Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-96/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12550 (on iki min beş yüz əlli) manat borc, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1000 (min) manat və keçirdiyi iztirablara görə 2000 (iki min) manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12550 (on iki min beş yüz əlli) manat borc, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1000 (min) manat və keçirdiyi iztirablara görə 2000 (iki min) manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. İddiaçı Binə qəsəbəsində ev almaq məqsədilə Elşada zəng etmiş, ancaq o Binə qəsəbəsində almamağını bildirərək Hövsan qəsəbəsində ev olduğunu bildirmişdir. Ailəsi ilə birlikdə Elşad adlı şəxslə evə baxmışlar. Evin pəncərəsi, qazı, polu, qapıları, işığı və suyu olmadığından söz verdiki qazı, işığı onun adına rəsmiləşdirəcəyinə dair vəd verərək şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Beh olaraq Elşada xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş etmişdir. Verəcəyi pulun qalan hissəsini notariusda sənədləşdirnəyi tələb etmiş və bu sənədləşmənin Suraxanı rayonu Hövsan qədəbəsindəki notariusda etməyi bildirmişdir. Ramin qazi olduğunu bildirməklə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda onun dövlət rüsumlarından azad olduğunu bildirmişlər. xx.xx.2023-cü ildə Elşad və evin sahibi Ramin Əhmədli metrosunun yaxınlığında yerləşən Notariat kontoruna gedərək müqavilə bağlamışlarş Orada beh verməklə qazı, işığı onun adına rəsmiləşməyinin Raminin üzərinə qoyulması məsələsinin də müqavilədə göstərilməsini tələb etsə də mənim bu tələbi notarius tərəfindən yerinə yetirilməmişdir. Orada Ramin adlı şəxsə 12500 (on iki min beş yüz) manat pulu ödəmişdir. Ramin də bunun müqabilində notarial ərizə yazaraq, ona məxsus olan evi satıb əvəzində 12500 manat pulu qəbul etmişdir. Notariusda ondan evin sənədlərini və ya həmin evin ona məxsus olmasına dair hər hansı bir sənəd tələb etmədilər. Eyni zamanda qaz və işığın sənədləşməsi barədə də tələbləri notarius tərəfindən təmin edilmədi. xx.xx.2023-cü il tarixdə Raminə zəng edərək evin hazır olmasını soruşduqda 3 gün ərizndə tam hazır olacağını bildirdi. 3 gün sonra evə gəldikləri zaman Raminin yalan danışdığını, evin hazır olmadığını və evdə başqa şəxslərin yaşadığını müəyyən etdik. 2 gün həmin ərazidə avtomobildə yatmışlar. Çünki Ramin həmin adamları evdən çıxaracağını bildirməklə yalan vədlər verirdi. Belə bir addım atacaqlarını heç vaxt düşünməmişlər. Hal hazırda məcbur qalıb kirayədə yaşayırlar. Evsiz qalmışlar. Keçirdiyi əsəb və sreslər nəticəsində 35 gün müddətinə işə gedə bilməmişdir, bildirmişdir ki, günəmuzd işləyərək gündəlik 15 (on beş) manat məvacib almışdır. Bu hadisədən o qədər sarsılmışdır ki, əsəblərini müalicə etmək məcburiyyətində qalmışdır. Cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 12550 (on iki min beş yüz əlli) manat borc, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1000 (min) manat və keçirdiyi iztirablara görə 2000 (iki min) manat mənəvi zərər tutulmalıdır. Dəfələrlə etdiyi xəbərdarlıqlara və üzərindən xeyli müddət keçməsinə baxmayaraq pulu qaytarmamışdır.
Tərəflərin izahatları
4. Cavabdeh 18 saylı Dövlət Notariat Kontoru ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək, iddia tələbində qeyd olunan 12500 manat puldan Elşada verilməyini bildirdi. Məhkəmədən Cavabdeh2 dair hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
İş materialları
9. xx.xx.2023-cü il tarixli, Elektron notariat X1 çıxarışdan görünür ki, Cavabdeh1, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsini və üzərində tikilən 77.kv.m 2 otaqlı olan evi 12.500 manata İddiaçı satmış, həmin pulu tam olaraq aldı, gələcəkdə həmin torpaq sahəsinə və evə dair iddia və tələbi olmayacaq.
10. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Məmmədli X3 rayonu, quşçuluq sovxozunda yerləşən 2 sot torpağında olan 77 m2 olan 2 otaqlı evi 12500 manata satmış, ancaq evi bəyənmədikləri üçün pulu qaytarmaqlarını istədiklərindən və istəyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında qaytaracağını bildirmişdir.
İşin faktiki halları
11. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 arasında evin alqı-satqısı ilə bağlı sövdələşmə olmuş, həmin sövdələşmə əsnasında Cavabdeh1 İddiaçı 12500 manat almasına dair notarial ərizəyə imza atmış, həmin pulun müqabilində Cavabdeh1 İddiaçı yaşayış evini təhvil verməli idi. Lakin, sonradan həmin evdə 3-cü şəxslərin yaşadığı müəyyən edilmiş, nəticə olaraq da tərəflərin sövdələşməsi baş tutmamışdır. Hazırda, iddiaçı evə görə Cavabdeh1 verdiyi pulu, eyni zamanda evsiz qalması səbəbindən kirayə ev tutmasına sərf edilən vəsaiti və çəkdiyi iztirablarla bağlı mənəvi ziyanı tələb edir. Cavabdeh1 vəkili Vəkil1 məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək, iddiaçının əmlakdan imtina etdiyi üçün cavabdehə qarşı əsassız borc tələbi barədə iddia qaldırdığını, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 tələbə müvəkkilinə münasibətdə etiraz edərək, həmin tələbin hüquqlarını təmsil etdiyi şəxsə aid olmadığını bildirir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarı. «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.».
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə həll edilərkən ilk öncə iddia tələbinin hüquqi əsası müəyyənləşdirilməlidir. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Bunun üçün isə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı ona yaşayış evi satması əsası ilə 12500 manat pul almış və bununla bağlı notarial ərizə vermişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyil. Ona görə ki, əvvəla müqavilə formasına görə ikitərəfli əqddir, tərəflər arasında isə yaşayış evinin alqı-satqısı ilə bağlı hər hansı ikitərəfli müqavilə imzalanmamış, yalnız cavabdeh tərəfindən pulun alınması ilə bağlı ərizə verilmişdir. Digər tərəfdən, yuxarıda istinad edilmiş maddi hüquq normalarıın tələblərindən göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı ilə bağlı imperativ qaydalar müəyyən etmişdir, hansı ki, daşınmaz əmlakın satışı da həmin qaydalar üzrə həyata keçirilir və həmin qaydalara riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Lakin, hazırkı işdə tərəflər arasında müqavilə (ikitərəfli əqd) ümumiyyətlə mövcud deyil. Bu münasibət ola da bilməzdi, belə ki, notarial ərizədə satıldığı bildirilən evin Cavabdeh1 məxsus olması müəyyən edilmir. İddia tələbinin 12550 manat pulun tutulması hissəsinə münasibətdə, məhkəmə işin hallarını araşdıraraq və əlavə edilmiş sənədlərə qiymət verərək hesab edir ki, tələb qismən əsaslıdır. Belə ki, İddiaçı həmin fərdi yaşayış evinə görə Cavabdeh1 ödədiyi 12500 manat pul vəsaitinin sonuncuda qalmasını şərtləndirən hər hansı bir qanuni və ya hüquqi əsas yoxdur. İddiaçı verilən pulun 12550 manat olduğunu, 50 manatın daha əvvəl beh kimi verildiyini bildirsə də, 50 manat behin daha əvvəl verildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tələbin digər Cavabdeh2 münasibətdə də təmin edilməsini xahiş etsə də, işin halları və tərəflərin izahatları ilə tələbin Cavabdeh2 münasibətdə əsaslı olmasına dəlalət edən hallar müəyyən edilmir. İşin araşdırılan hallarından aydın olur ki, cavabdeh Babayev X4 Şəhla Vəli qızı ilə Cavabdeh1 arasında həmin fərdi yaşayış evinin alqı-satqısı üçün vasitəçi rolunu oynamışdır, eyni zamanda iş materiallarından göründüyü kimi evin alqı-satqısı üçün nəzərdə tutulan 12500 manat pul vəsaiti Cavabdeh2 deyil, digər Cavabdeh1 verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 12500 (on iki min beş yüz əlli) manat pul vəsaitinin tutulması hissəsində əsaslıdır.
17. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi cavabdehlərdən kirayə haqqı olaraq 1000 manat və iddiaçının keçirdiyi iztirablara görə tələb olunan 2000 manat mənəvi ziyan hissəsində də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən fərdi yaşayış evinin ona təqdim edilmədiyi müddət ərzində kirayədə qaldığını və bu müddət ərzində ümumilikdə 1000 manat kirayə haqqı ödədiyini bildirsə də, lakin bununla bağlı hər hansı bir sübut (kirayə müqaviləsi və ya digər sübutlar) məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı baş verən bu mübahisəli vəziyyətlə əlaqədar olaraq iztirablar keçirdiyini və bu mənəvi ziyana görə 2000 manat pul vəsaiti tələb etdiyini qeyd etsə də, tələbin bu hissəsində formal mülahizələrə əsaslanmış, iztirab keçirməsinə səbəb ola biləcək hallarla bağlı məhkəməyə hər hansl sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 127.50 manatı Cavabdeh1 tutularaq iddiaçı Məcı̇ dova Şəhla Vəlı̇ qızına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 12500 manat borc pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Məmmədlı̇ Ramı̇ n Möhübbət oğlundan 12500 (on iki min beş yüz) manat pul vəsaiti tutularaq iddiaçı Məcı̇ dova Şəhla Vəlı̇ qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 127.50 manatı Cavabdeh1 tutularaq iddiaçı Məcı̇ dova Şəhla Vəlı̇ qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov