Məhkəmə qərarları › İş №2(011)-101/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-101/2023

13.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-101/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobillərin açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobillərin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdeh Cavnşir oğlu ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 2 övladı xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 vardır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 11 iyul 2021-ci il tarixli, 2(011)-404/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında 3737 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ilkin iddianın qalan hissədə (uşaqların atanın himayəsində saxlanılması hissəsində) təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.20110-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları, qətnamə qəbul edildiyi gündən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, “VAZ 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı və “X11115 CD” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh paylarının (mülkiyyət hüquqları) müəyyən edilməsi qət etmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı cavabdehə pay hüququnu satın almasını təklif etsə belə, cavabdeh iddiaçının pay hüququnu almaqdan və avtomobili iddiaçıya verməkdən imtina edir. Bu səbəbdən iddiaçı məcbur olub məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ümumi paylı mülkiyyətində olan, “VAZ 21043” minik maraklı, **-VU-*** dövlət qeydiyyat nişanlı, Ban:XTK**********3922 nömrəli və “X11115 CDİ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı, Ban:WDF**********1449 nömrəli avtomovillərin açıq hərracdan satılaraq satışdan əldə olunan pul məbləğinin ½ hissəsinin iddiaçıya, ½ hissəsini cavabdehə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında 3737 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ilkin iddianın qalan hissədə (uşaqların atanın himayəsində saxlanılması hissəsində) təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.20110-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları, qətnamə qəbul edildiyi gündən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, “VAZ 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı və “X11115 CD” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh paylarının (mülkiyyət hüquqları) müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-489/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, maraqlarına toxunan şəxs X3 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(011)-404/2021 saylı qətnaməsi “alimentin tutulması hissəsində dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X1 atası Cavabdeh alınaraq İddiaçı himayəsinə verildiyi andan alimentin icra edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, məhkəmə psixoloji ekspertizasının dəyəri 80 manat, Cavabdeh 40 manat və İddiaçı 40 manat məbləğində tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, “Vaz 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı və “X11 115 CDİ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə pay hüququ üzrə İddiaçı payının satın alınması Cavabdeh təklif olunmuşdur. İş materiallarında olan "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli, LFN 39 nömrəli mütəxəssis rəyindən görünür ki, “Vaz 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 2160 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli, LFN 38 nömrəli mütəxəssis rəyindən görünür ki, “X11 115 CDİ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 12230 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 180 nömrəli hesabatından görünür ki, “Vaz 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 2450 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin “X11 115 CDİ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 14500 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “VAZ 21043” minik markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı və “X11115 CD” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh paylarının (mülkiyyət hüquqları) müəyyən edilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin hesabatından görünür ki, “VAZ 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 2450 manat, “X11115 CD” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 14500 manat təşkil edir. Tərəflərin izahatları ilə təsdiq edilir ki, iddiaçı ümumi paylı əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir və tərəflər arasında iddia tələbində göstərilən avtomobillərin məhkəmədən kənar satılması barədə razılıq əldə olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş mülki qanunvericilik normalarına əsaslanaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklarda ½ hissədə payları müəyyən edildiyindən və həmin əmlakların məbləğləri mütəxəssis rəyinə əsasən müəyyən edildiyindən, həmçinin tərəflər arasında əmlakların məhkəmədənkənar satılması ilə bağlı razılıq olmadığından, tərəflərin “VAZ 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ilkin satış qiyməti 2450 manat, “X11115 CD” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ilkin satış qiyməti 14500 manat müəyyən edilməklə həmin əmlaklar açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “VAZ 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ilkin satış qiyməti 2450 manat, “X11115 CD” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ilkin satış qiyməti 14500 manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar