixli Torpağın daimi əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləsinə əsasən X*, Veteranları və X8 Birliyinin Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 0060**002922 reyestr və ***0066568 qeydiyyat nömrəsi olan 23.09.20*0-cu il qeydiyyat tarixli, MA seriyalı, 0**9403 saylı çıxarış əsasında yardımçı təsərrüfatın təşkil olunması üçün onun daimi istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsinin şimal-qərbində yerləşən 3.839 ha. torpaq sahəsinin 0.02 ha.-dan ibarət olan hissəsini yardımçı təsərrüfatın təşkil olunması üçün X5 İddiaçı əvəzsiz daimi istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin Dasınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması mümkün olmadığından iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barəsində sübut təqdim olunmadığından iddia həmin hissədə təmin oluna bilməz. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin *097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. MPM-nin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir, **9.*-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X*, Veteranları və X8 Birliyinin Suraxanı rayon şöbəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-728/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-728/2022
11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver