Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-84/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin idia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “daşınar və daşınmaz əmlaka dair payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakda payın müəyyən edilməsi və pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin İddia tələbi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə Cavabdeh ilə aralarında bağlanmış 26 fevral 2000-ci il tarixli nikahın ləğv olunması, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X17 anasının himayəsində saxlanılması, Cavabdeh ilə birgə nikahlarından doğulmuş, xx.xx.2013-cü il təvəllüdlü qızları X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təqaüdünün ¼ hissəsi miqdarında alimentin ondan tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh ilə birgə nikah vaxtı əldə olunmuş əmlaklarının (yaşadığı mülklərin və bağ evinin) bərabər paylara bölünməsi, müəyyən olunmuş paylara onun hüquqlarının tanınması, birgə nikah vaxtı götürdükləri kredit borcunun və faktiki nikahları pozulduqdan sonra ödədiyi kredit borcunun yarısının qarşılıqlı cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində ilkin iddia üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə əlavə verərək, ilkin idia üzrə cavabdeh, Cavabdeh ilə aralarında bağlanmış 26 fevral 2000-ci il tarixli nikahın ləğv olunması, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X17 anasının himayəsində saxlanması, xx.xx.2013-cü il təvəllüdlü qızları X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təqaüdünün ¼ hissəsi miqdarında alimentin ondan tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh ilə birgə nikah vaxtı əldə olunmuş əmlaklarının (yaşadıqları mülklərin və bağ evinin) bərabər paylara bölünməsi, müəyyən olunmuş paylara onun hüquqlarının tanınması, birgə nikah vaxtı götürdüyü kredit borcunun yarısının Cavabdeh tutularaq ona ödənlməsi, birgə nikah vaxtı əldə etdikləri cehiz əşyalarının (yataq mebeli-3000 manat, divan-800 manat, xalça 1 ədəd (böyük)-800 manat, xalça balaca- 6 ədəd x 250 manat=1500 manat, stul-stol dəst-5000 manat, divan 4 ədəd - 2800 manat, 2 ədəd kreslo- 2 ədəd jurnalın dəst 600 manat, 7 ədəd çıl-çıraq (lyüstr) 1 əd 150 manat cəmi 1050 manat, kombi sistemi - 5000 manat, işıq stabilizitatoru - 2000 manat, kondisioner 1 ədəd - 600 manat, kondisioner 1 ədəd -900 manat, televizor iki ədəd - 1500 manat, qaz sobası “kiment” - 800 manat, “Samsung” paltaryuyan - 600 manat, mətbəx mebeli-2000 manat, tozsoran -300 manat, onun şəxsi geyim paltraları - 3000 manat, nişan üzüyü 1 ədəd - 800 manat, boyunbağı 1 ədəd - 1600 manat, cəmi: 34650 manat) ½ hissəsinə onun payının müəyyən olunması, həmin payın və ya dəyərinin Cavabdeh tutularaq ona ödənilməsi, ona məxsus geyim əşyalarının və ona məxsus qızıl əşyalarının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddia tələbini əsalandırdığı hallar. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 fevral 2000-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsində 89 saylı nikah qeydi ilə rəsimləşdirilmişdilər. Cavabdeh ilə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X18, xx.xx.2003-cü il təvəllüdlü X25 və xx.xx.2013-cü il təvəllüdlü X17 adlı övladları olmuşdur. Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X18, xx.xx.2003-cü il təvəllüdlü X25 həddi buluğa çatmış, qızları xx.xx.2013-cü il təvəllüdlü X17 isə azyaşlıdır. Qeyd edir ki, o uzun müddətdir ki, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində çalışmış və hazırda yaş həddi ilə əlaqədar təqaüdədir. O, təqaüdə çıxdıqdan sonra qarşılıqlı cavabdeh anası Hörmət və həddi buluğa çatmış oğlanları ilə birləşərək onu işləmədiyi üçün, ona tüfeyli, narkoman deməklə, döyərək evdən qovmuşlar, əmlaklarını mənimsəmişlər və hazırda kirayədə yaşayır. Məhkəmənin nəzərinə çatdırır ki, o, cavabdehlə birgə nikahdan olduğu 20 il müddətində həmişə ailəsinə qayğı ilə yanaşmışdır, aldığı əmək haqqı ailəsi uşaqlarının firavan yaşamasına xərclənmişdir. Lakin, təqaüdə çıxdıqdan sonra, cavabdeh ondan əlavə işləməyi tələb etmişdir. O, səhəti yol vermədiyindən işləyə bilməmiş və bu səbəbdəndə aralarında mübahisə yaranmış və nəticədə onun ailə üzvləri (oğlanların və həyat yoldaşının) qaynanası ilə birgə döyərək evdən qovmuşlar, hazırda qeyd etdiyi kimi kirayəndə yaşayır. Artıq ailəni bərpa etmək mümkün deyil, hesab edir ki, nikahları məhkəmə qaydasında ləğv olunmalı, birgə nikah vaxtı əldə etdiyi əmlaklar aralarında bərabar paylara bölünməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, o qarşılıqlı cavabdehlə rəsmi nikaha daxil olduğundan sonra onun mərhum atasına məxsus ünvan 1 ünvanda yaşamışdılar. Həmin vaxtdan o, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində yanğından mühafizə əməkdaşı kimi, Cavabdeh isə Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən X33 Sağlamlığ Kulubunda (müdir Sadıq Sadıqov, rəis Rüfət müəllim) tibb bacısı kimi çalışmışdır. Hazırda da qarşılıqlı cavabdeh həmin vəzifədə çalışır və ayda 400 mant məbləğində əmək haqqı alır. İşlədikləri müddətdə əmək haqqı və digər gəlirlərlərini toplayaraq, banklardan kredit götürərək özlərinə ünvan 2 ünvanda ümumi 3 mərtəbəli fərdi yaşayış evi inşa ediblər və sonra həmin evə köçərək ailəsi ilə birgə, o evdən döyülüb qovulan günə kimi həmin evdə yaşamışlar. Yaşadığı dövrdə həmin evin otaqlarını kirayə verməklə pul toplayıblar. Ailəsinin büdcəsi hesabına topladığı pulla özlərinə ikinci ev və Mərdəkan qəsəbəsində bağ evi tikiblər. Həmin evləri birgə nikah vaxtı qazandıqları pulla təmir etdirib və bağ evindən mövsümi olaraq istifadə ediblər. Bütün evlər hazır olduqdan və tam təmir olunduqdan sonra ikinci evi də kirayəyə verib (iki kirayənişin — bir evin otaqları 250 manata, digər mərtəbədəki evin otaqlarını 750 manata). Evlər, bağ evi tam hazır olduqdan və kirayəyə verildikdən sonra o yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. Bundan sonra qeyd etdiyi kimi cavabdeh anası və oğlanları ilə onu evindən qovmuşlar. Qeyd etdiyi birgə nikah vaxtı tikdikləri evləri, bağ evini mənimsəyərək onu evə buraxmırlar. Qarşılıqlı cavabdehlə birgə nikah vaxtı götürdükləri kredit borcunuda təqaüdündən ödəyir. Hazırda kirayədə yaşayır. Cavabdeh onu evə buraxmır, birgə nikah vaxtı əldə olunmuş əmlaklarını, qızıl ziynət əşyalarını mənimsəyib və kreditin ödənilməsində üzərinə düşən öhdəlikləri icra etmir. xx.xx.2023-cü il tarixində ilkin iddia üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə əlavə verərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddianın həcmi artırılmalı, iddia tələbindən əlavə cavabdehlə birgə nikah vaxtı əldə olunmuş əmlakların tərəflər arasında bərabər paylara bölünməsi, müəyyən olunmuş payın və ya dəyərinin ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, o, cavabdehlə ailə qurduqdan sonra onlara ata evindən ayrılmış bir otaqa gəlin köçmüşdür. Sonradan, özlərinə Əmircan qəsəbəsində həyət evi inşa ediblər. Bundan sonra bankdan kredit götürməklə və öz əmək haqqlarını toplamaqla evlərinə aşağıda qeyd edəcəyi cehiz əşyalarını almışdır. O, evdən döyülərək qovulduqdan sonra həmin əşyalar və onun qızıl saatı, boyunbağı və üzüyü və onun geyim əşyaları hazırda cavabdehin yaşadığı evində qalmışdır. Əşyalarının və qızıl ziynət əntiqlərinin siyahısı: yataq mebeli-3000 manat, divan-800 manat, xalça 1 ədəd (böyük)-800 manat, xalça balaca- 6 ədəd x 250 manat=1500 manat, stul-stol dəst-5000 manat, divan 4 ədəd - 2800 manat, 2 ədəd kreslo- 2 ədəd jurnalın dəst 600 manat, 7 ədəd çıl-çıraq (lyüstr) 1 əd 150 manat cəmi 1050 manat, kombi sistemi - 5000 manat, işıq stabilizitatoru - 2000 manat, kondisioner 1 ədəd - 600 manat, kondisioner 1 ədəd -900 manat, televizor iki ədəd - 1500 manat, qaz sobası “kiment” - 800 manat, “Samsung” paltaryuyan - 600 manat, mətbəx mebeli-2000 manat, tozsoran -300 manat, onun şəxsi geyim paltraları - 3000 manat, nişan üzüyü 1 ədəd - 800 manat, boyunbağı 1 ədəd - 1600 manat, cəmi: 34650 manat. Hazırda cavabdeh birgə nikah vaxtı aldıqları əşyalarda onun payını könüllü olaraq vermir, ona məxsus geyim əşyalarını və qızıl ziynət əşyalarını qaytarmır. İlkin iddia üzrə cavabdehin etirazı xx.xx.2023-cü il tarixində ilkin iddia üzrə Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, iddia tələbinin qismən təmin edilməsi, aralarında bağlanmış 26 fevral 2000-ci il tarixli nikaha xitam verilməsi və birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 onun yanında saxlanması hissəsində iddianın təmin edilməsi, digər hissələrdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında nikaha xitam verilməsi barədə iddia üzrə mülki iş vardır. Həmin iş üzrə cavabdeh məhkəməyə qarşlıqlı iddia ilə müraciət edərək nikaha xitam verilməsini və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsini və əmlaklar üzərində hüquqlarının tanınmasını xahiş etmişdir. İddianı qismən qəbul edir. Belə ki, iddiaçı iddiasında onunla arasında olan nikaha xitam verilməsini, xx.xx.2013-cü il təvəllüdlü X9 onun yanında qalmasını tələb etmişdir. Bu hissədə o, iddianı qəbul edir. İddiada göstərilən digər iddia tələbləri isə əsassız olduğu üçün rədd edilməlidir. Qarşılıqlı iddiada irəli sürülən iddialardan biri azyaşlı X1 üçün ona ödənilməli olan alimentin miqdarı ilə bağlı tələbdir. Qarşılıqlı iddia üzrə iddiaçı əmək pensiyasının 1/4 hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Halbuki, həmin məbləğ uşağın saxlanması üçün yetərli deyil. 2023-cü il üçün uşaqların yaşayış minimumunun məbləği 220 manat təşkil edir. Bu baxımdan uşağın saxlanması üçün bu məbləğin aliment kimi ödənilməsi vacibdir. Odur ki, o, 220 manat sabit pul məbləği şəklində alimentin İddiaçı Firudin oğlundan alınaraq ona verilməsini tələb edir. Digər tələb isə əmlakla ;bağlı tələbdir. İddiaçı ondan guya birgə nikah dövründə əldə etdikləri əmlakların bərabər paylara bölünməsini tələb edir. Ancaq həmin əmlakların nə olmasını qeyd etmir. Çünki, özü də bilir ki, onların birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak mövcud deyildir. Hazırda yaşadıqları ev onun atasının evidir. Atası həmin torpaq sahəsini 2005-ci ildə almış və Suraxanı rayon icra hakimiyyəti tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün atasına sərəncam verilmişdir. Bundan sonra həmin yaşayış sahəsini atası tikmişdir. Onlar yalnız 2010-cu ildən iddiaçıya məxsus olan mənzil kiçik olduğu üçün atasına məxsus olan yaşayış evinə köçüb orada yaşayıblar. Nəticə etibari iddiaçının tələbi bu baxımdan əsassızdır. Digər tərəfdən iddiaçının qeyd etdiyi bağ evi anasının mülkiyyətində olmuşdur. Anası həmin bağ evini ona bağışlamışdır. İddiaçının kredit ödənişlərinə dair tələbinə gəldikdə isə, qeyd edilən kredit ödənişləri ilə bağlı o məlumatlı deyil. Bundan əlavə onu da qeyd edir ki, onlar nikahda olduğu zaman iddiaçı onlara aid qızıl ziynət əşyalarını lombarda verərək lombarddan pul götürmüşdür. Həmin aldığı pul məbləğini ona verməmiş yaxud lombarda qoyulmuş qızıl ziynət əşyalarını geri qaytarmamışdır. İlkin iddia üzrə cavabdehin qarşılıqlı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə əldə etdiyi qızıl ziynət əşyaları - 1 ədəd komplekt, 1 ədəd klon, 1 ədəd üzük, 1 tay sırğa, 750 əyar 23, 5 qram çəkidə 1 ədəd qolbaq, 3 ədəd sep, 1 ədəd qolbaq, 1 ədəd saat, 3 ədəd üzük, 1 ədəd klon (8qr), 1 ədəd qolbaq, 1 ədəd saat, 1 tay sırğa, 1 ədəd komlekt, 2 ədəd üzük və 28310 manat pula onun ½ hissədə pay hüququnun tanınması və qeyd edilən qızıl ziynət əşyalarının yaxud onların dəyəri olan 25000 manat pulun və 28310 manat pulun ½ hissəsi 14115 manat pulun və ödənilmiş 208 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini əsalandırdığı hallar. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı X13 məhkəməyə müraciət edərək ondan birgə nikah dövründə əldə edilmiş əmlakların dəyərinin yarısını istəmişdir. Belə ki, ilkin iddia üzrə İddiaçı onların birgə nikah vaxtı əldə etdikəi qızıl əşyalarını lombarda girov qoyaraq pul əldə edəcəyini bildirmişdir. Həmin pul ona borclarını ödəmək üçün lazim idi və daha sonra qızıl ziynət əşyalarını lombarddan alaraq ona qaytarmalı idi. Ancaq ilkin iddia üzrə iddiaçı həmin əşyaların taleyi ilə bağlı ona heç bir məlumat verməmişdir. Hazırda həmin qızıl ziynət əşyaları ilkin iddia üzrə iddiaçıdadır. Bu baxımdan həmin qızıl ziynət əşyaları 1 ədəd komplekt, 1 ədəd klon, 1 ədəd üzük, 1 tay sırğa, 750 əyar 23,5 qram çəkidə, 1 ədəd qolbaq, 3 ədəd sep, 1 ədəd qolbaq, 1 ədəd saat, 3 ədəd üzük, 1 ədəd klon (8qr), 1 ədəd qolbaq, 1 ədəd saat, 1 tay sırğa, 1 ədəd komplekt, 2 ədəd üzük üzərində 1/2 hissədə onun pay hüququ tanınmalı və həmin qızıl ziynət əşylarının qiyməti ikin iddia üzrə iddiaçıdan alınaraq ona verilməlidir. Qeyd edir ki, həmin qızıl ziynət əşyalarının ümumi məbləği 50000 manat təşkil edir. Bundan başqa onu qeyd edir, ilkin iddia üzrə iddiaçı 2022-ci ilin dekabr ayında 2000 manat dəyərində telefon almışdır. Həmin telefonun alınması ilə bağlı müqavilədə ona zamin olmuşdur. İlkin iddia üzrə iddiaçı ödənişləri ilə bağlı 1200 manat ödəniş etsə də, daha sonra ödəniş etməmiş və ödənişlərin edilməsi icra qaydasında onun əmək haqqına yönəldilmiş və nəticədə bu günə qədər 600 manat ödəniş etmişdir. Zamin olaraq ödədiyi 600 manat məbləği ilkin iddia üzrə iddiaçıdan tələb edir. Bundan əlavə, onu da qeyd edir ki, birgə nikah dövründə əldə etdikləri qazancdan ilkin iddia üzrə iddiaçı fərqli şəxslərə şifahi və yazılı qaydada borc müqaviləsi bağlamaqla borc vermişdir. Belə ki, Şərifov X4 28 iyul 2021-ci il tarixində ərizə almaqla 3000, 07 mart 2021-ci il X14 10000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, 2019-cu ildə X26 2500 manat, xx.xx.2020-ci ildə X19 3500 manat, 14 fevral 2020-ci ildə X22ba 2500 manat, X15 1810 manat məbləğində borc pul vermişdir. Bu hadisədən o daha sonra məlumatlı olmuş və hazırda borc olaraq verilmiş pul məbləğlər birgə nikah dövründə əldə edilmiş qazancdır və həmin 28310 manat pul məbləği üzərində onun pay hüququ tanınmalı və həmin məbləğin ½ hissəsi yəni 14155 manat pul ilkin iddia üzrə iddiaçıdan alınıb ona verilməlidir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)1920/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı Firudin oğluna qarşı “nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi, aliment” və qarşılıqlı iddia üzrə İddiaçı Firudin oğlunun Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi, aliment, daşınar və daşınmaz əmlaka dair payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddia “daşınar və daşınmaz əmlaka dair payın müəyyən edilməsi” hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır. . Tərəflərin izahatları. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı Firudin oğlu ilkin iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddiasını müdafiə etdiyini, qızılların ona alındığını və ona məxsus olduğunu bildirmişdir. Əlavə olaraq qızılların hamısını götürdüyünü, qaytaracağını lakın qaytarmadığını bildiriərək qarşılıqlı iddiasının təmin, ilkin iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, ilkin iddiaçının qohumudur. Evlə əlaqədar olaraq gəldiyini, ilkin iddia üzrə cavabdehin qaynı olduğunu, onların evliliyində iştirak etdiyini bildirmişdir. Sirudinin 4 yaşında yetim qaldığını, onun himayəsində yaşadığını, mübahisəli evi onun tikdiyini, həmin ərazinin zibilik olduğunu qeyd etmişdir. İlkin iddiaçının əvvələr barmekdə və fövqaladədə işlədiyini həmdə evlərə tor çəkdiyini, Əhmədağa adlı şəxsin ona 1250 manat borcu olduğunu və onun müqabilində həmin torpaq sahəsinin götürdüyünü, evin fundametrini onun qoyduğunu, qonşudan 5 m torpaq aldıqlarını, evin xərclərini Sirudinin çəkdiyini və özunun orda usta kimi işlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, ilkin iddiaçının dostudur. Evin tikintisi ilə bağlı gəldiyini, o vaxt Fövqaladədə işlədiyini, özünün şəxsi maşını olduğunu, Sirudinin onunla material aldığını, evin tikintisinin 2000-2003-cü ilərdə olduğunu bildirmişdir. İş materialları. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı Firudin oğlu, X34, X27, X41, X42, X47, X28 ünvan 3 ünvanında qeydiyyatdadırlar. xx.xx.2023-cü il tarixli, SF-8319 saylı Azərbaycan Kredit Bürosunun çıxarışından görünür ki, İddiaçı Firudin oğlunun aktiv kreditlərin cəmi qalıq məbləği 12942,46 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-75069/2023 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin arayışından görünür ki, İddiaçı 644,64 manat pensiya alır. Suraxanı rayonu VVADQ şöbəsi tərəfindən təkrar verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 166053 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X29 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 89 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Şərifova soyadı verilmişdir. İlkin iddia üzrə İddiaçı Firudin oğlu yaşayış sahəsinin fotoşəkilərini təqdim etmişdir. JN-7908H saylı (kod 0060056) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhər sakini X43 və ailə üzvlərinə Bakı şəhəri, 10 saylı Dövlət Notariat Kontorunun 22 may 2003-cü il tarixli, 4-Ə-2-180 saylı müqaviləsi ilə satılmış 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Suraxanı Rayon icra Hakimiyyəti Başçısı tərəfindən 02 fevral 2005-ci il tarixdə verilmiş 53 nömrəli sərəncamının surətinən görünür ki, vətəndaş X30 Əmircan qəsəbəsində yerləşən torpaq sahəsində rayon İH-nin Tikinti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış laihə əsasında fərdi yaşayış evinin tikintisin icazə verilmiş, tikinti sahibi layihə-smeta sənədlərinin hazırlanması üçün rayon Layihə-smeta börosu ilə müqavilə bağlanması, Sərəncamın icrasına nəzarət Əmircan qəsəbə nümayəndəliyinə, Əmircan bələdiyyəsinə, 31№-li Polis bölməsinə tapşırılması, sərəncamın surətinin Əmircan qəsəbə nümayəndəliyinə, Əmircan bələdiyyəsinə, 31№-li Polis bölməsinə göndərilməsi ümumi şöbəsinin müdiri V.Nəcəfova tapşırılmışdır. X5 (hədiyyə verən) və Cavabdeh (hədiyyə alan) arasında notariat qaydasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640a ünvanında yerləşən 3 otaqlı bağ evi X5 tərəfindən Cavabdeh hədiyyə verilmişdir. ƏİX seriyalı 17040473 nömrəli Girov Biletindən görünür ki, İddiaçı Firudin oğlu xx.xx.2017-ci il tarixdə 1 komplekt, 2 cüt sirğa, 1 tay sırğa, 1 üzük 750,45,5 t/c 43,5 qr, 1 cüt sırğa, 1 üzük,1 klon,1 sep, 583,22,4 qr t/c 21 qr, 14 ədəd (1 üzuk əziy, 2 üzukdə qaşsız) girov qoyduğu görünür. Qiyməti 2625 manat, kredit məbləği 2500 manatdır. Girovun çıxarılması tarixi xx.xx.2017-ci il olaraq qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli 17040473 saylı lombarda qızıl qoyulması barədə müqavilədən görünür ki, İddiaçı Firudin oğlu girov qoyduğu əşyaların sahibi olduğunu, müqavilənin qaydalarının ona izah olunduğunu, müqavilənin 2 ay müddətinə bağlandığı, 2 ay ərzində faizləri ödəmədiyi halda xəbərdarlıq edilmədən şatışa çıxarılacağı barədə razılığa gəlinmişdir. ƏİX seriyalı 17040410 nömrəli Girov Biletindən görünür ki, İddiaçı Firudin oğlu xx.xx.2017-ci il tarixdə 1 üzük qaşlı t 585, 17,81=, 1klon, 1 üzük, 1 tay sırğa, 1 qolbaq 750, 23,5 qr, t/4225, 2 sep, 1 qolbaq, 1 saat, 3 üzük, 1 klon, 583, 8 qr t/c 115 qr, 1 üzük, 1 qolbaq, 1 saat Qiyməti 5250 manat, kredit məbləği 5000 manatdır. Girovun çıxarılması tarixi xx.xx.2017-ci il olaraq qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli 17040410 saylı lombarda qızıl qoyulması barədə müqavilədən görünür ki, İddiaçı Firudin oğlu girov qoyduğu əşyaların sahibi olduğunu, müqavilənin qaydalarının ona izah olunduğunu, müqavilənin 2 ay müddətinə bağlandığı, 2 ay ərzində faizləri ödəmədiyi halda xəbərdarlıq edilmədən şatışa çıxarılacağı barədə razılığa gəlinmişdir. X17040410 saylı müqavilənin 1 saylı əlavəsindən görünür ki, İddiaçı Firudin oğlu girov qoyduğu girov üzrə hər ayın 5 tarixinədək ödənişləri həyata keçiirmədiyi halda girovu əlavə xəbərdarlıq edilmədən satılmasına etiraz etmədiyi, müqavilə üzrə ona çatası bütün məlumatlar (ödəmə, satış, çıxarış üzrə və sair yazışmalar) onun mobil nömrəsinə lombard tərəfindən qısa mesaj vasitəsi ilə göndəriləcəyi qeyd olunmuşdur. İş materiallara əlavə edilmiş xx.xx.2020-ci il tarixli sənədin surətindən görünür ki, Şərifov X16 Sahilə Azad qızına 3500 manat pul vermişdir. İş materialarına əlavə edilmiş sənədin surətindən görünür ki, X6 Sirudin Firudin oğlundan 3000 manat pul aldığını 2 aya ödəyəcəyini qeyd etmişdir. İş materialarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sənədin surətindən görünür ki, X7 Sirudin Firudin oğlundan 5000 manat pul aldığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Bİ13490467 nömrəli kassa mədaxil orderindən görünür ki, X18 "xxxx" MMC-yə 105 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli notarial qaydasında təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, X2 Solmaz Sadıx qızına 2500 manat borc vermişdir. Borc alanda krediti xx.xx.2020-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, X7 Sirudin Firudin oğlundan 10000 manat borc almış, borcunu hər ay 200 manat verərək ödəyəcəyini, əgər ödəməsə cinayət məsuliyyətinə cəlb edilməsini, İddiaçı Firudin oğlu ona kömək etdiyini heç bir şikayəti olmadığını, söz verir ki borcunu qaytracağını qeyd etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polisi İdarəsinin xx.xx.2023cü il tarixli, 3-xx-xx/275757/2023 saylı məktuba cavabdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat –imtahan İdarəsinin kompüter uçotbazasının məlumatlarına əsasən xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh və xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Firudin oğlunun adlarında və ya onlar tərəfindən özgənininkiləşdirilən nəqliyyat vasitəsi olmaması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışının sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1640A ünvanında yerləşən, ümumi sahəsi 82.30 kv.m fərdi yaşayış evinin və 0,029450 ha torpağın sahəsi Cavabdeh mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********1- 11301). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/16-2/7300/2023 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi ev 7 döngə 4 fərdi yaşayış evində olan əşyaların qiyməti aşağıdaki kimidir: 1. Yataq mebeli 750 manat, 2.divan 300 manat, 3.xalça 1 ədəd(böyük) 300 manat, 4.xalça balaca 6 ədəd 600 manat, 5. Stul-stol dəsti 1 ədəd 500 manat, 6. Divan 4 ədəd 400 manat, 7. Kreslo 2 ədəd 300 manat, 8.jurnalın dəst 2 ədəd 200 manat, 9.çıl-çıraq (lyüstr) 7 ədəd 700 manat, 10.kombi sistemi 1 ədəd 650 manat, 11.işıq stabilizatoru1 ədəd 50 manat, 12 “Gree” markalı kondisioner 2 ədəd 700 manat, 13.“Samsung” markalı televizor 1 ədəd 500 manat, 14. qaz sobası “kiment” 1 ədəd 300 manat, 15.”Samsung” paltar yuyan 1 ədəd 200 manat, 16.mətbəx mebeli 1 ədəd 400 manat, 17.”Bosch” markalı tozsoran 50 manat, cəmi 6900 manat. Həmçinin, 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyyar) – 2585 manatdır. Digər 14 qızıl-zinət əşyalarının haqqında kifayət qədər məlumat (əyyarı,çəkisi) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli 9/7300 bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.... 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər.... Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.... Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ...220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.) Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.... Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.... 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.... 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərar.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, tərəflər birgə nikaha daxil olmaqla ailə həyatı qurmuş, lakin bir müddət sonra həmin nikah pozulmuşdur. Nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi, alimentə dair iş məhkmənin 2(010)-1920/2023 saylı qərardadı ilə hazırkı işdən ayrılmışdır, hazırkı iş üzrə əmlak tələblərinə baxılır. İlkin iddia üzrə iddia tələbi Cavabdeh ilə birgə nikah vaxtı əldə olunmuş əmlakların yaşadığı mülk və bağ evininin - bərabər paylara bölünməsini, müəyyən olumuş paylarda hüquqlarının tanınmasını, cavabdehlə birgə nikah vaxtı götürüdüyü kredit borcunun və faktiki nikahın pozulduqdan sonra ödədiyi kredit borcunun yarısının cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikah vaxtı əldə etdiyi cehiz əşyalarının (yataq mebeli-3000 manat, divan-800 manat, xalça 1 ədəd (böyük)-800 manat, xalça balaca- 6 ədəd x 250 manat=1500 manat, stulstol dəst-5000 manat, divan 4 ədəd - 2800 manat, 2 ədəd kreslo- 2 ədəd jurnalın dəst 600 manat, 7 ədəd çıl-çıraq (lyüstr) 1 əd 150 manat cəmi 1050 manat, kombi sistemi - 5000 manat, işıq stabilizitatoru - 2000 manat, kondisioner 1 ədəd - 600 manat, kondisioner 1 ədəd -900 manat, televizor iki ədəd - 1500 manat, qaz sobası “kiment” - 800 manat, “Samsung” paltaryuyan - 600 manat, mətbəx mebeli-2000 manat, tozsoran -300 manat, onun şəxsi geyim paltraları - 3000 manat, nişan üzüyü 1 ədəd - 800 manat, boyunbağı 1 ədəd - 1600 manat, cəmi: 34650 manat) ½ hissəsinə onun payının müəyyən olunması, həmin payın və ya dəyərinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ona ödənilməsi, ona məxsus geyim əşyalarının və ona məxsus qızıl əşyalarının alınaraq ilkin iddia üzrə iddiaçıya qaytarılmasıdır. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçının birgə nikah dövründə əldə etdiyi dediyi əmlaklar ilkin iddia üzrə cavabdehin atasının adına olan torpaq sahəsi və anası tərəfindən bağışlanan bağ evidir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsi şəhadətnaməsindən görünür ki, Cavabdeh atasına məxsus torpaq sahəsi 2005-ci ildə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evi tikmək üçün X30 verilmişdir. Digər tərəfdən, qeyd edilən bağ evi Cavabdeh anasının – X3 mülkiyyəti olmuş və bağışlama müqaviləsi əsasında ilkin iddia üzrə cavabdehə hədiyyə verilmişdir. Məhkəmə qeyd edir ki, bağışlama əsasında verilmiş əmlak ər-arvadın hər birinin ayrıca əmlakıdır. Nəticə etibarı ilə ilkin iddia üzrə iddiaçının bu tələbləri əsassızdır. Nikahda olduqları dövrdə ər-arvadın hər birinin əmlakı digər ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Lakin, ilkin iddia üzrə iddiaçı buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Şahidlərin ifadələri bu halda mötəbər hesab edilə bilməz. İlkin iddia üzrə iddiaçı birgə nikah vaxtı götürdükləri kredit borcunun və faktiki nikahları pozulduqdan sonra ödədiyi kredit borcunun yarısının cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, SF- 8319 saylı Azərbaycan Kredit Bürosunun çıxarışından görünür ki, İddiaçı Firudin oğlunun aktiv kreditlərin cəmi qalıq məbləği 12942,46 manat təşkil edir. Çıxarış əldə olunduğu məqamda tərəflər artıq nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Çıxarışda göstərilən kreditlər isə nikah dövrünə əldə olunmuşdur. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyinə görə, nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Göstərilmiş mövqeyi və işə əlavə edilmiş kredit bürosundan çıxarışı nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin borc birgə nikah dövründə götürüldüyündən, faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısı Cavabdeh tutulub, ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. İlkin iddia üzrə iddiaçının tələb etdiyi əşyalara gəldikdə məhkəmə qeyd edir ki, bunla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert tərəfindən evə baxış zamanı aşağıdakı əşyalar müəyyən edilmiş və qiymətləndirilmişdir: 1. Yataq mebeli 750 manat, 2.divan 300 manat, 3.xalça 1 ədəd(böyük) 300 manat, 4.xalça balaca 6 ədəd 600 manat, 5. Stul-stol dəsti 1 ədəd 500 manat, 6. Divan 4 ədəd 400 manat, 7. Kreslo 2 ədəd 300 manat, 8.jurnalın dəst 2 ədəd 200 manat, 9.çıl-çıraq (lyüstr) 7 ədəd 700 manat, 10.kombi sistemi 1 ədəd 650 manat, 11.işıq stabilizatoru1 ədəd 50 manat, 12. “Gree” markalı kondinseoner 2 ədəd 700 manat, 13. “Samsung” markalı televizor 1 ədəd 500 manat, 14. qaz sobası “kiment” 1 ədəd 300 manat, 15.”Samsung” paltar yuyan 1 ədəd 200 manat, 16.mətbəx mebeli 1 ədəd 400 manat, 17.”Bosch” markalı tozsoran 50 manat. İlkin iddia üzrə iddiaçı həmin əşyaları daha yüksək qiymətlə tələb etməsinə baxmayaraq, ekspert onları cəmi 6900 manat məbləğində qiymətləndirmişdir. Bu halda məhkəmə ekspertin rəyi ilə razılaşır. Həmçinin, məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) həmin əşyalar üzərində 1/2 hissədə payın müəyyən edilməsinə etiraz etməmişdir. Belə olan halda ilkin iddianı bu hissədə qismən əsaslı hesab edərək, əşyaların həqiqi dəyəri ilə bağlı başqa sübutlar olmadığından, bu hissədə ilkin iddiaçının 1/2 hissədə payı müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh birgə nikah dövründə əldə edilmiş yuxarıda göstərilmiş əşyalarının və ya onların dəyərinin 6900 manat pulun yarısı (6900/2=3450) alınıb ilkin iddia üzrə iddiaçıya verilməlidir. İlkin iddia üzrə iddiaçıya məxsus geyim əşyaları və ona məxsus qızıl əşyalarına gəldikdə isə, məhkəmə qeyd edir ki, ilkin iddiaçı bunlarla bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. İddiaçı Firudin oğlu hansı şəxsi geyim əşyaların və hansı qızılların tələb edilməsi barədə iddia ərizəsində və məhkəmə iclaslarında heç bir məlumat verməmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbi İddiaçı ilə birgə nikah dövründə əldə etdiyi qızıl ziynət əşyaları - 1 ədəd komplekt, 1 ədəd klon, 1 ədəd üzük, 1 tay sırğa, 750 əyar 23, 5 qram çəkidə 1 ədəd qolbaq, 3 ədəd sep, 1 ədəd qolbaq, 1 ədəd saat, 3 ədəd üzük, 1 ədəd klon (8qr), 1 ədəd qolbaq, 1 ədəd saat, 1 tay sırğa, 1 ədəd komlekt, 2 ədəd üzük və 28310 manat pula qarşılıqlı iddia üzrə iddiaçının ½ hissədə pay hüququnun tanınması və qeyd edilən qızıl ziynət əşyalarının yaxud onların dəyəri olan 25000 manat pulun və 28310 manat pulun ½ hissəsi 14115 manat pulun və ödənilmiş 208 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıdan alınaraq Cavabdeh verilməsidir. Belə ki, məhkəmə qeyd edir ki, tələb olunan qızıllarla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən, yalnız 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyyar) – 2585 manat kimi müəyyən edilmişdir. Digər 14 qızıl-zinət əşyalarının haqqında kifayət qədər məlumat (əyyarı,çəkisi) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı özü qeyd etdiyi kimi, ziynət əşyaları nikah dövründə alınmışdır. İş materiallarından göründüyü kimi, onlardan bəziləri birgə nikah dövründə, 2017-ci ildə lombarda girov qoyulmuşdur. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyinə görə, nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür....Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Belə ki, lombarda verilmiş əşyalar girov qoyulduğundan, kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən, girov saxlayan tərəfindən özgəninkiləşdirə bilərdi. Hər bir halda, həmin qızılların qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən lombarddan götürülməsi və ya onda olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının yalnız 1 ədəd qolbağa ½ hissədə pay hüququ tanınmalı və qeyd edilən qızıl ziynət əşyası yaxud onun dəyərinin yarısı (2585/2=1292,5 manat) ilkin iddia üzrə iddiaçıdan alınaraq Cavabdeh verilməlidir. İddia ərizəsinin əsasladırma hissəsində qarşılıqlı iddia üzrə iddiaçı 28310 manat pulun ½ hissəsin (14115 manat) tələb edilməsini onunla əsasladırmışdır ki, birgə nikah dövründə İddiaçı Firudin oğlu ayrı-ayrı şəxslərə birgə əmlakı hesab olunan puldan borc vermişdir: X21 – 3000 manat, X23 10000 manat və 5000 manat, X26 2500 manat, X24 - 3500 manat, X20 2500 manat, X15 - 1810 manat. Belə ki, iş materiallarına X15 və X26 verilmiş borclar barədə heç bir sübut əlavə edilməmişdir. X21, X23 və X24 verilmiş borclar barədə sənədlərin surətləri iş materiallarına əlavə edilmiş, lakin, onların mötəbərliyinə şübhə yarandığından və başqa sübut olmadığından, məhkəmə bu növ sənədləri sübut kimi qəbul edə bilməz. X32 ilə X18 arasında xx.xx.2020-ci il tarixli notarial qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və X20 2500 manat borc verilmişdir. Bu növ sübutu məhkəmə mötəbər hesab edərək, qeyd edir ki, yuxarıda göstərilmiş Konstitusiya Məhkəməsinin Plenum Qərarının hüquqi mövqeyinə görə, həmin borc birgə vəsaitlər hesabına verildiyindən, qarşılıqlı iddia üzrə iddiaçının bu məbləğə ½ hissədə pay hüququ tanınmalı və onun yarısı (2500/2=1250 manat) qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq Cavabdeh verilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri: 1. Yataq mebeli 750 manat, 2. divan 300 manat, 3. xalça 1 ədəd(böyük) 300 manat, 4. xalça balaca 6 ədəd 600 manat, 5. Stul-stol dəsti 1 ədəd 500 manat,
6. Divan 4 ədəd 400 manat, 7. Kreslo 2 ədəd 300 manat, 8. jurnalın dəst 2 ədəd 200 manat, 9.çıl-çıraq (lyüstr) 7 ədəd 700 manat, 10.kombi sistemi 1 ədəd 650 manat, 11.işıq stabilizatoru 1 ədəd 50 manat, 12. “Gree” markalı kondinseoner 2 ədəd 700 manat, 13.“Samsung” markalı televizor 1 ədəd 500 manat,14. qaz sobası “kiment” 1 ədəd 300 manat, 15.”Samsung” paltar yuyan 1 ədəd 200 manat, 16.mətbəx mebeli 1 ədəd 400 manat, 17.”Bosch” markalı tozsoran 50 manat - əşyalarının ½ hissəsinə ilkin iddia üzrə İddiaçı Firudin oğlunun payı müəyyən edilməli, həmin payın və ya onların dəyəri olan 6900 manatın 1/2 hissəsi - 3450 manat pulun ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı Firudin oğluna ödənilməli; birgə nikah dövründə götürülən 12942,46 manat borc məbləğinin faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısı ilkin iddia üzrə Cavabdeh tutularaq, ilkin iddia üzrə İddiaçı Firudin oğluna ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə tərəflərin birgə nikah dövründə əldə etdiyi: 1 ədəd qolbaq 23,5 qram, 750 əyyar, qızıl ziynət əşyasının ½ hissəsinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payı müəyyən edilməli, həmin payın və ya onun dəyəri 2585 manatın 1\2 hissəsi - 1292,5 pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Firudin oğlundan tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli; X20 verilmiş birgə vəsaitlər hesabına olan 2500 manat borcun ½ hissəsi - 1250 manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh X8 tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş rüsüm qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 50 manat hesablanmış onun yarısı ilkin iddia üzrə İddiaçı Firudin oğluna, yarısı isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci -ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri: 1. Yataq mebeli 750 manat, 2.divan 300 manat, 3.xalça 1 ədəd(böyük) 300 manat, 4.xalça balaca 6 ədəd 600 manat, 5. Stulstol dəsti 1 ədəd 500 manat, 6. Divan 4 ədəd 400 manat, 7. Kreslo 2 ədəd 300 manat, 8.jurnalın dəst 2 ədəd 200 manat, 9.çıl-çıraq (lyüstr) 7 ədəd 700 manat, 10.kombi sistemi 1 ədəd 650 manat, 11.işıq stabilizatoru 1 ədəd 50 manat, 12. “Gree” markalı kondinseoner 2 ədəd 700 manat, 13.“Samsung” markalı televizor 1 ədəd 500 manat,14. qaz sobası “kiment” 1 ədəd 300 manat, 15.”Samsung” paltar yuyan 1 ədəd 200 manat, 16.mətbəx mebeli 1 ədəd 400 manat, 17.”Bosch” markalı tozsoran 50 manat - əşyalarının ½ hissəsinə ilkin iddia üzrə İddiaçı Firudin oğlunun payı müəyyən edilsin, həmin payın və ya əşyaların dəyəri olan 6900 manatın 1/2 hissəsi 3450 manat pulun ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı Firudin oğluna ödənilsin; birgə nikah dövründə götürülən 12942,46 manat borc məbləğinin faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısı ilkin iddia üzrə Cavabdeh tutularaq, ilkin iddia üzrə İddiaçı Firudin oğluna ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə tərəflərin birgə nikah dövründə əldə etdiyi: 1 ədəd qolbaq 23,5 qram, 750 əyyar, qızıl ziynət əşyasının ½ hissəsinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payı müəyyən edilsin, həmin payın və ya onun dəyəri 2585 manatın 1\2 hissəsi 1292,5 pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Firudin oğlundan tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin; X20 verilmiş birgə vəsaitlər hesabına olan 2500 manat borcun ½ hissəsi 1250 manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh X8 tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 manatın 25 manatı ilkin İddiaçı Firudin oğlundan, 25 manatı Cavabdehdan alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X10, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva