Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-837/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin, 1B saylı a/y mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Daha sonra iddia ərizəsinə əlavə verərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin, 1B saylı a/y mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin, 1B a/y saylı mənzili Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft-Qaz çıxartma İstehsalat Birliyi “Qum Adası” Neft-Qaz Çıxartma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 8 nömrəli,15 oktyabr 1998ci il tarixli orderinə əsasən işlədiyi idarə tərəfindən ona verilmişdir. Həmin orderdə qeyd olunmuş mənzildə o və ailə üzvlərindən başqa keçmiş arvadı Cavabdeh da qeydiyyatdadır. Onunla cavabdeh arasında olan nikah Suraxanı Rayon Məhkəməsinin 2(010)-102/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan övladları onun himayəsinə verilmişdir. Cavabdeh artıq 2007-ci il tarixdən etibarən həmin mənzildə yaşamır. Özünün şəxsi mülkiyyətində olan mənzili vardır. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin, 1B a/y saylı mənzili 15 oktyabr 1998-ci il tarixli orderinə əsasən işlədiyi idarə tərəfindən ona verilmişdir. Sözügedən mənzildə keçmiş arvadı Cavabdeh da qeydiyyatdadır. Belə ki, o, Cavabdeh ilə 1993-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşdur. Nikahları Suraxanı Rayon Məhkəməsinin 2(010)-102/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan övladları onun himayəsinə verilmişdir. 2009-cu il tarixdən sonra keçmiş həyat yoldaşını görməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadəsi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, O, İddiaçı ilə qonşudur. O, iddiaçını 20 ilə yaxın müddətdir ki, tanıyır. İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ilə aralarında söz-söhbət yaranmış və 2009-cu il tarixdə İddiaçı ilə Cavabdeh boşanmışlar. O, 2009-cu ildən sonra cavabdehin həmin evdə yaşadığını görməmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, O, İddiaçı ilə 1994-cü ildən qonşudur. 2009-cu il tarixdə onunla Cavabdeh arasında nikah pozulmuş və o, vaxtdan sonra cavabdehi görməmişdir.
İş materialları.
8. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 110 saylı, xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsi 24 saylı evin 1b №li mənzilində qeydiyyatdadır. Keçmiş həyat yoldaşı Cavabdeh 2009-cu ildən, yuxarıda göstərilən ünvanda yaşamır. 9 .xx.xx.2024-cü il tarixli Aktdan müəyyən olunur ki, İddiaçı keçmiş həyat yoldaşı Dadaşova X1 rayonu, Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsi, ev 24, mənzil 1b qeydiyyatdadır, yaşamır.
10. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft-Qaz çıxartma İstehsalat Birliyi “Qum Adası” Neft-Qaz Çıxartma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 8 nömrəli,15 oktyabr 1998-ci il tarixli orderin surətindən müəyyən olunur ki, Qaraçuxur qəsəbəsi, Razin küçəsi, 24 saylı binanın 1B saylı mənzili İddiaçı verilmişdir. Order üzrə mənzilə köçən şəxslərin siyahısı: İddiaçı, Cavabdeh, X2 və Nümayəndədur.
11. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-(010)102/2009 saylı, 30 yanvar 2009-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, ilk iddia qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu VVADQ şöbəsində 04 sentyabr 1993-cü il tarixdə 665 saylı akt qeydi bağlanmış nikahın pozulması, qarşılıqlı iddianın təmin edilməsi, tərəflərin birgə nikahdan olan uşaqları 29 oktyabr 1993-cü il təvəllüdlü X2 və 01 oktyabr 1987-ci il təvəllüdlü Nümayəndə atası İddiaçı himayəsində qalması qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 29 may 2009-cu il tarixli, 2(103)-2140/2009-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iş üzrə ilkin iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur. 13.Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 56№ qeyd edilmişdir. İşin faktiki halları.
14. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft-Qaz çıxartma İstehsalat Birliyi “Qum Adası” Neft-Qaz Çıxartma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 8 nömrəli,15 oktyabr 1998ci il tarixli orderin surətindən müəyyən olunur ki, Qaraçuxur qəsəbəsi, Razin küçəsi, 24 saylı binanın 1B saylı mənzili İddiaçı verilmişdir. Order üzrə mənzilə köçən şəxslərin siyahısı: İddiaçı, Cavabdeh, X2 və Nümayəndədur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-(010)102/2009 saylı, 30 yanvar 2009-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu VVADQ şöbəsində 04 sentyabr 1993-cü il tarixdə 665 saylı akt qeydi bağlanmış nikahın pozulmuşdur. 2009-cu ildən Cavabdeh mübahisəli mənzildə yaşamamışdır.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
21. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft-Qaz çıxartma İstehsalat Birliyi “Qum Adası” Neft-Qaz Çıxartma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 8 nömrəli,15 oktyabr 1998-ci il tarixli orderin surətindən müəyyən olunur ki, Qaraçuxur qəsəbəsi, Razin küçəsi, 24 saylı binanın 1B saylı mənzili İddiaçı verilmişdir. Order üzrə mənzilə köçən şəxslərin siyahısı: İddiaçı, Cavabdeh, X2 və Nümayəndədur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2- (010)102/2009 saylı, 30 yanvar 2009-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu VVADQ şöbəsində 04 sentyabr 1993-cü il tarixdə 665 saylı akt qeydi bağlanmış nikah pozulmuş və Cavabdeh 2009-cu ildən mübahisəli mənzildə yaşamamışdır.
22. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə, həmin mənzil üzərində mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malikdir.
23. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
24. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər.
25. Məhkəmə hesab edir ki, Cavabdeh order əsasında mübahisəli mənzilə köçərək həmin mənzildə icarədar ilə birlikdə yaşayan ailə üzvü kimi istifadə hüququ əldə etmiş və tərəflər arasında bağlanmış nikahın 2009-cu ildə pozulması səbəbilə həmin mənzildən köçüb getmiş və icarədarın ailə üzvü siyahısından çıxmışdır. Cavabdeh mübahisəli mənzildən istifadə hüququ əldə etsə də, icarədarın ailə üzvü sırasından çıxmış və 2009cu ildən həmin yaşayış sahəsində yaşamamış və istifadə hüququnu itirmişdir.
Məhkəmə xərcləri.
26. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin, 1B saylı a/y mənzilindən istifadə hüququna xitam verilməlidir.
28. Məhkəmə hesab edir ki, məhkəmə xərci- ödənilmiş – 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin, 1B saylı a/y mənzilindən istifadə hüququna xitam verilsin. Məhkəmə xərci - ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova