Məhkəmə qərarları › İş №2(011)-1088/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1088/2024

31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1088/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli borclu X3 məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli – borclu X1 mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, ** CH *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)-6199/16 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borcludan 1136 manat borc və 30 manat dövlət rüsumu tutularaq X2 ödənilməlidir. İcra sənədinin icrasının təmin tədbiri olaraq Xətai Rayon Məhkəməsinin 8(011)-2171/17 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borclunun mülkiyyətində olan Avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun, borclunun və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, iş materiallara əlavə edilmiş sənədlərdən də görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(011)-2171/2017 saylı qərardadı ilə borcluya məxsus “Chevrolet Aveo” minik markalı, ** CH *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd edilən məbləğ borclu tərəfindən tam ödənilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2018-ci il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, borclu tərəfindən icra vərəqində göstərilmiş tələb tam icra olunduğundan Azərbaycan Respublikası İcra Haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən avtomobilin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, məhkəmənin qeyd edilən avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli 8(011)-2171/2017 saylı qərardadı ilə X1 mülkiyyətində olan “Chevrolet Aveo” markalı, ** CH *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar