Məhkəmə qərarları › İş №2(010)-991/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-991/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-991/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X* iştirakı ilə, İddiaçı cavabdeh 24 saylı notariat ofisinin xüsusi notariusu X2 və qeyrilərinə qarşı – icra qeydinin ləğv edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları. *. Bəkirov Hikmət Fikrət oğlu ilə "xxxx" ASC arasında 05 iyun 202*-ci il tarixli, FG/0*978/8*/22 saylı kredit sazişi imzalanmış, həmin sazişə əsasən Bəkirov Hikmət Fikrət oğluna "xxxx" ASC tərəfindən *500 manat məbləğində kredit verilmişdir. O da (İddiaçı) həmin sazişə imza edərək, "xxxx" ASC qarşısında Bəkirov Hikmət Fikrət oğlunun kredit borcu ilə əlaqədar zamin dayanmışdır. Hal-hazırda o, (İddiaçı) “X7” MMC-də işləyir. Onun əmək haqqından pul vəsaiti tutulduqdan sonra o, bilmişdir ki, Suraxanı rayon icra şöbəsinin məktubuna əsasən onun əmək haqqından "xxxx" ASC-nin xeyrinə pul tutulur. Bununla əlaqədar icra şöbəsində olduqda cavabdeh 24 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən 2* iyun 2022-ci il tarixdə icra qeydinin verilməsi ona bildirilmişdir. Belə ki, cavabdeh 24 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən 2* iyun 2022-ci il tarixdə icra qeydinə əsasən ondan FG/0*978/8*/22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş *837 manat *8 qəpik tutulması, eyni zamanda ondan 52 manat 47 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi *9*4 manat 65 qəpik pul tutulması təklif edilib. Göründüyü kimi 2* iyun 2022-ci il tarixdə icra qeydi Bəkirov Hikmət Fikrət oğlu ilə "xxxx" ASC arasında 05 iyun 202*-ci il tarixli, FG/0*978/8*/22 saylı kredit sazişində nəzərdə tutulmuş borc məbləği barədə olmasına baxmayaraq, həmin icra qeydi ilə pulun yalnız ondan tutulması nəzərdə tutulmuşdur. Halbuki, notariusun icra qeydi verməsində borclunun seçimi səlahiyyəti yoxdur, icra qeydi yalnız mübahisə olmayan müqavilə üzrə və bütün borclular barəsində verilə bilər. Lakin hazırki icra qeydində əsas borclu barədə hər hansı bir tələb göstərilməmiş, icra qeydi yalnız aid verilmişdir. Məhz bu səbəbdən həmin müqavilə üzrə borclu öz borcunu ödəməkdən yayınmışdır. Əslində isə ilk əvvəl tələbkar borclulara borcun ödənilməsi barədə bildiriş göndərməli, bundan sonra icra qeydinin verilməsi üçün notariusa müraciət etməli idi. İcra qeydi yalnız mübahisəsiz tutulmalı olan borclar barədə verilə bilər. Əgər borc məbləğini cərimə və faiz təşkil edirsə, artıq bu mübahisə təşkil edir və bu məbləğlərə dair icra qeydi verilə bilməz. Çünki Sazişdən də görünür ki, həmin Saziş üzrə əsas məbləğ cəmi *500 manat təşkil edir, lakin icra qeydindən isə görünür ki, əsas borc məbləği *837 manat *8 qəpik tutulması qeyd edilib. Göründüyü kimi tələbkarın tələbi mübahisəli olduğuna görə, yəni borc verilmiş məbləğdən artıq əsas borc məbləği tələb edildiyinə görə notarius həmin borc barədə icra qeydi verə bilməzdi. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli idi. Lakin "xxxx" ASC ona heç bir bildiriş göndərməmiş, bu baxımdan onun icra qeydini mübahisələndirmək hüququ yaranmışdır. İddiaçının tələbi.

2. Bəkirov Hikmət Fikrət oğlu ilə "xxxx" ASC arasında bağlanmış 05 iyun 202*-ci il tarixli, FG/0*978/8*/22 saylı kredit sazişinə əsasən 24 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən aparılmış, reyestrdə 8İ-2779 nömrəsi ilə qeyd edilmiş, 2* iyun 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, Bəkirov Hikmət Fikrət oğlu onun iş yoldaşı olub, Bəkirov Hikmət bankdan kredit götürən zaman o zamin olmuş və zaminlik müqaviləsini imzalamışdır. Zaminlik məsuliyyətini bilir və əgər əsas borclu borcu ödəmirsə zamin, yəni o, borcu ödəməlidir, amma Bəkirov Hikmət sağ-salamatdır və borc onun özündən tutulmalıdır. Buna görə də, iddia tələbinin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 izahat verərək bildirdi ki, sözügedən kredit müqaviləsi üzrə əsas borclu Bəkirov Hikmət Fikrət oğludur, iddiaçı ona zamin durmuşdur və Bəkirov Hikmət Fikrət oğlu ilə birlikdə eyni məsuliyyəti daşıdığı üçün icra qeydi icra məmuruna göndərilmişdir. İddiaçı iddia ərizəsində icra qeydinin yalnız onun haqqında aparıldığını qeyd etsə də, icra qeydi həm iddiaçı, həm də əsas borclu Bəkirov Hikmət Fikrət oğlu barəsində aparılmışdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, onun əmək haqqından müəyyən məbləğdə tutulma olmuşdur, lakin onun əmək haqqından heç bir tutulma olmamış, sadəcə bu barədə ona icra məmuru tərəfindən məlumat verilmişdir. İcra qeydinin ləğvi Banka qarşı kredit müqaviləsinin və ya kredit borcunun mübahisələndirilməsi ilə bağlı iddia tələbləri ilə əlaqədar və həmin tələblərlə birlikdə mümkün ola bilər. Yəni, borclu hesab edirsə ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da, borc artıq hesablanmışdır və s. onda icra qeydinin ləğvini tələb etməkdə haqlı ola bilər. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməlidir. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşı olub notariusa və onun icra qeydinə aidiyyatı yoxdur. Əgər onun maddi hüquqi tələbi təmin edilərsə, onda nəticə etibarilə icra qeydi də ləğv edilə bilər. Amma əgər borclu Banka qarşı maddi hüquqi tələb irəli sürmədən sadəcə notarius tərəfindən icra qeydinin aparılması zamanı hüquqi-texniki şərtlərin pozulmasını əsas gətirirsə, həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Məsələn, şəxs borcunun olmasını inkar etmirsə, sadəcə icra qeydinin tarixi, nömrəsi səhv olduğundan və ya icra qeydi yanlış olaraq borclunun olduğu yerdə deyil, digər yerdə yerləşən notarius tərəfindən aparıldığından onun ləğvini tələb edirsə həmin əsasla icra qeydinin ləğvi mahiyyət etibarilə qanunsuz və ədalətsiz olardı. Həmin halda sadəcə notariusun intizam məsuliyyətindən söhbət gedə bilər. Hesab edirik ki, məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. İddiaçıya icra qeydindən qabaq bildiriş göndərilmişdir. İddiaçı öz ərizəsində icra qeydi aparılacağı ilə bağlı bildiriş vasitəsi ilə məlumatlandırılmadığını iddia etsə də, Bank tərəfindən bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçının rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, ev 2* ünvanına göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixində bildiriş göndərilən ünvan bağlı olduğu üçün qəbul olunmamışdır. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində də məhz bu ünvanı qeyd etmişdir. “İcra haqqında” Qanunun 6-cı maddəsinə əsasən notarius tərəfindən qəbul olunmuş icra qeydi icra sənədi sayılır. Belə ki, İddiaçı adına çıxarılmış icra qeydi olduğundan əmək haqqından bankın xeyrinə hər hansı tutulma olması tam şəkildə qanunvericiliyə uyğundur. Lakin borclunun əmək haqqından Bankın xeyrinə hər hansı tutulma olmamışdır. Bu səbəbdən borclu tərəfindən əsassız olaraq qaldırılmış icra qeydinin ləğvinə dair iddia təmin olunmamalıdır. FG/0*978/8*/22 saylı kredit müqaviləsi üzrə zamin olan İddiaçı, həmçinin borclu şəxs Bəkirov Hikmət Fikrət oğlunun adına icra qeydi qanunvericiliyə uyğun aparılmışdır. Belə ki, Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Bank və notarius tərəfindən qeyd olunan maddələrin tələblərinə əməl edilməklə icra qeydi aparılmışdır. Həm notarius, həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək əsaslı dəlil göstərməmişdir. Göstərilən əsaslara görə də notariusun icra qeydi ləğv edilə bilməz. Odur ki, sadalananları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi.

5. Cavabdeh 24 saylı notariat ofisinin xüsusi notariusuna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq notariat ofisi məhkəmə iclasında nümayədəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bəkirov Hikmət Fikrət oğlu sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edərək bildirmişdir ki, bankdan krediti o özü götürmüşdür, iddiaçı yalnız zamin durmuşdur, maddi vəziyyətinin ağırlaşması səbəbindən ödənişləri edə bilməmişdir, ona görə də, müqavilə üzrə borc pul məbləğinin tutulması iddiaçının əmək haqqına yönəldilmişdir. Artıq 3 aydır ki, o, işlədiyinə görə kredit müqaviləsi üzrə ödənişləri özü edəcək.

İş materialları.

7. 05 iyun 202*-ci il tarixli, FG/0*978/8*/22 saylı Bəkirov Hikmət Fikrət oğlu ilə "xxxx" ASC arasında imzalanmış kredit sazişindən görünür ki, "xxxx" ASC tərəfindən Bəkirov Hikmət Fikrət oğluna 36 ay müddətinə illik 29% ödəmək şərti ilə *500 manat məbləğində kredit verilmişdir. Həmin sazişə və sazişin ayrılmaz tərkib hissəsi sayılan 6.04.20*4-cü il tarixli "xxxx" ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinə əsasən zamin İddiaçı borcalan Bəkirov Hikmət Fikrət oğlunun 05 iyun 202*-ci il tarixli, FG/0*978/8*/22 sayl saylı kredit sazişindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

8. "xxxx" ASC tərəfindən verilən Bəkirov Hikmət Fikrət oğlunun adına 05.06.202*xx.xx.2023-cü il tarixi aralığında olan hesabdan çıxarışdan görünür ki, Bəkirov Hikmət Fikrət oğlunun hesabından 05.06.202*-ci il tarixdə *500 manat kredit məbləği məxaric edilmişdir.

9. "xxxx" ASC ASC xx.xx.2022-ci il tarixdə notariat icra qeydi haqqında ərizə ilə müraciət edərək, *440,43 manat ödənilməmiş əsas borc, 396,75 manat ödənilməmiş faiz borcu, 52,47 manat dəbbə pulu olmaqla, cəmi *889,65 manat məbləğində pul vəsaitinin tutulması üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, ev 2* ünvanında yaşayan İddiaçı bildirişin (poçt qəbzinin nömrəsi: **3709; göndərilmə tarixi: xx.xx.2022-ci il) göndərilməsi və icra qeydinin aparılması üçün "xxxx" ASC xx.xx.2022-ci il tarixdə 25.00 manat miqdarında borcun ödənilməsi barədə icra qeydi verilməsini xahiş etmişdir. *0. 2*.06.2022-ci il tarixdə, 8İ-2779 reyestr nömrəli 24 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilən icra qeydindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X4 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə "xxxx" ASC-nin xeyrinə Bakı, Suraxanı, Əmircan Qəs., İ.Şükürov Küç., ev 2* ünvanında qeydiyyatda olan İddiaçı FG/0*978/8*/22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş *837,*8 manat tutulmasını, borclu - İddiaçı 52,47 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25,00 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi *9*4,65 manat pul tutulmasını təklif etmişdir. Həmin icra qeydi 2*.06.2022 tarixdə aparılmışdır. **. 2* iyun 2022-ci il tarixli, 8İ-4*70 reyestr nömrəli Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilən icra qeydindən görünür ki, Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə "xxxx" ASC-nin xeyrinə ünvan 3i ünvanında qeydiyyatda olan Bəkirov Hikmət Fikrət oğlundan FG/0*978/8*/22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş *837,*8 manat tutulması müəyyən edilmiş, borclu - Bəkirov Hikmət Fikrət oğlundan 52,47 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25,00 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi *9*4,65 manat pul tutulmasını təklif etmişdir. Həmin icra qeydi 2*.06.2022 tarixdə aparılmışdır. *2. *7.09.2022-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən İddiaçı, "xxxx" ASC-yə, “X7” MMC-yə ünvanlanmış məktubdan görünür ki, ünvan 480 saylı, 2*.06.2022-ci il tarixli icra sənədi icraata qəbul edilmişdir. Borclu İddiaçı barəsində ünvan 480 saylı, 2*.06.2022-ci il tarixli icra sənədi və 7 faiz icra ödənişinin alınması haqqında qərar “İcra haqqında" Azərbaycan Respublikası Qanununun *0.*-ci, 63-cü, 65-ci və 78-ci maddələrini rəhbər tutaraq icra olunması üçün “X7” MMC-yə göndərilmişdir. İcra sənədinə əsasən borclu İddiaçı cəmi *9*4,65 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Vergilər çıxıldıqdan sonra borclu İddiaçı çatacaq əmək haqqından borc bitənədək hər ay 50% tutaraq tələbkar "xxxx" ASCnin məktubunda qeyd edilən hesabına köçürülməsini və *34,02 manat (ümumi məbləğin 7%-i) məbləğində icra ödənişini isə icra ödənişinin alınması haqqında qərarda göstərilən Suraxanı rayon icra şöbəsinin hesabına köçürülməsi xahiş olunmuşdur. *3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı notariat ofisinin Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi *0 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Notariat Hərəkətlərinin Aparılması Qaydaları” haqqında Təlimatın *6*-ci bəndinin 6-cı bölməsinə əsasən, fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sisteminə yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. *4. “Məleykə Ekspress” vasitəsilə verilən poçt qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, ev 2* ünvanına bildiriş göndərilmişdir. İki dəfə: xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bildirişin həmin ünvana çatdırılmasına cəhd edilsə də, bildiriş göndərilən ünvan bağlı olduğu üçün qəbul olunmamışdır.

İşin faktiki halları.

*5. "xxxx" ASC ilə Bəkirov Hikmət Fikrət oğlu arasında 05 iyun 202*-ci il tarixli, FG/0*978/8*/22 nömrəli kredit sazişinin bağlanması; İddiaçı Bəkirov Hikmət Fikrət oğlunun kredit öhdəliyi üzrə zamin olması işin mübahisəsiz hallarıdır. Tətbiq edilən hüquq.

*6. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.*. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 470.*. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.*. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

*7. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

*8. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 6.*.4. Notariusun icra qeydləri icra sənədi sayılır. Maddə 7.4. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Maddə *3.*.3. notariusun icra qeydləri dərhal icraya yönəldilir.

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. 2*. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bəkirov Hikmət Fikrət oğlu və "xxxx" ASC arasında 05 iyun 202*-ci il tarixli, FG/0*978/8*/22 nömrəli kredit sazişi imzalanmış, Bəkirov Hikmət Fikrət oğluna *500 manat məbləğində kredit verilmiş, İddiaçı kredit sazişindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürərək zamin olduğunu öz imzası ilə təsdiq etmişdir. Sözügedən borc məbləği ödənilmədiyindən cavabdeh "xxxx" ASC İddiaçı rəsmi qeydə alındığı ünvana borcun ödənilməsi haqqında bildiriş göndərmiş, lakin həmin ünvan bağlı olduğundan, məktub geri qaytarılmışdır. Bundan sonra, "xxxx" ASC kredit öhdəliyindən irəli gələn borcun ödənilməsi barədə icra qeydi verilməsini xahiş etmiş və 24 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 2*.06.2022-ci il tarixdə icra qeydi aparılmışdır.

22. Göründüyü kimi, icra qeydinin aparılması qanuni və əsaslı olmuşdur.

23. Məhkəmə iddiaçının “kredit borcunun əvvəlcə əsas borcludan tələb edilməsinə” dair dəlilinə münasibətdə qeyd edir ki, icra qeydi hər iki borclu barədə verilmişdir. İddiaçı kredit sazişi üzrə alınmış *500 manata görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşıyır. Hikmət Bəkirov kredit sazişi üzrə banka borcu qaytarmamaqla pul öhdəliyini yerinə yetirmədiyindən, İddiaçı, Hikmət Bəkirovun kredit borcuna görə zamin olduğundan, bununla da bank qarşısında olan Hikmət Bəkirovun pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərinə götürmüşdür.

24. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** sentyabr 2000-ci il tarixli *67 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın *6*-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli *56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli *56 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur.

27. Məhkəmə qeyd edir ki, , Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən bank icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Bundan sonra, yəni 2*.06.2022-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq notariat ofisi tərəfindən icra qeydi aparılmışdır.

28. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

3*. İddiaçının icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı cavabdeh 24 saylı notariat ofisinin xüsusi notariusu X2, üçüncü şəxslər Bəkirov Hikmət Fikrət oğluna və "xxxx" ASC-yə qarşı – Bəkirov Hikmət Fikrət oğlu ilə "xxxx" ASC arasında bağlanmış 05 iyun 202*-ci il tarixli, FG/0*978/8*/22 saylı kredit sazişinə əsasən 24 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən aparılmış, reyestrdə 8İ-2779 nömrəsi ilə qeyd edilmiş, 2* iyun 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar