Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-370/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi, əmlak bölgüsü və pul” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, onun vəkili Vəkil və Cavabdeh1 oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Cavabdeh1 oğlu ilə İddiaçı 17 iyun 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların bu nikahlarından üç uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah qeydi Abşeron rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin işin materialları öyrənilərkən müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 oğlu iddia ərizəsi ilə 26 oktyabr 2018-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 30 noyabr 2018-ci il tarixli hazırlıq iclasında İddiaçı iştirak etmiş, işin məhkəmə baxışında iddianı qə bul etmiş və qeyd edilən qətnamə qəbul edilmişdir. Cavabdeh1 X qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu 18.12.2013-cü ildə əldə etmiş və Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində 11.09.2019-cu il tarixi bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsini anası-Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 X1 qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu 27.10.2011-ci il tarixdə əldə etmiş və həmin torpaq sahəsini Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində 11.09.2018-ci il tarixdə anası Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 X1 qəsəbəsində yerləşən əkin təyinatlı 2,36 ha, torpaq sahəsini 07.07.2014-cü il tarixdə, 2,023 ha, torpaq sahəsini 08.07.2014-cü il tarixdə 3,20 ha, torpaq sahəsini 08.07.2014-cü il tarixdə 0,5 ha torpaq sahələri üzərində mülkiyyət hüququnu 04.06.2018-ci il tarixdə əldə etmiş və həmin torpaq sahələrini Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində 10.09.2018-ci il tarixdə anası-Cavabdeh2 bağışlamışdır. İddiaçı adından yazılmış 06-08 sentyabr 2018-ci il tarixli ərizələrdə mübahisəli əmlakların bağışlanmasına (ad göstərilməyib) etiraz etmədiyi qeyd edilmişdir. Cavabdeh1 mülkiyyətində olan “TOYOTA FORTUNER” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşını 23 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Cavabdeh1 mülkiyyətində olan “VAZ 21214” markalı **-TL-*** dövlət nömrə nişanlı minik avtomaşını və “VAZ 21074” markalı **-GH-*** dövlət nömrə nişanlı minik avtomaşını 12.12.2016 və 06.04.2016-cı il tarixlərdə alqı-satqı ilə özgəninkiləşdirmişdir. Abşeron rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Cavabdeh1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata onun iş üzrə zərərçəkən şəxs İddiaçı ilə barışmalarına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin Qərarda müəyyən edilmişdir ki, 23 aprel 2018-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Saray qəsəbəsində yaşadıqları evdə Cavabdeh1 oğlu arvadı İddiaçı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı alqı-satqı, bağışlama müq avilələrinin, çıxarışların etibarsız hesab edilməsi, əmlak bölgüsü və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakların Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsinə razılığa dair Sumqayıt «Asan Xidmət» mərkəzinin notariat ofisinin notariusuna vermiş olduğu razılıq ərizələrinin ləğv edilməsi, Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat kontorunda Cavabdeh1 oğlu ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2018-ci il tarixli 4Ə-3231, 4Ə-3232, 4Ə-3230, 4Ə-3233 reyestr nömrəli, 11.09.2018-ci il tarixli 4Ə-3239 reyestr nömrəli bağışlanma müqavilələrinin və bunun əsasında Reyestr Xidmətləri tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsinə, cavabdehlə birgə nikah dövründə əldə edilmiş X1 qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,10 ha torpaq sahəsi, X1 qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,08 ha torpaq sahəsi, X1 qəsəbəsində yerləşən əkin təyinatlı 2,36 ha, 2,023 ha, 3,2 ha, 0,5 ha torpaq sahələrinin birgə əmlak kimi bölünərək, iddiaçının payının 2/3, Cavabdeh1 payının isə 1/3 hissədə müəyyən edilməsinə, «TOYOTA FORTUNER» markalı 10UN949 dövlət nömrə nişanlı avtomaşının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə, «TOYOTA FORTUNER» markalı 10UN949 dövlət nömrə nişanlı avtomaşının aralarında bölünərək, 2/3 hissədə onun, 1/3 hissədə Cavabdeh1 payının müəyyən edilməsinə, «VAZ 21214» markalı 90QTL049 dövlət nömrə nişanlı minik avtomaşını və “VAZ 21074” markalı 90GH069 dövlət nömrə nişanlı minik avtomaşının satışından əldə edilmiş vəsaitinin 2/3 hissəsinin ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sonradan iddia tələbini dəqiqləşdirərək torpaq sahələrindən birini qeyd etmədiyindən Cavabdeh1 oğlu ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2018-ci il tarixli 4Ə-3231, 4Ə-3232, 4Ə-3230, 4Ə3233 reyestr nömrəli, 11.09.2018-ci il tarixli 4Ə-3239 və 3240 reyestr nömrəli bağışlanma müqavilələrinin və bunun əsasında Reyestr Xidmətləri tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə münasibətlər son vaxtlar pozulmuş, elə əvvəldən də münasibətləri elə də yaxşı olmamış, Cavabdeh1 evə baxmır, uşaqlara baxmır, pul xərcləmirdi, uşaqlarını atasının köməkliyi ilə saxlayırdı. 2018-ci ilin əvvəllərində münasibətləri lap kəskinləşmiş, 23.04.2018-ci il ta rixdə Cavabdeh1 onu vəhşicəsinə döymüş, atası hadisə yerinə gələrək onu xəstəxanaya aparmışdır. Polis bu döyülmədən məlumat alan kimi Cavabdeh1 barəsində cinayət işi açmış və iş baxılmasından ötrü Abşeron rayon məhkəməsinə göndərilmişdir. İş məhkəmədə baxılarkən cavabdehlər onu məcbur etmişlər ki, əgər məhkəmədə barışıq ərizəsi verməsə, onu boşayacaqlar və 3 uşaqla çöllərdə qalacaqdır. O, da ailəsinin dağılmaması, uşaqlarının atasız qalmaması üçün onlara tabe olub, məhkəməyə barışıq ərizəsi vermiş və barışıq əsasında həmin cinayət işinə xitam verilmişdir. Bundan sonra, onlar evdə onu daim təzyiq altında saxlayır və daim onu boşayacaqları ilə hədələmişlər. O, da adının iki olmaması üçün buna dözmüşdür. Bir müddət sonra Cavabdeh1 və anası Cavabdeh2 ona bildirmişlər ki, X5un adına olan ev və torpaq sahələrini digər Cavabdeh2 adına keçirmək istəyirlər. O buna etiraz edəndə yenə də həmin təzyiqləri edərək, onu döyməklə, boşamaqla hədələmişlər. O, evdə 3 uşaqla tək qaldığı üçün onların təzyiqinə dözə bilməmiş, bu əmlakların qaynanası Qumrunun adına keçməsinə təzyiq altında razılıq ərizəsi vermiş və onlar bir günün içində bütün əmlakları Qumrunun adına keçirmişlər. O, bütün bunları təzyiq altında etmiş və yeganə səbəb ailəni qorumaq olmuşdur. Həmin ərizələri könüllü yazmamış və əmlakdakı hüquqlarından könüllü olaraq imtina etməmişdir. Ona görə də həmin bağışlama müqavilələri etibarsız hesab edilməlidir. Çünki, orda olan razılıq ərizələri məcburi şəkildə imzalanmışdır. Bu əməliyyatları həyata keçirəndən dərhal sonra cavabdehlər öz məkrli məqsədlərinə nail olduqları üçün artıq onunl a olan nikah qeydinin ləğvinə dair ərizə vermişlər. O, bundan xəbər tutub bağışlama müqavilələrinin ləğvini tələb edəcəyini bildirəndə isə ona demişlər ki, boşanmanı görünüş üçün edirlər, guya X5 buralarda iş tapmadığı üçün xaricə gedir və xaricə viza və iş almaq üçün subay olmaq daha asandır. O, bu dəfə də onlara inanmış və məhkəmə zamanı boşamağa razılıq vermişdir. Onlar bu dəfə də onu aldatmış məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra onu yenidən döyməyə, incitməyə başlamışlar və 3 uşaqla evdən qovmuşlar. Yalnız bundan sonra başa düşmüşdür ki, bütün bunlar əvvəlcədən düşünülmüş plan olmuşdur. Əmlak bölgüsü zamanı X5un adına olan əmlaklardakı onun və 3 uşağının əmlak paylarını əlindən almaq üçün edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlu iddia ərizəsinə yazılı etiraz təqdi m edərək qeyd etmişlər ki, iddiaçı birgə nikah dövründə könüllü olaraq notariat əməliyyatlarında iştirak etmiş və əməliyyatların keçirilməsinə razılıq vermişdir. Nikah pozulduqdan sonra məhkəmələrdə qərəzli iddialar qaldırmağa başlamışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin XXX 2019-cu il tarixli əmlakların üzərinə həbs qoyulması haqqında qərardada əsasən iddianın təmini barədə ərizə qismən təmin edilmiş, Cavabdeh2 adına X6 qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,10 ha torpaq sahəsinin, X1 qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,08 ha torpaq sahəsinin, X2 qəsəbəsində yerləşən əkin təyinatlı 2,36 ha, 20,023 ha, 0,5 ha torpaq sahələrinin, “Toyoto Fortuner” markalı 10- UN-949 dövl ət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 oğlu tərəfindən X2 qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,10 ha torpaq sahəsinin Cavabdeh2 bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində bağlanmış 4Ə-3239 reyestr saylı, 11.09.2019-cu il tarixli bağışlama müqaviləsinin, X1 qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,08 ha torpaq sahəsinin Cavabdeh2 bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində bağlanmış 4Ə-3240 reyestr saylı, 11.09.2018-ci il tarixli bağışlama müqaviləsinin, X1 qəsəbəsində yerləşən əkin təyinatlı 2,36 ha torpaq sahəsinin bağışlamasına dair 4Ə-3231 reyestr saylı, 2,023 ha torpaq sahəsinin bağışlamasına dair 4-Ə 3232 reyestr saylı, 3,20 ha torpaq sahəsinin bağışlamasına dair 4-ə 3230 reyestr saylı və 0,5 ha torpaq sahəsinin bağışlamasına dair 4ə-3233 reyestr saylı 10.09.2018-ci il tarixli Cavabdeh2 bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində bağlanmış bağışlama müqavilələrinin və “Toyota Fortuner” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşının Cavabdeh2 satılmasına dair 23 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu əsasda Cavabdeh2 adına verilən çıxarışlar və qeydiyyat vəsiqəsinin ləğv edilməsinin, X7qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,10 ha torpaq sahəsinin, X qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,08 ha torpaq sahəsinin, X qəsəbəsində yerləşən əkin təyinatlı 2,36 ha torpaq sahəsinin, 2,023 ha torpaq sahəsinin, 3,20 ha torpaq sahəsinin və 0,5 ha torpaq sahəsinin və “Toyota Fortuner” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşının üzərində Cavabdeh1 oğlunun və İddiaçı hər birinin payı ½ hissə müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, Cavabdeh1 oğlu və Cavabdeh2 Nurağa qızından müştərək qaydada 30 manat rüsuma görə pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddianın dəlillərini və cavabdehlərin iddiaya etirazının dəlillərini işin materialları ilə birgə yoxlayarkən iddianın dəlillərinin əsaslı və inandırıcı olması nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında boşanmaya qədərki son dövrlər ailə münasibətləri çox gərgin olmuş, onlar arasında daima dava-dalaş və Cavabdeh1 iddiaçıya fiziki xəsarətlər yetirməsi ilə müşayiət olunmuş, başlanmış cinayət işinə işə barışmalarına görə xitam verilmişdir. İddiaçının izahatından və cavabdehin sonrakı davranışlarından göründüyü kimi zərərçəkən olaraq İddiaçı onunla barışması zahiri xarakter daşımış, ailəni qoruyub saxlamaq məqsədi daşıyır. Lakin, iş materiallarından göründüyü kimi Cavabdeh1 tərəflər arasında ailə münasibətlərinə son qoymaq niyyətində olmuş, bu niyyətini həyata keçirmək və iddiaçını əmlak payından məhrum etmək üçün düşünülmüş şəkildə, eyni zamanda boşamaq və s. hədə altında əmlakların bağışlanmasına dair iddiaçı tərəfindən 06-08 sentyabr 2018-ci il tarixli ərizələrin yazılma sına nail olmuşdur. İş materiallarından göründüyü kimi bundan bir az sonra Cavabdeh1 oğlu nikahın ləğvinə dair iddia ərizəsi ilə 26 oktyabr 2018-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Hətta, boşanmadan sonra da, görünüş üçün 2019-cü ilin aprelinədək birlikdə yaşamışlar. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçı tərəfindən tərəflərin birgə nikahlarında əldə etdikləri əmlakların bağışlanmasında dair ərizələr iddiaçının həqiqi iradəsinə uyğun olmamış məcburetmə, hədə-qorxu altında yazılmış ərizələr olduğundan iddia tələbi əmlakların bağışlanma hissəsində əsaslı olduğundan təmin edilməli, həmin müqavilələr etibarsız hesab edilməli, mübahisəli torpaq sahələri tərəflərin ümumi birgə mülkiyyətinə qaytarılmalıdır. Məhkəmə bu hissədə qeyd etmişdir ki, ərizələr öz-özlüy ündə hüquqi nəticə yaratmadığından, hüquqi akt olmadığından onların etibarsız hesab edilməsinə zərurət yoxdur. Bundan başqa, iddia tələbinin “Toyota Fortuner” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının xəbəri və razılığı olmadan tərəflərin birgə əmlakı hesab olunan “Toyota Fortuner” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşın 23 oktyabr 2018-ci il tarixdə, yəni Cavabdeh1 məhkəmədə nikahın ləğvinə dair iddia qaldırdıqdan sonra anası iş üzrə Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamaqla, süni qaydada əmlakın özgəninkiləşdirilməsinə nail olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi “Toyota Fortun er” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşının 23 oktyabr 2018-ci il tarixdə Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin avtomaşın tərəflərin ümumi birgə mülkiyyətinə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “VAZ 21214” markalı **-TL-*** dövlət nömrə nişanlı minik avtomaşını və “VAZ 21074” markalı **-GH-*** dövlət nömrə nişanlı minik avtomaşının satışından əldə edilmiş vəsaitin 2\3 hissəsinin iddiaçıya verilməsinə dair hissəsində qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi həmin avtomaşınlar tərəflərin birgə nikahda olduqları zaman 2016-cı ildə satılmışdır. Cavabdehin izahatına görə əldə edilən pul vəsaiti ailənin ehtiyaclarına xərclənmişdir. Məhkəmə bunu inandırıcı hesab edərək iddianın bu hissədə təmin edilməməsi nətic əsinə gəlir. Məhkəmə iddia tələbinin birgə nikahda əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi mübahisəli əmlaklar tərəflərin birgə nikahda olduqları dövrdə cavabdehin adına alınmış əmlaklardır. Cavabdeh1 həmin əmlakların anası-ikinci Cavabdeh2 pul vəsaiti hesabına əldə edildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tərəflərin ümumi əmlakda paylarının müəyyən edilməsi hissəsində qismən təmin edilməli, onların hər birinin payı ½ hissədə müəyyən edilməlidir. Belə ki, tərəflərin birgə nikahlarından anadan olan uşaqların valideynlərdən hansının yanında qalmaları müəyyən edilməmişdir. Bundan başqa, mübahisəli əmlakların tərəflər arasında bərabər bölgüsü onların maraqlarının ciddi pozulmasına səbəb olmur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.45, 339.1, 339.2, 339.4, 650, 225.6, Azərbaycan Respublikası Ailə Məcəllənin 29.1, 32.1, 32.2.2, 36.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 və vəkili Vəkil apelyasiya şikayəti verərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə əlavə edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Səyyad Qafari sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Fuad Məmmədov) 05 mart 2020-ci il tarixli 2(105)-637/2020 nömr əli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin XXX 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 oğlu ilə Cavabdeh2 arasında XXX qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində bağlanmış 11.09.2018-ci il tarixli, 4Ə-3239 reyestr saylı, X qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində bağlanmış 11.09.2018-ci il tarixli 4Ə-3240 reyestr saylı, X qəsəbəsində yerləşən 2,36 ha torpaq sahəsinin bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində 10.09.2018-ci il tarixli 4Ə-3231 reyestr saylı, X q əsəbəsində yerləşən 2,023 ha torpaq sahəsinin bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində bağlanmış 10.09.2018-ci il tarixli 4Ə-3232 reyestr saylı, X qəsəbəsində yerləşən 3,20 ha torpaq sahəsini bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində bağlanmış 10.09.2018-ci il tarixli 4ə-3230 reyestr saylı və X qəsəbəsində yerləşən 0,5 ha torpaq sahəsini bağışlamasına dair Sumqayıt «Asan Xidmət» Mərkəzinin notariat ofisində bağlanmış 10.09.2018-ci il tarixli 4ə-3233 reyestr saylı bağışlama müqavilələrin və həmin müqavilələr əsasında Cavabdeh2 adına verilən çıxarışların etibarsız hesab edilməsi, X7qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi, X qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi, X qəsəbəsində yerləşən 2,36 ha torpaq sahəsi, 2, 023 ha torpaq sahəsi, 3,20 ha torpaq sahəsi və 0,5 ha torpaq sahəsi üzərində ½ pay hüququ üzrə İddiaçı, ½ pay hüququ üzrə Cavabdeh1 oğlunun payının müəyyən edilməsi, “Toyota Fortuner” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşın üzərində ½ pay hüququ üzrə İddiaçı, ½ pay hüququ üzrə Cavabdeh1 oğlunun payı müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirsə də, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. İddia tələblərindən bir hissəsi alqı-satqı və bağışlama müqavilələrinin (əqdlərin) etibarsızlığı və əsası kimi bunun məcburetmə nəticəsi ndə bağlanmış əqdlər təşkil etdiyindən, birinci instansiya məhkəməsi mübahisəyə məcburetmə nəticəsində (Mülki Məcəllənin 339.4. maddəsi) bağlanmış əqdin etibarsızlığını nəzərdə tutan maddi hüquq normasını tətbiq etməli olduğu halda, hakimiyyətdən sui-istifadə nəticəsində, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin Mülki Məcəllənin 339.1-ci maddəsini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. İddia tələbinin digər hissəsi isə bağışlama müqavilələri əsasında dövlət reyestr xidməti tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi təşkil etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq həmin çıxarışların ləğv edilməsi, eləcə də qeydiyyat vəsiqəsinin ləğvi ilə bağlı tələb ol madığı halda belə buna əhəmiyyət verməmiş, mövcud olmayan tələbi təmin etməklə qeydiyyat vəsiqəsinin ləğv edilməsi qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddia tələbindən kənara çıxılması ilə bağlı müstəsna aidiyyət nəzərdə tutulmadığından, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxması əsaslı hesab edilməməlidir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış əqdləri (alqı-satqı və bağışlama müqavilələri) təsvir edərək hesab etmişdir ki, qeyd olunan əqdlər mülki qanunvericiliyin, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi və nəhayət, müqavilə azadlığı prinsiplərinin kobud pozulması ilə bağlanmış əqd kimi dəyərləndirildiyindən, bu əqdlər iddiaçının həqiqi iradə ifadəsi ni özündə əks etdirmədiyindən, bu əqdlər (X7qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi, X qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi, X qəsəbəsində yerləşən 2,36 ha torpaq sahəsi, 2,023 ha torpaq sahəsi, 3,20 ha torpaq sahəsi, 0,5 ha torpaq sahəsi barədə bağışlama və “Toyota Fortuner” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşın alqı-satqı müqaviləsi) etibarsız hesab edilməlidir. İddia tələbinin X7qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi, X qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi, X qəsəbəsində yerləşən 2,36 ha torpaq sahəsi, 2,023 ha torpaq sahəsi, 3,20 ha torpaq sahəsi, 0,5 ha torpaq sahəsinin bağışlama müqavilələri üzrə Reyestr Xidməti tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan çıxarışlar tərəflər arasında bağlanmış bağışlama müqavilələri əsasında verildiyindən və həmin müqavilələr də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir. İddia tələbinin birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, X7qəsəbəsi ərazisində yerləşən 0,10 ha, torpaq sahəsi, X qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi, X qəsəbəsində yerləşən 2,36 ha torpaq sahəsi, 2,023 ha torpaq sahəsi, 3,20 ha torpaq sahəsi və 0,5 ha torpaq sahəsi, o cümlədən “Toyota Fortuner” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı ilə Cavabdeh1 oğlunun birgə nikah dövründə əldə edilmiş əmlakı kimi dəyərləndirilməli və onlar arasında böl ünməlidir. Ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması prinsipi nəzərdə tutulmuşdur. Lakin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda əmlakdakı payların qeyri-bərabər bölünməsi mümkün olur ki, bu zaman da əmlakın bərabər bölünməsini arzulamayan şəxs payının daha çox bölünməsi üçün əsas olan hallar barədə məhkəməyə sübut təqdim etsin. X7qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi, X qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi, X qəsəbəsində yerləşən 2,36 ha torpaq sahəsi, 2,023 ha torpaq sahəsi, 3,20 ha torpaq sahəsi, 0,5 ha torpaq sahəsi və “TOYOTA FORTUNER” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşın üzərində ½ pay hüququ üzrə İddiaçı, ½ pay hüququ üzrə Cavabdeh1 oğlunun payı müəyyən edilməlidir. Daşınmaz əmlakların Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsinə razılığa dair Sumqayıt “Asan Xidmət” Mərkəzinin notariat ofisinə vermiş olduğu razılıq ərizələrinin ləğv edilməsi barədə iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin ərizələr öz-özlüyündə hüquqi nəticə doğurmadığından, həmin hissədə ərizələrin ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası iddia tələbinin “VAZ 21214” markalı **-TL-*** dövlət nömrə nişanlı minik avtomaşın və “VAZ 21074” markalı **-GH-*** dövlət nömrə nişanlı minik avtomaşının satışından əldə edilmiş vəsaitin 2/3 hissəsinin iddiaçıya verilməsi ilə bağlı qeyd etmişdir ki, həmin avtomaşı nlar tərəflərin birgə nikahda olduqları vaxt (2016-ci ildə) özgəninkiləşdirildiyindən və həmin əmlakların satışından əldə edilmiş vəsaitində ailənin ümumi ehtiyacları üçün xərclənməsi barədə cavabdehin izahatını da inandırıcı hesab etdiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabdeh bu hüququndan məhrum etməmək məqsədilə apellyasiya şikayətində göstərdiyi (hüquqlarının müdafiəsi üçün vəkil X1 müqavilə bağladığını, ona etibarnamə verdiyini və sonuncu məhkəmə iclasında iştirak etsə belə onun iştirakının yazılmadığı, onu məhkəməyə dəvət edərək dindirilməsini və mübahisəli əmlakların Cavabdeh1da qeyd etdiyi kimi onun vəsaiti hesabına alınması barədə) dəlillərə münasibət bildirməyi zəruri hesab etmişdir. Mülki mühakimə icraatında işdə iştirak edən şəxslərdən baş qa, o cümlədən prosesin digər iştirakçıları olan nümayəndə və vəkildə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə bilər. Bunun üçün nümayəndəyə təmsil olunan şəxsin (yaxın qohumu) verdiyi etibarnamə əsasında, vəkil isə (fərdi vəkil istisna olmaqla) vəkilin daxil olduğu qrum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bu sənədlər əsasında onların məhkəmə iclasında iştirakı məhkəmə iclas protokolunda rəsmiləşdirilir. Çünki məhkəmə baxışında atılan bütün addımlar protokollarda əks olunmalıdır. Protokollar sübut əhəmiyyəti daşıyır və məhkəmə iclaslarında və ondan kənarda atılan prosessual addımlar zamanı baş verənləri təsdiqləyən mühüm prosessual sənəddir. Lakin hazır ki, iş üzrə məhkəmə iclas protokollarında M məhkəmə iclasında iştirakı, nədəki onun səlahiyyətini təsdi q edən etibarnamə və ya order iş materiallarında mövcud deyil. Habelə məhkəmə iclas protokoluna belə bu barədə qeydlər verilməmişdir. Apellyasiya şikayətinin digər dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, mübahisələndirilən əmlakların Aynur və Cavabdeh1ların birgə nikah dövründə əldə etdikləri əmlak olduğu iş materiallardakı kifayət qədər sübutlarla öz təsdiqini tapmış və hətta cavabdehlər 15 avqust 2019-cu il tarixli iddia tələbinə birgə yazdıqları yazılı etirazlarında belə həmin əmlakın birgə nikah dövründə əldə etməmələrini göstərməmişlər. Cavabdeh1 həmin əmlakları anasının vəsaiti hesabına əldə edilməsi barədə izahatına gəldikdə isə nəzərə almaq lazımdır ki, artıq Cavabdeh1la iddiaçının rəsmi nikahı məhkəmə qaydasında pozulmuşdur və belə olan halda sonuncunun mübahisəli əmlakların bi rgə nikah dövründə əldə etmədikləri barədə verdiyi izahat məhkəmə kollegiyası tərəfindən inandırıcı görünmür. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Cavabdeh1 qətnamədən apellyasiya qaydasında şikayət verməmiş, başqa sözlə desək, məhkəmə aktı ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 apellyasiya şikayətində istinad etdiyi halları, yəni həmin əmlakın birgə nikah dövründə əldə edilsə də, ümumi birgə gəlir hesabına əldə edilməməsi barədə dəlili öz təsdiqini tapmadığından, həmin əmlakın ümumi birgə nikah dövründə, birgə gəlir hesabına əldə edilməsi qənaətini qaçılmaz edir. Bu zaman iddiaçı öz tələbini sübut etmə öhdəliyindən azad olur ki, iddia tələbinə qarşı cavabdehin yəni Cavabdeh2 öz tələbini (şikayətini) sübutetmə öhdəliyi yaranır. Apelyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 225.1, 324.1, 324.2, 342.4, 324.5, 339.4, 337.1, 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 37.1, 37.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına istinad etmişdir. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-637/2020 nömrəli iş üzrə 05.03.2020-ci il tarixli qətnaməsinin və 03.06.2020ci il tarixli əlavə qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi müvafiq normalara istinad edərək şikayət edilən qətnamə üzrə maddi hüquq normalarını səhv təfsir etmişdir. Belə ki, İddiaçı istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində qeyd olunan əmlakların onunla Cavabdeh1 arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş edərkən, həmin əmlakların cavabdehlə yalnız birgə nikah dövründə əldə edilməsinə istinad etmiş, lakin həmin əmlakların İddiaçı və Cavabdeh1 hansı ümumi gəlirləri hesabına (əmək, sahibkarlıq, intellektual fəaliyyətin nəticəsində əldə etdikləri gəlir və s.) əldə etmələri halına toxunmamışdır. İddiaçı həmin əmlakların birgə nikah dövründə əldə etmələrini sübut etmək tələb olunduğu kimi, həmin əmlakların ümumi gəlirlər hesabına, əvəzli əqdin əs asında əldə etmələrində iddiaçı tərəfindən sübut olunması tələb olunur. Apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına istinad etsə də, həmin qərarın tələblərindən irəli gələn halların sübut olunmasını İddiaçı tələb etməmişdir. Nəticədə Mülki Məcəllənin 225.1-ci maddəsini, Ailə Məcəlləsinin 32-ci maddəsini, qeyd olunan Konstitusiya Məhkəməsinin qərarını səhv təfsir etmişdir. Məhkəmə Kollegiyası qeyd olunan əmlakların İddiaçı ilə Cavabdeh1 oğlunun birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirsə də, Ko nstitusiya Məhkəməsinin qeyd olunan qərarında Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün tələb olunan ikinci şərtin mövcudluğuna münasibət bildirməmiş, təqdim olunan mühüm arqumentlər cavabsız qalmış, Konstitusiya Məhkəməsinin Qərarına söykənən arqumentin məhkəmə tərəfindən rədd edilməsi və ya sadəcə nəzərə alınmaması aydın olmamışdır. Halbuki, apellyasiya məhkəməsinin özünün də istinad etməsi görünüşü yaratmaq istədiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərilir ki, milli məhkəmələr hər təqdim olunan sübuta cavablandırmaq vəzifəsi daşımasalar da, məhkəmə tərəfindən mümkün arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, buna öz qərarında əsaslandırmalı idi. Məhkəmə Kollegiyasının qənaətinə görə əgər əmlak birgə nikah dövründə əldə olunubsa və onun mənbəyi məlum olmasa belə bu əmlakın birgə gəlir hesabına əldə edilməsi qənaətinə gəlmək üçün kifayət edir. Bununla Məhkəmə Kollegiyası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının tələbini əhəmiyyətsiz hesab edir. Cavabdeh2 tərəfindən sübutlara əsasən Cavabdeh1 2006-cı ildən hazırki ilədək nə fərdi qaydada, nə də ki, hər hansı idarə, təşkilat və müəssisədə heç vaxt işləməmiş, hər hansı bir qazancı da olmamışdır. Göstərilən daşınmaz əmlaklar isə Cavabdeh2 vəsaiti hesaba alınmışdır. Belə ki, məh kəməyə təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə baş idarəsinin arayışına əsasən, Cavabdeh1 vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Bu hal Cavabdeh1m heç vaxt hər hansı bir fərdi fəaliyyətlə məşğul olmadığını təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq xidməti Abşeron rayon məşğulluq mərkəzindən verilmiş arayışa əsasən Cavabdeh1 iş axtaran vətəndaş kimi 15.04.2016-cı il tarixdə məşğulluq mərkəzində qeydiyyata alınmışdır. Elektron informasiya sistemində onun qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə Kollegiyası cavabdehin 15 avqust 2019-cu il tarixli iddia tələbinə dair birgə yazdıqları etirazlarında həm in əmlakın birgə nikah dövründə əldə etmələrini göstərmədiklərini, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməməsini isə məhkəmə akti ilə razılaşması kimi qiymətləndirmişdir. Lakin Cavabdeh1 həmin əmlakları anasının vəsaitləri hesabına əldə etmələri barədə izahatı Abşeron rayon Məhkəməsinin 2(012)3630/19 saylı qətnaməsində öz əksini tapmışdır. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verməməsi (hətta məhkəmə aktı ilə razılaşmış olsa belə) heç də Cavabdeh2 həmin halları mübahisələndirmək hüququndan məhrum etmək və ya həmin halların artıq İddiaçı xeyrinə sübut olunmuş hesab edilməsi də demək deyildir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və vəkili Vəkil Sumqay ıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)637/2020 nömrəli iş üzrə verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı və Cavabdeh1 oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Kontoru tərəfindən məhkəməyə yazılı müraciət edilərək işlərinin sıxlığı ilə əlaqədar olaraq 15.02.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş olunmuşdur. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 337.1 bu Məcəllədə mü əyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdiklər i əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq n ikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı iddianın təmin edilməməsi hissəsindən kassasiya şikayəti vermədiyindən, iş üzrə Cavabdeh2 kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin əmlakların birgə nikah dövründə əldə edilsə də, ümumi birgə gəlir hesabına əldə edilməməsi, həmçinin iddiaçının onların kassatora bağışlanması barədə əqdlərə könüllü surətdə razılıq verməsi barədə dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi t ərəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmələr tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak nikah dövründə əvəzli şəkildə əldə edildiyindən iddiaçı və Cavabdeh1 birgə mülkiyyətindədir. Həmin əmlaka dair ərin sərəncam verməsi üçün arvadın razılığının alınması mütləqdir. Bu razılığın alınmasına qədər və ondan sonra baş vermiş hadisələr onu göstərir ki, Cavabdeh1 İddiaçı ilə barışması zahiri xarakt er daşımış, ailəni qoruyub saxlamaq məqsədi daşımamış, əslində Cavabdeh1 tərəflər arasında ailə münasibətlərinə son qoymaq niyyətində olmuş, bu niyyətini həyata keçirmək və iddiaçını əmlak payından məhrum etmək üçün düşünülmüş şəkildə, eyni zamanda boşamaq və s. hədə altında əmlakların bağışlanmasına dair iddiaçı tərəfindən 06-08 sentyabr 2018-ci il tarixli ərizələrin yazılmasına nail olmuşdur. İş materiallarından göründüyü kimi bundan bir az sonra Cavabdeh1 oğlu nikahın ləğvinə dair iddia ərizəsi ilə 26 oktyabr 2018-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Hətta, boşanmadan sonra da, görünüş üçün 2019-cü ilin aprelinədək birlikdə yaşamışlar. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçı tərəfindən tərəflərin birgə nikahlarında əldə etdikləri əmlakların bağışlanması nda dair ərizələr iddiaçının həqiqi iradəsinə uyğun olmamış məcburetmə, hədə-qorxu altında yazılmış ərizələr olmuşdur. Torpaq sahələrinin Cavabdeh1 deyil, anası Cavabdeh2 vəsaiti hesabına alınması barədə kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılmış və müvafiq sübutlarla təsdiq edilmədiyindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 rəsmi olaraq heç bir yerdə işləməməsi, onun anasının isə 2012-ci ilədək prokurorluq orqanlarında işləməsi həmin əmlakların məhz Cavabdeh2 vəsaiti hesabına alınmasını və buna görə də ər-arvadın birgə əmlakı hesab edilməməsi üçün tutarlı səbəb deyildir. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhk əməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə d əyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-637/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.