Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-74/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş, 6850 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il də 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır və “tam Maddi Məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixdə 012-K əmri ilə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə Oba-Neftçilər 2 (kod198) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2017, xx.xx.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləğinin 6850 manat olduğu məlum olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli əmək müqaviləsindən görünür ki, tərəflər arasında əmək münasibətləri yaranmış, müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. - Tam maddi məsuliyyət haqqında müqavilədən göründüyü kimi Cavabdeh İddiaçı MMC qarşısında adminisrator vəzifəsi üzrə ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyətlə öz üzərinə götürmüşdür. Cəmiyyət üzrə xx.xx.2016-cı il tarixli 019-K saylı əmrdən vermiş çıxarışdan göründüyü kimi Cavabdeh Cəmiyyətin Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə xx.xx.2016-cı il tarixindən 3 ay sınaq müddəti müəyyən edilməklə Administrator vəzifəsinə keçirilmişdir. - xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2017-ci il tarixdə Oba – Neftçilər 2 mağazasında inventarizasiya aparılmışdır. - xx.xx.2017-ci il tarixli inventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 10032.37 manat olmuşdur. - xx.xx.2018-ci il tarixdə Oba – Neftçilər 2 mağazasında inventarizasiya aparılmışdır. - xx.xx.2018-ci il tarixli təhfil-təslim nəticələrinə dair yekun Akta əsasən yekun ziyan məbləği 2946.56 manat olmuşdur. - xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 6850 (altı min səkkiz yüz əlli) manat çatışmazlıq müəyyən edilmişdir. -xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; Həmin Məcəllənin 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; Həmin Məcəllənin 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; Həmin Məcəllənin 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından göründüyü kimi, vurulmuş ziyan iddiaçı tərəfindən xx xxxx 2018ci il tarixdə keçirilmiş inventarizasiya nəticəsində aşkar edilmiş, lakin hazırki iddia əmək qanunvericiliyndə nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdikdən sonra – xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdehna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-74/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-74/2021
12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver