Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-989/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin elektron qaydada edilmiş çıxarışından görünür ki, İddiaçı mülkiyyətində olan “Kio Rio" markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2023-cü il tarixədək Cavabdeh etibarnamə vermişdir.
2. Elektron çıxarışlardan görünür ki, Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli EQ10194574 №-li (10.6 manat cərimə), xx.xx.2022-ci il tarixli EQ10191644 №-li (63.6 manat cərimə), xx.xx.2022-ci il tarixli EQ10195013 №-li (10.6 manat cərimə), xx.xx.2022-ci il tarixli EQ10334152 №-li (10 manat cərimə), xx.xx.2022-ci il tarixli BNA2297520 №-li (20 manat cərimə), xx.xx.2022-ci il tarixli EQ10366101 №-li (40 manat cərimə), xx.xx.2022-ci il tarixli İXP4723549 №-li (30.9 manat cərimə) və xx.xx.2022-ci il tarixli İXP4726680 №-li (40.4 manat cərimə) inzibati xəta haqqında protokollar tərtib olunmuşdur.
3. “ASAN ödəniş” sistemindən çıxarılmış qəbzlərin surətindən görünür ki, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərinə əsasən xx.xx.2022-ci il tarixli EQ10194574 №-li (10.6 manat cərimə), xx.xx.2022-ci il tarixli EQ10191644 №-li (63.6 manat cərimə), xx.xx.2022-ci il tarixli EQ10195013 №-li (10.6 manat cərimə), xx.xx.2022-ci il tarixli EQ10334152 №-li (10 manat cərimə), xx.xx.2022-ci il tarixli BNA2297520 №-li (20 manat cərimə), xx.xx.2022-ci il tarixli EQ10366101 №-li (40 manat cərimə), xx.xx.2022-ci il tarixli İXP4723549 №-li (30.9 manat cərimə) və xx.xx.2022-ci il tarixli İXP4726680 №-li (40.4 manat cərimə) inzibati xəta haqqında protokollara görə ümumilikdə 226,10 manat cərimə ödənilmişdir.
4. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişindən müəyyən olunur ki, İddiaçı ona məxsus “Kio Rio" markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün xərclədiyi 680 manat, avtomobildən 28 gün müddətinə istifadə etməsi ilə əlaqədar ona ödəməli olduğu 700 manat və yol hərəkəti qaydalarını pozması ilə əlaqədar barəsində tətbiq edilmiş cəriməni ödədiyinə görə 225 manat, ümumilikdə isə 1605 manat məbləğində pul vəsaitini 5 gün müddətində ödəməyi xahiş etmiş, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq etmişdir. 5. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 9/2849 №-li məktubunda qeyd olunmuşdur ki, 2(010)-989/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə qərarda göstərilən avtomobilə dəymiş ziyan barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisinin qüsur aktının təqdim olunması barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
İşin faktiki halları
6. İddiaçı mülkiyyətində olan avtomobili idarə etmək üçün Cavabdeh etibarnamə əsasında verməsi, Cavabdeh barəsində inzibati xəta haqqında protokolların tərtib olunaraq cərimə yazılması və həmin cərimələrin İddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
7. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus “Kio Rio" markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün xərclədiyi 680 manat, avtomobildən 28 gün müddətinə istifadə etməsi ilə əlaqədar ona ödəməli olduğu 700 manat və yol hərəkəti qaydalarını pozması ilə əlaqədar barəsində tətbiq edilmiş cəriməni ödədiyinə görə 225 manat, ümumilikdə isə 1605 manat məbləğində maddi zərər, iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumu qismində ödənilmiş 37 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir.
9. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, o, maşını tam saz vəziyyətdə gündəlik 25 manat ödəmək şərti ilə cavabdehə vermişdir və cavabdeh də maşını saz vəziyyətdə geri qaytarmalı idi. Təxminən 1,5 ay qaydasında ödəniş etdikdən sonra o, cavabdehin cuzi qəza törətdiyini öyrənmiş, cavabdeh isə ona maşını vurduğunu, heç bir problem olmadığını bildirmişdir. O, maşını özü təmir etdirmiş və maşının bərpası üçün 680 manat xərc çəkmişdir. Maşını satmaq istədikdə isə cərimələrin olduğunu öyrənmiş və cərimələr ödənilmədiyi halda alğı-satqı mümkün olmadığı üçün məcbur qalaraq həmin cərimələri də ödəmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, o, mülkiyyətində olan “Kio Rio" markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat ödəmək şərtilə etibarnamə əsasında idarə etmək üçün xx.xx.2023-cü il tarixədək Cavabdeh vermişdir. Təxminən 1,5 ay qaydasında ödəniş etdikdən sonra cavabdeh ödənişlərini etməkdən yayınmış, 02 iyul 2022-ci il tarixdə isə maşını ona qaytarmışdır. Maşın qaytarılan zaman maşının qəzalı vəziyyətdə olduğunu görmüş və həmin zərəri aradan qaldırmaq üçün ondan pul tələb etmişdir. Lakin cavabdeh borcunu ödəməkdən yayındığı üçün, məcbur qalaraq maşını özü təmir etdirmiş, maşının bərpası üçün 680 manat xərcləmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından iddiaçının ona məxsus nəqliyyat vasitəsini etibarnamə əsasında cavabdehə verməsi müəyyən olunsa da, tərəflər arasında icarə müqaviləsi bağlanmamış və iddiaçı icarə müqaviləsinin bağlanmasına dair hər hansı bir sübut məkhəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən qəzalı vəziyyətə salınması və nəqliyyat vasitəsini özünün təmir etdirdiyini və 680 manat xərc çəkdiyini bildirsə də, həmin faktları təsdiq edəcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tələbin əsası olmalı, həmin əsasa uyğun, onu təsdiq edən sübutlar olmalıdır. Qanunvericiliyə əsasən sübut dedikdə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar başa düşülür ki, həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırki iş üzrə iddiaçının cavabdehə öz nəqliyyat vasitəsini günlük icarə əsasında verməsi, cavabdehin maşını qəzalı vəziyyətə salması ilə bağlı iddiaçı tərəfin izahatından başqa sübutlar yoxdur. İddiaçının izahatı təkbaşına sübutetmə vasitəsi sayılmayaraq, isə iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının izahatını təsdiq edəcək digər sübutlar olmadığı üçün, digər sübutlarla yanaşı yoxlanıla və qiymətləndirilə bilmir. Bu səbəbdən də iddiaçının izahatı mötəbər sübut sayılmır və məhkəmə qətnamə qəbul edərkən mötəbər olmayan sübuta əsasla bilməz. Çünki məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. İş üzrə dəymiş ziyanı qiymətləndirmək məqsədilə məhkəmə tərəfindən ekspertiza keçirilsə də, ekspert vəsatətinə əsasən iddiaçı tərəfindən maşının təmir edilməsi ilə bağlı qüsur aktı təqdim edilə bilməmiş, yalnız maşının qəzalı vəziyyətdə olmasını əks etdirən fotoşəkillər təqdim edilmişdir, hansı ki, həmin fotoşəkillərdən də maşının kim tərəfindən qəzalı vəziyyətə salınnması və dəymiş ziyanın məbləği öz əksini tapmır. Bir sözlə, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı öz tələbini təsdiq edən sübutları təqdim edə bilmədiyi üçün məhkəmə qərarı ehtimallara əsaslana bilməz.
16. İddia tələbinin cavabdeh barəsində tərtib edilmiş inzibati protokollara görə ödənilmiş cərimələrin geri qaytarılması hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, cavabdeh barəsində 8 inzibati protokol tərtib edilmiş və həmin inzibati protokollar əsasında cərimələr yazılmışdır. İddiaçı tərəfindən “ASAN ödəniş” sistemi vasitəsilə cərimələr ödənilərkən isə cərimələr gecikdirildiyinə görə əlavə olaraq dəbbə pulu da hesablanmış və ümumilikdə iddiaçı tərəfindən 226,10 manat ödəniş edilmişdir. Lakin qanunvericiliyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığı üçün iddiaçının tələb etdiyi həcmdə, yəni 225 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 32 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 225 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia qismən təmin edilsin. Cavabdeh 225 (iki yüz iyirmi beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 32 (otuz iki) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.