Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-945/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı tikintiyə sahiblik faktının müəyyən olunması tələbinə dair məhkəməyə daxil olmuş ərizənin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı tikintiyə sahiblik faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X1 1934-1936-cı il tarixlərdə ünvan 1 ünvanında 7 sota yaxın torpaq sahəsi ayrılmışdır. Atası bu torpaq sahəsində 2 otaq, mətbəx və yardımçı sahələr inşa etmişdir. Valideynlərinin birgə nikahından 1950-ci il tarixdə qardaşı X4 və 1951-ci il tarixdə X2 anadan olmuşlar. Atası 1984 cü il tarixdə, anası isə 1992-ci il tarixdə rəhmətə getmişlər. Valideynlərinin sağlığında Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, A. Şadlinski küç ev 1"A"-ya olan ev kitabçası razılığı ilə qardaşı X3 adına sənədləşdirilmişdir. Qardaşı 1973-cü il tarixdə Qaliyə adlı qadınla evlənmiş və birgə nikahdan onların 3 övladı olmuşdur. 1986-cı il tarixdə qardaşı öz ailəsi ilə birlikdə Rusiya Federasiyasının Saransk şəhərinə köçmüş və orada daimi yaşamağa başlamışlar. Qardaşı, Asadulin Syadan bir il sonra xəstə vəziyyətdə Bakıya qayıtmış və iddiaçıdan ona köməklik etməsini xahiş etmişdir. Onun ailə üzvləri isə Rusiya Federasiyasina köçdükdən sonra Rusiya dövlətinin vətəndaşlığını qəbul etmişlər. O, Qardaşı X4lə A. Şadlinski küç ev 1"A"-da yaşamışlar. O, xəstə olduğu müddətdə qizi Elvira və həyat yoldaşı Rauza ona qulluq etmişik. Evin qaz və elektrik sayqaclarına sərfiyyat onun adına iddiaçının tərəfindən ödənilmiş və ödənilir. Çün ki, o uzun müddət xəstə olmuş və heç yerdə işləməmişdir. Qardaşı 2017- ci il tarixdə rəhmətə getmişdir. İddiaçı onu el adəti ilə dəfn edib hüzr mərasimlərini keçirmişdir. Qardaşı rəhmətə getdikdən sonra evdə iddiaçı yaşayır. Evə və torpaq sahəsinə iddiaçı sahiblik edir. Onun ailə üzvləri, iki oğlu və bir qızı Rusiya Federasiyasına köçdükdən sonra ataları ilə maraqlanmamışlar və iddiaçının dəvətimə baxmayaraq dəfn mərasiminə gəlməmişlər. Onu iddiaçı dəfn edib və mərasim xərclərini ödəmişdir. İddiaçının, Qara-Çuxur qəs. A. Şadlinski küçəsi ev 1"A"-da yaşadığını şahidlər təsdiq edə bilərlər. Bundan əlavə A.Şadlinski küçəsi ev 1"A" ünvanında olan mövcud 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin iddiaçının istifadəsində olmasını Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Təsərrüfat Hesablı Layihə-Smeta Bürosu da öz layihəsi ilə təsdiq edir. İddiaçı Qara-Çuxur qəsəbəsi, ev 1"A"-ya dair hüquq müəyyən edici sənədlərin əldə olunması barədə Əmlak komitəsinə müraciətlər etmişdir. İddiaçıya bildirilmişdir ki, evə dair hüquq müəyyənedici sənəd təqdim olunduqdan sonra ərizəmə müsbət cavab veriləcəkdir. Rusiya federasiyasının, Mordoviya Respublikası, Saransk şəhəri, R. Lüksemburq küçəsi, ev 30 mənzil 36-da qardaşının 3 övladı yaşayır. 1986-cı il tarixdən bu günə kimi X5ın övladları cavabdehlər Said, Rinat və Alisa Asadulinlər Azərbaycan Respublikasına gəlməyiblər. Qardaşını dəfn etdikdən bir neçə il sonra onun oğlu Bakıya gəlmiş və iddiaçı ilə bir dəfə görüşmüşdür. Hər 3 (üç) cavabdeh Rusiya Respublikasının vətəndaşlığını qəbul etmişlər. Onlar Azərbaycan Respublikasında yaşamamışlar. İddiaçı qardaşının ölümündən sonra iddiaçının atasından miras qalmış evə və torpaq sahəsinə sahiblik edir. Evin və həyətyanı torpaq sahəsinin vergilərini ödəyir. Elektrik və qaz sayqacına görə ödənişlər iddiaçının tərəfindən aparılır. Evin təmir və yenidən qurma işləri iddiaçı tərəfindən aparılır. Cavabdehlər iddiaçıya heç bir maddi yardım etməmişdir. Əksinə onların atalan Syadan rəhmətə getdikdə Bakıya gəlmək istəməmişlər. Qardaşının dəfn və hüzür mərasimlərinin xərclərini ödəmişdir. Qara Çuxur küç A.Şadlinski küç ev 1 "A"-da inşa edilmiş tikiliyə yalnız iddiaçı sahiblik etmişdir və edir. Bakı şəhəri, Suraxan rayonu, Qara-Çuxur qəsəbəsi, A. Şadlinski küçəsi ev 1"A"-da inşa edilmiş tikiliyə onun sahiblik etdiyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı D.Əsədullin iddia ərizsində göstərilən tələbin əldə edilməsi üçün ilk olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmədiyindən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri yerinə yetirmədiyindən, verdiyi iddia ərizəsi qəbul edilməsindən imtina edilməklə, geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə isə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı tikintiyə sahiblik faktının müəyyən olunması tələbinə dair ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, A. Şadlinski küçəsi, ev 1"A"-da inşa edilmiş tikiliyə dair sahiblik faktının müəyyən edilməsi ilə əlaqədar barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-945/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-945/2022
21.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver