Məhkəmə qərarları › İş №2(010)-831/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-831/2020

02.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-831/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, İddiaçılar X8 və X4 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar X8 və X4 cavabdehlər X11 və X15 qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X16 İlqar oğlu və X12 cavabdehlər X11 və X15 qarşı “payın naturada bölünməsi” tələbi barədə iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30-da iddiaçılar məxsus 10/12 hissəsi olan payın cavabdehlərə məxsus 2/12 hissəsi olan paydan naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X16 İlqar oğlu və X12 iddia tələbini onunla əsaslandırılmışdır ki, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30-un 6/12 hissəsi İddiaçı1, 4/12 hissəsi İddiaçı2, 1/12 hissəsi Cavabdeh2 və 1/12 hissəsi Cavabdeh1 məxsusdur. Həmin mənzildə Sürmə Xasiyevə, İddiaçı2, onun həyat yoldaşı və bir uşağı yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30-u Sürmə Xasiyevə və əri İlqar Xasiyev nikahda olduqları dövr olan xx.xx.2004-cü il tarixdə əldə etmişlər və mərhum ər İlqar Xasiyevun adına rəsmiləşdirmişlər. X19 xx.xx.2018-ci il tarixdə rəhmətə getdiyi üçün qanunla müəyyən edilmiş müddətdə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” alınması üçün vərəsələr tərəfindən Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət olunmuşdur. Həmin müraciət əsasında 33/18 nömrəli vərəsəlik işi açılmış və vərəsəlik şəhadətnamələri verilmişdir. Vərəsələrdən İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30-a mülkiyyət hüquqları tanınmışdır. Sözü gedən mənzildə cavabdehlərin payı cüzidir. Belə ki, mənzilin texniki pasportundan görünür ki, mənzil 3 otaqlıdır, ümumi sahəsi 66,11 kv.m, yaşayış sahəsi 38.71 kv.m təşkil edir. Cavabdehlərin payı 1/12 hissə olmaqla yaşayış sahəsində 3,2 kv.m təşkil edir. Mənzilin əsas təyinatı yaşayış sahəsinə olan ehtiyacın ödənilməsindən ibarətdir, ona görə payın cüzi olub-olmadığı yaşayış sahəsindəki payın miqdarı əsas götürülməklə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30-da iddiaçılar məxsus 10/12 hissəsi olan payın cavabdehlərə məxsus 2/12 hissəsi olan paydan naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 və iddiaçı X4 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən iddiaçı X18 iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən cavabdehlər X9 və X13 qanuni nümayəndəsi X1 nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, mübahisə obyekti olan məlum mənzil ümumi paylı mülkiyyətdir, belə ki, müvafiq çıxarışa əsasən 6/12 pay üzrə X10, 4/12 pay üzrə X14, və 2/12 pay üzrə X15, X11 məxsusdur. X5 iddiaçının oğlu ilə rəsmi ailə qurduqdan sonra məlum mənzilə gəlin köçmüş, bir xeyli müddət orada yaşamış və hətta həmin mənzilə pasport qeydiyyatına da düşmüşdür. Daha sonra ailədə yaranan narazılıqlar səbəbindən müvvəqəti olaraq X1 atası qardaşı üçün ayrılmış torpaq sahəsində tikilmiş evdə yaşamağı təklif etmişdir. Bir müddət keçdikdən sonra sonuncunun yoldaşı rəhmətə getmişdir. X5 dəfələrlə övladları ilə birlikdə iddiaçıya məxsus mənzilə köçüb onlarla birlikdə yaşamaq istədiyini bildirsə də, onun bu istəyinə etiraz etmişdir. Hazırda azyaşlı uşaqlarının mübahisəli mülkiyyətdə payları mövcud olduğundan təkid edir ki, X5 övladları ilə birlikdə həmin evə köçürülməli həmin evdə yaşamalıdır. Qeyd olunanlara əsasən, ididanın rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar X14 və X6, cavabdehlər X9 və X13 qanuni nümayəndəsi X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Azərbayacan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30-ə dair texniki pasport verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Azərbayacan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30 X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Azərbayacan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə Cavabdeh1, 10/12 hissədə İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Azərbayacan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Elman Qasımov küçəsi ev 20B, mənzil 30 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə Cavabdeh1, 14/12 hissədə İddiaçı2, 6/12 hissədə İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 5316/2029 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Qanuni nümayəndə azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20b saylı evin 30 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli2(010)-831/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 5601 saylı, xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, b. 20b. mənzil 30 saylı mənzilin iddiaçı və cavabdehlərin paylarına uyğun naturada inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,, 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Qeyd edilənlərin yekunu olaraq məhkəmə hesab edir ki, iddiaçılar X8 və X4 cavabdehlər X11 və X15 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar X8 və X4 cavabdehlər X11 və X15 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar