Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-748/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, Həsənova Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin direktoru X1 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 2740 manat dəymiş zərər və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 17 saylı, 16.06.2020-ci il tarixli icarə müqaviləsi mövcuddur. Müqaviləyə əsasən "xxxx" MMC “Ford Fusion” markalı, ** VR *** qeydiyyat nömrəli avtomobili Cavabdeh 5 günlük icarəyə vermişdir. Avtomobil 16.06.2020-ci il tarixli təhvil-təslim aktına əsasən tam saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. 16.06.2020-ci il tarixdə Cavabdeh avto qəza törədərək avtomobilə maddi zərər vermişdir. Dəfələrlə dəymiş zərərin ödənilməsi üçün müraciət edilsə də, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. “Qiymətləndirmə Xidməti Mərkəzi” tərəfindən verilmiş 01.07.2020-ci il tarixli ekspert rəinə əsasən avtomobilə 2740 manat zərər dəymişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, avtomobilin onun tərəfindən icarəyə götürülməsinə baxmayaraq, qəzanı digər şəxsin törətdiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilən: AR-İ 997501 № li, 20 fevral 2020-ci il tarixli etibarnamədən görünür ki, X3 özünə məxsus olan 2013-cü il buraxılışlı, mühərrik Ban 3FA6P0HD3ER110759 nömrəli, 18.02.2020-ci il tarixdə verilmiş AD766158 seriyalı şəhadətnaməyə əsasən Ford Fusion markalı, avtomobili "xxxx" MMC-yə 3 il müddətinə, yəni 20.02.2023-cü ilədək etibar etmişdir. Həmin etibarnaməyə əsasən, etibarnamə ilə ötürülən səlahiyyətlər başqa şəxsə verilə bilər. 16 iyun 2020-ci il tarixli, 17 saylı icarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" MMC, istifadəsində olan Ford Fusion minik markalı, Ban 3FA6P0HD3ER110759 nömrəli ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh icarəyə vermişdir. "xxxx" MMC, tərəfindən tərtib edilmiş Akta əsasən 16.06.2020-ci il tarixdə, saat 18.00 da avtomobil Ford Fusion minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş 21 oktyabr 2021-ci il tarixli qiymətləndirmənin nəticəsinə əsasən, “Ford Fusion” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 1924 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, tərəflər arasında avtomobilin icarəyə götürülməsi haqqında müqavilə imzalanmış, avtomobil cavabdehin sahibliyində olarkən qəza törədilmişdir. İddiaçı tərəf müqaviləyə əsaslanaraq cavabdeh tərəfindən vurulan ziyanı tələb edir, cavabdehin etirazı ondan ibarətdir ki, avtomobili o götürsə də, digər şəxs idarə edib, qəza anında da sürücü digər şəxs olub. Avtomobilin cavabdeh tərəfindən icarəyə götürülməsi və qəza keçirməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdehdən tutulacaq ziyan məbləğlərinə gəldikdə isə, məhkəmə iddia tələbini dəymiş real zərərin əvəzinin tələbi hissəsində qismən, 1924 manat hissəsində əsaslı hesab edir. Belə ki, iş üzrə keçirilmiş qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan avtomobilə 1924 manat məbləğində real zərər dəymişdir. İşdən görünür ki, iddiaçıya hər hansı sığorta ödənişi edilməmişdir. Məhkəmə cavabdeh tərəfin avtomobilin onun qəza anında onun tərəfindən idarə edilməmsi barədə etirazını iddiaya münasibətdə əsassız heab edir. Belə ki, etiraz yalnız formal mülahizələrə əsaslanmış, hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Alxazov Nazı̇ m Kamı̇ l oğlundan 1924 manat məbləğində dəymiş zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qiymətləndirmə xərci olan 300 (üç yüz) manat cavabdeh Alxazov Nazı̇ m Kamı̇ l oğlundan tutularaq, "xxxx"MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-748/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-748/2021
19.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver