Məhkəmə qərarları › İş №2(010)-73/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-73/2023

18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-73/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X14” MMC-nin direktoru X4 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və “X14” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə; Qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi İddiaçı vurulan fiziki və mənəvi zərərə görə Cavabdeh1 3000 (üç min) manat, “X14” MMC-dən 2000 (iki min) manat məbləğində vəsaitin alınaraq iddiaçıya ödənilməsi. İlkin iddia tələbinin dəlilləri 2021-ci ilin oktyabr ayının əvvəllərində o, Yeni Günəşli “D” y/s yerləşən “DLUX klinikasında çalışan stomatoloq Ceyhuna diş qapağı düzəltmək üçün müraciət etmişdir. İki ay ərzində, uzun get-gəldən sonra yararsız bir qapaq düzəltmişdir. Ölçü çıxararkən qabaq dişi də sındırmış və sağdan yuxarı qapağın yanındakı düzəldilmiş bahalı qapağı da zədələmişdir. Ölçüsü uyğun gəlməyən, narahat olan qapağı onunla razılaşdırmadan sementləmiş, bu az imiş kimi sındırdığı qabaq dişə icazəsiz iynə vurmuş, yonmuş və ziyan vurmuşdur. Nəticədə dişləri üst-üstə düşmür, ağrı verir, ağzına metal tamı gəlir, fiziki sağlamlığına ziyan vurur. Bunu həkimə anası da başa salmağa çalışsa da, kobud şəkildə rədd etmişdir. Sözü bu olmuş ki, “Mən yenidən ölçü götürüb, xərcə düşə bilərəm, qapağı söküb qaytarım?”. Dişlərini o qədər yonub ki, qapaq çıxarılarkən yonduğu dişlər hər an sına bilər. Bunu bir neçə həkim də təsdiq edib, onun gördüyü işi “absurd” adlandırdılar və qapağın altındakı dişlərinin hər an irinləyib, itiriləcəyini söyləmişlər. Çünki həkim kanalı doldurmaq əvəzinə maddəni sümüyə vurub. Bir də o, niyə həkimin səhvi üzündən bu qədər ağrıya dözməlidir? Bu şəxs insan sağlamlığını heçə sayır. Məsələni dinc yolla həll etmək istəsələr də, həkim kobud şəkildə rədd etmiş: “Get polisə müraciət et” deyib, onları hədələmişdir. O, stress yaşamış və vurulan ziyandan ağır depressiyaya düşmüşdür. Mərkəzin direktoruna müraciət etsələr də, o da məsələni həll etməkdən imtina etmişdir. Karantin ərzində personalın karantin qaydalarına riayət etmədiyinin şahidi olmuşdur. 1) başda Direktor olmaqla tibb işçiləri xələt və maskadan istifadə etmir. 2) Xəstələrlə bağlı heç bir qeydiyyat aparılmır, ödənişlə bağlı çek verilmir, istəsə belə, “biz gündəliyə işləyirik” deyirlər. Beləliklə dövlətə çatacaq vergilər gizlədilir. 3) Görülən işlərə nəzarət yoxdur. Həkimin qapağı hansı məhsuldan düzəltdiyi də bilinmir. Klinikadakı özbaşınalıq onların video çəkilişlərində də əks olunub. Klinikadakı çatışmazlıqları Səhiyyə Nazirliyi X2nin yoxlaması da təsdiq edib və mülki qaydada klinika məhkəməyə verilib. Karantin qaydalarına əməl etmədikləri üçün klinika inzibati qaydada cərimə olunub. Suraxanı rayonu 33-cü polis bölməsi bununla bağlı araşdırma aparıb. Bütövlükdə həkimin səhlənkarlığı və onun işinə nəzarət etməyə məsul olan klinikanın rəhbərliyinin nəzarətsizliyi üzündən ona fiziki və mənəvi ziyan dəymişdir. Klinikanın nəzarətsizliyi və məsuliyyətsizliyi nəticəsində ona Cavabdeh1 3000 manat miqdarında, klinikanın rəhbərliyi 2000 manat miqdarında fiziki, mənəvi ziyan vurmuşdur. İlkin iddia üzrə Cavabdeh1 ilkin iddia tələbinə etirazının dəlilləri Vətəndaş İddiaçı həqiqətə uyğun olmayan ifadələrinin heç bir hüquqi əsası yoxdur, çünki aralarında olan şifahi razılaşmaya əsasən o iddiaçıya metal-keramika materialından 3 (üç) ədəd diş qapaqlarını düzəldib işini keyfiyyətlə tamamladıqdan sonra iddiaçı ona 350 (üç yüz əlli) manat pul verməli idi. O, işini tamamlamış və onun da diş qapaqlarının keyfiyyətsiz olduğu barədə heç bir şikayəti olmamışdır. Lakin o, işini tamamladıqdan təqribən 1 (bir) ay sonra zəhmət haqqını tələb edəndən sonra İddiaçı ona verməli olduğu 350 (üç yüz əlli) manatı verməmək üçün diş qapaqlarını keyfiyyətsiz düzəltdiyini bildirərək, ondan Səhiyyə Nazirliyinə və digər orqanlara yalan, iftira xarakterli şikayətlər etməyə başlamışdır. O, uzun illərdir ki, həkim-stomatoloq işləyir, düzəltdiyi diş qapaqlarının keyfiyyətsizliyi barədə hazırki dövrə kimi vətəndaşlar tərəfindən şikayət edən olmayıb. Bu İddiaçı uydurduğu bir iftiradır və həqiqətə uyğun deyildir. Ona görə də iddiaçının ona qarşı iddiası əsassız olduğundan ləğv olunmalıdır. İlkin iddia üzrə Cavabdeh2 MMC-nin direktoru X4 ilkin iddia tələbinə etirazının dəlilləri Vətəndaş İddiaçı həkim-stomatoloq ilə aralarında dişlərinin düzəldilməsi barədə olan şifahi razılaşmanın icrasına və düzələcək dişlərin keyfiyyətlə hazırlanmasına “X14” MMC-nin direktoru nəzarət etmir və heç bir məsuliyyət daşımır. İkincisi vətəndaş İddiaçı həkim-stomatoloq Cavabdeh1 ilə aralarında olan qərəzli münasibətə görə “X14” MMC-nin ünvanına həqiqətə uyğun olmayan ifadələrinin heç bir hüquqi əsası yoxdur, çünki ölkələrində başlayan pandemiyanın ilk günlərindən bu günə kimi Klinikada xüsusi karantin qaydalarının tələblərinə riayət olunur, bu müddət ərzində dəfələrlə polis əməkdaşları tərəfindən qəfləti reydlər keçirilmiş və xüsusi karantin qaydalarının pozulması faktları qeydə alınmamışdır. Bu İddiaçı uydurduğu bir iftiradır və həqiqətə uyğun deyildir. Ona görə də onun “X14” MMC-nin rəhbərliyinə qarşı münasibətdə olan hissəsi əsassız olduğundan ləğv olunmalıdır. İlkin iddia üzrə tərəflərin izahatları İlkin iddia üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X8 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etmişdir. O, izahatında bildirdi ki, Cavabdeh1 onun qızına diş qapağını yerləşdirən zaman arxa dişinin qapağını da zədələyib. Arxa dişinin qapağı üçün 700 ABŞ dolları məbləğində pul xərclənmişdir. Hazırda Cavabdeh1 qoyduğu diş qapağı çıxarılmalı, həmin dişin iltihabı müalicə olunmalıdır. Qızı İddiaçı bu hadisə ilə bağlı ciddi həyəcan, stress və əziyyət çəkir. İddiaçının nümayəndəsi (anası) izahatında bildirdi ki, iddia tələbində qeyd etdiyi “fiziki ziyan” dedikdə, qızının çəkdiyi ağrıları nəzərdə tutmuşdur. İlkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında ilkin iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının razılığı ilə onun 13-cü dişi daxil olmaqla dişlərinə qapaq qoyulub. İddiaçıya rentgen diaqnostikasından keçməli olduğunu bildirsə də, iddiaçı razılaşmamışdır. Ona görə də, qapaq qoyduğu dişdə iltihabi prosesin gedib getmədiyini müəyyən edə bilməmişdir. Xəstə diaqnostikaya etiraz edirsə, həkimin qapaq qoyacağı dişin ilthablı olub olmamasını müəyyən etməyə məsuliyyəti aradan qalxır. O, bildirdi ki, dişin irinli olduğunu müəyyən etsəydi, qapaq qoymazdı. İlkin iddia üzrə Cavabdeh1 izahatında göstərdi ki, sertifikatsız fəaliyyət göstərmiş, yoxlama gəldiyi zaman rəhbərlik onu işdən azad etmişdir. İlkin iddia üzrə cavabdeh “X14” MMC-nin direktoru X9 ilkin iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun rəhbərlik etdiyi klinikadan xidmət almaq üçün onun qeydiyyat şöbəsinə müraciət etməmişdir. İddiaçı birbaşa öz tanış həkiminə müraciət etmiş, həkim də onun dişinə qapaq qoymuşdur. Onun rəhbərlik etdiyi klinikadan həkimə iddiaçıya xidmət göstərilməsi üçün hər hansı bir göstəriş verilməmişdir. Sözügedən həkim də həmin hadisədən sonra işindən azad edilmiş, onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Cehyun Əliyevi işdən azad etməyinin səbəblərindən biri də o olub ki, həkimin sertifikatı olmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbi Cavabdeh İddiaçı əsassız və qanunsuz olaraq ona qarşı qaldırdığı iddiası əsasında keçirdiyi əsəb, həyəcan və sarsıntı nəticəsində sağlamlığına dəymiş ziyana, şərəf və ləyaqətini alçaltdığına görə İddiaçı qanunsuz şikayətləri əsasında məhrum olunduğu 2150 (iki min bir yüz əlli) manat əmək haqqının və 7500 (yeddi min beş yüz) manat mənəvi zərərin cavabdehdən tutularaq Cavabdeh1 ödənilməsi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbinin dəlilləri Cavabdeh1 qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, O, “D-Lyuks” klinikasında həkim-stomatoloq işləyir. Çoxdan tandığı vətəndaş X8, öz qızı İddiaçı ilə onun yanına gələrək qızına 3 (üç) ədəd diş qapaqlarını düzəltməyini xahiş etdi. Aralarında şifahi razılaşma oldu ki, diş qapaqlarını düzəldəndən sonra ona 350 (üç yüz əlli) manat pul verəcəkdir. O, ali təhsilli həkimdir, uzun illərdir ki, həkim stomatoloq işləyir, müəyyən təcrübəyə malikdir. Vətəndaş İddiaçı metal-keramika materialından olan 3 (üç) ədəd diş qapaqlarını hazırlayıb işini tamamlamış, heç bir problem olmamışdır. İşini tamamladıqdan sonra zəhmət haqqını ondan tələb edəndə təqribən üstündən 1 (bir) ay keçdikdən sonra İddiaçı anası ilə yanına gələrək düzəltdiyi diş qapaqlarının keyfiyyətsiz olduğunu bildirərək, ona 1 (bir) qəpikndə verməyəcəyini bildirmişdir. O da ona nəzakətlə bildirmiş ki, onun düzəltdiyi diş qapaqları keyfiyyətli düzəlib, onun zəhmət haqqını versin, əgər nədənsə narazıdırsa, getsin hüquq-mühafizə orqanlarına müraciət etsin, onun təkrarən diş qapaqları düzəltmək imkanı yoxdur.” O başa düşmüş ki, İddiaçı onun zəhmət haqqını və işlənmiş materialın pulunu verməmək üçün belə bir qadına yaraşmayan hərəkətlərə əl atmışdır. Vətəndaş İddiaçı onun istifadə etdiyi materialın pulunu və onun zəhmət haqqını vermək əvəzinə, onun barəsində Səhiyyə Naziliyinə, Vergilər Nazirliyinə, Suraxanı rayonu 33-cü polis bölməsinə həqiqətə uyğun olmayan, yalan, iftira xarakterli şikayət ərizələri göndərərək, onun işdən azad olunmağına səbəb olmuş, hər ay 600 (altı yüz) manat əmək haqqından məhrum olmuş, artıq 3 aydan artıqdır ki, işləmir, şərəf və ləyaqəti alçaldılmışdır, həkim adına xələl gəlmişdir. İddiaçı bu kimi hərəkətlərinə görə sağlamlığına ciddi ziyan dəymiş, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Vətəndaş İddiaçı qərəzli münasibətlərinə görə “X12” MMC-nin və onun ünvanına həqiqətə uyğun olmayan ifadələrinin heç bir hüquqi əsası yoxdur. Bu onun zəhmət haqqını verməmək üçün uydurduğu bir iftiradır, yalandır və həqiqətə uyğun deyildir. Onun bu qanunizidd əməlləri ona olan qərəzli münasibətə görədir. Ona görə də onun şikayəti əsassız və qanunsuz olduğuna görə ləğv olunmalıdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbinə cavabdeh İddiaçı etirazının dəlilləri Klinikadakı çatışmazlıqları Səhiyyə Nazirliyi X2nin yoxlaması da təsdiq edib və mülki qaydada klinika məhkəməyə verilib. Məhkəmə iclasında Cavabdeh1 özü də elan etdi ki, sertifikatı olmadığı üçün klinikada qanunsuz fəaliyyət göstərib və Ekspertiza mərkəzinin yoxlamasından sonra işdən azad edilib. Karantin qaydalarına əməl etmədikləri üçün klinika inzibati qaydada cərimə olunub. Suraxanı rayonu 33-cü polis bölməsində bununla bağlı araşdırma aparılıb və bütün sübutlar (video çəkilişi və telefon zəngləri) dövlət orqanlarına təqdim olunub. O, konstitusion hüquqlarına əsaslanıb şikayət etmiş və öz haqqını tələb edir. Xidməti o onlardan almalı idi, əvəzində ziyan gördü. Bütün bu aylar ərzində klinika rəhbərliyi onları təhdid etmiş, iş yerinə qədər şikayət yazıb onlara təsir göstərməyə cəhd etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbi üzrə tərəflərin izahatları Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında qarşılıqlı iddia tələbinə etiraz edərək və etiraz ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X4 iddia tələbi Cavabdeh İddiaçı əsassız və qanunsuz olaraq ona qarşı qaldırdığı iddiası əsasında keçirdiyi əsəb, həyəcan və sarsıntı nəticəsində sağlamlığına dəymiş ziyana, şərəf və ləyaqətini alçaltdığına görə 10000 (on min) manat mənəvi zərərin İddiaçı tutularaq ona ödənilməsi. Qarşılıqlı iddia tələbinin dəlilləri X9 qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, vətəndaş İddiaçı anası X8 ilə onun yanına gələrək həkim-stomatoloq Cavabdeh1 ona düzəltdiyi diş qapaqlarının keyfiyyətsiz olduğunu bildirmişdir. Zülal Kərimov da ona nəzakətlə bildirmiş ki, o onların həkim-stomatoloqla aralarında diş qapaqlarının düzəldilməsi barədə olan razılaşmanın icrasına və düzələcək diş qapaqlarının keyfiyyətlə hazırlanmasına “X14” MMC-nin direktoru nəzarət etmir və heç bir məsuliyyət daşımır. Bununla bağlı həkim-stomatoloqa müraciət etsin. O isə həkim-stomatoloqa müraciət etmək əvəzinə onun barəsində Səhiyyə və Vegilər Nazirliyinə, Suraxanı polis idarəsinə həqiqətə uyğun olmayan şikayət ərizələri göndərərək, onun şərəf və ləyaqətini alçaltmış və onun bu kimi ifadələri Zülal Kərimovun sağlamlığına ciddi təsir etmişdir. Nəticədə ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Qeyd edir ki, vətəndaş İddiaçı həkim-stomatoloq Cavabdeh1 ilə aralarında olan qərəzli münasibətə görə “X14” MMC-nin ünvanına həqiqətə uyğun olmayan ifadələrinin heç bir hüquqi əsası yoxdur, çünki bütün dünyada, həmçinin ölkəmizdə tüğyan edən “COVİD-19” pandemiyasının ilk günlərindən bugünə kimi “X14” MMC-də xüsusi karantin qaydalarının tələblərinə riayət olunmuş və bugün də olunur. Bu müddət ərzində dəfələrlə polis əməkdaşları tərəfindən qəfləti reydlər keçirilmiş və xüsusi karantin qaydalarının pozulması faktları qeydə alınmamışdır. Bu İddiaçı uydurduğu bir iftiradır və həqiqətə uyğun deyildir. Bundan başqa vətəndaş İddiaçı heç bir icazəsi olmadan öz şəxsi telefonu vasitəsi ilə MMC-yə gələn şəxslərin şəkillərini çəkərək, guya onlarda xüsusi karantin qaydalarına riayət olunmur, pozuntulara yol verilir, bu şəkilləri aidiyyəti orqanlara göndərəcəyi ilə şantaj edib ondan 700 (yeddi yüz) manat məbləğində pul tələb etmişdir. İddiaçı bu kimi qanunazidd əməllərini həkim-stomatoloqla olan qərəzli münasibətinə görə etmişdir. Onun şərəf və ləyaqətini alçaltdığına və keçirtdiyi əsəb, həyəcan və sarsıntıya görə İddiaçı 10000 (on min) manat mənəvi zərər tutularaq ona ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı X4 iddia tələbinə cavabdeh İddiaçı etirazının dəlilləri Klinikadakı çatışmazlıqları Səhiyyə Nazirliyi X2nin yoxlaması da təsdiq edib və mülki qaydada klinika məhkəməyə verilib. Məhkəmə iclasında Cavabdeh1 özü də elan etdi ki, sertifikatı olmadığı üçün klinikada qanunsuz fəaliyyət göstərib və Ekspertiza mərkəzinin yoxlamasından sonra işdən azad edilib. Karantin qaydalarına əməl etmədikləri üçün klinika inzibati qaydada cərimə olunub. Suraxanı rayonu 33-cü polis bölməsində bununla bağlı araşdırma aparılıb və bütün sübutlar (video çəkilişi və telefon zəngləri) dövlət orqanlarına təqdim olunub. O, konstitusion hüquqlarına əsaslanıb şikayət etmiş və öz haqqını tələb edir. Xidməti o onlardan almalı idi, əvəzində ziyan gördü. Bütün bu aylar ərzində klinika rəhbərliyi onları təhdid etmiş, iş yerinə qədər şikayət yazıb onlara təsir göstərməyə cəhd etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbi üzrə tərəflərin izahatları Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında qarşılıqlı iddia tələbinə etiraz edərək və etiraz ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X13 tərəfindən verilmiş 597/KEŞ ekspertiza rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, 1988-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda kliniki və rentgenoloji olaraq 13-cü dişdə (yəni yuxarı köpək dişi) xroniki periodontin olduğu, kanalın düzgün endodontik müalicə olunmadığı və ortopedik konstruksiyada (diş qapaqlarında) qüsur olmadığı müəyyən edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X14” MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 18 saylı əmrlə Cavabdeh1 əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında “X2” X13 tərəfindən X5 göndərilmiş 07 fevral 2022-ci il tarixli, 08/1930 №-li cavab məktubundan görünür ki, onun şikayəti əsasında xx.xx.2022-ci il tarixdə qurumun əməkdaşları tərəfindən sözügedən həmin ünvanda yerləşən “X14” MMC (DLUX klinikası) məxsus klinikada yoxlama keçirilmişdir. Yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlarla bağlı Cavabdeh2 MMC (DLUX klinikası) direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Ona dəymiş ziyanın ödənilməsi məsələsinə baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətləri xaricindədir. Aidiyyəti olmadığından aidiyyəti üzrə hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət hüququ var. Suraxanı RPİ-nin 33-cü polis Bölməsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-c il tarixli, ***-*******-1221 №-li cavab məktubundan görünür ki, onun xx.xx.2021-ci il tarixdə Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahsində yerləşən “D-Lux” klinikasında işləyən Ceyhun adında stomatoloq tərəfindən bir neçə dişini yonaraq yararsız hala salması, bu səbəbdən də dişi qapaq qoyulandan sonra ölçülərin düzgün aparılmaması nəticəsində dişlərinin üstüstə düşməməsi, bununla da klinikanın rəhbərliyindən ona maddi və mənəvi ziyan dəyməsinə görə 5000 (beş min) manat pul verməsini tələb etməyinə dair yazmış olduğu müraciət tərəfindən araşdırılmışdır. “X14” MMC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı diş qapağının düzəldilməsi ilə əlaqədar “D- Lyuks” klinikasında həkim-stomotoloq işləmiş Cavabdeh1 fərdi qaydada müraciət etdiyindən ona tibbi karta tərtib edilməmişdir. İşin halları İlkin iddia üzrə İddiaçı dişlərinə qapaq qoydurmaq üçün 2021-ci il tarixdə “X14” MMCyə məxsus olan “DLUX” klinikasında çalışan həkim-stomatoloq Cavabdeh1 müraciət etmiş və həmin həkim onun dişlərinə diş qapağı qoymuşdur. İddiaçı iddia edir ki, həkim stomatoloq Cavabdeh1 işini keyfiyyətsiz gördüyündən ona dəymiş fiziki və mənəvi zərərə görə Cavabdeh1 3000 manat, “X14” MMC-dən 2000 manat məbləğində vəsait alınaraq iddiaçıya ödənilməlidir. İlkin iddia üzrə cavabdeh Əıiyev Ceyhun iddia tələbinə etirazını belə əsaslandırır: “iddiaçının razılığı ilə onun dişlərinə qapaq qoyulub. İddiaçıya rentgen diaqnostikasından keçməli olduğunu bildirsə də, iddiaçı razılaşmamışdır. Ona görə də, qapaq qoyduğu dişdə iltihabi prosesin gedib getmədiyini müəyyən edə bilməmişdir. Xəstə diaqnostikaya etiraz edirsə, həkimin qapaq qoyacağı dişin ilthablı olub olmamasını müəyyən etməyə məsuliyyəti aradan qalxır. O, dişin irinli olduğunu müəyyən etsəydi, qapaq qoymazdı.” İlkin iddia üzrə cavabdeh “X14” MMC-nin direktoru X9 iddia tələbinə etirazını onunla əsaslandırır ki, “iddiaçı onun rəhbərlik etdiyi klinikadan xidmət almaq üçün həmin klinikanın qeydiyyat şöbəsinə müraciət etməmişdir. İddiaçı birbaşa öz tanış həkiminə müraciət etmiş, həkim də onun dişinə qapaq qoymuşdur. Onun rəhbərlik etdiyi klinikadan həkimə iddiaçıya xidmət göstərilməsi üçün hər hansı bir göstəriş verilməmişdir. Sözügedən həkim də həmin hadisədən sonra işindən azad edilmiş, onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir.” Məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X13 tərəfindən verilmiş 597/KEŞ ekspertiza rəyindən müəyyən olunmuşdur ki, 1988-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda kliniki və rentgenoloji olaraq 13-cü dişdə (yəni yuxarı köpək dişi) xroniki periodontin olduğu, kanalın düzgün endodontik müalicə olunmadığı və ortopedik konstruksiyada (diş qapaqlarında) qüsur olmadığı müəyyən edilmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 iddia edir ki, cavabdeh İddiaçı əsassız və qanunsuz olaraq ona qarşı qaldırdığı iddiası əsasında keçirdiyi əsəb, həyəcan və sarsıntı nəticəsində sağlamlığına ziyan dəymiş, qanunsuz şikayətləri əsasında 2150 manat məbləğində əmək haqqından məhrum olmuş, şərəf və ləyaqəti alçaldılmışdır. Ona görə də 2150 (iki min bir yüz əlli) manat əmək haqqının və 7500 (yeddi min beş yüz) manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini istəyir. Qarşılıqlı iddia üzrə iddiaçı Kərimov Zülal iddia edir ki, cavabdeh İddiaçı əsassız və qanunsuz olaraq ona qarşı qaldırdığı iddiası əsasında keçirdiyi əsəb, həyəcan və sarsıntı nəticəsində sağlamlığına ziyan dəymiş, eləcə də cavabdeh tərəfindən şərəf və ləyaqəti alçaldılmışdır, ona görə də 10000 (on min) manat məbləğində mənəvi zərərin İddiaçı tutularaq ona ödənilməsini istəyir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi qarşılıqlı iddia tələblərini o əsasla qəbul etmir ki, Cavabdeh1 özü də məhkəmə iclasında sertifikatı olmadan klinikada qanunsuz fəaliyyət göstərdiyini və ekspertiza mərkəzinin yoxlamasından sonra işdən azad edildiyini etiraf etmişdir. Karantin qaydalarına əməl etmədikləri üçün klinika inzibati qaydada cərimə olunub. Suraxanı rayonu 33-cü polis bölməsində bununla bağlı araşdırma aparılıb və bütün sübutlar (video çəkilişi və telefon zəngləri) dövlət orqanlarına təqdim olunub. O, konstitusion hüquqlarına əsaslanıb şikayət etmiş və öz haqqını tələb edir. Xidməti onlardan almalı idi, əvəzində ziyan gördü. Bütün bu aylar ərzində klinika rəhbərliyi onları təhdid etmiş, iş yerinə qədər şikayət yazıb onlara təsir göstərməyə cəhd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.1 Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Maddə 59. Tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı ona vurulan fiziki və mənəvi zərərə görə Cavabdeh1 3000 manat, “X14” MMC-dən 2000 manat tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi “fiziki ziyan” ifadəsi ilə qızının çəkdiyi ağrıları nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (MM 1096.1 və 1097.1) mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə ekspertiza rəyinə yeganə mötəbər sübut növü kimi əsaslanaraq müəyyən edir ki, ilkin iddia üzrə iddiaçıya həkim-stomatoloq Cavabdeh1 tərəfindən lazımi keyfiyyətdə tibbi xidmət göstərilməmişdir. Belə ki, İddiaçı kliniki və rentgenoloji olaraq 13cü dişdə (yəni yuxarı köpək dişi) xroniki periodontin olduğu, kanalın düzgün endodontik müalicə olunmadığı müəyyən olunmuşdur. İşin hallarını, Cavabdeh1 verdiyi izahatda “iddiaçıya rentgen diaqnostikasından keçməli olduğunu bildirsə də, iddiaçı razılaşmamışdır. Ona görə də, qapaq qoyduğu dişdə iltihabi prosesin gedib getmədiyini müəyyən edə bilməmişdir. Xəstə diaqnostikaya etiraz edirsə, həkimin qapaq qoyacağı dişin ilthablı olub olmamasını müəyyən etməyə məsuliyyəti aradan qalxır. O, dişin irinli olduğunu müəyyən etsəydi, qapaq qoymazdı.” bildirməklə iddiaçının dişinin iltihablı olub-olmamasını müəyyən etmədən onun dişlərinə diş qapağı qoyduğunu etiraf etmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni həkim Cavabdeh1 tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi, səhhətində yaranmış problemlərin həkimin təqsirli hərəkətlərinin nəticəsi olduğu və zərərə məruz qaldığı öz təsdiqini tapmışdır. İlkin iddia üzrə cavabdeh olan “X14” MMC-yə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasları zamanı verdiyi izahatlardan ilkin iddia üzrə cavabdeh klinikadan tibbi qeydiyyatdan keçmədən, yəni iddiaçı ilə həmin tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi qaydaları və şərtləri barədə razılıq olmadan iddiaçının fərdi qaydada Cavabdeh1 müraciət etməsi aydın olur. Qanunvericiliyin sadalanan normalarını və qeyd edilənləri əsas götürərək məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh2 MMC iddiaçının məruz qaldığı zərərə münasibətdə təqsirsizdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ““İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçının Cavabdeh1 3000 manat məbləğində mənəvi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçıya dəymiş mənəvi zərərin 300 (üç yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi hesab edilə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbinə dair məhkəmənin mövqeyi Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 iddia edir ki, cavabdeh İddiaçı əsassız və qanunsuz olaraq ona qarşı qaldırdığı iddiası əsasında keçirdiyi əsəb, həyəcan və sarsıntı nəticəsində sağlamlığına ziyan dəymiş, qanunsuz şikayətləri əsasında 2150 manat məbləğində əmək haqqından məhrum olmuş, şərəf və ləyaqəti alçaldılmışdır. Qarşılıqlı iddiaçının qarşılıqlı cavabdehin təqsiri üzündən əmək haqqından məhrum olduğunu iddia etsə də, məhkəmə həmin iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatına əsasən müəyyən edir ki, sertifikatsız fəaliyyət göstərdiyi üçün işəgötürəni “X14” MMC-nin rəhbərliyi onu işdən azad etmişdir. Qarşılıqlı iddia tələbinin “qarşılıqlı cavabdeh tərəfindən şərəf və ləyaqətinin alçaldılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:

1. məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;

2. həmin məlumatların doğru olmaması;

3. bu məlumatların yayılması. …Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Beləliklə, şərəf və ləyaqətin ləkələnməsini müəyyən etmək üçün məhkəmə tərəfindən yuxarıda qeyd olunan üç hal müəyyən edilməlidir. Bu üç haldan hər hansı birinin olmaması şərəf və ləyaqətin ləkələnməsini istisna edir.“ Hazırki iş üzrə isə həmin halların mövcudluğu barədə məhkəməyə heç bir əsaslı sübut təqdim edilməmiş qarşılıqlı iddia üzrə iddiaçı qarşılılıqlı iddia ərizəsində, etirazda və məhkəmə iclası zamanı irəli sürdüyü formal fikirlərlə kifayətlənmişdir. Qarşılıqılı iddia tələbinin “cavabdeh İddiaçı əsassız və qanunsuz olaraq ona qarşı qaldırdığı iddiası əsasında keçirdiyi əsəb, həyəcan və sarsıntı nəticəsində sağlamlığına dəymiş ziyana görə ondan mənəvi zərərin tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusiya hüquq və azadlıqlarının təminatlarından biridir. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənləri əsas götürərərk məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbi əsassızdır və rədd edilməlidir.

Qarşılıqlı iddia üzrə iddiaçı X4 iddia tələbinə dair məhkəmənin mövqeyi Qarşılıqlı iddia üzrə iddiaçı Kərimov Zülal iddia edir ki, cavabdeh İddiaçı əsassız və qanunsuz olaraq ona qarşı qaldırdığı iddiası əsasında keçirdiyi əsəb, həyəcan və sarsıntı nəticəsində sağlamlığına ziyan dəymiş, eləcə də cavabdeh tərəfindən şərəf və ləyaqəti alçaldılmışdır, ona görə də 10000 (on min) manat məbləğində mənəvi zərərin İddiaçı tutularaq ona ödənilməsini istəyir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbinə dair irəli sürdüyü mövqeyinə əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X4 da iddiası əsassızdır və rədd edilməlidir.

Məhkəmənin gəldiyi nəticə İlkin iddia tələbi qismən təmin olunmalıdır. İlkin iddia üzrə Cavabdeh1 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. İlkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X7 aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin olunsun. İlkin iddia üzrə Cavabdeh1 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İlkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin direktoru X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X7 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar