Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1053/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızının iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC Cavabdeh qarşı Cavabdeh 1635 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 1665 (bir min altı yüz altmış beş) manat tutularaq iddiaçı "xxxxxxxxxxxx" ASCyə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxxxxxxxxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh xx xxxxx 2019-cu il tarixdə idarə etdiyi “İnfinity FX-35” markalı ** VP *** dövlət nömrə nişanlı avtomobilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçasi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə "Skoda Octavia" markalı ** VV *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisək ilə bağlı Xətai RPİ-də tərtib olunmuş MN ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin inzibati tənbehvermə haqqında qərarda Cavabdeh yolnəqliyyat hadisəsi baş verdikdən sonra hədisə yerindən yayındığı da qeyd olunmuşdur. Beləliklə, yol-nəqliyyat hadisəsi nəticəsində ”Skoda Octavia" markalı ** VV *** dövlət nömrə nişanlı avtomobilə 1635 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta müqaviləsinə və xx xxxxxx 2019-cu il tarixli İAS 191959 saylı Sığorta ödənişi aktına əsasən "xxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkənə 1635 (bir min altı yüz otuz beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş vəiddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, PME ********** nömrəli “X4”nə dair Məlumata əsasən “İnfinity FX-35” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Sığorta Ödənişi Aktına əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “İnfinity FX-35” markalı ** VP *** dövlət nömrə nişanlı avtomobilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçasi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə X1 idarə etdiyi "Skoda Octavia" markalı ** VV *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir, nəticədə 1635 manat dəymiş zərər hesablanmış, həmin məbləğ köçürmə yolu ilə faydalanan şəxs X2 ödənilmişdir. İş materiallarında olan “Skaz Autohaus” servisin Qüsur aktına əsasən **-VV-*** dövlət qeydiyyat nişanlı “Skoda Octavia” markalı avtomobilə 1635 manat dəyərində zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan AD 349318 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki,“Skoda Octavia” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan AC 801663 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki,“İnfinity FX-35” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli MN ******* nömrəli X6 haqqında Qərarın, həmçinin AP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə “İnfinity FX-35” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh hadisə yerini tərk etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1682 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Skaz Autohaus” servis tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Şkoda Octavia” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tərtib edilməklə təxminən 1433 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən X4 icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi Cavabdeh qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən, “Şkoda Octavia” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən aradan qaldırıldığından“xxxxxxxxxxxx” ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Lakin, iş üzrə təyin edilmiş ekspertiza üzrə avtomobilə dəymiş zərər 1433 manat müəyyən edildiyindən, ekspert rəyi məhkəmə tərəfindən sübut kimi əsas götürülərək, sığorta ödənişinə görə 1433 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, “xxxxxxxxxxxx” ASC-nin iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1433 (bir min dörd yüz otuz üç) manat sığorta ödənişi məbləğində və 30 (otuz) manat dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. Məhkəmə xərcləri dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1053/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1053/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver