Məhkəmə qərarları › İş №2(010)-884/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-884/2025

11.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-884/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İkinci iddia üzrə Cavabdeh2, Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil və Üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması və sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair (Birinci iddia) və İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması və sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair (İkinci iddia) (X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birinci iddia tələbi.

1. İddiaçı Mənzil-Tikinti Kooperativi (bundan sonra İddiaçı MTK) Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması və sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MTK ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 121.9 kv.metr 3 otaqlı mənzilin pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya geri qaytarılması və sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci iddia tələbinin əsaslandırıldığı hallar.

2. Birinci iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, 1 kv.metr 820 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 121.9 kv.metr olan, 3 otaqlı yaşayış mənzilini Cavabdeh1 mülkiyyətinə təhvil verməyi MTK öhdəsinə götürür. Cavabdeh1 pay şəklində qoyacağı pul vəsaiti 99958 manat təşkil edir. Cavabdeh1 ilə MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, MTKnın inşa etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yeni binanın 2-ci mərtəbəsində ümumi sahəsi 121.9 kv.metr olan 3 otaqlı ümumi dəyəri 99958 manat olan mənzilin alğı-satqısına dair razılıq əldə edilmişdir. Lakin qeyd olunan müqavilə şərtləri mənzilin dəyərinin ödənilməsini müqavilə imzalandığı an tam şəkildə yerinə yetirilməsini nəzərdə tutsa da, hal-hazıradək cavabdeh tərəfindən MTKya 49958 manat hissə ödənilməyən borc qalmışdır. Qeyd edilən müqavilə şərtləri pozulduğu və mənzilin dəyəri ödənilmədiyindən, eləcə də götürülən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilmədiyindən tikili-inşaat işlərinin vaxtında başa çatdırılması və işin gedişinə ziyan vurulmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ödəməli olduğu məbləğin təxminən yarısını lazımınca ödəməyən Cavabdeh1 tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci maddəsində qeyd edilir ki, payçı (Cavabdeh1) bu müqavilənin 1.2-ci bəndində göstərilən üzvlük haqqını (99958 manat) ödəməlidir. Lakin, hazırkı işdən görünür ki, cavabdeh tərəfindən cəmi 50000 manat məbləğində ödəniş edilmiş, 49958 manat ödənilməmiş borc qalmışdır.

İkinci iddia tələbi.

3. İddiaçı MTK Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması və sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MTK ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 93.3 kv.metr 2 otaqlı mənzilin pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya geri qaytarılması və sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İkinci iddia tələbinin əsaslandırıldığı hallar.

4. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, 1 kv.metr 850 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 93.3 kv.metr olan, 2 otaqlı yaşayış mənzilini Cavabdeh2 mülkiyyətinə təhvil verməyi MTK öhdəsinə götürür. Cavabdeh2 pay şəklində qoyacağı pul vəsaiti 79300 manat təşkil edir. Cavabdeh2 ilə MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, MTK-nın inşa etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yeni binanın 2-ci mərtəbəsində ümumi sahəsi 93.3 kv.metr olan 2 otaqlı ümumi dəyəri 79300 manat olan mənzilin alğı-satqısına dair razılıq əldə edilmişdir. Lakin qeyd olunan müqavilə şərtləri mənzilin dəyərinin ödənilməsini müqavilə imzalandığı an tam şəkildə yerinə yetirilməsini nəzərdə tutsa da, hal-hazıradək cavabdeh tərəfindən MTK-ya 47380 manat hissə ödənilməyən borc qalmışdır. Qeyd edilən müqavilə şərtləri pozulduğu və mənzilin dəyəri ödənilmədiyindən, eləcə də götürülən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilmədiyindən tikili-inşaat işlərinin vaxtında başa çatdırılması və işin gedişinə ziyan vurulmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ödəməli olduğu məbləğin təxminən yarısını lazımınca ödəməyən Cavabdeh2 tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci maddəsində qeyd edilir ki, payçı (Cavabdeh2) bu müqavilənin 1.2-ci bəndində göstərilən üzvlük haqqını (79300 manat) ödəməlidir. Lakin hazırkı işdən görünür ki, cavabdeh tərəfindən cəmi 36420 manat məbləğində ödəniş edilmiş, 47380 manat ödənilməmiş borc qalmışdır.

İddia tələblərin birləşdirilməsi.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-881/2025 nömrəli qərardadı ilə İddiaçı MTK-nın Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya qaytarılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair 2(010)-881/2025 nömrəli mülki işin İddiaçı MTK-nın Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya qaytarılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair 2(010)-884/2025 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır.

Tərəflərin izahatları.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı MTK-nın direktoru X11 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı MTKnın direktoru kimi inşa etdiyi binada ödəniş etməyən sakinlərə qarşı verilmiş iddia ərizələri onun iradə ifadəsi əsasında verilmişdir. Hazırda MTK-da payçılar arasında payların alqısatqı məsələsi həll olunduğundan MTK-ya yeni direktor təyin edilməmişdir. Məhkəmə iclaslarında nümayəndələrinin iştirakının təmin olunması üçün, eləcə də yeni direktorun təyin olunması üçün məhkəmə iclasının bir ay müddətinə təxirə salınmasını xahiş etmişdir.

7. Məhkəmə ərizədə qeyd edilənlərin iddiaçı MTK-nın hər hansı nümayəndəsinin məhkəmə iclasında iştirakına mane olan üzrlü hal olmadığı nəticəsinə gələrək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

8. Məhkəmə iclasında ikinci iddia üzrə Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, mənzilə görə kredit borcu qalan sakinlərdən biri də o olmuşdur. O, həmin kredit məbləğini son qəpiyinə kimi binanın tikintisinə xərcləmişdir. Hətta o, sakinlər arasında ödənişlərin aktlaşdırılması, qalıq borcların müəyyən edilməsinə dair aktların tərtibində şəxsən iştirak etmişdir. Yəni binanın tikintisinin başa çatdırılması üçün işlərin görülməsində o da fəal iştirak etmiş, digər sakinlərə kömək etmiş, nəticədə heç bir sakin narazı qalmadan bina başa çatmışdır. Keçən ilin dekabr ayından artıq binanın ikinci mərtəbəsində olan mənzilinə köçüb orada yaşayır. Onun MTK-ya həmin mənzilə görə heç bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında hər iki iddia üzrə cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı MTK mübahisəli binanın tikintisi ilə bağlı binanın sakinləri ilə aralarında bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, binanın təmir-tikintisini başa çatdırmamışdır. Məhkəmə araşdırması gedişində toplanan bütün sübutlar təsdiq edir ki, bina sakinlərin vəsaitləri hesabına tikilib başa çatdırılmışdır. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər işin bu hallarını öz ifadələri ilə təsdiq etmişlər. Onu da qeyd edir ki, bina iki qeyri-yaşayış, on beş yaşayış sahəsindən ibarət olmaqla on yeddi mərtəbəlidir. Bəzi şahidlər binanın tikilmiş mərtəbələri barədə məlumat verərkən yalnız yaşayış sahəsi olan mərtəbələri nəzərə almış, bəziləri isə almamışdır. Mərtəbə sayları arasında uyğunsuzluq bununla əlaqədardır. Binanın MTK tərəfindən yarımçıq tikildiyi, eləcə də sakinlər tərəfindən tam tikildiyi dövrün fotoşəkilləri iş materiallarında mövcuddur. Bu vəziyyətdə hesab edir ki, MTK-nın hazırkı iş üzrə cavabdehlərlə, eləcə də digər mənzil mülkiyyətçiləri ilə bağladığı müqavilənin ləğvini tələb etməsi həm qanunsuz, həm də ədalətsizdir. Odur ki, məhkəmədən iki iddianın da təmin edilməməsini xahiş etdi.

10. Məhkəmənin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş X22 bildirmişdir ki, şahidlərin də ifadələrində təsdiq etdiyi kimi, MTK-nın direktoru Taley Alahverdiyev həbs olunandan sonra binada görülən bütün işləri özü gördürmüşdür. Bu hal müvafiq sənədlərdə öz təsdiqini tapır. Belə ki, binanın qaz, su, işıq təchizatı, həyətin abadlaşması, damın vurulması, liftlərin alınması ilə bağlı işləri birbaşa o özü müqavilələr bağlayaraq görmüşdür. MTK-nın bu işlərlə bağlı heç bir iddiası ola bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

11. İddiaçı MTK (Kooperativ) və Cavabdeh1 (Payçı) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, “Kooperativ” "xxxx"dan qəbul etdiyi pay şəklində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.metr 820 manat olmaqla, “Kooperativ” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 2-ci mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin xarici tərəfi hesablanmaqla) 121.9 kv.metr olan, 3 otaqlı yaşayış mənzilini "xxxx"nın mülkiyyətinə təhvil verməyi, "xxxx" isə 99958 manat məbləğində pul vəsaitini pay şəklində qoymağı öhdəsinə götürür.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) və İddiaçı MTK (Sifarişçi) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, “İcraçı” “Sifarişçi”yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təvil verilməsini, “Sifarişçi” isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X17 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X10-Tədqiqat İnstitutu (İcraçı) və X22 (Sifarişçi) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış T.Q-24/112-03 nömrəli müqavilənin surətindən görünür ki, “İcraçı” Bakı şəhəri, Suraxanı rayonu, İ.Musayev küçəsində tikiləcək AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məxsus çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması layihə sənədinə təhlükəsizlik üzrə ekspertiza rəyinin verilməsini, “Sifarişçi” isə göstəriləcək xidmətin dəyərini ödəməyi öhdəsinə götürür.

14. İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən yaşayış binası İddiaçı MTK-ya məxsusdur. Bu binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 121.9 kv.metr olan, 3 otaqlı, 15 nömrəli mənzilin pay dəyəri "xxxx" (Cavabdeh1) tərəfindən 99958 manata alınmış, həmin məbləğdən 50000 manat ödənilmişdir. Hazırda "xxxx"nın İddiaçı MTK-ya 49958 manat ödənilməmiş qalıq borcu qalmışdır.

15. İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən yaşayış binası İddiaçı MTK-ya məxsusdur. Bu binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 121.9 kv.metr olan, 3 otaqlı, 15 nömrəli mənzilin pay dəyəri "xxxx" (Cavabdeh1) tərəfindən 99958 manata alınmış, həmin məbləğdən 67000 manat ödənilmişdir. Hazırda "xxxx"nın İddiaçı MTK-ya 32958 manat ödənilməmiş qalıq borcu qalmışdır.

16. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh1 müqavilə üzrə ödənilməmiş qalıq borcunun məbləği (49958 manat) barədə məlumat verilmiş, həmin borcun 3 (üç) gün ərzində tam ödənilmədiyi təqdirdə müqavilənin birtərəfli qaydada ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq pretenziyanın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.

17. xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh1 İddiaçı MTK-ya olan qalıq borcunu, yəni 32958 manatı hissə-hissə olmaqla tam şəkildə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi X16 ödəmişdir. Bu günə Cavabdeh1 İddiaçı MTK-ya heç bir borcu yoxdur.

18. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmiş İddiaçı Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması xüsusatlarına dair Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi istintaq olunmuş, aparılmış istintaq zamanı İddiaçı Mənzil-Tikinti Kooperativinin sədri X11 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X20 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilmiş və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd edilmiş ünvanda yerləşən binanın tikintisində məsul olan müvafiq şəxslər tikinti işlərini əsassız olaraq dayandırdıqlarından binadan mənzil almış şəxslər öz vəsaitləri hesabına tikinti işlərini başa çatdırmışlar. Bu barədə təsdiqedici sənədlər bina sakinlərində mövcuddur.

19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) və X22 (Sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” müxəlif növ lift, eskalator və onların hissələrini “Sifarişçi”yə satmağı və quraşdırmağı, “Sifarişçi” isə həmin müqavilənin şərtləri daxilində avadanlıqları və xidmətləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.

20. xx.xx.2022-ci il tarixli müqaviləyə əlavədən görünür ki, ümumi çəkisi 630 kq olan “OML-YJ3500-MR” markalı və ümumi çəkisi 1000 kq olan “OML-YJ3500-MR” markalı liftlərin hazırlanması, gətirilməsi, quraşdırılması, işə buraxılması və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi üçün ümumi məbləğ 91200 ABŞ dolları məbləğində razılaşdırılmışdır.

21. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ünvanında yaşayan Ramin Ələbkərova, Günel Ömərovaya, Tahir Hüseynova və başqalarına ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, mənzillərin yerləşdiyi binanın məxsus olduğu mənziltikinti kooperativinin mövcud qaydalara uyğun olaraq müvafiq sənədlərlə “ASAN Kommunal” və yaxud “ASAN xidmət” mərkəzlərində müraciəti qeydə alındıqdan və enerji təchizatı ilə bağlı ümumi texniki şərt alındıqdan sonra həmin texniki şərt əsasında mənzillərin ASC tərəfindən elektrik sayğacı ilə təchiz edilməsi həyata keçiriləcəkdir.

22. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa edilən bina sakinləri Azər Talıbova, Ramin Ələkbərova və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, tərtib edilmiş texniki şərtin tələblərinə uyğun olaraq, 168 nömrəli transformator məntəqəsində 1 ədəd 630 kVA/10 kV transformator, 2 ədəd 0.4 kV-luq ayırıcının quraşdırılması “Sifarişçi” tərəfindən həyata keçirildikdən sonra mənzillərə fərdi elektrik sayğaclarının quraşdırılması ilə bağlı məsələyə baxılacağı bildirilmişdir.

23. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, müvafiq əməkdaşlar tərəfindən baxış zamanı su və kanalizasiya xətlərinin inşasının tam icra edilmədiyi aşkar edilmiş, müvafiq tələblər icra edildikdən sonra sözügedən çoxmənzilli yaşayış binasının fərdi kodlaşdırılmasına yenidən baxıla biləcəyinin mümkünlüyü qeyd edilmişdir.

24. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa edilən bina sakinləri Azər Talıbova, Günel Ömərovaya, Ramin Ələkbərova və başqalarına ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, qeyd edilən yaşayış binasında yerləşən mənzillərin qeydiyyata alınaraq hesablaşma sayğaclarının quraşdırılması qısa müddət ərzində icra ediləcəkdir.

25. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yaşayan Ramin Ələkbərova və digərlərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, MTK tərəfindən inşa edilmiş yaşayış binalarının qazlaşdırılması işlərinin “Azəriqaz” İB-nın səlahiyyəti xaricində olması, yaşayış binalarında tikinti quraşdırma işlərinin MTK-nın sifarişləri əsasında xüsusi lisenziyası olan podratçı təşkilat tərəfindən aparıldığı üçün İddiaçı MTK tərəfindən aidiyyəti təşkilatlara razılaşdırılmış layihə-smeta və texniki icra sənədləri “Azəriqaz” İB-yə təqdim ediləcəyi təqdirdə sözügedən ünvana təbii qazın verilməsinə müvafiq qaydada baxılacağı bildirilmişdir.

26. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X17 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X10-Tədqiqat İnstitutu tərəfindən verilmiş texniki təhlükəsizliyə dair ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, İ.Musayev küçəsində tikiləcək Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məxsus çoxmərtəbəli yaşayış binasının qazlaşdırılmasının layihə sənədi texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ-texniki sənədlərinə tələblərinə uyğun hesab edilmişdir.

27. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi ünvanında yerləşən binada qaz təchizatının istismara buraxılmasına köməklik göstərilməsi xahiş olunmuşdur.

28. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Fillialı tərəfindən Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İstintaq İdarəsinin rəisi, ədliyyə müşaviri Mehman Hümmətova ünvanlamış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, yaşayış binasının qazlaşdırılması məqsədi ilə “Azəriqaz” İB-nin verdiyi xx.xx.2022-ci il tarixli, 37182 nömrəli texniki şərt əsasında "xxxx" MMC tərəfindən hazırlanmış layihə üzrə başa çatdırılmış tikinti-quraşdırma işlərinə texniki baxış keçirilərək sözügedən binaların xarici qaz kəmərləri (bağlayıcı qurğular, G-4 qaz sayğaclarının çıxış xəttinə qədər) 1 ədəd G-250, 165 ədəd G-4 markalı qaz sayğacları istismara qəbul edilmişdir.

29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) və X23 (Sifarişçi) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış V-95/24 nömrəli xidmət müqaviləsinin surətindən görünür ki, “İcraçı” bu müqaviləyə uyğun olaraq, “Sifarişçi”nin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən yeni yaşayış binasının 165 mənzilinin ventilyasiya kanallarının texniki vəziyyətinin “Tikinti Norma və Qaydaları”nın tələblərinə uyğun olunması üçün ilkin müayinənin aparılması işini öz öhdəsinə götürür.

30. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X17 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X10-Tədqiqat İnstitutu (İcraçı) və X23 (İcraçı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış P/Ts-24/1460-11 nömrəli müqavilənin surətindən görünür ki, “İcraçı” qaz X3 üzrə təlim keçirilməsi və biliklərinin yoxlanılmasını, “Sifarişçi” isə göstəriləcək xidmətin dəyərini ödəməyi öhdəsinə götürür.

31. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X17 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X10-Tədqiqat İnstitutu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 02/01175 nömrəli şəhadətnamənin surətindən görünür ki, X23 Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası X8 X3 təlim kursu keçmiş və bu sahədə biliyini artırmışdır (şəhadətnamə xx.xx.2027-ci il tarixdək etibarlıdır).

32. İddiaçı MTK (Kooperativ) və X21 (Payçı) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, “Kooperativ” "xxxx"dan qəbul etdiyi pay şəklində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.metr 800 manat olmaqla, “Kooperativ” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 12-ci mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin xarici tərəfi hesablanmaqla) 62.5 kv.metr olan, 1 otaqlı yaşayış mənzilini "xxxx"nın mülkiyyətinə təhvil verməyi, "xxxx" isə 50000 manat məbləğində pul vəsaitini pay şəklində qoymağı öhdəsinə götürür.

33. İddiaçı MTK-nın üzvlərinin ümumi iclasının 7T nömrəli protokolundan xx.xx.2022ci il tarixli çıxarışın surətindən görünür ki, MTK üzvlüyünə qəbul və mənzillərin payçılara verilməsi haqqında Sədrin məlumatı dinlənilmiş, X1 üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi ünvanında yerləşən yaşayış binasının 5-ci mərtəbəsi, 3 otaqlı, ümumi sahəsi 117 kv.metr olan 54 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır.

34. İddiaçı MTK (Kooperativ) və X24 (Payçı) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, “Kooperativ” "xxxx"dan qəbul etdiyi pay şəklində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.metr 900 manat olmaqla, “Kooperativ” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 3-cü mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin daxili tərəfi hesablanmaqla) 62.5 kv.metr olan, 1 otaqlı, 25 saylı yaşayış mənzilini "xxxx"nın mülkiyyətinə təhvil verməyi, "xxxx" isə 56250 manat məbləğində pul vəsaitini pay şəklində qoymağı öhdəsinə götürür.

35. İddiaçı MTK-nın üzvlərinin ümumi iclasının 7T nömrəli protokolundan xx.xx.2022ci il tarixli çıxarışın surətindən görünür ki, MTK üzvlüyünə qəbul və mənzillərin payçılara verilməsi haqqında Sədrin məlumatı dinlənilmiş, X2 üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsi, 1 otaqlı, ümumi sahəsi 62.5 kv.metr olan 25 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır.

36. İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən yaşayış binası İddiaçı MTK-ya məxsusdur. Bu binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 62.5 kv.metr olan, 1 otaqlı, 25 nömrəli mənzilin pay dəyəri "xxxx" (X24) tərəfindən 56250 manata alınmışdır və "xxxx"nın MTK-ya borcu yoxdur.

37. İddiaçı MTK (Kooperativ) və Cavabdeh2 (Payçı) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 23 nömrəli müqavilənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə xitam verilərək, yeni şərtlərlə alğı-satqı müqaviləsinin bağlanması barədə 11.02..2021-ci il tarixli razılıq aktına uyğun olaraq, “Kooperativ” "xxxx"dan qəbul etdiyi pay şəklində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.metr 900 manat olmaqla, “Kooperativ” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 2-ci mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin daxili tərəfi hesablanmaqla) 93.3 kv.metr olan, 2 otaqlı, 19 nömrəli yaşayış mənzilini "xxxx"nın mülkiyyətinə təhvil verməyi, "xxxx" 83970 manat məbləği pay şəklində qoymağl öhdəsinə götürür.

38. İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən yaşayış binası İddiaçı MTK-ya məxsusdur. Bu binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.3 kv.metr olan, 2 otaqlı, 19 nömrəli mənzilin pay dəyəri "xxxx" (Cavabdeh2) tərəfindən 83970 manata alınmış, həmin məbləğdən 53920 manat ödənilmişdir. "xxxx"nın MTK-ya 30050 manat məbləğində qalıq borcu qalmışdır.

39. xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh2 İddiaçı MTK-ya olan qalıq borcunu, yəni 30050 manatı hissə-hissə olmaqla tam şəkildə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi X16 ödəmişdir. Bu günə Cavabdeh2 İddiaçı MTK-ya heç bir borcu yoxdur.

Şahid ifadələri.

40. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X7 bildirdi ki, o, 2021-ci ildə mübahisəli binadan iki mənzil – 53 və 54 saylı mənzilləri almışdır. 2022-ci ildə binanın problemli olduğunu və bəzi mənzillərin bir neçə nəfərə satıldığını bilmişdir. Bu məsələlərlə əlaqədar binada təmir-tikinti işləri yarımçıq dayandırılmışdır. Belə ki, binanın yuxarı mərtəbələri tikilməmiş, tikilən mərtəbələrdə qapı-pəncərələr qoyulmamış, suvağı vurulmamışdır. Bundan sonra sakinlər bir araya toplaşaraq binanın tikintisini öz vəsaitləri hesabına başa çatdırmışlar. Bu işlərə Azər Talıbov rəhbərlik etmişdir. Belə ki, sakinlər vəsaitləri gəlib ona vermiş, o da hissə-hissə tikinti işlərini aparmışdır. Binaya liftlər, qapılar qoyulmuş, suvaq çəkilmişdir. Bu işlər başa çatdırıldıqdan sonra təmir işlərinə başlanmışdır. Artıq beş aydır ki, ailəsi ilə birlikdə həmin binadakı mənzilində yaşayır. Bina bütün kommunal xidmətlərlə təchiz olunmuş, həyətdə hovuz tikilmişdir. Bütün bu işlər əsasən mənzillərə görə kredit borcu olan mülkiyyətçilərin hesabına ödənilmişdir. O özü isə aldığı mənzillərin pulunu öz vəsaiti hesabına əvvəlcədən ödəmiş olduğuna görə heç bir kredit borcu olmamışdır. Lakin təmir-tikinti işlərində onun da müəyyən xərci çıxmışdır. Eşitdiyinə görə, aldıqları mənzillər üçün kredit borcu olan sakinlərin borclarının ümumi məbləği 300000 manata yaxın olmuşdur. MTK-nın direktoru tutulan vaxt binanın 11-ci mərtəbəsindən yuxarısı ümumiyyətlə tikilməmiş, heç bir təmir işləri aparılmamışdı. Əslində MTK-nın binanı tikib başa çatdırmamasının səbəbi etdikləri dələduqluz əməlləri olmuşdur. Belə ki, onlar bəzi mənzilləri bir neçə nəfərə satdıqlarına görə binanı tikib başa çatdırsalar, mənzillərin alıcıları ortaya çıxacaqdı. Sonradan alıcılar özləri bir yerə yığışaraq MTK-nın dələduz əməllərini aşkar etmiş, bundan sonra aidiyyəti orqanlara müraciət edilmiş və məsələ ilə bağlı cinayət işi açılmışdır. Binanın sakinlər tərəfindən tikilib başa çatdırılması prosesinə sakinlərdən biri olan Azər Talıbov rəhbərlik etmişdir. Əslində ondan əvvəl də bir neçə nəfər bu məsələyə rəhbərlik etməyə cəhd göstərsə də sonradan məlum olmuşdur ki, onların da niyyəti dələduzluq etməkdir. Yeganə şəxs Azər Talıbov olmuşdur ki, o, heç bir təmənnasız bu məsələyə rəhbərlik etmiş, binanı başa çatdırmışdır. Onu sakinlər yığışaraq özləri seçmişlər. Çünki Azər müəllim bina ilə bağlı bütün məsələlərdə həmişə qabaqda olmuş, çıxışlar etmişdir. Azər müəllim həm də açılmış cinayət işi ilə bağlı bina sakinlərini təmsil etmiş, istintaq orqanı ilə özü əlaqədə olmuşdur. Binanın tikilib başa çatdırılmasında MTK rəhbərliyinin heç bir maddi rolu olmamışdır. Əksinə, direktor Taleyin qardaşı Şükür əvvəlcə gəlib onlara vəd vermişdir ki, məsələni özü yoluna qoyacaq. Lakin sakinlərdən bir aylıq ödənişi alandan sonra çıxıb getmişdir.

41. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X21 bildirdi ki, mübahisəli binadan mənzil almaq üçün MTK ilə müqavilə bağlayan sakinlərdən biri də odur. O özü həmin əraziyə yaxın yaşadığından binanın bünövrəsinin qoyulmasından etibarən bütün prosesə şahid olmuşdur. MTK binanın tikintisini 9-cu mərtəbədə saxlamış, bundan sonra heç bir iş görməmişdir. Binanın sakinləri kimi onlar da məcbur olub binanı öz vəsaitləri hesabına başa çatdırmışlar. MTK ilə aralarında olan müqaviləyə əsasən, o, aldığı mənzilə görə 15000 manat ödəmiş, qalan pulu da 3 il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Təxminən 36000 manat pulu MTK-ya ödəmişdir. Qalan pulu isə binanın sakinlər hesabına tamamlanmasına yönəltmişdir. X27 rəhbərliyi ilə binanın başa çatdırılmasına xərclənmişdir. Azər müəllimi özləri bu işlərə rəhbərlik etməsi üçün seçmişlər. Bu məsələdən cinayət işini araşdıran Korrupsiyaya qarşı Mübarizə İdarəsinin də məlumatı olmuşdur. Hətta İdarə tərəfindən binaya kommunal xidmətlərin çəkilməsi üçün aidiyyəti orqanlarla müqavilə bağlanmasında köməklik göstərilmişdir. Bundan əlavə, MTK-nın direktoru həbsdə olduğu dövrdə mənzillərə görə borcu olan sakinlərin ödənişlərinin direktorun imzası və MTK-nın möhürü ilə təsdiqlənməsində də İdarə tərəfindən onlara şərait yaradılmışdır. Onun yaşayış yeri həmin əraziyə yaxın olduğuna görə, həm də işləmədiyindən vaxtı olduğuna görə bu proseslərdə yaxından iştirak etmişdir. MTK işləri dayandırdığı vaxt yalnız 12-ci mərtəbənin çöl fasad kərbici hörülmüş, içəridən bir kərpic belə hörülməmiş vəziyyətdə olmuşdur. 10-cu mərtəbədən yuxarı bütün koridorların suvağı, hörgü işlərinin görülməsi, üstünün damının betonunun tökülməsi, “pol”un çəkilməsi, fasadın suvanıb rənglənməsi, liftin alınıb quraşdırılması, kommunal xidmətlərin təchiz edilməsi, hovuzun tikilməsi, həyətin asfaltlanması və s. bütün işlər sakinlərin vəsaiti hesabına görülmüşdür. Müvafiq işlərin görülməsi üçün edilmiş ödənişlərlə bağlı qəbzlərin surəti onda da mövcuddur.

42. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X24 bildirdi ki, 2020-ci ilin aprel ayında mübahisəli binadan mənzil almışdır. Həmin vaxt ona söz verilmişdir ki, bina ilin axırına kimi hazır olacaqdır. Lakin bina 8-ci mərtəbəyə kimi tikildikdən sonra hadisələr baş vermiş, tikinti yarımçıq qalmışdır. Bundan sonra sakinlər bir araya gələrək Azər müəllimi rəhbər seçmişlər və tikintini onun rəhbərliyi ilə öz vəsaitləri hesabına başa çatdırmışlar. Onlar buna məcbur qalmışlar, çünki o özü aldığı mənzilin təmir-tikintisi başa çatana qədər iki il kirayələrdə qalmışdır. Hazırda bina hazırdır və o, mənzilində yaşayır. Bina MTK tərəfindən yarımçıq saxlanıldığı vaxt çox pis vəziyyətdə olmuş, qapısı, damı, həyəti yerində olmamışdır. Heç həyətə girmək də mümkün deyildi, çünki hər yer tikintinin toztorpağı olmuşdu. Onun öz mənzili 3-cü mərtəbədə olmuşdur. Lakin binada, eləcə də öz mənzilində heç bir iş tam görülmədiyinə görə mənzil yaşayışa yararlı olmamışdır. Bina sadəcə olaraq 8-ci mərtəbəyə qədər yarımçıq formada tikilmişdir. Binanın tikintisi sakinlərin hesabına başa çatdırılmışdır. Onlar binanın sakinləri olaraq məsələ ilə bağlı Prezident Aparatında, Baş prokurorluqda, Korrupsiyaya qarşı Mübarizə İdarəsində dəfələrlə olmuşlar. Dolayısı ilə binada sakinlərin özlərinə rəhbər seçərək tikintini başa çatdırması məsələsindən aidiyyəti orqanlar da xəbərdar olmuş, bu işləri özbaşına görməmişlər. Bütün bu işlər mənzillərə görə kredit borcu olan sakinlərin vəsaitləri, eləcə də onun kimi aldığı mənzilin dəyərini tam ödəmiş sakinlərin ayrıca vəsaitləri hesabına başa çatmışdır. Belə ki, MTK ilə arasında bağlanmış müqaviləyə görə mənzildə bütün qapıpəncərələrin yerləşdirilməsi, yerə daş döşənməsi kimi işlər MTK tərəfindən görülməli idi, lakin MTK tərəfindən bu işlər görülmədiyinə görə həmin işlər üçün özü əlavə pul xərcləməli olmuşdur. Amma ümumiyyətlə, binanın bəlkə də 90 % tikilişi mənzillərə görə kredit borcu olan şəxslərin vəsaitləri hesabına başa çatdırılmışdır.

43. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş Goııusubov Mazakhır ifadəsində bildirdi ki, o, əvvəlcə binanı tikən MTK-nın rəhbəri Taley Alaverdiyevlə aralarında bağlanmış müqaviləyə əsasən, binada icraçı işləri görmüşdür. Belə ki, razılaşmaya əsasən, binanın suvaq, rəngəmə, pilləkənlərin mərmərlə döşənməsi, santexnika, havalandırma, yanğın təhlükəsizliyi təchizatı kimi işləri görmüşdür. Lakin bu işlər sonradan baş vermiş hadisələrə görə yarımçıq qalmışdır. Ona görə ki, binadakı mənzillərin bir neçə nəfərə satılması ilə bağlı məsələ gündəmə gəldikdən sonra bütün işləri dayandırmışdır. O, məsələ ilə bağlı MTK-nın ofisində olmuş, direktor Taley Alaverdiyevlə görüşmüşdür. Orada ona deyilmişdir ki, həmin binada iş görməyi dayandırsın. Aralarında olan razılığa əsasən, görülən işlərin müqabilində MTK tərəfindən ona əmlak verilmiş, “barter” üsulu ilə işləri görmüşdür. Bu hadisələr baş verəndə də binada təqribən 200000 manatlıq işi qalmışdır. Həmin vaxt MTK rəhbərliyi ona demişdir ki, bu işləri görməsin və həmin işlərə görə əvəz olaraq aldığı əmlakı da qaytarsın. Bu zaman o da tələb etmişdir ki, bununla bağlı ona yazılı sənəd verilsin. Onlar da məhkəməyə surətini təqdim etdiyi aktı tərtib etmişlər. Bundan sonra binada MTK-nın rəhbərliyi ilə görülən işlər tam dayanmışdır. Daha sonra Azər müəllim onunla əlaqə saxlayaraq binanın yarım qalan işlərinin tamamlanması üçün usta gətirməsini istəmişdir. Azər müəllim həmin vaxt ona vəd vermişdir ki, gördüyü işlərin qarşılığında binadakı obyektin ona verilməsini təmin edəcəkdir. O da binada 130-150000 manat arası qiymətdə iş görmüşdür. Bu işləri görmək üçün həmin binada yerləşən özünə məxsus mənzili satmışdır. Onun obyektdə gördüyü işlər Korrupsiya İdarəsindən göndərilmiş auidit tərəfindən də qiymətləndirilmişdir. Bundan sonra Azər müəllim obyekti onun adına keçirtmək üçün cəhdlər etmiş, lakin alınmamışdır. Binada qalan 50-60000 manatlıq iş də pulunun ödənilməsi qarşılığında onun gətirdiyi ustalar tərəfindən görülmüşdür. Fasadın rənglənməsi üçün də təxminən 23-24000 manat məbləğində pulu Azər müəllim vermişdir. Azər müəllim həmin pulları binanın sakinlərindən almışdır. Belə ki, binadan aldığı mənzillərə görə borcu olan sakinlər var idi ki, Azər müəllim onlardan pulu hissə-hissə yığaraq işləri gördürmüşdür. Binanın MTK tərəfindən tikilmiş hissəsi 6-7-ci mərtəbədən sonra demək olar ki, yox idi.

İşin faktiki halları.

44. İddiaçı MTK və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 121.9 m2 olan, 3 otaqlı yaşayış mənzilini Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə həmin mənzilə görə MTK-ya 99958 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

45. İddiaçı MTK və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 93.3 m2 olan, 19 otaqlı yaşayış mənzilini Cavabdeh2 mülkiyyətinə verməyi, Cavabdeh2 isə həmin mənzilə görə MTK-ya 83970 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

46. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsində tikilən çoxmərtəbəli yaşayış binasında eyni mənzillərin bir neçə şəxsə satılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılmış, açılmış cinayət işi üzrə binanın tikintisini həyata keçirən İddiaçı MTK-nın direktoru X11 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs kimi tanınaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Tətbiq edilən hüquq.

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387. Öhdəliyin tərəfləri. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 451. Öhdəliyin borclunun hesabına icrası. Borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

49. İşin faktiki hallarından görünür ki, İddiaçı MTK ilə hər iki iddia üzrə cavabdeh arasında ayrı-ayrı podrat müqavilələri bağlanmışdır. Həm Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədə, həm də Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə MTK (podratçı) üzərinə öhdəlik götürmüşdür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi ünvanında inşa etməkdə olduğu çoxmərtəbəli yaşayış binasından cavabdehlərin hər birinin mülkiyyətinə bir mənzil versin. Bunun müqabilində cavabdehlər (sifarişçilər) öhdələrinə götürmüşlər ki, alacaqları mənzillərə görə MTK-ya müqavilədə razılaşdırılmış məbləğdə pul (muzd) ödəsinlər.

50. Hazırda MTK-nın hər iki iddia üzrə cavabdehə qarşı iddiası odur ki, cavabdehlər aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, aldıqları mənzillərin pulunu tam ödəməmişlər. İddiaçıya görə, bu səbəbdən MTK ilə həmin cavabdehlər arasında bağlanmış müqavilələr ləğv edilməli, müvafiq mənzillər iddiaçıya qaytarılmalıdır.

51. Hər iki iddia üzrə cavabdehlərin iddiaya etirazı isə belə olmuşdur ki, əksinə, iddiaçı MTK müqavilə öhdəliklərini lazımınca icra etməmiş, yaşayış binasının tikintisini tam başa çatdırmadan dayandırmış, onların mənzillərini təhvil verməmiş, bundan sonra binanın digər sakinləri kimi onlar da məcbur qalaraq, binanın tikintisini MTK-ya qalmış borclarının hesabına öz təşəbbüsləri ilə başa çatdırmış, bu zaman MTK-nın heç bir rolu olmamışdır.

52. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı MTK yuxarıda qeyd edilmiş müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, sözügedən yaşayış binasının, eləcə də cavabdehlərin mənzillərinin tikinti-təmir işlərini tam başa çatdıraraq təhvil verməmişdir. Belə ki, iş materiallarından görünür ki, MTK-nın direktoru Taley Alaverdiyev sözügedən yaşayış binasında eyni mənzillərin bir neçə şəxsə satılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində açılmış cinayət işində təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə istintaqı aparan orqan tərəfindən məhkəmənin aidiyyəti sorğusuna verilmiş cavabda qeyd edilmişdir ki, mübahisəli binanın tikintisi əsassız olaraq dayandırıldığından binadan mənzil almış şəxslər öz vəsaitləri hesabına tikinti işlərini başa çatdırmışlar.

53. Bundan əlavə, məhkəmə iclasında həmin binanın sakinləri olan üç şahidin, eləcə də binanın təmir-tikinti işlərində icraçı kimi iştirak etmiş (binanın həm MTK tərəfindən, həm də sakinlər tərəfindən inşa edildiyi dövrdə icraçı kimi fəaliyyət göstərmiş) bir şahidin ifadəsi dinlənilmişdir. Bu ifadələrin məzmunu ondan ibarət olmuşdur ki, iddiaçı MTK tərəfindən binanın tikintisi başa çatdırılmadan dayandırıldığından, sonradan isə zərərçəkmiş sakinlərin müraciəti əsasında MTK-nın rəhbərliyi barəsində cinayət işi açılaraq, direktor həbs olunduğundan sakinlər özləri toplanaraq, binanın tikintisini öz vəsaitləri hesabına başa çatdırmışlar. Şahidlərin hər biri təsdiqləmişdir ki, bu vəsait demək olar ki, bütünlüklə MTK-dan alacağı mənzillər qarşılığında MTK-ya borclu olan sakinlərin qalıq borcları hesabına qarşılanmışdır. Həmçinin onlar bildirmişlər ki, sakinlərdən qalıq borcların yığılması, toplanmış vəsaitin yaşayış binasının təmir-tikintisinə sərf olunması prosesinə X22 rəhbərlik etmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azər Talıbov qeyd edilənləri təsdiq etmiş, binanın tikintisi və təmiri üçün bütün işlərin görülməsində sakinlərin təmsilçisi kimi iştirak etdiyini, pul vəsaitlərinin xərclənməsi ilə bağlı bütün əməliyyatları şəxsən həyata keçirdiyini, görülən işlərlə, göstərilən xidmətlərlə bağlı müqavilələrin şəxsən onunla bağlandığını bildirmişdir.

54. İş materiallarından görünür ki, binada havalandırma işlərinin görülməsinə görə 47451.79 manat məbləğində ödənişi təsdiq edən qəbzdə təhvil alan kimi, binada liftlərin quraşdırılması üçün podratçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə sifarişçi kimi, həmin müqavilə üzrə ödənişləri təsdiq edən hər bir kassa mədaxil orderində, eləcə də ümumilikdə bu liftlərə görə podratçı şirkətə 157420 manat məbləğində ödəniş edildiyini göstərən və podratçı tərəfindən təsdiq edilmiş qarşılıqlı hesablaşma aktında ödəyici kimi, binada yanğın təhlükəsizliyi ilə əlaqədar işlərin görülməsi ilə bağlı 12130 manat məbləğində ödənişi təsdiq edən təhvil-təslim aktında təhvil alan kimi məhz Azər Talıbovun adı yazılmışdır. Bundan əlavə, binaya aidiyyəti orqanlar tərəfindən kommunal, eləcə də digər xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrdə də Azər Talıbovun adı qeyd edilmişdir. Belə ki, "xxxx" ASC ilə bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədə İddiaçı MTK adından abonent kimi, yaşayış binasına quraşdırılmış su sayğaclarının xx.xx.2025-ci il tarixli qəbul aktında abonent kimi, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli məişət tullantılarının daşınması ilə bağlı müqavilədə İddiaçı MTK adından sifarişçi kimi, yaşayış binasının qazlaşdırılması layihə sənədinə təhlükəsizlik üzrə ekspertiza rəyinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X5 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə sifarişçi kimi məhz Azər Talıbov göstərilmişdir.

55. Məhkəmə hesab edir ki, yuxarıda istinad edilmiş iş materialları əsasında MTK tərəfindən tikilməsi nəzərdə tutulan mübahisəli binanın MTK tərəfindən yox, binanın sakinlərinin vəsaiti hesabına tikilib başa çatdırılması ilə bağlı cavabdehlərin, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azər Talıbovun və bir-biri ilə üst-üstə düşən məzmunda ifadələr vermiş şahidlərin ifadələri təsdiqlənir. Həmçinin bu izahat və ifadələr əsasında təsdiqlənir ki, binanın sakinlər tərəfindən tikintisi üçün toplanan vəsait binada yerləşən mənzillərə görə MTK-ya ödənişi tam başa çatdırmamış, qalıq borcu olan sakinlərin həmin borcları hissə-hissə ödəməsi hesabına toplanmışdır. Belə ki, işin bu halını məhkəmə iclasında ifadə vermiş şahidlərdən həm aldığı mənzilə görə MTK-ya borcu olan, həm də olmayanlar, eləcə də iş materiallarında olan müvafiq üzləşmə aktları, həmçinin sakinlər adından nümayəndə kimi pulların yığılması və binanın tikintisinə yönəldilməsi işinə nəzarət edən Azər Talıbov tərəfindən təsdiqlənmişdir.

56. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı MTK yaşayış binasını tikib təhvil verməklə bağlı öhdəliyini lazımınca icra etməmiş, binanın tikintisini yarımçıq saxlamışdır. Bundan sonra hər iki iddia üzrə cavabdehlərin də arasında olduğu mənzilə görə MTK-ya qalıq borcu olan sakinlər borclu olduqları vəsaitlər hesabına binanın təmir-tikinti işlərini başa çatdırmış və yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Məhkəmə hesab edir ki, cavabdehlər (eləcə də digər sakinlər) binanın tikintisini iddiaçı MTK-ya olan qalıq borcları hesabına başa çatdırmaq hüququna malik olmuşdur. Belə ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 451-ci maddəsinə əsasən, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.

57. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı MTK-nın müqavilə öhdəliklərini icra etmədiyi işin yuxarıda qeyd edilmiş halları baxımından artıq müəyyən olunduğundan MTK ilə bağlanmış podrat müqaviləsi üzrə podratın nəticəsini təhvil almağa münasibətdə kreditor sayılan cavabdehlər podratın nəticəsini iddiaçı MTK-ya borclu olduqları vəsait hesabına başa çatdırmaqda haqlı olmuşlar. Belə ki, işin artıq yuxarıda qeyd edilmiş hallarından görünür ki, MTK tərəfindən binanın tikilib başa çatdırılmaması MTK-nın rəhbərliyi barəsində dələduzluq və vəzifə cinayətlərinin törədilməsi ilə bağlı cinayət işinin başlanmasına səbəb olan hadisələrlə əlaqədar olmuşdur ki, bunun da müqavilə üzrə sifarişçi olan cavabdehlərin öz borclarını ödəməməsi ilə əlaqəsi yoxdur. Məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçıya borclu olduqları vəsait hesabına MTK-nın təqsirli olaraq icra etmədiyi öhdəliyi icra etdiklərindən MTK-dan çəkdikləri xərc həddində zərəri tələb etmək hüquqları yaranmış olur ki, bu tələb də MTK-ya borclu olduqları vəsait hesabına əvəzləşdirilmiş sayılmalıdır.

58. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı MTK cavabdehlərlə bağlı müqavilənin ləğvini, eləcə də bu ləğvlə əlaqəli digər tələbləri – mənzilin iddiaçıya qaytarılması, iddiaçının sahiblik və istifadə hüquqlarının tanınmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin yuxarıda istinad edilmiş 421.2-ci maddəsində də qeyd edildiyi kimi, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

59. Məhkəmə, həmçinin qeyd edir ki, podrat müqaviləsinə podratçının təşəbbüsü ilə xitam verilməsi ilə əlaqədar podratçıya müqavilənin ləğvini tələb etmək hüququnu yalnız Mülki Məcəllənin 760.2-ci maddəsi verir ki, maddənin mətnindən göründüyü kimi, podratçı tərəfindən belə bir tələb irəli sürülməsi üçün müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilməlidir.

60. Məhkəmə, xüsusən qeyd edir ki, hazırkı işdə cavabdehlərin müqaviləni əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilməməklə qalmamış, əksinə, iddiaçı MTKnın müqavilə öhdəliklərini kobudcasına pozması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı MTK tərəfindən belə bir pozuntuya yol verildiyi halda cavabdehlərə qarşı qaldırılmış hazırkı iddia həm də hüquqdan sui-istifadə xarakter daşıyır. Belə ki, Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir və 560.2-ci maddəyə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Odur ki, hər iki iddianın təmin edilməsi istisna edilir.

Məhkəmə xərcləri.

61. İş materiallarından görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı MTK tərəfindən hər iddia üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizələri ilə məhkəməyə müraciət edərkən ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hər iki iddia rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləğləri iddiaçı MTK-ya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

63. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, hər iki iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilməməlidir.

64. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması və sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair və İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması və sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair (X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar