Məhkəmə qərarları › İş №2(010)-85/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-85/2022

19.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-85/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi, yaxud hərracda satılaraq payın ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi, yaxud hərracda satılaraq payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən evin və evin yerləşdiyi torpaq sahəsinin ona aid 1/2 hissədə payın naturada bölgüsünün aparılması, naturada bölgünün aparılması mümkün olmadıqda həmin əmlakın hərracdan satılaraq əldə edilən pul məbləğinin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil qarşı tərəflə barışıq sazişi bağladıqlarını bildirib barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçı ilə aralarında barışıq sazişi bağladıqlarını bildirib məhkəmədən həmin sazişin təsdiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş 19.04.2022-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gələrək barışıq sazişi bağlamışlar: “Mən, İddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96 m2 olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi üzərində 1/2 hissədə olan payının ayrılması və bununla da Cavabdeh ümumi əmlakdakı paya olan hüququnu itirməsi müqabilində Cavabdeh 21000 (iyirmi bir min) manat məbləğində kompensasiya ödəməyə etiraz etmirəm. Əlavə olaraq, bildirirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-85/2022 saylı mülki iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 100 (yüz) manat məbləğində mütəxəssis xidməti haqqını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəməyə heç bir etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq. Mən, Cavabdeh İddiaçı mənə 21000 (iyirmi bir) manat məbləğində kompensasiya verməsi müqabilində ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96 m2 olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi üzərində olan 1/2 payımın ayrılmasına və bununla da ümumi əmlakdakı paya olan hüququmu itirməyə etiraz etmirəm. Əlavə olaraq, bildirirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-85/2022 saylı mülki iş üzrə verilmiş mütəxəssis rəyinə görə 300 (üç yüz) manat məbləğində xidmət haqqını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəməyə heç bir etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq”. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ...261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə... Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişdir. Həmçinin qeyd etmişlər ki, onlar artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi yalnız iş üzrə tərəflər olan prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəhə həmçinin, qeyd edir ki, barışıq sazişində məhkəmə xərclərinin ödənilməsi məsələsi də qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə olan halda bu qərardadla məhkəmə xərcləri ilə bağlı məsələ də tərəflərin razılığına uyğun olaraq həll edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi, yaxud hərracda satılaraq payın ayrılması” tələbinə dair mülki iş üzrə İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: “Mən, İddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96 m2 olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi üzərində 1/2 hissədə olan payının ayrılması və bununla da Cavabdeh ümumi əmlakdakı paya olan hüququnu itirməsi müqabilində Cavabdeh 21000 (iyirmi bir min) manat məbləğində kompensasiya ödəməyə etiraz etmirəm. Əlavə olaraq, bildirirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-85/2022 saylı mülki iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 100 (yüz) manat məbləğində mütəxəssis xidməti haqqını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəməyə heç bir etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq. Mən, Cavabdeh İddiaçı mənə 21000 (iyirmi bir) manat məbləğində kompensasiya verməsi müqabilində ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96 m2 olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi üzərində olan 1/2 payımın ayrılmasına və bununla da ümumi əmlakdakı paya olan hüququmu itirməyə etiraz etmirəm. Əlavə olaraq, bildirirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-85/2022 saylı mülki iş üzrə verilmiş mütəxəssis rəyinə görə 300 (üç yüz) manat məbləğində xidmət haqqını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəməyə heç bir etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq”. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi, yaxud hərracda satılaraq payın ayrılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli), 100 (yüz) manat məbləğində qiymətləndirici-mütəxəssis xidməti haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində qiymətləndirici-mütəxəssis xidməti haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (“Kapital Bank”, hesab № AZ84AİİB********************) ödənilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar