Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-729/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs* və ƏMDX yanında DƏDRX * saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair dövlət reyestri tərəfindən tərtib edilmiş plan-sxemə uyğun bölgünün aparılması və həmin bölgüyə uyğun dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs* və ƏMDX yanında DƏDRX * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin *9.06.2020-ci il tarixli, **********08 saylı məktubuna əlavə edilmiş daşınmaz əmlakın bölgü sxeminə uyğun olaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, **0 saylı ünvnda yerləşən daşınmaz əmlakın bölgüsünün aparılması, həmin bölgüyə uyğun olaraq ona (iddiaçıya) digər payçılar Cavabdeh və Maraqlı şəxs* adına çıxarış verilməsi vəzifəsinin maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə Həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs* və ƏMDX yanında DƏDRX * saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair dövlət reyestri tərəfindən tərtib edilmiş plan-sxemə uyğun bölgünün aparılması və həmin bölgüyə uyğun dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin *70.*-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs* və ƏMDX yanında DƏDRX * saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair dövlət reyestri tərəfindən tərtib edilmiş plan-sxemə uyğun bölgünün aparılması və həmin bölgüyə uyğun dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-729/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-729/2022
26.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver