Məhkəmə qərarları › İş №2(011)-1036/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1036/2025

09.01.2025 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1036/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Xətai rayo Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi faktı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:

1. Ərizəçi 17 avqust 1984-cü il tarixində Ermənsitan SSR-də anadan olmuşdur. Onun doğum akt qeydinda ana-ata qrafasında atasının ata adı səf olaraq Seyfula yazılmışdır. Həqiqi adı isə Sefəli olmuşdur. Ərizəçinin atası X8 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Atasının vəfatından sonra onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzili atasının adına rəsmiləşdirə bilməmişdirlər. Çünki ərizəçinin doğum akt qeydində ata qrafasında ata adının “Seyfəli” əvəzinə “Seyfula” yazıldığından problemlər yaranmışdır.

Ərizəçinin tələbi:

2. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, № 3-16-5/8-15-A15-1866 nömrəli imtinasını əsassız hesab edərək, ərizəçinin doğum akt qeydində ata qrafasında ata adının adın “Seyfula”-dan “Seyfəli”-yə dəyişiklik edərək yeni şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Ərizəçi doğum akt qeydində ata qrafasında ata adının “Seyfəli” kimi oxunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında qeyd etmişdir ki, onun doğum haqqında şəhadətnaməsində atasının ata adı “Seyfula” kimi qeyd edilmişdir, lakin atasının ata adı “Seyfəli”-dir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir.

6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə AR MPMnin 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Şahid1 məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Onun ata babasının adı Seyfəli olmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsində səhvilk olduğunu yeni öyrənmişdirlər.

8. Şahid X7 məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ərizəçi onun oğludur. Ərinin atasının adı Seyfəli olmuşdur. Oğluna doğum haqqında şəhadətnamə ik dəfə verilmişdir. Hər iki şəhadətnamədə oğunun ata adı səhv yazılmışdır.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Bakı Şəhəri Maraqlı şəxs tərəfində verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- A15-1866 №-li müraciətə cavaba əsasən, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 28 saylı, xx.xx.2024-cü il tarixli doğum haqqında bərpa akt qeydində ata qrafasında ata adının adın “Seyfula”-dan “Seyfəli”-yə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin şöbə tərəfindən təmin edilməsi mümükün olmamışdır. Ərizəçiyə yaşadığı ünvan üzrə rayon məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur.

10. İİ-СЛ 358591 №-li Nikah haqqında şəhadətnaməyə əsasən, X8 və X1 arasında 16 dekabr 1983-cü il tarixində Ermənistan SSR, Masis rayonu, Nizami kənd sovetində nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında 78 № ilə qeydiyyat aparılmışdır.

11. İ-ЗЖ 538033 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1962-ci il təvəllüdlü X2 atası X3, anası Ağayeva Gülüdür.

12. AZ-İİ 455910 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2024-cü il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 632 № ilə qeyd edilmişdir.

13. AZ-V 058814 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi Əmah oğlunun anası Şahid2, atası X4r.

14. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 140701 №-li Qeydiyyat Vəsiqəsinə əsasən, Xətai rayonu, Mehmandarov küçəsi, 52 saylı evin, 116 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1258 saylı reyestr kitabında xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır.

15. AR Daxili İşlər Nazirlyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən, Ərizəçi bakı şəhəri, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən 116 saylı mənzildə qeydiyyatdadır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı. Məhkəmənin mövqeyi:

18. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

19. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi mərhum X6 oğludur və X8 xx.xx.2024-cü il tarixində ölmüşdür. Həmçinin, ərizəçi ərizəsində faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutları qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi hazırkı tələblə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.

20. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. (§17)

21. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iş materiallarına əlavə edilmiş, AZ-V 058814 №-li Doğum haqqında şəhadətnamədə Ərizəçi Əmah oğlunun ata adı qrafasında atasının ata adı “Seyfula” kimi qeyd edilmişdir. Lakin iş materiallarına əlavə ediliş digər sənədlərdən Ərizəçi Əmah oğlunun atasının ata adının “Seyfəli” olması müəyyən edilmişdir.

22. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə şəxsin doğum haqqında şəhadətnaməsi aid edilə bilər.

23. Bu hal ərizəçinin hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, AZ- V 058814 №-li Doğum haqqında şəhadətnamədə Ərizəçi Əmah oğlunun ata adı qrafasında atasının ata adının “Seyfəli” olmasına dair hüquqi fakt müəyyən edilməlidir.

Məhkəmə xərcləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. AZ-V 058814 №-li “Doğum haqqında şəhadətnamədə” Ərizəçi ata adı qrafasında atasının ata adının “Seyfəli” olması faktı müəyyən edilsin. Sənəddə qeyd edilən “Seyfula” adı “Seyfəli” kimi oxunsun.

3. Ödənilmiş dövlət rüssumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar